Microsoft Word Az tarixi imtahan 50 cavab az docx



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə29/29
tarix14.03.2018
ölçüsü0,7 Mb.
#31374
növüYazı
1   ...   21   22   23   24   25   26   27   28   29

Dumanın icraedici orqanı olan  Şəhər idarəsi. Bu iki orqanın başçısı  (qlava)  yalnız rus 

olmalıdı  idi.  Başçını  Şəhər  Duması  seçsə  də,  Daxili  şlər  Nazirliyi  təsdiq  edirdi.  Bakı 

Şə

hər Duması 8 yanvar 1878-ci ildə açıldı. Şəhər Dumasının səlahiyyət dairəsinə şəhər 



təsərrüfatının  idarə  edilməsi,  yerli  ticarət  və  sənayenin  himayə  edilməsi,  yanğınla 

mübarizə, səhiyyə, xalq təhsili kimi sahələr daxil idi. Bakı Şəhər Dumasında bütün işlər 

rus  dilində  aparılırdı.  Çar  höküməti  1892-ci  ildə  yeni  Şəhər  Əsasnaməsi  verərək 

qubernatorların şəhərlərin özünüidarə işlərinə müdaxilələr etmək sahəsində  hüquqlarını 

genişləndirdi.  Bu  Əsasnaməyə  uyğun  olaraq  1897-ci  ildə  Gəncədə  tam  həcmli  şəhər 

özünüidarəsi,  Lənkəran,  Nuxa,  Şamaxı,  Quba  və  digər  şəhərlərdə  isə  sadələşdirilmiş  

ictimai idarələr yaradıldı.  

 

 



 

nzibati  idarə  sistemində  dəyişikliklər.1859-cu  ildə  Şamaxıda  baş  verən 

zəlzələdən sonra quberniyanın mərkəzi Bakıya köçürüldü və Şamaxı quberniyası Bakı 

quberniyası  adlandırıldı.  1860-cı  il  inzibati  islahatana  görə  Dərbənd  quberniyası  ləğv 

edildi, Quba qəzası Bakı quberniyasının tərkibinə qatıldı. Şimali Azərbaycanın inzibati- 

ə

razi bölgüsündə ən ciddi dəyişiklik 1868-ci ildə mərkəzi Gəncə olmaqla, Yelizavetpol 



quberniyasının  yaradılması  oldu.  1883-cü  ildə  çar  höküməti  Qafqaz  canişinliyini  ləğv 

etdi və diyarın idarəsi Qafqazdakı mülki hissə üzrə baş rəisə tapşırıldı.  

 

 

47. XIX əsrin ikinci yarısında Şimali Azərbaycanda neft sənayesi 

XIX  yüzilliyin  son  rübündə  bütün  dünyanın  diqqətini  özünə  cəlb  edən  Bakının 

zəngin  neft  sərvəti  70-ci  illərə  qədər  Rusiyada  geniş  yayıla  bilmədi.  1872-ci  ildə  neft 

sənayesinin inkişafına əngəl törədən iltizam sistemi ləğv edildi. Həmin ilin dekabrında 

neft  yataqları  müzaidə(torq)  vasitəsilə  ayrı-ayrı  kapital  sahiblərinə  uzun  müddətli 

icarəyə  verildi  (əslində  auksiyon  vasitəsilə  sahibkarlara  satıldı).  60-cı  illərin 

ə

vvəllərindən  buruqla  quyu  qazmağa  dəfələrlə  cəhd  edildi  və  1871-ci  ildə  buna  nail 



olundu. Balaxanıda Mirzoyev qardaşlarının mədənlərində mexaniki üsulla qazılan quyu 

45  metrə  çatan  kimi  neft  verdi.  1873-cü  ildə  buruqla  quyu  qazmaq  işində  ilk  buxar 

mühərriklərindən  istifadə  olundu.  70-ci  illərin  əvvəllərindən  etibarən  Balaxanıda, 

Zabratda,  Bibi-Heybətdə,  Binəqədidə  neftin  fontan  vurması  buraya  marağı  artırmaqla 

bərabər, neftli torpaq sahəsinin qiymətini min manatdan 45 min manata qaldırdı. 

ΧΙΧ  əsrin  70-ci  illərindən  1917-ci  il  fevral  burjua-demokratik  inqilabının 

qələbəsinə qədər Bakıda neft sənayesinin tarixini üç dövrə bölürlər (1872-1900, 1901-

1913,  1914-1917).  Dövrlərin  hər  biri  səciyyəvi  cəhətləri  ilə  bir-birindən  fərqlənir. 

Birinci dövr neft sənayesinin sürətlə təşəkkülü və tərəqqisi dövrü idi. 

Neft  sənayesi  inkişafının  birinci  dövründə  burada  əsas  rolu  yerli  və  rus  kapitalı 

oynayırdı. Neft istehsalı ilə məşğul olan şirkətlərin sayı ildən-ilə artırdı. Xarici kapitalın 



ilk nümayəndəsi isveç təbəəsi Robert Nobel oldu. Nobel qardaşları Bakıya 70-ci illərin 

ortalarında  gəlsələr  də  öz  şirkətlərini  1879-cu  ildə  təşkil  edə  bildilər.  1873-cü  ildə 

Bakıda  12  şirkət olduğu halda,  əsrin sonunda onların  sayı  140-a  çatırdı.  1870-ci ildən 

1901-ci ilə qədər neft istehsalı 165 dəfə artaraq 3 mln puddan 667 mln puda çatdı. Bakı 

neft sənayesi dünya neft istehsalının yarıdan çoxunu və Rusiyadakının 95 faizini verirdi. 

70-ci  illərin  sonunadək  neft  Xəzər  dənizi  və  Volqa  ilə  yelkənli  gəmilər  vasitəsilə 

boçkalarda  Rusiyanın  daxili  əyalətlərinə  daşınırdı.  D. .Mendeleyevin  təklifi  ilə  1897-

1907-ci  illərdə  Bakı  ilə  Batum  arasında  çəkilmiş  829  verst  uzunluğunda  neft  kəməri 

iqtisadi  cəhətdən  çox  faydalı  oldu.  Həmin  kəmər  vasitəsilə  ildə  60  mln  pud  neft  nəql 

edilirdi.  70-ci  illərdə  neftayırma  zavodların  sayı  47-yə  çatdı.  Onların  içərisində 

H.Z.Tağıyevin  və  Kələntərovun  zavodları  fərqlənirdi.  Xırda  neftayıran  zavodların 

təmərküzləşməsi  nəticəsində  əsrin  sonunda  neftayıran  zavodların  sayı  101-ə  endi.  Ağ 

neft  zavodlarının  20-də  sürtgü  yağları  hazırlanırdı.  Neftin  emalı  sahəsində  əldə  edilən 

nailiyyətlərdən  biri  də  70-ci  illərin  sonunda  neft  qalıqlarından  kükürd  turşusu  istehsal 

edən müstəqil zavodların yaranması idi. 

  Az  vaxtda  Bakıda  onlarla  neft  sənaye  milyonçuları  meydana  çıxdı.  Onların 

arasında azərbaycanlı kapitalistlərdən H.Z.Tağıyev, Musa Nağıyev, Murtuza Muxtarov, 

Şə

msi  Əsədullayev  və  b.  da  var  idi.  Xarici  kapital  Nobel  qardaşları,  Vişau  (ingilis), 



Rotşild (Fransa) kimi milyonçularla təmsil olunurdu. Bakı neft maqnatları 1884-cü ildə 

xüsusi bir mərkəz, neft sənayeçiləri qurultayı yaratdılar. 1893-cü ildə Peterburqda “Bakı 

kerasin zavodçularının ittifaqı” yarandı. 

 

 



48. XIX əsrin ikinci yarısında Azərbaycan mədəniyyəti 

Azərbaycanın  sosial-iqtisadi  və  siyasi  həyatında  baş  verən  dəyişikliklər  ΧΙΧ 

ə

srin  ikinci  yarısında  mədəniyyətdə  də  əksini  tapırdı.  Əsrin  birinci  yarısında 



fəaliyyət göstərən məktəblər və mədrəsələr yenə qalmaqda idi.  

Rusiyada  həyata  keçirilən  məktəb  islahatları  70-ci  illərdən  başlayaraq 

Azərbaycanda  ibtidai  təhsil  sahəsində  canlanmaya  səbəb  oldu.  Məktəbdə  təhsil 

müddəti dörd il idi. Tədris planına ana dili, şəriət, rus dili, hesab, coğrafiya, tarix, 

nəğmə,  təbiətşünaslıq  fənləri  daxil  idi.  1887-ci  ildə  Bakıda  Rus-Azərbaycan 

məktəbi açıldı. Onun rəhbərləri S.M.Qənizadə və H.  Mahmudbəyov idi.  

1864-cü  ildə  Zaqatalada  təhsil  müddəti  bir  il  olan  qız  məktəbi  açıldı. 

Naxçıvan, Yelizavetpol, Şamaxı, Nuxa, Şuşada dördsinifli qəza məktəbləri (cəmisi 

5)  açılmışdı.  XIX  əsrin  70-ci  illərində  Yelizavetpolda  orta  məktəb,  Bakıda  Real 

məktəb və s. açılmışdı.  

 1876-cı  ildə  Qori  şəhərində  Zaqafqaziya  Müəllimlər  Seminariyası  təşkil 

olundu. 1879-cu ildə həmin seminariyada Azərbaycan bölməsi yaradıldı. 




1896-cı  ildə  Bakıda  H.Z.Tağıyev  öz  puluna  qızlar  məktəbi  açdı. 

Kitabxanalar açılırdı. Məsələn N.Nərimanov 1894-cü ildə qiraətxana açdı.  

 ΧΙΧ  əsrdə  Azərbaycanda  fəlsəfi və ictimai  fikirin inkişafı M.F.Axundovun 

adı  ilə  bağlıdır.  Onun  yaradıcılığı  və  dünyagörüşü  ΧΙΧ  əsrin  60-70-ci  illərində 

fəlsəfi  fikir  tarixində  bütöv  hadisə  idi.  O,  həm  də  Azərbaycanda  dramaturgiyanın 

banisi hesab olunur (altı komediyası). 

ΧΙΧ  əsrin  ikinci  yarısında  poeziya  əsas  etibarilə  dörd  qol  üzrə  –  yazılı 

ə

dəbiyyatda  aşıq  şeri,  realist  satirik  cərəyan,  qəzəl  şeiri  və  dini  mərsiyyə  şeiri  – 



inkişaf edirdi. Bu dövrün xalq aşıqlarından Dədə Ələsgər, aşıq Nəcəfqulu, Hüseyn 

Bozalqanlı, Çoban Əfqan, Mola Cümə və başqaları böyük şöhrət qazanmışdı. 

Qəzəlçiliyin  geniş  yayılması  ilə  əlaqədar  olaraq  Bakıda,  Şamaxıda, 

Qarabağda,  Lənkəranda,  Ordubadda  şairlərin  bir  sıra  ədəbi  məclisləri  təşkil 

olunmuşdu.  Şuşadakı  «məclisi-üns»  ədəbi  məclisin  üzvlərindən  biri  xan  qızı 

Xurşidbanu Natəvan (1832-1897) idi. 

Bu  dövrdə  realist  satirik  poeziyanın  ən  görkəmli  nümayəndəsi  S.Ə.Şirvani 

idi. O, zəngin irs qoyub getmişdi.  

1875-ci  il  iyunun  22-də  H.B.Zərdabinin  «Əkinçi»  qəzetinin  birinci  nömrəsi 

çapdan  çıxdı.  1877-ci  il  sentyabrın  29-dək  çap  olunan  «Əkinçi»  qəzeti  ayda  iki 

dəfə  300-400  tirajla  çap  olunmaqla  cəmi  56  nömrəsi  çıxmışdı.  1873-cü  il  martın 

22-də  M.F.Axundovun  “Hacı-Qara”  komediyası  tamaşaya  qoyulmuşdu.  Bu  işdə 

H.B.Zərdabinin böyük  rolu  olmuşdu.  Bununla  Azərbaycanda  Teatr sənətinin  əsası 

qoyulmuşdu.  

1879-cu  ildə  Tiflisdə  Azərbaycan  dilində  «Ziya»  adlı  yeni  qəzet  çıxmağa 

başladı.  1880-ci  ilin  sonunda  «Ziya»  qəzeti  «Ziyayi  Qafqaziyyə»  adı  ilə  çıxmağa 

başladı.  Onun  nəşri  1884-cü  ilin  iyun  ayına  qədər  davam  etdi.  70-90-cı  illərdə 

Bakıda  burjuaziyanın  vəsaiti  ilə  onun  ideologiyasını  təbliğ  edən  bir  sıra 

(«Bakinskiye izvestiya», «Kaspi» və s.) qəzetlər nəşr edilirdi. 1873-cü ildə Bakıda 

çalışan bir sıra ziyalının təşəbbüsü ilə Milli teatr yaradıldı.  

ΧΙΧ  əsrin  ikinci  yarısında  musiqi  ifaçılığı  sahəsində  istedadlı  ustalar 

yetişmişdi.  Onların  sırasına  Xarrat  Qulu,  Sadıqcan,  Hacı  Hüsü,  Cabbar  Qaryağdı, 

Ə

ləsgər  Abdullayev,  Keçəçi  Məmməd  və  onlarla  başqaları  daxil  idi.  Keçmiş 



ə

srlərdə  tikilmiş  abidələrin  bərpası  sahəsində  də  iş  aparılırdı.  50-ci  illərdə  Şəkidə 

xan  sarayının  bərpası  başa  çatdırıldı.  Rəssamlıqda  və  təsviri  sənətdə  

M.M.Nəvvabın, X.Natəvanın, M.Q. rəvaninin əsərləri marağa səbəb olurdu. 

 

 

 




                                                                                                                                                                                                          

49. XX əsrin əvvəllərində Şimali Azərbaycanda siyasi partiyaların yaranması 

1900-1903-cü illərin sənaye böhranı bütövlükdə Rusiya imperiyası, o cümlədən 

Azərbaycanda  siyasi  mübarizəni  kəskinləşdirmişdi.  Fəhlə  hərəkatı  genişlənir,  eyni 

zamanda partiyalaşma prosesi gedirdi. Belə bir şəraitdə bir sıra siyasi təşkilatlar - Difai, 

Qeyrət,  Müadafiə,  ttifaqi-müsəlman,  Hümmət,  Müsavat  kimi  siyasi  partiyalar  və  

təşkilatlar yaradılmışdı.  

1901-ci ilin yazında Rusiya Sosial–Demokrat Fəhlə Partiyasının Bank komitəsi 

yarandı. 1902-ci ilin aprelində Bakıda ilk kütləvi fəhlə nümayişi baş verdi. 1903-cü ilin 

yayında Bakıda ilk ümumi tətil başlandı. Iyulun 4-də hərəkat ümumBakı miqyasını aldı. 

Fəhlələr 8 saatlıq iş günü əmək haqqının artırılması, iş şəraitinin yaxşılaşdırılmasını və 

s. tələb edirdi. 

Birinci Rus burjua demokratik inqilabı gedişində, 1905-ci il oktyabrın 17-də çar 

II  Nikolay  “Manifest”  imzaladı.  Söz,  mətbuat,  yığıncaq,  ittifaq,  partiya  yaratmaq, 

Dövlət  Duması  çağırmaq  haqqında  söz  verildi.  Bundan  istifadə  edərək  müxtəlif 

istiqamətli qüvvələr bir sıra partiya və təşkilatlar yaratdı. Məsələn, “17 oktyabr ittifaqı”, 

“Kadetlər”  (konstitusiya-demokrat  partiyası).  Hümmət,  RSDFP-nin  Bakı  Komutəsi 

leqal  iş  şəraitinə  keçdi.  1905-1907-ci  il  I  rus  inqilabının  təsiri  altında  Umumrusiya 

müsəlmanlarının  siyasi  təşkilatı  olan  « ttifaqi-müsəlman»  -  Ümumrusiya  Müsəlman 

ttifaqı yarandı.   

1905-1906-cı  illərdə  Əhməd  bəy  Ağayevin  təşəbbüsü  ilə  rus-erməni  birliyinə 

qarşı  mübarizə  təşkilatı  kimi  «Difai»  (dəf  etmək-qarşısını  almaq)  siyasi  təşkilatı 

yaradıldı.  Onun  tərkibinə  Əhməd  bəy  Ağayev,  Qarabəy  Qarabəyov,  Məmməd  Həsən 

Hacinski  və  b.  daxil  idilər.«Difai»nin  fəaliyyəti1912-1917-ci  illərə  qədər  davam 

etmişdi. 

1905-ci ildə  Gəncədə “Qeyrət” Partiyası yaradıldı. “Qeyrət” Partiyasının ideyası-

muxtariyyət  və  Rusiyanın  federativ  quruluşu  idi.  Partyianın  lideləriA.Xasməmmədov,  

N.  Yusifbəyli  olmuşdur.  “Qeyrət”  Partiyası  1908-  1912-ci  illərədək  fəaliyyət 

göstərmişdir.  

1907-ci  ildə  “Müdafiə”  partiyası  yarandı.  Partiyanın  rəhbəri  I  Dövlət  Dumasının 

deputatı  smayılxan Ziyadxanov idi. Müdafiə partiyanın ideyası mülkədar torpaqlarının 

kəndlilər arasında bölüşdürülməsi, müsəlmanlar arasında ictimai birliklərin yaradılması, 

onların  maarifləndirilməsi  idi.  “Müdafiə”  partiyası  1908-ci  ilə    qədər    fəaliyyət 

göstərmişdir.  

Azərbaycanda  milli  hərəkatın  rəhbəri  olmuş  “Müsavat”  (bərabərlik)  partiyası 




1911-ci ildə yaradılmışdı. (yaradanlar: Tağı Nağı oğlu, Məmməd Əli Rəsulzadə, Abbas 

Kazımzadə). Partiyanın ideya rəhbəri olan Məmməd Əmin Rəsulzadə bu zaman siyasi 

mühacirətdə  idi.  1913-cü  ildə  M.Rəsulzadə  Rusiyadakı  əfv  ümumi  ilə  əlaqədar  olaraq 

mühacirətdən geri  dönür və   həmin  vaxtdan  «Müsavat»a  rəhbərlik  edir.  Partiya  qeyri-

leqal  idi  və  1917-ci  ilin  fevralına  qədər  gizli,  ciddi  məxfilik  şəraitində    işləmişdi. 

«Müsavat»ın ilk proqramı 1912-ci ildə  qəbul edilərək, kitabça şəklində çap olunmuşdu.  

Proqramda  millətlər  arasında  fərq  qoymadan  bütün  müsəlman  xalqlarının  birləşməsi, 

müstəqillik  uğrunda  mübarizə  aparan  müsəlman  ölkələrinə  maddi  və  mənəvi  kömək 

göstərilməsi və s. kimi  vəzifələr yer almışdı. 

 

 

50. XX əsrin əvvəllərində Şimali Azərbaycanda siyasi mübarizə və kütləvi fəhlə 

hərəkatı 

XX  əsrin  əvvəllərində  sənaye  böhranı  ilə  əlaqədar  meydana  çıxan  ağır  iqtisadi  

vəziyyət,  digər  tərəfdən  isə  1901-ci  ildə  yaradılmış  Bakı  sosial-demokrat  təşkilatı 

tərəfindən  siyasi  təbliğatın  gücləndirilməsi  həmin  ildə  bir  sıra  fəhlə  çıxışlarına  gətirib 

çıxardı. Bu təşkilat RSDFP-nin Bakı Komitəsi idi və 1901-ci ilin yazında yaradılmışdı. 

Onun  tərkibi  ilkin  vaxtlar  ruslar,  ermənilər,  gürcülər  və  başqa  millətlərin 

nümayəndələrindən ibarət idi. Azərbaycanlılar yox idi. B r birinin ardınca Bakıda, həm 

də qəzalarda tətillər baş verirdi. 1902-ci ilin yanvarında Bakıda fövqəladə vəziyyət elan 

olundu. Lakin fəhlə çıxışlarının qarşısını almaq mümkün olmadı. 1902-ci ilin aprelində 

kütləvi fəhlə çıxışları oldu. 1902-ci ilin yazında 1 May nümayişi təşkil olundu. Həmin 

ilin iyunundan oktyabrınadək bir sıra tətil çıxışları oldu.  nqilabi çıxışlar 1903-cü ildə də 

davam etdi. Bakıda fəhlələrin ilk ümumi tətili 1903-cü ilin yayında baş verdi. 1903-cü il 

iyulun  4-də  tətil  ümumi  xarakter  aldı.  Fəhlə  aktivlərindən  ibarət  Tətil  Komitəsi 

yaradıldı.  Tətilçilər  kapitalistlər  qarşısında  8  saatlıq  iş  günü,  2  mart  və  27  aprel 

nümayişləri vaxtı həbs olunmuş fəhlələrin azad edilməsi, əmək haqqının artırılması, iş 

şə

raitinin  yaxşılışdırılması,  səhiyyə  yardımı  və  s.  kimi  tələblər  qoymuşdu.  5-8  iyul 



nümayişlərində 50 minə qədər nümayişçi iştirak  edirdi.  

Iyulun  14-dən  Bakı  tətilinin  təsiri  altında  Tiflisdə,  Batumidə,  Rusiyanın  başqa 

regionlarında nümayişlər keçirildi. Bakı tətili iyulun 22-də dayandırıldı.  

1904-cü  ilin  avqust  ayında  Bakıda  Şendrikov  qardaşları  tərəfindən  yaradılan 

"Balaxanı  və  Bibiheybət  fəhlələrinin  təşkilatı"  adlı  menşevik  təşkilatı  əsasən  iqtisadi 

mübarizəyə çağırır, bolşeviklərə qarşı çıxış edirdilər. 1904-cü ilin payızında ilk olaraq 

Xəzər-Qara  dəniz  cəmiyyətinin  fəhlələri,  ardınca  Nobel,  Rotşild,  Mantaşev    və  digər 

mədənlərinin  fəhlələri  işi  dayandırdılar.  Bütün  Rusiyada  əks-səda  doğuran  güclü  tətil 

Bakıdakı  dekabr  ümumi  tətili  idi.  Tətil  13  dekabr  1904-cü  ildə  Balaxanı  fəhlələri 



tərəfindən  başlandı.  Sonra  “Xəzər-Qaradəniz  cəmiyyəti”,  Nobel,  Rotşild,  Mantaşev, 

Mirzəyev  firmalarının  fəhlələri,  Bibi  Heybət,  Sabunçu  və  s.  firmaların  işçiləri  də 

qoşuldular.  Fəhlələr  8  saatlıq  iş  günü,  söz,  mətbuat,  yığıncaq  azadlığı,  əmək  haqqının 

25-30% artırılması, cərimələrin ləğv olunması və s. tələbləri irəli sürmüşdü. Uzun sürən 

tətil  hərəkatı  fəhlələrin  qələbəsi  ilə  başa  çatdı.  Dekabrın  30-da  Rusiya  fəhlə  hərəkatı 

tarixində  ilk  kollektiv  müqavilə  imzalandı.  Bu  müavilə  "Mazut  konstitusiya"sı  adı  ilə 

məşhurdur.  Beləliklə,  XX  əsrin  əvvəlindən  bəri  Azərbaycanda  yetişən  inqilabi  böhran  

1904-cü ilin dekabrında güclü ümumi tətillə başa çatdı. 

1905-ci ildə Rusiyada 9 yanvar bazar günündə fəhlələrin gülləboran edilməsi ilə 

bağlı qanlı bazar günü hadisələri Bakıda geniş əks-səda yaratdı. Yanvar ayında Bakıda 

və  Bakı  quberniyasının  ərazisində  25  müəssisənin  fəhlələri  tətil  etdi.  Gədəbəy  mis 

mədənlərinin, Ləki zəy zavodunun, Nuxa və Şuşa ipək emalı fabriklərinin fəhlələri tətilə 

qoşuldular.  Gəncə  dəmiryol  fəhlələri  tətilə  başladılar.  Tətil  tezliklə  Bakı,  Hacıqabul, 

Kürdəmir,  Yevlax,  Ağstafa və digər  əsas dəmiryol  stansiyalarmı  əhatə  etdi.  1905-ci  il 

iyun-iyul  aylarında  Bakı  və  qəzalardakı  sənaye  müəssisələrinin  75 %-ni  tətil  bürüdü. 

Bəzi yerlərdə hətta tətil komitələri yaradıldı. Təbii ki, hökumət bu tətilləri zor gücünə 

yatırmağa  üstünlük  verdi.  Tarixə  Birinci  Rus  burjua-demokratik  inqilabı  kimi  daxil 

olmuş  bu  hərəkat  Bakıda  da  geniş  vüsət  aldı.  Inqilabi  hərəkatın  təsiri  altında  çar 

höküməti  bir  sıra  güzəştlərə  getdi.  1905-ci  ilin  17  oktyabr    Manifesti  ilə  bir  sıra 

güzəştlər-söz, mətbuat, yığıncaq, ittifaq, azadlığı verildi. Dövlət Dumasının (parlament) 

çağrılması qərara alındı. 1907-ci ildə inqilab məğlub oldu.  

 

 



 

 

 

 



 

Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə