Microsoft Word Az tarixi imtahan 50 cavab az docx



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə1/29
tarix14.03.2018
ölçüsü0,7 Mb.
#31374
növüYazı
  1   2   3   4   5   6   7   8   9   ...   29


Azərbaycan Tarixi Fənni Üzrə  mtahan Suallarının Cavabları 

1.

  Azərbaycan tarixi üzrə mənbələr və tarixşünaslıq 

Azərbaycan tarixi müxtəlif mənbələr, yəni qaynaqlar əsasında öyrənilir ki, bunlar 

da  arxeoloji  və  yazılı  abidələrdir.  Yazıyaqədərki  tarix  birmənalı  olaraq  arxeoloji 

abidələrin  tədqiqi  sayəsində  öyrənilir.  Yazı  yarandıqdan  sonrakı  tarix  isə  arxeoloji 

tədqiqatlarla üst-üstə düşürsə, bu daha mükəmməl, dəqiq tarix olur. Arxeoloji qazıntılar 

mədəni təbəqələrdən, qəbir abidələrindən, qədim yaşayış məskənlərindən aşkar edilmiş 

müxtəlif  əmək  alətlərindən,  silahlardan,  məişət  əşyalarından,  tikintilərin  memarlıq 

xüsusiyyətlərini öyrənməkdən və s. ibarətdir. 

 

Yazılı  abidələr  əsasən  sinifli  cəmiyyətdə  meydana  çıxmışdır.  Lakin  sinifli 



cəmiyyət  formalaşana  qədər  də  müxtəlif  şəkli  yazılar  –  piktroqrafik  (piktos  “şəkil”, 

qrafo “yazı” deməkdir) yazılar olmuşdur. Sonralar  kiçayarasında (Mesopotamiya) mixi 

yazı növü meydana çıxmışdır. 

 

Azərbaycan  tarixinin  qədim  dövrü  Mesopotamiya  ərazisində  e.ə.III-I 



minilliklərdə bir birini əvəz edən qədim Şumer, Akkad, Assuriya və Van gölü ətrafında 

mövcud  olmuş  Urartu  mixi  yazıları  vasitəsilə  öyrənilir.  Söz  yox  ki,  o  dövrdə 

Azərbaycan ərazisində də müxtəlif yazı növləri olmuşdur. Çünki, mənbələrdə o yazıları 

oxuyan  və  onlara  cavab  yazan  “mirzələrdən”  söhbət  açılır.  Bu  yazılarda  ərazimizdə 

mövcud  olmuş  Aratta,  Kutium,  Lullubum  və  Manna  dövləti  haqqında  məlumatlar 

vardır. 


E.ə.V-eramızın  III  əsrlərinə  aid  Antik  mənbələrdə  ölkəmizə  aid  məlumatlar 

saxlanmaqdadır.  Qədim  yunan  tarixçisi  Herodotun  “Tarix”  əsərində,  Yunan,  Roma 

tarixçi  və  coğrafiyaşünaslarından  Strabon,  Ptolomey,  Plini,  Arrian  və  digərlərinin 

ə

sərlərində Azərbaycan haqqında yazılı məlumatlara rast gəlinir. 



Eramızın  IV-X  əsrlərinə  aid  Bizans  qaynaqlarında  da  maraqlı  məlumatlara  rast 

gəlinir.  Alban  tarixçisi  Musa  Kalankətlinin  “Alban  tarixi”  əsəri  bu  baxımdan  daha 

diqqətəlayiqdir. Bu bizim yerli yazılı abidələrimizdir. 

VII  əsrdən  sonra  tariximiz  ərəb  mənbələrində  işıqlandırılmışdır.  Təbəri, 

Müqəddəsi,  bn  Xordadbeh,  bn  Havqəl

 

və  başqalarının  əsərlərində  Azərbaycan 



haqqında geniş məlumatlar vardır. 


Pəhləvi  dilində  daş,  qala  divarı  üzərində  həkk  olunan  epiqrafik  yazılarda 

Azərbaycanın ölkə adları əksini tapmışdır. XI-XVIII əsrlərə aid orta əsr yazılı mənbələri 

ə

rəb,  fars,  türk  dillərində  yazılmışdır.  Azərbaycanda  səlcuqların  hakimiyyəti  dövrü 



Sədr-əd-din Hüseynin əsərində öz əksini tapmışdır. Azərbaycanda monqol hakimiyyəti 

dövrü  haqqında  Rəşid-əd-din,  Həmdullah  Qəzvini  və  bn  əl-əsirin  əsərlərində  geniş 

məlumatlar verilmişdir. Orta əsr tarixçiləri – Məhəmməd Naxçıvani, Həsənbəy Rumlu, 

sgəndər Münşi, Məhəmməd Tahir Vahid, Xondəmir, Övliya Çələbi və b. Ağqoyunlu və 

Qaraqoyunlu  dövlətlərinin,  Səfəvilər  dövlətinin  tarixinə  dair  ətraflı  məlumatlar 

vermişlər.  Eyni  zamanda  orta  əsrlərdə  Azərbaycana  gəlmiş  Avropa  səyyahları  Adam 

Oleari, Yan Şarden, Tavernye, Kempfer və b. Azərbaycanın siyasi, iqtisadi və mədəni 

həyatı barədə məlumatlar vermişlər. 

XIX  əsrdə  yaşamış  tarixçilər  Mirzə  Adıgözəl  bəy,  Mirzə  Yusif,  Əhməd  bəy 

Cavanşir, Mirzə Camal Qarabaği, Əhməd bəy Cavanşir, Kərimağa Fateh və Hacı Seyid 

Ə

bdul  Həmid  xanlıqlar  dövrü  haqqında  maraqlı  əsərlər  yazmışlar.  A.  Bakıxanov  isə 



“Gülüstani- rəm”  əsərində  qədim  zamanlardan  1813-cü  ilə  kimi  baş  vermiş  tarixi 

hadisələri şərh etmişdir. 

Kapitalizm  dövründə  Azərbaycan  tarixinin  öyrənilməsi  üçün  o  dövrdə  nəşr 

olunmuş qəzet və jurnal materiallarının böyük əhəmiyyəti vardır. 

Azərbaycan  tarixi  elmi  baxımdan  XIX  əsrdən  öyrənilməyə  başlanmışdır. 

Azərbaycan  tarixinə  dair  Sovetlət  birliyi  zamanında  xeyli  sayda  əsərlər  yazılmışdır. 

Azərbaycan  müstəqillik  qazandıqdan  sonra  tariximizə  maraq  bir  qədər  də  artmış, 

tariximiz qərəzli öyrənmələrdən xilas olmuş, keçmişimizə dair obyektiv, sanballı əsərlər 

yazılmışdır.  Buraya  çoxsaylı  monoqrafik  əsərləri,  o  cümlədən  yeddi  cildlik 

“Azərbaycan tarixi” ni də əlavə etmək lazımdır. 



2.Ən qədim Daş dövrünün (paleolit) xarakterik əlamətləri. 

 

Azərbaycan  ərazisində  ibtidai  icma  quruluşunun  təşəkkülü  daş  dövrünün 

(paleolit)  ən  qədim  mərhələlərindən  başlamış  və  üst  paleolitə  (son  paleolit)  keçid 

dövründə başa çatmışdır. 

Azərbaycan yer kürəsində ibtidai insanın formalaşdığı ərazilər sırasına daxildir. 



Hələ 12 mln. il əvvəl Azərbaycan ərazisində meymunabənzər insanlar yaşamışlar. 1939-

cü  ildə  Qərbi  Azərbaycanla  Şərqi  Gürcüstanın  sərhəddində,  Udabno

 

adlanan  yerdə 



meymunabənzər insanın qalıqlarının tapılması buna sübutdur. Azərbaycanda qədim daş 

dövrü  Azıx,  Tağlar,  Zar,  Qazma,  Daşsalahlı,  Aveydağ  mağara  düşərgələri  və  Qədir 

dərə,  Çaxmaqlı,  Kəkilli  kimi  açıq  düşərgələrin  arxeoloji  materialları  əsasında 

öyrənilmişdir. Azərbaycanda ən qədim insan mədəniyyəti olan Quruçay mədəniyyəti üç 

mərhələyə bölünür. Birinci mərhələ paleolitin ilk təşəkkülü (Aşelə qədərki dövrü) əhatə 

edir. Ikinci mərhələ erkən və orta aşel dövrünü, üçüncü mərhələ isə son aşel və müstye 

dövrünü  əhatə  edir.  Bu  mədəniyyətin  1,5  mln.  ildən  artıq  yaşı  var.  Quruçay 

mədəniyyətinin ilkin dövrü Afrikada öyrənilmiş Olduvay paleolit mədəniyyəti ilə eyni 

tarixə  malikdir.  Aşelə  qədərki  dövrün  əmək  alətləri  adi  çay  daşlarından  çox  kobud 

hazırlanmışdır. Bu mərhələnin insanları təbii daşlardan qəlpələr qoparmağı və onlardan 

kəsmək,  doğramaq  aləti  kimi  istifadə  etməyi  bacarırdı.  Bu  dövrdə  ovçuluq  bəsit  idi. 

Ibtidai ovçuluqla yanaşı giləmeyvə yığmaq vərdişi də təşəkkül tapmağa başlamışdı.  

Quruçay mədəniyyətinin 2-ci inkişaf mərhələsi 700-150 min il arasındakı dövrü 

ə

hatə edir. Bu dövrdə əmək alətləri xeyli təkmilləşmişdi. Erkən daş dövründə insanlar 



süni  yolla  od  əldə  etmişlər.  ən  qədim  ocaq  qalığının  700  minə  yaxın  yaşı  var.  Azıx 

mağarasında  təxminən  400  min  il  əvvəl  yaşamış  Azıxantrop  insan  tipi  Pitekantropdan 

sonrakı  və  Neandertaldan  əvvəlki  dövrə  aiddir.  Azıx  mağarasının  Aşel  təbəqəsində 

qədim  tikinti  qalığı  tapılmışdır.  Ocaqdan  istifadə  və  yaşayış  binasının  tikintisi  bəşər 

tarixinin  ən  qədim  nailiyyəti  sırasına  daxildir.  Aşel  dövründə  insanlar  tədricən  ətraf 

aləmi dərk edir, ibtidai dini təsəvvürlər yaradır və sadə incəsənətlə məşğul olurdular.  

Quruçay mədəniyyətinin üçüncü mərhələsinin tarixi 150-120 min il arasındadır. 

Bu dövr insanları ətraf aləmə yaxşı bələd olmuş, təbii sərvətlərdən xammal kimi istifadə 

etmişlər.  Əmək  alətlərinin  hazırlanmasında  dəvəgözü  daşından  geniş  istifadə  edilirdi. 

Bu dövrdə həmçinin ilk bəsit dəfn mərasimi meydana gəlmişdi. Orta paleolit dövründə 

totem, ovsun, heyvanlara sitayiş kimi dini təsəvvür formaları da təşəkkül tapmışdı.  

Paleolitin  son  mərhələsi  təxminən  40-30  min  il  əvvəl  başlamış  və  e.ə.  12-ci 

minilliyə  qədər  davam  etmişdir.  Bu  dövrdə  iqlim  mülayimləşmiş,  bitki  və  heyvanat 

aləmində yaşayış üçün əlverişli dəyişikliklər baş vermişdir. 




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə