Microsoft Word Az tarixi imtahan 50 cavab az docx



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə3/29
tarix14.03.2018
ölçüsü0,7 Mb.
#31374
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   29

yayılmışdı.  Mannada  arpa,  buğda  və  darı  əkilirdi.  əkinçilikdə  dəmir  toxalardan, 

oraqlardan və tunc kotanlardan istifadə edilirdi. Assur yazılarında Mannada taxıl (buğda 

və arpa) un ehtiyatı, yağ və çaxır anbarları haqqında çox dolğun məlumatlar verilmişdir. 

Manna dağlıq ölkə olduğundan burada maldarlığın inkişafı üçün hər cür şərait var idi. 

Mixi yazılarda Manna torpaqlarında iri və xırdabuynuzlu mal saxlanılması və at ilxıları 

bəslənilməsi  haqqında  maraqlı  məlumatlar  verilmişdir.  Manna  əhalisi  oturaq 

olduğundan burada yaylaq maldarlığı geniş yayılmışdı. Mannada atçılığın inkişafı atdan 

daha çox hərbi işdə və qoşqu vasitəsi kimi istifadə edilməsi ilə bağlı idi.  



5. Manna dövlətinin Assuriya və Urartu dövlətləri ilə münasibətləri 

     


E.  ə.  IX  əsrin  ortalarında  yaranmış  Manna  dövləti  Assuriya  və  Urartu  kimi  çox 

qüdrətli dövlətlərin çoxsaylı talanedici yürüşlərinə məruz qalmışdır. Assuriyanın Manna 

ə

razisinə  basqınları  hələ  mərkəzləşmiş  dövlətin  yaranmadığı  dövrdə  başlamışdı.  E.ə. 



880-ci  ildə  Assur  hökmdarı  II  Aşşurnasirpal  (e.ə.  883-859)  Zamua  ərazisinə  hücum 

etmişdi.  

Assur  hökmdarı  III  Salmanasar  (e.ə.  859-824)  856-cı  ildə  Mannanın  Zamua  və 

Gilzan  vilayətinə  hücum  edir.  E.ə.  829-cu  ildə  Assuriya  Manna  hökmdarı  Ualkinin 

(Udaki)  hakimiyyəti  altında  olan  torpaqlara  soxulur,  paytaxtı  Zirtu  (sonrakı  zirtu) 

şə

hərini ələ keçirir.  



Assur  hökmdarı  V  Şamşi-Adad  (e.ə.  823-811)  Manna  üzərinə  hücum  edərək 

Zamuanı,  e.ə.  820-ci  ildə  isə  Qızılbunda  (Gizilbunda)  ölkəsini  işğal  etdi.  Assur 

hökmdarı III Adadnirari (e.ə. 810-783) öyünür ki, Günbatan (Xəzər) dənizinə kimi olan 

ə

raziləri işğal etmişdir. 



E.ə.  IX  əsrin  2-ci  yarısında  Assuriya  və  Urartu  arasında  Manna  uğrunda 

çəkişmələr başlandı. Urartu hökmdarı  şpuini (e.ə. 825-812) və oğlu Menua (e.ə. 810-

781) Manna üzərinə yürüş təşkil etdilər. e.ə. 812-ci ildə Mannanın Menişta vilayətini ələ 

keçirdilər. Menua e.ə. 809-cu ildə yenidən Manna ərazilərinə soxuldu.  

E.ə.  VIII  əsrin  I  yarısında  Assuriyanın  siyasi  böhran  keçirilməsi  ilə  Urartu  Ön 

Asiyada  fəallaşdı.  Urartu  hökmdarı  Argişti  (e.ə.  781-760)  e.ə.  779-774-cü  illərdə 

Mannaya bir neçə dəfə yürüş etmişdir. 

Urartu  hökmdarı  II  Sarduri  (e.ə.  760-730)  Mannaya  qarşı  yürüşləri  davam 




etdirmişdi. O, e.ə. 750-ci ildə Manna üzərində qələbə çaldığını bildirir.  

E.ə. VIII əsrin ortalarından Ön Asiyada siyasi vəziyyət dəyişdi. Yenidən güclənən 

Assuriya  III  Tiqlatpalasarın  (e.ə.  744-727)  dövründə  Mannanın  Mazamua  (Urmiya 

gölünün cənubu və cənub qərb hissəsi) vilayətini tutdu, Urartunu bu ərazidən sıxışdırdı.  

ranzu  (e.ə.  740-719)  III  Tiqlatpalasarla  ittifaqa  girərək  Urartu  tərəfindən  işğal 

olunan  əraziləri  geri  qaytardı.  Iranzunun  hakimiyyəti  illərində  Manna  demək  olar  ki, 

Cənubi Azərbaycan ərazisində bərqərar oldu.  

Bu  dövrdə  Mannada  Assur  və  Urartu  meylli  qüvvələr  mövcud  idi.  Urartu 

hökmdarı  I  Rusa  (e.ə.  730-714)  Urartu  meylli  qüvvələrdən  istifadə  edərək  ranzuya 

qarşı  qiyam  qaldırdı.  Assur  hökmdarı  II  Sarqonun  köməkliyi  ilə  e.ə.  719  –cu  ildə  baş 

vermiş qiyam yatırıldı.  

Iranzudan  sonra  hakimiyyətə  gəlmiş  Aza  (e.ə.  718-716)  I  Rusanın  təhriki  ilə 

Urartu  meylli  qüvvələr  tərəfindən  sui-qəsd  nəticəsində  öldürüldü.  Azadan  sonra 

hakimiyyətə  gələn  Ullusunu  (e.ə.  716-680)  Assuriya  ilə  deyil  Urartu  ilə  ittifaqa  girdi. 

Assur hökmdarı II Sarqon e.ə. 716-cı ildə Mannaya hücum etdi, paytaxtı  zirtu şəhərini 

tutdu.  Ullusunu  Assuriya  ilə  ittifaqa  razılaşmalı  olur.  Lakin  I  Rusa  Mannaya  qarşı 

təcavüzündən  əl  çəkmir.  E.ə.  715-ci  ildə  II  Sarqon  I  Rusa  və  Manna  müxalifətlərinə 

qarşı yürüşə çıxır və onları məğlub edir.  

E.ə.  714-cü  ildə  II  Sarqon  Mannaya  böyük  yürüş  edir.  O,  bu  yürüşdə  Mannanı 

Urartu  təsirindən  qurtarmaq,  Assuriyanın  mövqeyini  möhkəmləndirmək,  Mannada 

mərkəzdənqaçma  hallarına  son  qoymaq,  xəracın  vaxtlı-vaxtında  Assuriya  xəzinəsinə 

göndərilməsini təmin etmək məqsədini qarşıya qoymuşdu.  

Manna e.ə. VII əsrin I rübündə Qafqazdan gəlmiş, iskit tayfaları ilə ittifaqa girdi. 

Manna  hökmdarı  Ahşerinin  (e.ə.  675-650)  tam  müstəqilləşməsi  və  Assuriyaya  qarşı 

çıxması yeni savaşlara səbəb oldu. E.ə. 660-659-cu ildə assurlarla mannalılar arasında 

baş  verən  savaşda  Ahşeri  məğlub  olur.  Bu  məğlubiyyətdən  sonra  Mannada  daxili 

çəkişmələr  başlanmmış  və  Ahşeri  e.ə.  650-ci  ildə  üsyan  nəticəsində  öldürüldü. 

Ahşerinin oğlu Ualli (e.ə. 650-630) Assuriya ilə ittifaqı bərpa etməyə məcbur olmuşdur.  



 

 


6. Midiya dövlətinin yaranması. 

Kiaksarın Midiya dövlətini gücləndirməsi 

    


     

Midiya Mannadan cənub-şərqdə,  ranın mərkəzində yerləşirdi. Midiya dövlətinin 

paytaxtı  Ekbatana  (indiki  Həmədan)  şəhəri  idi.  Mannanın  Qizilbunda  vilayəti  hər  iki 

ə

razinin  sərhədini  təşkil  edirdi.  Midiya  haqqında    ilk    məlumatlar    e.ə.IX  əsrə  aiddir. 



E.ə.IX - VIII əsrdə Midiya ərazisi  kiçik vilayətlərə bölünmüşdu və ayrı-ayrı hakimlər 

tərəfindən idarə olunurdu. Midiya e.ə.IX əsrin II yarısından etibarən xarici müdaxilələrə 

məruz qaldı. Xüsusulə Assuriya Midiya ərazisini ələ keçirməyə çalışırdı.   

     


Midiya tayfalarını birləşdirərək yeni dövlətin əsasını qoyan  Deyokdan (e.ə. 712-

675) sonra Fraorta (e.ə.675-653) onun işini davam etdirmişdir. Fraorta həm xarici hərbi 

müdaxilələrin  qarşısını  aldı  və  həmçinin  Midiyanı  vahid  mərkəzdə  birləşdirməyə  nail 

oldu. Mixi yazılarda o, Kaştariti adlanırdı. Lakin Fraortanın Asuriya və Skit çarlığı ilə 

apardığı mübarizə uğursuz oldu. Nəticədə Fraorta öldürüldü və Midiya Skit çarlığından 

asılı hala düşdü (e.ə. 653-625-ci illər). 

   

 E.ə. 625 – ci ildə hakimiyyətə gələn Midiya hökmdarı Kiaksar əvvəlcə skitlərin 



Midiya  ərazisindən  çıxarılmasına  nail  oldu  və  hətta  öz  ərazilərini  cənub  -  şərqdə 

yerləşən fars torpaqlarına qədər genişləndirdi. Farsların ölkəsini də Midiyaya tabe etdi. 

Mərkəzləşmiş dövlət yaratdıqdan sonra Kiaksar Assuriyaya qarşı müharibəyə hazırlaşdı. 

O, Midiya ordusunu yenidən təşkil etdi. Kiaksar ordunu silahlarına uyğun olaraq nizəçi 

və  oxçu  dəstələrə  böldü,  süvarilər  dəstəsi  yaratdı.  Yeni  Midiya  hökmdarı  Assur 

ağalığına  son  qoymaq  üçün  Babilistan  hökmdarı  Nabupalasar  ilə  ittifaqa  girdi. 

Müttəfiqlərin  Assuriya  üzərinə  hücumu  e.ə.  616–cı  ildə  baş  tutdu.  E.ə.615-  612-  ci 

illərdə  Assuriya  üzərinə  növbəti  həmlələr  də  uğurlu  oldu.  Assuriya  e.ə.  604  –  cü  ildə 

süquta uğradıldı. Onun ərazisi Midiya və Babilistan arasında bölüşdürüldü.  

   


 Kiaksarın  Midiya  ərazisini  genişləndirmək  cəhdləri  Assuriyanın  məğlub 

edilməsindən  sonra  da  davam  etdi.  Kiçik  Asiya  üzərində  yerləşən  Urartu  Midiyanın 

tərkibinə  qatıldı.  Mannanın  aqibəti  naməlum  qalır.  Ola  bilsin  ki,  Manna  Midiyanın 

siyasi ağalığını tanımış və bununla da daxili idarəetmə müstəqilliyini saxlaya bilmişdi. 

Manna müharibə meydanından kənarda yerləşirdi. Kiaksar Kiçik Asiyaya yola düşdü və 



Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə