Microsoft Word az law Sanitary Epidemiological Well-being



Yüklə 207,54 Kb.
Pdf görüntüsü
səhifə1/8
tarix25.03.2018
ölçüsü207,54 Kb.
#33367
  1   2   3   4   5   6   7   8


Sanitariya-epidemioloji salamatlıq haqqında 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 

 

I f ə s i l  



 

ÜMUMİ MÜDDƏALAR 

 

Maddə 1. Əhalinin sanitariya-epidemioloji salamatlığı və onun təmin edilməsinin 



əsasları 

 

1. Əhalinin sanitariya-epidemioloji salamatlığı ictimai sağlamlığın və insanların yaşayış 



mühitinin elə bir halıdır ki, bu mühitin amilləri insan orqanizminə təhlükəli və zərərli təsir 

göstərmir və insanın həyat fəaliyyəti üçün əlverişli şərait vardır. 

2. Azərbaycan Respublikası əhalisinin sanitariya-epidemioloji salamatlığı aşağıdakıların 

vasitəsilə təmin olunur: 

əhalinin  sağlamlığını  möhkəmlətməyə,  xəstəliklərin  profilaktikasına,  insanların  yaşayış 

mühitini  və  həyat  fəaliyyəti  şəraitini  sağlamlaşdırmağa  dair  dövlət,  regional  və  yerli 

proqramların yerinə yetirilməsi; 

dövlət  orqanları  və  ictimai  birliklər,  tabeliyindən  və  mülkiyyət  formasından  asılı 

olmayaraq  müəssisələr,  təşkilatlar  və  idarələr,  vəzifəli  şəxslər  və  vətəndaşlar  tərəfindən 

fəaliyyətlərinin  tərkib  hissəsi  kimi  sanitariya  qaydalarına  və  normalarına,  gigiyena 

normativlərinə əməl edilməsini; 

əhali  arasında  sağlam  həyat  tərzinin,  yüksək  sanitariya  mədəniyyətinin  yaranmasına 

yönəldilmiş gigiyena təlim-tərbiyəsi işlərinin görülməsi; 

əhalinin sağlamlıq vəziyyəti, gigiyena və epidemiologiya şəraiti, profilaktika, sanitariya-

gigiyena  tədbirləri  və  epidemiya  əleyhinə  tədbirlər  barəsində  əhaliyə  geniş  məlumat 

verilməsi; 

dövlət və idarə sanitariya nəzarəti, istehsalat nəzarəti və ictimai nəzarət sistemi. 

     Maddə 2. Azərbaycan Respublikasının sanitariya qanunvericiliyi və onun əsas 

vəzifələri 

1.

 Azərbaycan  Respublikasının  sanitariya  qanunvericiliyi  əhalinin  sağlamlığının 



qorunması  haqqında  Azərbaycan  Respublikasının  Qanunundan,  bu  Qanundan,  əhalinin 

sanitariya-epidemioloji  salamatlığı  məsələləri  barəsində  Azərbaycan  Respublikasının  digər 

qanunvericilik aktlarından ibarətdir. 

2.

 Azərbaycan  Respublikasının  sanitariya  qanunvericiliyi  Azərbaycan  Respublikası 



ərazisində  adamların  sağlamlığının  qorunmasında  və  möhkəmləndirilməsində,  cismən  və 

ruhən  inkişafında,  fəal  uzunömürlüyündə  vətəndaşların  və  cəmiyyətin  hüquq  və 

mənafelərini həyata keçirməyin zəruri şərti kimi əhalinin sanitariya-epidemioloji salamatlığı 

sahəsində ictimai münasibətləri tənzimləyir. 

3.

 Azərbaycan Respublikası sanitariya qanunvericiliyinin əsas vəzifələri aşağıdakılardır: 



dövlət  orqanlarının,  ictimai  birliklərin,  tabeliyindən  və  mülkiyyət  formasından  asılı 

olmayaraq  müəssisələrin,  təşkilatların,  idarələrin,  vəzifəli  şəxslərin  və  vətəndaşların  bu 

sahədə hüquq və vəzifələri sisteminin müəyyən edilməsi; 

insanların  sağlamlığını  ətraf  mühit  amillərinin  mənfi  təsirindən  qorumaq  və 

möhkəmləndirmək məqsədilə onların sanitariya-epidemioloji salamatlığının təmin edilməsi; 



sanitariya  normalarına  və  qaydalarına,  gigiyena  normativlərinə  əməl  edilməsinə,  eləcə 

də  sanitariya-gigiyena  və  epidemiya  əleyhinə  tədbirlərin  görülməsinə  nəzarət  sisteminin 

yaradılması; 

gigiyena  tənzimlənməsi  və  epidemioloji  tənzimləmə  qaydasının  müəyyənləşdirilməsi, 

sanitariya normalarının və qaydalarının hazırlanması; 

əhalinin  sanitariya-epidemioloji  salamatlığını  təmin  edən  iqtisadi  mexanizmin 

yaradılması; 

sanitariya normalarını və qaydalarını, gigiyena normativlərini pozmağa görə məsuliyyət 

dərəcələrinin müəyyən edilməsi; 

vətəndaşların  salamatlığının  qorunması  hüququnu  təmin  etməyə  yönəldilən 

qanunvericilik, hüquqi və təşkilati tədbirlər kompleksinin yaradılması. 

Maddə 3. Sanitariya normaları və qaydaları, gigiyena normativləri 

Sanitariya  normaları  və  qaydaları,  gigiyena  normativləri  ətraf  mühit  amillərinin  insan 

üçün  təhlükəsizliyi  və  ya  zərərsizliyi  meyarlarını  və  insanın  həyat  və  fəaliyyəti  üçün 

əlverişli şərait yaradılması tələblərini müəyyən edən normativ aktlardır. 

Azərbaycan  Respublikası  ərazisində  respublikanın  sanitariya  normaları  və  qaydaları, 

gigiyena  normativləri  qüvvədədir.  Lazım  gəldikdə  müvafiq  icra  hakimiyyəti  orqanının 

müəyyən etdiyi qayda əsasında Naxçıvan Muxtar Respublikasının, şəhərlərin və rayonların 

ərazisində müvəqqəti yerli sanitariya qaydaları tətbiq edilə bilər. 

i[1]


 

Bütün  dövlət  orqanları,  ictimai  birliklər,  tabeliyindən  və  mülkiyyət  formasından  asılı 

olmayaraq  müəssisələr,  idarələr,  təşkilatlar,  vəzifəli  şəxslər  və  vətəndaşlar  sanitariya 

normalarına və qaydalarına, gigiyena normativlərinə hökmən əməl etməlidirlər. 

Respublika  və  yerli  sanitariya  qaydalarının  və  normalarının,  gigiyena  normativlərinin 

hazırlanması,  təsdiq,  nəşr  edilməsi,  qüvvəyə  minməsi  və  dəyişdirilməsi  qaydasını,  habelə 

beynəlxalq  sanitariya  qaydalarının  və  normalarının,  gigiyena  normativlərinin  Azərbaycan 

Respublikası  ərazisində qüvvədə  olması  qaydasını  Azərbaycan  Respublikasının  baş  dövlət 

sanitariya həkimi müəyyən edir. 

Sanitariya  normaları  və  qaydaları,  gigiyena  normativləri  hökmən  nəşr  olunmalı  və 

sərbəst yayılmalıdır. 

 

Maddə  4. Əhalinin sanitariya-epidemioloji salamatlığının təmin edilməsi sahəsində 



Azərbaycan  Respublikası  ali  dövlət  hakimiyyəti  və  idarəetmə 

orqanlarının,  Naxçıvan  Muxtar  Respublikası  ali  və  yerli  dövlət 

hakimiyyəti  və  idarəetmə  orqanlarının,  Azərbaycan  Respublikası 

şəhərlərinin və rayonlarının yerli hakimiyyət orqanlarının səlahiyyəti 

 

1.  Azərbaycan  Respublikası  ali  dövlət  hakimiyyəti  və  idarəetmə  "orqanlarının 



səlahiyyətinə aşağıdakılar aiddir: 

Azərbaycan Respublikası əhalisinin sanitariya-epidemioloji salamatlığı məsələlərinə dair 

respublika qanunlarının, digər normativ aktların hazırlanması və qəbul edilməsi; 

əhalinin  sanitariya-epidemioloji  salamatlığının  təmin  edilməsi  sahəsində  məqsədyönlü 

respublika  kompleks  proqramlarının  hazırlanması  və  qəbul  olunması,  onların 

maliyyələşdirilməsi və həyata keçirilməsinə nəzarət edilməsi; 

dövlət  orqanları  tərəfindən  sanitariya  qanunvericiliyinə  əməl  olunmasına  nəzarət 

edilməsi; 

Azərbaycan  Respublikasının  ərazisində  əhalinin  sanitariya-epidemioloji  salamatlığının 



Yüklə 207,54 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə