Microsoft Word Az tarixi imtahan 50 cavab az docx



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə7/29
tarix14.03.2018
ölçüsü0,7 Mb.
#31374
növüYazı
1   2   3   4   5   6   7   8   9   10   ...   29

hökmdarının Roma ilə dostluq etmək niyyətindən bəhs edilmişdir. Bu yazı göstərir ki, 

eramızın I əsrinin əvvəllərində öz ölkəsini müstəqil idarə edən alban hökmdarları Roma 

ilə  dinc  münasibətlər  qurmağa  çalışırdılar.  Qobustanda  bir  qaya  üzərində  Roma 

imperatoru  Demisianın  adı  ilə  bağlı  olan  kitabənin  qalması  eramızın  I  əsrində  Roma-

Alban  əlaqələrindən  xəbər  verir.  Roma  imperatoru  Trayanın  (96-117-ci  illər)  Ön 

Asiyaya yürüşü zamanı Albaniyanın ərazisi toxunulmaz qaldı. Belə bir şəraitdə albanlar 

öz torpaqlarının tam sahibləri idilər. II əsrdə Roma imperatoru Adrian (117-138-ci illər) 

Alban dövləti ilə dostluq əlaqələri saxlanmasına xüsusi əhəmiyyət verirdi.  

 

12. Azərbaycanda feodal münasibətlərinin yaranması. Feodal cəmiyyətinin 

sinifləri, feodal mülkiyyət formaları, vergilər. 

III-V  əsrlərdə  Azərbaycanda  feodalizmə  xas  olan  əsas  iqtisadi  münasibətlər 

bərqərar  oldu.  Məhsuldar  qüvvələrin  və  istehsal  münasibətlərinin  tədricən  inkişafı 

feodal  istehsal  üsülunun  bərqərar  olmasına  şərait  yaradırdı.  Hökmdar  və  onun 

ə

trafındakı istismarçı sinif nümayəndələri torpaq sahibkarlarına çevrilirdilər. Hökmdar, 



yaxud  dövlət  torpaqları  xidmət  əvəzi  olaraq  hərbçilər  və  dövlət  işçilərinə  paylanırdı, 

bəzən də hədiyyə verilirdi. 

  Xüsusi xidmət adamlarına paylanmış belə torpaqlar feod, yəni “mülk” adlanırdı. 

Feodalizm  adı  da  buradan  əmələ  gəlmişdi.  Feodal  torpaqlarında    kəndli  əməyindən 

geniş  istifadə  olunurdu.  Kəndli  feodaldan  asılı  vəziyyətdə  idi,    çünki  o  feodalın 

torpağını becərməli, məhsulun müəyyən hissəsini ona verməliydi. Kəndli eyni zamanda 

müxtəlif mükəlləfiyyətləri yerinə yetirməli idi. Lakin onun əsas gəliri icarəyə götürdüyü 

feodal torpağı ilə bağlı idi. 

Bəzən onlar torpaqsız kəndliləri feodal torpağını becərmək üçün işə cəlb edirdilər. 

Feodal torpağında müflisləşmiş kəndli əməyi tətbiq olunurdu, lakin kəndlilərin torpağa 

təhkimləşməsi bərqərar olmadı, yalnız xidmətçilik genişləndi.   

Feodalızm  dövründə  iki  sinif-feodal  və  kəndli  sinifi  yarandı.  Kəndlilər  əsas 

istehsalçı  qüvvəni  təşkil  edirdilər.  kəndli  sinifinin  daxilində  baş  vermiş  mülki 

bərabərsizlik  onların  bir  qisminin  varlanmasına  və  xırda  mülkədarlara  çevrilməsinə 

səbəb oldu. Ölkədə baş verən siyasi hərc-mərclik, hakimiyyətin sasanilərə tabe edilməsi, 



dini  mübarizə  yoxsulların  sayını  daha  da  artırır,  feodalların  isə  varlanmasına  şərait 

yaradırdı. Kəndlilər, sənətkarlar və tacirlər dövlətə vergi verən təbəqəyə mənsub idilər. 

Sasani  dövlətində  əhali  dörd  sosial  təbəqəyə  kahin,  döyüşçü,  mirzə  və  vergi  verən 

təbəqələrinə  bölünmüşdü.  Son  təbəqə  can  (qezit)  və  torpaq  (xaraq)  vergisi  verirdi. 

Bundan başqa kəndlilər əmək mükəlləfiyyətinə cəlb olunurdular. 

III-VII əsrlərdə  Azərbaycanda feodal münasibətləri inkişaf edir, feodal istismarı 

möhkəmlənirdi.  Feodallar  arasında  iri  və  xırda  feodal  təbəqələri  formalaşırdı.  Iri 

feodallar  patrik  (  Bizans  qaynaqlarında),  xırda  feodallar  azat  ( ran  qaynaqlarında) 

adlanırdılar. Feodal münasibətlərı dini idarələri də bürümüşdü. 

Torpaq sahələri olan məbəd və kilsələrə əhali dini ibadət xətrinə vergi verməyə və 

müəyyən mükəlləfiyyətləri yerinə yetirməyə məcbur edilirdi. Əsas istehsalçılar şinakan 

və  ramik  adlanırdılar.  Onlar  qismən  torpağa  təhkim  olunmuşdular.  Lakin  təhkimçilik 

qeyri-xristian təsərrüfatında yayılmadı, burada feodaldan asılı kəndli təbəqələri yarandı. 

Feodal  torpaq  mülkiyyəti  dastakert  (irsən  keçən  mülk)  adını  daşıyırdı.  Belə 

torpaqlar  kəndlilərə  icarəyə  verilirdi.  Şərti  mülkiyyət  Xostaq  adlanırdı.  Bu  mülk  irsən 

keçmirdi. 

 Kəndlilərin  torpağa  təhkimləşməsi  Azərbaycanın  ancaq  xristian  feodallarının 

mülklərində meydana gəlməyə başladı. Iranda hakimiyyətə gəlmiş Sasani sülaləsi (III-

VII  əsrlər)  mərkəzdən  asılı,  lakin  müəyyən  daxili  müstəqilliyə  malik  olan  dövlət 

quruluşlarını  ləğv  etdi.  Işğal  olunmuş  torpaqlarda  mərkəz  nümayəndələri  tərəfindən 

idarə olunan əyalətlər yaratdılar. Belə əyalətlərdən biri Azərbaycan idi. Burada canişin 

hakimiyyəti bərqərar edildi. Qaynaqlar canişini mərzban (sərhəd qoruyan) adlandırırdı. 

Iran şahları işğal olunmuş, yaxud mərzban torpaqlarının sahibkarı kimi çıxış edirdilər. 

Belə  ərazilərin  idarəsi  hakim  sülaləyə  mənsub  adamlara  tapşırılırdı.  Əslində    bu 

torpaqlar  şah  mülkiyyəti  hesab  olunurdu.  Azərbaycanda  hökmdar  hakimiyyəti  ləğv 

edildikdən sonra feodal torpaq sahibkarlığı gücləndi.  



 

13. Azərbaycanda Sasani işğallarına qarşı üsyanlar 

V əsrin əvvəlində Albaniya daxili müstəqilliyni saxlıyırdı, lakin Sasanilərdən asılı 

vəziyyətə düşmüşdü. Mənbələrdə Urnayrdan sonrakı alban hökmdarları barədə məlumat 



verilmir. II Yezdəgirdin (438-457) vaxtında Ön Qafqazı idarə edən Sasani mərzbanları 

xristianlığa qarşı mübarizəni gücləndirdilər.  

 

 



ə

srin 


ortalarında 

Albaniyada hakimyyətə II Vaçe gəldi (440-463). II Vaçe qaynı II Yezdəgirdin təkidi ilə 

xristianlıqdan  imtina  etmiş  və  atəşpərəstliyi  qəbul  etmişdi.  Lakin  Sasanilərin  dini 

siyasətinə qarşı gizli mübarizə gedirdi. Alban çarı II Vaçe Sasanilərə qarşı mübarizəyə 

qoşulmadı. Lakin Sasanilərə qarşı mübarizəyə alban xristianlarının dini başçısı katalikos 

və hərbi rəislərdən biri qoşulmuşdu. 450-cı ildə Xalxal şəhəri yanında döyüşdə Sasani 

dəstələri  məğlub  oldu.  Albaniyada  Sasani  hakimyyətinə  meyl  güclü  idi.  Ancaq 

xristianpərəst alban əyanları Sasani hakimyyətinə qarşı mübarizəyə qalxmışdılar.   

 

II  Yezdəgird  Ön  Qafqaza  Vəzir  Mihr  Nersenin  başçılığı  altında  ordu  göndərdi. 



Eyni zamanda o, xristianlığa qarşı təqibini dayandırdı, müxtəlif dinlərin  azad ibadədini 

elan  etdi.  451-ci  il  mayın  26-da  Avarayr  çölündə  müttəfiq  dəstələr  ilə  Sasani  ordusu 

arasında  döyüş  oldu.  Üsyançılar  məğlub  oldu.  Xristian  dininin  tərəfdarları  Aranı  tərk 

edib dağlarda məskən saldılar.  

randa  2  il  davam  edən  hakimiyyət  uğrunda  mübarizə  zamanı  (457-459) 

Albaniyada  II  Vaçe daxili siyasətini  dəyişdi.  457-ci  ildə  II  Vaçe  qaynı II  Yezdəgirdin 

vəfatından  sonra  zərdüştlük  dinindən  imtina  etdi.  II  Vaçe  randa  baş  vermiş  siyasi 

hadisələrdən  istifadə  edərək  Albaniyada  xristianlığı  yaymaq  məqsədilə  Sasanilərin 

tabeliyindən  çıxdı.  randa  Firuz  (459-484)  hakimiyyətə  gəldikdən  sonra  II  Vaçe  Cora 

dərəsini  tutdu,  maskutları  öz  tərəfinə  çəkdi  və  Qafqazın  on  bir  hökmdarı  ilə  ittifaqa 

girdi.  II  Vaçe  Sasanilərlə  müharibəyə  başladı.  Bu  müharibə  460-cı  ildə  baş  vermişdi, 

çünki  əvvəlki dövrlərdə Firuz xoşluqla II Vaçeni yola gətirmək istəyirdi və ona qarşı 

ciddi  tədbirlər  görmürdü.  Lakin  münasibətlər  kəskinləşəndə  Firuz  hunları  alban 

hökmdarına  qarşı  müharibəyə  qaldırdı.  Haylandur  hunları  462-ci  ildə  Albaniyaya 

soxuldular.  Bir  il  uzanan  bu  müharibə  II  Vaçenin  463-cü  ildə  hakimyyətdən  əl 

çəkməsilə  başa  çatdı.  Vaçenin  xahişi  ilə  atasının  miras  qoyduğu  mülk  şah  Firuz 

tərəfindən onun sərəncamına verildi. Vaçe min evdən ibarət təsərrüfata sahib oldu. Vaçe 

adi zahid həyatı sürməyə başladı. II Vaçedən sonra 30 il ərzində Albaniya müstəqilliyini 

itirdi  və  Sasanilərin  təyin  etdiyi  mərzban  tərəfindən  idarə  olunmağa  başladı.  Moisey 

Kalankatlı  yazırdı  ki,  “Vaçedən  Mömin  Vaçaqana  kimi  30  il  müddətinə  Albaniya 




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə