Fitosanitar nəzarəti haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun Azərbaycan Respublikasının ərazisində fitosanitar nəzarətinin təşkilinin
və həyata keçirilməsinin hüquqi əsaslarını müəyyən edir, bitki mühafizəsi və karantini
sahəsində fəaliyyət göstərən subyektlər arasındakı münasibətləri tənzimləyir.
I f ə s i l
ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Əsas anlayışlar
1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.0.1. fitosanitar nəzarəti - bitki mühafizəsi və karantini, pestisidlərin, bioloji
preparatların və digər bitki mühafizə vasitələrinin istifadəsi sahəsində dövlət nəzarətinin
həyata keçirilməsi;
1.0.2. bitki karantini - bitki və bitkiçilik məhsullarında karantin tətbiq edilən zərərli
orqanizmlərin ölkə ərazisinə daxil olmasının və yayılmasının qarşısının alınmasına
yönəldilmiş tədbirləri nəzərdə tutan hüquqi rejim;
1.0.3. bitki mühafizəsi - bitki və bitkiçilik məhsullarının zərərli orqanizmlərdən
mühafizəsi məqsədilə kompleks tədbirlərin həyata keçirilməsi;
1.0.4. bitki - toxum və genetik material da daxil olmaqla, canlı bitkilər və onların
hissələri;
1.0.5. bitkiçilik məhsulları - dən də daxil olmaqla, emal olunmamış bitki mənşəli
materiallar, habelə öz təbiətinə və ya emal üsuluna görə zərərli orqanizmlərin
məskunlaşması və yayılması riskini yarada bilən ilkin emal olunmuş bitki mənşəli
məhsullar;
1.0.6. zərərli orqanizm - bitki və bitkiçilik məhsullarına zərər vuran heyvanların,
bitkilərin və ya xəstəlik törədən mikroorqanizmlərin hər hansı növü, növün dəyişmiş
forması, yaxud bioloji tipi (bitki xəstəlikləri, zərərvericiləri və alaq otları);
1.0.7. karantin tətbiq edilən zərərli orqanizm - ərazidə hələlik mövcud olmayan və
yaxud mövcud olaraq məhdud dairədə yayılmış və rəsmi mübarizə obyektinə çevrilmiş,
ətraf mühitə, ərazinin iqtisadiyyatına və əhalinin sağlamlığına potensial təhlükə yaradan
zərərli orqanizm;
1.0.8. karantin nəzarətində olan material - zərərli orqanizmlərin məskunlaşmasına
(gizlənməsinə) və yayılmasına şərait yaradan, fitosanitar tədbirlərin aparılmasını tələb edən
(xüsusilə beynəlxalq yükdaşımalar zamanı) bitki və bitkiçilik məhsulları, onların saxlanma
yeri, qablaşdırma materialı, nəqliyyat vasitələri, torpaq və hər hansı digər orqanizm, obyekt,
yük;
1.0.9. bitki mühafizə vasitələri - bitki və bitkiçilik məhsullarının zərərli
orqanizmlərdən qorunması məqsədilə istifadə olunan pestisidlər, bioloji preparatlar, canlı
faydalı orqanizmlər və texniki vasitələr;
1.0.10. pestisidlər - zərərli orqanizmlərə qarşı mübarizə məqsədilə istifadə edilən
zəhərli kimyəvi maddələr;
1.0.11. aqrokimyəvi maddələr - torpaqların münbitliyinin artırılması, bitkilərin
məhsuldarlığının yüksəldilməsi və məhsulun keyfiyyətinin yaxşılaşdırılması üçün tətbiq
edilən üzvi, mineral və bakterial gübrələr, kimyəvi meliorantlar, bitkilərin boy artımı
stimulyatorları və digər maddələr;
1.0.12. fitosanitar sertifikatı - Beynəlxalq Bitki Karantini və Mühafizəsi
Konvensiyasına uyğun olaraq nümunəvi forma əsasında hazırlanmış və təsdiq olunmuş
bitki və bitkiçilik məhsullarının fitosanitar vəziyyəti barədə rəsmi sənəd.
Maddə
2.
Fitosanitar
nəzarəti
haqqında
Azərbaycan
Respublikasının
qanunvericiliyi
2.1. Fitosanitar nəzarəti haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
Azərbaycan
Respublikasının
Konstitusiyasından,
bu
Qanundan,
Azərbaycan
Respublikasının digər qanunlarından və onlara uyğun olaraq qəbul edilmiş normativ
hüquqi aktlardan, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq
müqavilələrdən ibarətdir.
2.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə
fitosanitar nəzarəti sahəsində müəyyən edilmiş qaydalar bu Qanunda nəzərdə tutulmuş
qaydalardan fərqli olduqda beynəlxalq müqavilələrin qaydaları tətbiq edilir.
Maddə 3. Fitosanitar nəzarətinin əhatə dairəsi
3.0. Fitosanitar nəzarəti aşağıdakıları əhatə edir:
3.0.1. hüquqi və fiziki şəxslər tərəfindən fitosanitar nəzarəti qanunvericiliyinin
tələblərinə əməl olunmasını;
3.0.2. Azərbaycan Respublikasının ərazisinə başqa dövlətlərdən karantin tətbiq
edilən zərərli orqanizmlərin daxil olmasının və yayılmasının qarşısını almaq üçün
fitosanitar tədbirlərin təşkilini və həyata keçirilməsini;
3.0.3. bitki və bitkiçilik məhsullarının istehsalı, tədarükü, satışı, saxlanması və
daşınması zamanı fitosanitar qaydalarına və normativlərinə əməl edilməsini;
3.0.4. fitosanitar nəzarətində olan karantin obyektlərinin təhlükəsizliyinə nəzarət
edilməsini, zərərli orqanizmlərlə sirayətlənmənin başvermə və yayılma səbəbləri və şəraiti
üzrə müşahidənin aparılmasını, onların qarşısının alınması və ləğvi üçün icrası məcburi
olan fitosanitar tədbirlərin müəyyən edilməsini və həyata keçirilməsini;
3.0.5. dövlət büdcəsinin vəsaiti hesabına alınmış pestisidlərin, o cümlədən onların
ehtiyatı da nəzərə alınmaqla bölgüsünü, saxlanmasını, daşınmasını və istifadəsini;
3.0.6. pestisidlərin, bioloji preparatların və digər bitki mühafizə vasitələrinin
istehsalı, idxalı, ixracı, saxlanması, satışı və tətbiqi ilə məşğul olan hüquqi və fiziki şəxslərin
fəaliyyətini;
3.0.7. qanunvericilikdə nəzərdə tutulan digər məsələləri.
Maddə 4. Fitosanitar nəzarətində olan karantin obyektləri
4.0. Fitosanitar nəzarətində olan karantin obyektləri aşağıdakılardır:
4.0.1. siyahısı qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən olunmuş bütün növ bitkilər və bitkiçilik məhsulları;