Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə17/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   13   14   15   16   17   18   19   20   ...   190

59.3.  Cinayət  prosesini  həyata  keçirən  orqan  onun  səhvi  və  ya  sui-istifadəsi 

nəticəsində  həbsdə  saxlanılmış,  yaxud  təqsirləndirilən  şəxs  qismində  cəlb  edilmiş 

şəxsdən yazılı surətdə üzr istəməlidir. 

M a d d ə   6 0 .   V u r u l m u ş   z i y a n ı n   ö d ə n i l m ə s i n i   t ə l ə b   e t m ə  

h ü q u q u   o l a n   ş ə x s l ə r

 

60.1.  Cinayət  prosesini  həyata  keçirən  orqanın  səhvi  və  ya  sui-istifadəsi 



nəticəsində  vurulmuş  ziyanın  ödənilməsini  tələb  etmək  və  kompensasiya  almaq 

hüququna  bu  Məcəllənin  56-cı  maddəsində  göstərilən  şəxslər,  onların  qanuni 

nümayəndələri,  növbə  üzrə  daha  yaxın  vərəsələri,  habelə  vurulmuş  ziyanın 

ödənilməsi hüququ olan şəxs öldükdə qanuna əsasən ailə başçısının itirilməsinə görə 

pensiya ilə təmin edilməli ölmüş şəxsin ailə üzvləri malikdir. 

60.2.  Bu  Məcəllənin  59.2-ci  maddəsində  nəzərdə  tutulmuş  hərəkətlərin  yerinə 

yetirilməsini  tələb  etmək  hüququ  bu  Məcəllənin  56-cı  maddəsində  göstərilən  şəxs 

öldüyü,  yaxud  fəaliyyət  qabiliyyətini  itirdiyi  hallarda  onun  hər  hansı  qohumuna 

məxsusdur.  Göstərilən  halda  kütləvi  informasiya  vasitəsi  tərəfindən  icrası  məcburi 

olan  müvafiq  tələbi  həmçinin  ərazi  və  ya  ixtisaslaşdırılmış  prokuror  verməyə 

haqlıdır. 

M a d d ə   6 1 .   V u r u l m u ş   z i y a n ı n   ö d ə n i l m ə s i n i   t ə l ə b   e t m ə k  

h ü q u q u n u n   t a n ı n m a s ı

 

61.1.  Cinayət  prosesi  gedişi  zamanı  vurulmuş  ziyanın  ödənilməsini  tələb  etmək 



hüququ  qanuni  qüvvəyə  minmiş  bəraət  hökmündə  və  ya  cinayət  təqibinə  xitam 

verilməsi haqqında qərarda tanınır. 

61.2. Bəraət hökmündə və ya cinayət təqibinə xitam verilməsi haqqında qərarda 

cinayət  prosesini  həyata  keçirən  orqanın  səhvi  və  ya  sui-istifadəsi  nəticəsində 

vurulmuş ziyanın ödənilməsi məsələsi əks olunmayıbsa, bu məsələnin həlli cinayət 

təqibi üzrə icraat qurtardıqdan sonra həyata keçirilir. 

M a d d ə   6 2 .   V u r u l m u ş   z i y a n ı n   ö d ə n i l m ə s i n i   t ə l ə b   e t m ə k  

h ü q u q u n u n   i z a h   e d i l m ə s i

 

62.1.  Bəraət  hökmü  çıxarmış  məhkəmə,  habelə  cinayət  təqibinə  xitam  verilməsi 



haqqında  qərar  çıxarmış  təhqiqatçı,  müstəntiq  və  ya  prokuror  cinayət  prosesini 

həyata  keçirən  orqanın  səhvi  və  ya  sui-istifadəsi  nəticəsində  vurulmuş  ziyanın 

ödənilməsi  cinayət  təqibinin  gedişində  mümkün  olmadıqda,  buna  hüququ  olan 

şəxsə,  həmin  şəxs  olmadıqda  isə  bu  Məcəllənin  60.2-ci  maddəsində  nəzərdə 

tutulmuş  digər  şəxsə  cinayət  təqibi  üzrə  icraat  qurtardıqdan  sonra  ziyanın 

ödənilməsi qaydalarını izah etməlidir. 

62.2.  Cinayət  prosesini  həyata  keçirən  orqanın  səhvi  və  ya  sui-istifadəsi 

nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququnun şəxsə izah edilməsi haqqında 

ayrıca protokol tərtib olunur. 



M a d d ə   6 3 .   C i n a y ə t   t ə q i b i   ü z r ə   i c r a a t   q u r t a r d ı q d a n  

s o n r a   v u r u l m u ş   z i y a n ı n   ö d ə n i l m ə s i   q a y d a l a r ı

 

Cinayət  prosesini  həyata  keçirən  orqanın  səhvi  və  ya  sui-istifadəsi  nəticəsində 



vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları 

mülki  mühakimə  icraatı  qaydasında  «Təhqiqat,  ibtidai  istintaq,  prokurorluq  və 

məhkəmə  orqanlarının  qanunsuz  hərəkətləri  nəticəsində  fiziki  şəxslərə  vurulmuş 

ziyanın  ödənilməsi  haqqında»  Azərbaycan  Respublikasının  Qanunu  ilə  həyata 

keçirilir. 

V I   f ə s i l    

PROSESSUAL QƏRARLARIN MƏCBURİLİYİ 

M a d d ə   6 4 .   P r o s e s s u a l   q ə r a r l a r ı n   i c r a s ı n ı n   m ə c b u r i l i y i

 

64.1. Cinayət prosesini həyata keçirən orqanın qüvvəyə minmiş qərarları, habelə 



göstərişləri, çağırışları və digər qanuni müraciətləri bütün dövlət orqanları, fiziki və 

hüquqi  şəxslər  üçün  məcburidir  və  Azərbaycan  Respublikasının  ərazisində  şərtsiz 

icra edilməlidir. 

64.2.  Cinayət  prosesini  həyata  keçirən  orqanın  qərarlarının  icra  edilməməsi 

Azərbaycan  Respublikasının  qanunvericiliyində  nəzərdə  tutulmuş  məsuliyyətə 

səbəb olur. 

64.3.  Xarici  dövlətlərin  məhkəmələri  və  istintaq  orqanları  qərarlarının 

Azərbaycan  Respublikası  ərazisində  məcburiliyi  Azərbaycan  Respublikasının 

tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. 

M a d d ə  

6 5 .  

P r o s e s s u a l  



q ə r a r l a r ı n  

p r e y u d i s i a l  

ə h ə m i y y ə t i

 

65.1.  Cinayət  prosesini  həyata  keçirən  orqanın  ləğv  edilməmiş  qərarı  həmin 



məsələ  üzrə  yeni  qərar  çıxarılmasına  yol  vermir.  Cinayət  prosesini  həyata  keçirən 

orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya 

məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik 

deyildir. 

65.2.  Aşağıdakı  qərarlar  cinayət  prosesini  həyata  keçirən  orqan  üçün  məcburi 

qüvvəyə  malik  deyildir  və  yeni  hallar  aşkar  edilərsə  və  ya  əvvəlki  hallar  aradan 

qalxarsa, onlara ləğv edilmədən yenidən baxıla bilər: 

65.2.1. şəxslərin  cinayət prosesinin  iştirakçısı  qismində tanınması və  bu qisimdə 

onların cinayət prosesində iştirakına xitam verilməsi haqqında; 

65.2.2.  qətimkan  tədbirinin  seçilməsi  və  ya  digər  prosessual  məcburiyyət 

tədbirlərinin tətbiqi haqqında; 

65.2.3.  cinayət  prosesində  iştirak  edən  şəxslərin  dövlət  müdafiə  tədbirlərinin 

tətbiqi və onlara xitam verilməsi haqqında; 



Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə