Microsoft Word az law Environmental Protection



Yüklə 231,41 Kb.
Pdf görüntüsü
səhifə1/9
tarix01.02.2018
ölçüsü231,41 Kb.
#23067
  1   2   3   4   5   6   7   8   9


Ətraf mühitin mühafizəsi haqqında 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU  

 

 

Bu  Qanun  ətraf  mühitin  mühafizəsinin  hüquqi,  iqtisadi  və  sosial  əsaslarını  müəyyən 



edir.  Qanunun  məqsədi  ətraf  mühitin  ekoloji  tarazlığının  mühafizəsi  sahəsində  ekoloji 

təhlükəsizliyin  təmin  edilməsindən,  təbii  ekoloji  sistemlərə  təsərrüfat  və  başqa  fəaliyyətin 

zərərli təsirinin qarşısının alınmasından, bioloji müxtəlifliyin qorunub saxlanılmasından və 

təbabətdən istifadənin səmərəli təşkilindən ibarətdir. 

Bu  Qanun  ətraf  mühitin  keyfiyyətinin  yaxşılaşdırılması,  təbii  ehtiyatların  səmərəli 

istifadəsi  və  bərpası,  ətraf  mühitin  mühafizəsi  sahəsində  qanunçuluğun  və  hüquq 

qaydalarının  möhkəmləndirilməsi  məqsədilə  cəmiyyətlə  təbiətin  qarşılıqlı  əlaqəsini 

tənzimləyir. 

I   f ə s i l  

ÜMUMİ MÜDDƏALAR 

M a d d ə   1 .

 Əsas terminlər və anlayışlar 

Bu qanunda aşağıdakı əsas termin və anlayışlardan istifadə edilir: 

ətraf mühit - insan fəaliyyətindən asılı olmayaraq onu əhatə edən canlı və cansız təbiətin 

məcmusu; 

ekologiya - ətraf mühitin tarazlığını və bu tarazlığın pozulmasına təsir edən təbii amillər 

və antropogen (insan fəaliyyəti) və fiziki proseslər öyrənən elm; 

təbii resurslar (ehtiyatlar) - insanların ehtiyaclarını ödəmək üçün ətraf mühitdə mövcud 

olan torpaq, faydalı qazıntılar, bitki örtüyü, flora, fauna, su və enerji mənbələri; 

ətraf  mühitin  mühafizəsi  -  ətraf  mühitdə  təbii  mövcud  olan  maddi  varlıqların  ilkin 

kəmiyyət və keyfiyyətcə dəyişmələrə yol verilməməsi, qorunub saxlanması; 

təbiətdən  istifadə  -  gələcək  nəsillərin  ehtiyacını  nəzərə  almaqla,  cəmiyyətin  sosial-

iqtisadi  tələblərini  ödəmək  məqsədilə  ətraf  mühitin  ekoloji  razılığının  pozulmasına  yol 

verilmədən təbii resurslardan səmərəli və qənaətlə istifadə edilməsi; 

ətraf mühitin monitorinqi - təbii və antropogen təsirlər nəticəsində ətraf mühitə yayılan 

zərərli qaz, maye və bərk haldakı tullantılara kəmiyyət və keyfiyyət cəhətdən nəzarətin elmi 

əsaslarla həyata keçirilməsi; 

ekoloji  sistem  -  qarşılıqlı  təsirdə  olan  ətraf  mühitin  tərkib  hissəsini  təşkil  edən:  bitki 

örtüyü, flora, heyvanlar aləmi, fauna, torpaq, su hövzələri və çaylar, mineral sərvətlər, hava 

və enerji mənbələrinin vəhdətidir; 

ətraf mühitin ekoloji tarazlığının normallaşdırılması - insan yaşayışı üçün ətraf mühitin 

yararlı  olmasını  müəyyən  edən  və  bioloji  müxtəlifliyin  qorunub  saxlanmasının,  ekoloji 

sistemlərin  sabit  istifadəsini  təmin  edən  ətraf  mühitin  keyfiyyət  göstəricilərinin  müəyyən 

edilməsi; 

ətraf  mühitə  zərərli  təsir  -  ekoloji  sistemin  ayrı-ayrı  komponentlərinin  kəmiyyət  və 

keyfiyyətcə  dəyişməsinə,  ekoloji  tarazlığın  pozulmasına  səbəb  olan  kimyəvi  və  bioloji, 

zərərli  fiziki,  texniki,  dağ-mədən  işlərində  texnologiyanın  pozulması,  təbii  resurslardan 

israfçılıqla istifadə edilməsi ilə müşayiət olunan fəaliyyət; 

ətraf  mühitin  keyfiyyət  göstəriciləri  -  səlahiyyətli  dövlət  orqanları  tərəfindən  təsdiq 

edilmiş  insan  sağlamlığını  və  ətraf  mühitin  mühafizəsini  təmin  edən  normativ  texniki 




sənədlərin  və  standartların  tələblərinə  cavab  verən  məhsullar  və  ətraf  mühitin  tarazlığının 

ilkin göstəriciləri. 

M a d d ə   2 .

 Ətraf mühitin mühafizəsi sahəsində Azərbaycan Respublikasının 

qanunvericiliyi 

Ətraf  mühitin  mühafizəsi  sahəsində  Azərbaycan  Respublikasının  qanunvericiliyi 

Azərbaycan  Respublikasının  Konstitusiyasından,  bu  Qanun  və  digər  normativ  hüquqi 

aktlardan ibarətdir. 

M a d d ə   3 .

 Ətraf mühitin mühafizəsinin əsas prinsipləri 

Ətraf mühitin mühafizəsi aşağıdakı prinsiplərə əsaslanır: 

sosial-iqtisadi, mənəvi-estetik problemlərin qarşılıqlı həlli; 

ərazilərdə ekoloji tarazlığın təmin edilməsi və pozulmuş təbii ekoloji sistemlərin bərpası; 

təbii  ehtiyatların  səmərəli  istifadə  olunması  və  bərpası,  təbiətdən  istifadənin  və  ətraf 

mühitin mühafizəsinin iqtisadi stimullaşdırılmasının tətbiq edilməsi; 

ətraf mühitin bioloji müxtəlifliyinin qorunmasının təmin edilməsi; 

dövlət  nəzarəti,  ətraf  mühitin  mühafizəsi  haqqında  qanunvericiliyin  pozulmasına  görə 

məsuliyyət; 

ətraf  mühitə  zərər  vurulmasının  qarşısının  alınması  və  vurulan  zərərin 

qiymətləndirilməsi; 

ətraf mühitin mühafizəsi sahəsində əhalinin və ictimai birliklərin iştirakı; 

ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq əməkdaşlıq. 

I I   f ə s i l  

ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ SAHƏSİNDƏ HÜQUQLAR VƏ VƏZİFƏLƏR 

M a d d ə   4 .

 Ətraf mühitin mühafizəsi sahəsində dövlətin hüquqları və vəzifələri 

1. Ətraf mühitin mühafizəsi sahəsində dövlətin hüquqları: 

1.1.  dövlət  siyasətinin  əsas  istiqamətlərini,  onun  həyata  keçirilməsi  üçün  strateji 

tədbirləri hazırlamaq; 

1.2.  ətraf  mühitin  mühafizəsi  sahəsində  təsərrüfat  və  başqa fəaliyyətin ekoloji  tarazlığa 

olan keyfiyyət normativlərini işləmək və təsdiq edilməsi qaydalarını müəyyən etmək; 

1.3. ətraf mühitin mühafizəsinin dövlət fondları haqqında əsasnamələri təsdiq etmək; 

1.4.  qanunvericiliyə  müvafiq  olaraq  təbii  resursların  istifadəyə  verilməsi  haqqında 

qərarları  qəbul  etmək,  təbiətdən  istifadəyə  görə  limitləri  və  kvotaları  müəyyən  etmək, 

müqavilələri (kontraktları) bağlamaq; 

1.5.  təbiətdən  istifadəçilərə  (sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  olan  hüquqi  və  fiziki 

şəxslərə) lazımi xüsusi icazənin verilməsi üçün təbiətdən istifadə formalarının siyahısını və 

bu xüsusi icazələrin verilməsi qaydalarını təsdiq etmək; 

1.6. təbiətin mühafizəsinin müxtəlif hallarına dair konsepsiyaları, təbii  

resursların istifadəsi, mühafizəsi və bərpasına dair kompleks proqramları təsdiq etmək 

və  həyata  keçirilmək,  təbii  ehtiyatların  dövlət  kadastrının  və  dövlət  uçotunun  aparılması 

qaydalarını müəyyən etmək; 

1.7.  ətraf  mühitin  və  təbii  ehtiyatların  dövlət  monitorinqinin  aparılması  qaydalarını 

müəyyən etmək; 

1.8.  təsərrüfat  fəaliyyətinin  ekoloji  cəhətdən  təhlükəli  formalarının  siyahısını,  onlara 

xüsusi  icazə  verilməsi  qaydalarını,  həmçinin  ətraf  mühitin  mühafizəsi  sahəsində  məcburi 




Yüklə 231,41 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə