Microsoft Word Az tarixi imtahan 50 cavab az docx



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə4/29
tarix14.03.2018
ölçüsü0,7 Mb.
#31374
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   29

Egey  dənizi  sahillərinə  çıxmaq  məqsədi  ilə  Lidiya  hökmdarı  Aliatta  ilə  müharibəyə 

başladı.  Kiaksarın  Lidiya  ilə  müharibəsi  beş  il  (590-585)  davam  etdi.  E.ə.  585-ci  ildə 

hər iki tərəf sülh müqaviləsi bağlamağa məcbur oldu. Diplomatik nigah bağlanır, yəni 

Aliatta qızını Kiaksarın oğlu Astiağa ərə verir. Müqaviləyə görə, Kiçik Asiyanın Halis 

(indiki Qızıl  rmak) çayı iki dövlətin sərhədi kimi müəyyənləşdirilir və beləliklə Midiya 

Ön Asiyanın qüdrətli dövlətinə çevrilir.  

Kiaksarın  vəfatından  sonra  hakimiyyətə  onun  oğlu  Astiaq  (e.ə.  585-550)  gəlir. 

Astiaqın  hakimiyyətinin  son  illərində  Midiyanın  daxili  və  xarici  vəziyyəti 

mürəkkəbləşir. Harran vilayətinə görə qonşu Babilistan ilə münasibətlər kəskinləşir. Hər 

iki  dövlət  bu  vilayəti  ələ  keçirmək  istəyirdi.  Astiaq  Harran  vilayətinə  hücum  etdikdə 

saray əyanlarının bir qismi Astiaqa qarşı bu fürsətdən istifadə etdilər. Daxili siyasətdə 

Astiaq  nəsli  zadəganların  hüququnu  məhdudlaşdırdığı  üçün  hökmdar  ilə  əyanlar 

arasında ziddiyyət yaranmışdı. Herodota görə Midiya sarayında fars meylli qüvvələr də 

gizli  fəaliyyət  göstərirdilər.  mərkəzi  hakimiyyətə  müxalif  qüvvələrin  sayəsində  II  Kir 

ordusu  ilə  birlikdə  Midiya  torpaqlarına  soxulur.  O,  üç  il  (e.ə.  553-550-ci  illər)  davam 

edən  bu  müharibədə  qalib  gələrək  Ekbatana  şəhərini  tutur.  Digər  rəvayətə  görə  Kir 

midiya  sarayında  xidmət  edirmiş.  Astiq  onu  Azərbaycan  ərazisindəki  kadusiləri  tabe 

etmək  üçün  hərbi  səfərə  göndərmişdi.  Lakin  Kir  kadusilərlə  sazişə  girərək,  onların 

köməyi  ilə  Astiaqa  qalib  gəlmişdir.  Beləliklə  e.ə.  550-ci  ildə  Midiya  dövləti  süquta 

uğrayır və Midiya Əhəməni dövlətinə birləşdirilir.   

 

7. Azərbaycanın Əhəmənilər imperiyasından asılı vəziyyətə  

şməsi və nəticələri 

II  Kir  Midiyanı  ələ  keçirdikdən  sonra  Əhəməni  fars  dövlətinin  əsasını 

qoymuşdur.  Əhəməni  sülaləsinin  banisi  Əhəmən  olmuşdur.  Onun  ilk  vətəni  ranın 

cənub-şərqində yerləşən Fars əyaləti hesab olunur. Buradan farslar tədricən yayılmış və 

Elamın Anşan vilayətinə yiyələnmişlər. Bəzi mülahizələrə görə farslar buraya e.ə. VIII 

ə

srdə  Parsua  vilayətindən,  Diyala  çayının  yuxarı  axarından  gəlmişlər.  Parsua  ölkə  adı 



onların etnik (pars, fars) adına çevrilmişdir. E.ə. VI əsrin əvvəllərində Anşan və Parsa 

Midiyanın  hakimiyyəti  altına  keçir.  II  Kir  (e.ə.  558-530)  fars  tayfalarını  birləşdirib 




Midiyaya qarşı müharibəyə başlayır. E.ə. 550-ci ildə fars qoşunları Midiyanın paytaxtı 

Ekbatana  şəhərini  tuturlar.  II  Kir  özünü  Midiya  şahı  elan  edir.  II  Kir  Midiyada  öz 

hakimiyyətini  qanuniləşdirmək  üçün  Astiaqın  qızı  ilə  evlənir.  Farslar  Midiya 

mədəniyyətinin  bir  çox  sahələrini,  eləcə  də  dövlət  idarə  quruluşunu  mənimsəyirlər. 

Qədim  yunanlar,  misirlilər  və  başqa  xalqlar  Midiya  taxt-tacının  Kirin  əlinə  keçməsini 

miras  kimi  başa  düşür,  çox  hallarda  isə  əhəməni  sülaləsinin  şahlarını  və  farsları 

“midiyalı”  adlandırırdılar.  Bir  neçə  il  ərzində  II  Kir  Midiya  dövlətinin  tərkibinə  daxil 

olan ölkələri özünə tabe etdi.  

E.ə.  530-cü  ildə  II  Kir  massaget  tayfalarına  qarşı  yürüş  təçkil  etdi.  Herodotun 

məlumatından  belə  nəticəyə  gəlmək  olur  ki,  II  Kir  Araz  çayından  şimalda  yaşayan 

massaget  tayfalarına  qarşı  çıxış  etmişdi.  Məlumdur  ki,  hələ  e.ə.  VII  əsrin  birinci 

rübündə Azərbaycan ərazisində skit və sak tayfaları məsgən salmışdılar. Massagetlər də 

skit tayfa birliyinə daxil idilər. Dion Kassi Arazdan şimalda yaşayan albanları massaget 

mənşəli  hesab  edirdi.  Erkən  orta  əsrlərdə  Şimali  Azərbaycan  əhalisinin  bir  hissəsi 

massaget adlandırılırdı. Strabon qeyd etmişdi ki, skitlərin böyük bir hissəsi massaget və 

sak adını daşıyırdılar. Ehtimala görə, II Kir Şimali Azərbaycanın ərazisində yaşayan və 

massaget  adlanan  etnoslara  qarşı  yürüş  təşkil  etmişdi.  Bu  tayfaların  hökmdarı  Tomris 

tərəfindən  məğlubiyyətə  uğradılaraq  həlak  olmuşdu.  Beləliklə,  əhəmənilərin  Araz 

çayından şimalda yerləşən torpaqları tutmaq cəhdi boşa çıxmışdı.  

II  Kirin  oğlu  Kambiz  (e.ə.  530-522)  Misir  səfərində  olarkən  e.ə.  522-ci  ildə 

randa dövlət çevrilişi olur və hakimiyyətə onun qardaşı Bardi gəlir. Əhəməni nəslinin 

digər qoluna mənsub olan Dara Qaumatanı yalançı Bardi kimi qələmə verərək sui-qəsd 

təşkil  edir  və  Bardi  öldürülür.  I  Dara  (e.ə.  522-486)  sui-qəsd  nəticəsində  hakimiyyətə 

gəlir. Əslində, I Dara II Kirin oğlu Bardini hakimiyyətdən salmış, Bisütun yazılarında 

onu yalançı Bardi kimi qələm vermiş və onu Qaumata adlandırmışdı. Məhz buna görə 

ə

həməni dövlətinin tərkibində olan bir çox ölkələr üsyan qaldırmışdılar. Üsyan qaldıran 



ölkələr arasında Azərbaycanda yaşayan tayfaların və əhalinin adı çəkilməmişdir. Yəqin 

ki,  Cənubi  Azərbaycan  müstəqil  daxili  idarə  üsulunu  saxlamış  və  buna  görə  də  üsyan 

qaldırmamışdı.  Herodotun  məlumatına  görə,  Araz  çayından  şimalda  yaşayan  xalqlar 

könüllü olaraq əhəməni dövlətini tanımış və ona xərac verməyə razılaşmışdılar.  




Xarici  siyasətində  yad ölkələrin işğalı başlıca  yer  tutan  I  Dara  e.ə.  519-cu  ildə 

ilk  növbədə  skit  və  sak  tayfalarına  qarşı  yürüşlər  təşkil  edir.  I  Dara  qələbədən  sonra 

sakların ancaq başçısını dəyişmiş və istədiyi adamı hakim qoymuşdu. Yəqin ki, sak adı 

altında  Azərbaycanın  bir  sıra  etnoslarının  adları  cəmləşdirilmişdi,  çünki  bu  zaman 

bütövlükdə Azərbaycanı ifadə edən məfhum hələ işlədilmirdi.  

I  Dara  işğal  olunmuş  ölkələri  20  satraplığa  (canişinliyə)  bölür  və  hər  bir 

canişinlik müəyyən vergi dairəsinə salınır. Bu və ya digər vergi dairəsinə Azərbaycanda 

yaşayan  etnoslardan  kaspilər,  saklar,  utilər,  müklər,  matienlər  və  başqaları  daxil 

edilmişdilər.  

I  Daranın  oğlu  Kserksin  (e.ə.  486-465-ci  illər)  ordusunda  fars-yunan 

müharibələri  zamanı  Azərbaycanda  yaşayan  həmin  tayfaların  iştirakı  qeyd  edilmişdir. 

Azərbaycan ərazisində yaşayan bu tayfalar öz başçıları ilə birlikdə əhəməni ordusunda 

vuruşurdular.  Onlar  Əhəməni  sərkərdələrinin  tabeliyində  idilər.  Herodotun 

məlumatından belə nəticə çıxarmaq olar ki, Azərbaycan I Daranın dövründən etibarən 

ə

həmənilərdən asılı vəziyyətə düşmüşdür.  



 

8. Makedoniyalı  skəndərin Şərqə hərbi yürüşləri. 

 

E.ə.  336-cı  ildə  II  Filippin  ölümündən  sonra  hakimiyyətə  oğlu  skəndər  (e.ə. 

336-323-cü  illər)  gəldi.  Iskəndər  atasının  siyasətini  davam  etdirərək  şərq  ölkələrinə 

yürüşə  hazırlaşdı.  Bu  zaman  şərq  ölkələri,  o  cümlədən  qərbi  Anadolu  ərazisindəki 

yunan şəhərləri əhəmnilərin hakimiyyəti altında idi.  

 E.ə.  334-cü  ilin  yazında  skəndərin  makedoniyalı  və  yunanlardan  ibarət  35 

minlik ordusu Şərqə doğru hərəkətə başladı. Əhəməni Şahı III Dara 40 minlik ordusu ilə 

Qranik çayı yaxınlığında  skəndərlə qarşılaşdı, lakin məğlub oldu.  

E.ə. 333-cü ildə Anadolunun xeyli hissəsi  skəndərin əlinə keçdi. III Dara böyük 

qüvvə toplayaraq Suriyaya tərəf irəlilədi və  so şəhəri yaxınlığında Makedoniya ordusu 

ilə üz-üzə gəldi. Makedoniyalılar bu döyüşdə qələbə çaldılar. Əhəməni ordusunun qalığı 

III Dara başda olmaqla döyüş meydanından qaçdı.  

Bu qələbədən sonra  skəndər Misirə yola düşdü. Misir müqavimət göstərmədi. 



Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə