80.3. Hakimlər kollegiyasının tərkibində cinayət işinə baxan hakim işə baxılması
ilə əlaqədar ortaya çıxan bütün məsələlərin həllində digər hakimlərlə bərabər
hüquqlardan istifadə edir.
80.4. Andlı iclasçıların iştirakı ilə, habelə hakimlər kollegiyası tərəfindən
məhkəmə baxışı keçirilərkən məhkəmə iclasında sədrlik edən və ya cinayət işinə,
yaxud cinayət təqibi ilə bağlı digər materiallara təkbaşına baxan hakim bu
Məcəllənin 81-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətlərindən istifadə edir.
M a d d ə 8 1 . M ə h k ə m ə i c l a s ı n d a s ə d r l i k e d ə n
81.1. Andlı iclasçıların iştirakı ilə məhkəmə baxışı keçirilərkən məhkəmə
iclasında hakim sədrlik edir. Cinayət işinə və ya materiala hakimlər kollegiyası
tərəfindən baxılarkən məhkəmənin sədri, onun müavini və ya hakimlərdən biri
sədrlik edir.
81.2. Sədrlik edən məhkəmə iclasının gedişinə rəhbərlik edir, cinayət işinə
ədalətlə baxılmasının təmin edilməsi və məhkəmə baxışına və məhkəmə iclasında
iştirak edən şəxslərin davranışına aid digər prosessual tələblərə əməl edilməsi üçün
bu Məcəllədə nəzərdə tutulmuş bütün tədbirləri görür. Məhkəmə iclasında sədrlik
edən baxılan cinayət işinə və materiala aidiyyəti olmayanları məhkəmə baxışından
kənarlaşdırır.
81.3. Andlılar məhkəməsinin iclasında sədrlik edən hakim, verdikt çıxarılması
istisna olmaqla, cinayət işinə baxılması ilə əlaqədar bütün məsələlər üzrə
məhkəmənin səlahiyyətlərini həyata keçirir. Sədrlik edən məhkəmə iclasının
gedişində andlı iclasçıların sübutları tədqiq etməsini və tam qavramasını, onların
hüquqlarının həyata keçirilməsini təmin edir.
81.4. Hakimlər kollegiyası tərəfindən işə baxılarkən məhkəmə iclasında sədrlik
edən hakim işə baxılması və həll edilməsi ilə bağlı bütün məsələləri digər hakimlərin
müzakirəsinə verir.
M a d d ə 8 2 . A n d l ı i c l a s ç ı
82.1. Andlı iclasçı bu Məcəllədə nəzərdə tutulmuş qaydada aşağıdakı vəzifələri
yerinə yetirməlidir:
82.1.1. cinayət işinə baxılmasında iştirak etmək üçün seçmə zamanı məhkəmə
iclasına gəlmək və sədrlik edənin suallarına düzgün cavab vermək;
82.1.2. özü və digər şəxslərlə münasibətləri barədə məhkəmə iclasında sədrlik
edənə əlavə məlumatlar təqdim etmək;
82.1.3. bu Məcəllənin 367.2-ci maddəsində müəyyən edilmiş mətn üzrə and
içmək;
82.1.4. məhkəmə iclasının qaydalarına əməl etmək və məhkəmə iclasında sədrlik
edənin göstərişlərinə tabe olmaq;
82.1.5. məhkəmə iclasında fasilə elan edildikdə və ya işə baxılması təxirə
salındıqda məhkəmə iclasında sədrlik edənin təyin etdiyi vaxtda məhkəmə baxışının
davam etdirilməsi üçün gəlmək;
82.1.6. məhkəmə iclasında sədrlik edən hakim tərəfindən qoyulmuş hər bir
xüsusata dair sual-cavabında və ya verdikt çıxarılması məsələləri ilə əlaqədar
müşavirə otağında təsdiqedici və ya inkaredici səs vermək;
82.1.7. şəxsi həyatın toxunulmazlığına, ailə, dövlət, peşə, kommersiya və qanunla
qorunan digər sirlərə toxunan hallar barədə məlumatları yaymamaq;
82.1.8. bu Məcəllədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
82.2. Andlı iclasçı bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı
hüquqları həyata keçirir:
82.2.1. məhkəmədə baxılan sübutların tədqiqində iştirak etmək;
82.2.2. məhkəmə iclasında sədrlik edənə müraciət edərək cinayət hadisəsinə dair
onlara aid olmayan halların müəyyən edilməsi üçün suallar verilməsini xahiş etmək;
82.2.3. maddi sübutlara, sənədlərə, əraziyə və binalara baxış keçirilməsində,
məhkəmədə aparılan digər bütün istintaq hərəkətlərində iştirak etmək;
82.2.4. baxılan cinayət işinə aid qanunun normalarını, məhkəmədə elan edilən
sənədlərin məzmununu, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirli
bilindiyi cinayətlərin əlamətlərini və aydın olmayan anlayışları izah etməyi
məhkəmə iclasında sədrlik edəndən xahiş etmək;
82.2.5. məhkəmə iclasında sədrlik edən, yazılı müraciət edərək mütəxəssisə onun
səlahiyyətinə aid məsələlərin izah olunmasını xahiş etmək;
82.2.6. məhkəmə iclasında yazılı qeydlər aparmaq.
82.3. Andlı iclasçıya aşağıdakılar qadağandır:
82.3.1. cinayət işinə baxılarkən məhkəmə iclası zalını tərk etmək;
82.3.2. məhkəmə iclasında sədrlik edənin icazəsi olmadan baxılan işin mahiyyəti
ilə əlaqədar hər hansı şəxslə ünsiyyət saxlamaq;
82.3.3. baxılan cinayət işinə dair məhkəmə iclasından kənarda məlumat
toplamaq.
M a d d ə 8 3 . A n d l ı i c l a s ç ı l a r ı n a p a r ı c ı s ı
83.1. Andlı iclasçıların aparıcısı məhkəmə iclasında işə baxılması zamanı ortaya
çıxan bütün məsələlərin həllində və andlı iclasçılar kollegiyası tərəfindən verdikt
çıxarılmasında digər andlı iclasçılarla bərabər hüquqlardan istifadə edir.
83.2. Digər andlı iclasçıların birgə ümumi vəzifələri ilə yanaşı andlı iclasçıların
aparıcısı aşağıdakı əlavə vəzifələri yerinə yetirir:
83.2.1. baxılan cinayət işinin müzakirəsində andlı iclasçıların hər birinin
iştirakına bərabər imkanlar yaratmaqla onların müşavirələrinin gedişinə rəhbərlik
etmək;
83.2.2. müşavirə otağında andlı iclasçılara sual vərəqəsini elan etmək;
83.2.3. zərurət olduqda andlı iclasçılar kollegiyasında səsverməni təşkil etmək və
onun nəticələrini yekunlaşdırmaq;
83.2.4. sual vərəqəsindəki suallara andlı iclasçılar kollegiyasının cavablarını
yazmaq;
83.2.5. məhkəmə iclasında andlı iclasçılar kollegiyasının verdiktini elan etmək;
83.2.6. andlı iclasçıların tapşırığı ilə məhkəmə iclasında sədrlik edənə xahişlə
müraciət etmək.
V I I I f ə s i l
İTTİHAM TƏRƏFİ
M a d d ə 8 4 . P r o k u r o r
84.1. Cinayət təqibini həyata keçirərkən prokuror cinayət işinin bütün hallarının
tədqiqi nəticəsinə əsaslanaraq yalnız qanunun tələblərini və daxili inamını rəhbər
tutur.
84.2. Prokuror bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı
vəzifələri yerinə yetirməlidir:
84.2.1. törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər
məlumatlara baxmaq, kifayət qədər səbəblər və əsaslar olduqda cinayət işi başlamaq
və bu halda müstəntiqin səlahiyyətlərindən istifadə edərək onun ibtidai istintaqını
aparmaq, yaxud onu təhqiqatçıya və ya müstəntiqə tapşırmaq;
84.2.2. cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirmək;
84.2.3. məhkəmədə mülki iddia qaldırmaq və onu müdafiə etmək;
84.2.4. məhkəmədə cinayət işi üzrə ittihamı müdafiə etmək;
84.2.5. cinayət təqibinin gedişində digər səlahiyyətləri həyata keçirmək.
84.3. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı bu Məcəllənin
müddəalarının icrası və tətbiqinə həmin iş üzrə ibtidai araşdırmaya prosessual
rəhbərliyi həyata keçirən prokuror məsuliyyət daşıyır. Cinayət işi üzrə ibtidai
istintaq aparmış, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirmiş və ya
məhkəmədə dövlət ittihamçısı qismində iştirak etmiş prokuror şəxsi həyatın
toxunulmazlığına, ailə, dövlət, peşə, kommersiya və qanunla qorunan digər sirlərə
toxunan hallar barədə məlumatları yaymamalıdır.
84.4. Cinayət işi üzrə ibtidai istintaq aparmış və ya ibtidai araşdırmaya
prosessual rəhbərliyi həyata keçirmiş prokuror məhkəmə baxışında dövlət
ittihamçısı qismində iştirak edə bilməz.
84.5. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror cinayət
işi üzrə aparılan təhqiqata və ibtidai istintaqa nəzarət edərkən aşağıdakı hüquqları
həyata keçirir:
Dostları ilə paylaş: |