Microsoft Word Az tarixi imtahan 50 cavab az docx



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə6/29
tarix14.03.2018
ölçüsü0,7 Mb.
#31374
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   29

10. Qafqaz Albaniyası dövlətinin yaranması.  

Tayfaları, şəhərləri, təsərrüfatı.  

E.ə. IV əsrin axırlarında Azərbaycanın Araz çayından şimalda yerləşən torpaqlarında 

yaşayan albanlar öz dövlətlərini qurmuşdular. Hələ e.ə. V əsrdə Herodot Araz çayından 

ş

imaldakı  torpaqlarda  Kaspi  adlı  Alban  tayfasının  yaşaması  haqqında  məlumat 



vermişdir.  E.ə.  331-ci  il  Qavqamela  döyüşündə  Əhəməni  ordusunun  tərkibində  alban 

döyüşçülərindən ibarət bir hərbi dəstə Makedoniyalı  sgəndərə qarşı vuruşmuşdur.  

Makedoniyalı  sgəndərin  hakimiyyəti  dövründə  Alban  hökmdarlığının  mövcud 

olmasını antik Roma müəllifi Böyük Plini təsdiq edir. 

E.ə. IV-III əsrlərdə Albaniyanı idarə edən hökmdarların adları tarixdə qalmamışdır. 

Buna  baxmayaraq  e.ə.  III  əsrdə  Makedoniyalı  sgəndərin  pullarına  oxşar  yerli  gümüş 

alban  pullarının  kəsilməsi,  üzərində  müxtəlif  süjetlərin  əks  olunduğu  üzük  formalı 

möhürlərdən  istifadə  olunması  dövlətin  mövcudluğundan  xəbər  verir.  Qədim  Alban 

dövlətinin paytaxtı Qəbələ şəhəri idi.  

Albaniyanın ictimai quruluşu haqqında əsas məlumatlar arxeoloji abidələr və yazılı 

qaynaqların öyrənilməsi nəticəsində əldə edilmişdir. Strabon e.ə. 60-cı illərin hadisələri 

ilə  bağlı  yazırdı ki,  hazırda bütün  alban  qəbilələrini bir padşah  idarə edir.  E.ə.  I  əsrdə 

(e.ə. 66-65-ci illər) Pompeyin yürüşləri zamanı Albaniyanı Oroys, Antoninin yürüşləri 

vaxtı  (e.ə.  30-cu  illər)  isə  Zober  idarə  edirdi.  Alban  Arşakilərinə  qədər,  yəni  I  əsrin 

ortalarınadək  Albaniyanı  onun  ilk  hökmdarı  olmuş  Aranın  nəsli  Aranşahlar  idarə 

etmişdir.  

Albaniyada  hakim  zümrəyə  əyanlar  və  kahinlər  daxil  idi.  Cəmiyyət  ali  zümrə  ilə 

yanaşı kəndlilər, sənətkarlar və tacirlərdən ibarət idi. 

Albaniyada  təsərrüfatın  müxtəlif  sahələrində  qul  əməyindən  istifadə  olunmuşdur. 

Burada əməkçi əhalinin böyük əksəriyyətinin azad adamlar, yəni vergi ödəyən zümrələr 

(kəndlilər, sənətkarlar və s.) təşkil edirdi.  

Albaniya  dövlətinin  şərq  sərhədini  Kaspi  dənizi,  qərb  sərhədini  isə  beriya  ( ori 

çayınadək)  təşkil  edirdi.  Şimal  sərhədləri  Dərbənddən  yuxarıdakı  Samur  dağ 

silsiləsindən  başlayıb,  Böyük  Qafqaz  dağlarının  ətəkləri  boyu  ori  çayının  yuxarı 

axarınadək uzanırdı. Araz çayı isə Alban dövlətinin cənub sərhədi hesab olunur.  



Alban  əhalisi  vahid  dildə  danışmırdı.  Strabona  görə  bu  ölkədə  26  dil  var  idi. 

Albaniyada  yaşayan  tayfalar  içərisində  kaspiləri,  utiləri,  qarqarları,  qardımanlıları, 

leqləri,  gelləri  və  başqalarını  göstərmək  olar.  Kaspilər,  utilər  və  başqaları  e.ə.  I 

minilliyin ortalarında daha böyük tayfanın adı ilə albanlar adlandırılmışdır.  

Antiq  dövrdə  alban  əhalisi  taxılçılıq,  tərəvəzçilik,  bağçılıq,  üzümçülük  və 

maldarlıqla məşğul olurdu.  

Albaniyada  sənətkarlığın  müxtəlif  sahələri  inkişaf  etmişdi.  Sənətkarlıq  əsasən 

şə

hərlərdə  qismən  də  kəndlərdə  cəmləşmişdi.  Sənətkarlıq  məhsulları  ölkənin  daxili 



tələbatını  ödəməklə  yanaşı,  bir  hissəsi  qonşu  ölkələrə  ixrac  olunurdu.  Silahqayırma, 

qiymətli  metallardan  qab  istehsalı  və  qiymətli  parça  növlərinin  toxunması  şəhər 

sənətkarlıq emalatxanalarında cəmləşmişdi. Metalişləmə sahəsində silah istehsalı, əmək 

alətləri və məişət əşyaları, bəzək əşyaları daha geniş yayılmışdı.  

Albaniyada  dulusçuluq  sənəti  də  geniş  yayılmışdı.  Toxuculuq  sənəti  öz  yüksək 

səviyyəsi ilə seçilirdi.  

Antiq  dövrdə  Albaniyada  daxili  ticarət  sürətlə  inkişaf  edir  və  ölkənin  xarici  ticarət 

ə

laqələri genişlənirdi. 



Ellinizm dövründə ölkə dünya ticarətinə qoşulmuşdu. II əsrdə yaşamış antiq müəllif 

Klavdi Ptolomey Albaniyanın 29 şəhər və böyük yaşayış yerlərinin adını çəkmişdir ki, 

bunlardan Teleba, Gelda, Albana və Qaytara Xəzər dənizi sahillərində yerləşirdi. Antiq 

qaynaqlarda  adı  çəkilən  şəhərlərdən  yalnız  Kabalakanın  (Qəbələ)  və  Şamaxının 

(Gemaxiya) yeri dəqiq məlumdur.  

11. Qafqaz Albaniyasında Roma işğalçılarına qarşı mübarizə

E.ə.  IV-III  əsrlərdə  Makedoniyalı  sgəndərin  və  Selevkilərin  Kaspi  dənizi  və 

onun  ətraf  bölgələrinə  göndərdikləri  ekspedisiyalardan  sonra  Albaniya  ərazisinə    hər 

hansı bir yürüş haqqında mənbələrdə heç bir məlumat verilmir. E.ə. I əsrin 60-cı illərinə 

qədər  Yaxın  Şərqdə  baş  verən  hərbi-siyasi  hadisələrdən  kənarda  qalan  Alban  dövləti 

üçün bu dövr əmin-amanlıq dövrü olmuşdur.  

E.ə. I əsrdə romalıların hərbi planlarında Albaniya və qonşu  beriya önəmli yer 

tutmağa  başladı.  Romalılar  Albaniyada  möhkəmlənməklə  Hindistanı  Qara  dənizə 

birləşdirən, bir hissəsi Kaspi dənizindən –Kür çayından və quru ərazidən keçən ticarət 



yollarını ələ keçirmək niyyətində idilər.  

Albaniyanın  ələ  keçirilməsi  Romaya  bu  ərazidən  Parfiyaya  zərbə  endirmək  və 

digər  ölkələrə  yürüş  etmək  imkanı  verirdi.  E.ə.  66-cı  ildə  Roma  sərkərdəsi  Pompey 

Alban  torpaqlarına  yürüşə  başlayaraq  Kür  çayı  sahilində  hərbi  düşərgə  saldı.  Alban 

hökmdarı  Oroysun  başçılıq  etdiyi  40    minlik  ordu  romalılar  üzərinə  hücuma  keçdi. 

Həmin  ilin  dekabr  ayında  Kür  çayı  sahilində  baş  vermiş  qanlı  döyüşdə  daha  güclü  və 

təcrübəli olan Roma ordusu qalib gəldi. 

Romalılar  beriyaya  yürüş  edəndə  albanlar  onları  arxadan  təqib  edərək  Roma 

qoşunu üçün təhlükəli vəziyyət yaratdıqlarından Pompey e.ə. 65-ci ildə yenidən albanlar 

üzərinə  yürüşə  çıxdı.  Albanlara  gözlənilməz  zərbə  vurmaq  üçün  romalılar  ori  ilə 

Alazan  çayları  arasında  susuz  çöllə  hərəkət  etməyi  qərara  aldılar.  Pompey  bir  neçə 

albanı əsir alaraq ordusunu daha qısa və rahat yolla aparmaq üçün onlardan bələdçi kimi 

istifadə  etdi.  Lakin  ölümündən  qorxmayan  albanlar  düşməni  daha  uzun  və  çətin  yolla 

apararaq xeyli ləngitdilər. Alazan çayı sahilində döyüş baş verdi. 60 min piyada və 12 

min  atlıdan  ibarət  Alban  qoşununa  Oroysun  qardaşı  Kozis  başçılıq  edirdi.  Süvari 

qoşunda  albanlar,  piyada  qoşunda  isə  romalılar  daha  güclü  idilər.  Pompeyin 

düşünülmüş taktikası əsasında Roma ordusunun önündə olan atlı dəstəsi qəsdən geriyə 

qaçaraq  albanları  öz  arxasınca  aparıb  mühasirəyə  saldı.  Döyüş  vaxtı  Kozis  Roma 

sərkərdəsi Pompeyə nizə ilə zərbə endirsə də, möhkəm zireh Pompeyi ölümdən qurtardı. 

Pompeyin  cavab  zərbəsi  ilə  Kozis  ölümcül  yaralandı.  Döyüş  romalıların  qələbəsi  ilə 

başa  çatdı.  Romalılara  qarşı  kişilərlə  birlikdə  alban  qadınlarının  da  qəhrəmanlıqla 

vuruşması  antik  Roma  müəlliflərinin  heyrətinə  səbəb  olmuşdu.  Döyüşdən  sonra 

Pompeyin tələbi əsasında onun düşərgəsinə gəlməyən alban hökmdarı Oroys məktub və 

hədiyyələr göndərməklə kifayətləndi. Pompey barışığa gəlmək və tabe olmaq haqqında 

Oroysun vədlərini qəbul edib, xəzər dənizi sahillərinə çıxmaq üçün ölkənin içərilərinə 

doğru  irəliləməyə  başladı.  Ciddi  müqavimətlə  qarşılanan  Pompey  bu  məqsədindən  əl 

çəkməyə məcbur olub Albaniyanı tərk etdi.  

E.ə.  36-cı  ildə  Antoninin  Atropatenə  və  Albaniyaya  yürüşünün  nəticəsi  olaraq 

Alban  hökmdarı  Zober  romalılardan  asılılığı  qəbul  etmişdi.  Roma  hökmdarı  Oktavian 

Avqustun  hakimiyyətinin  sonlarında  tərtib  olunmuş  məşhur  Ankir  kitabəsində  Alban 




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə