Microsoft Word Az tarixi imtahan 50 cavab az docx



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə8/29
tarix14.03.2018
ölçüsü0,7 Mb.
#31374
növüYazı
1   ...   4   5   6   7   8   9   10   11   ...   29

hökmdarsız qaldı”. II Vaçenin vəfatından sonra onun qardaşı Vaçaqan təxminən 470-ci 

ildə öz fəaliyyətini Arsaxın hökmdarı kimi başlamışdı. Çox güman ki, şah Firuzun dini 

siyasəti  nəticəsində  o,  xristianlıqdan  imtina  edib  atəşpərəstlik  etiqadını  qəbul  etmişdi. 

Moisey Kalankatlı xəbər verir ki, “Vaçaqan başqaları ilə birlikdə şahın dəhşətli qəzəbi 

üzündən  maqların  dinini  (atəşpərəstliyi)  qəbul  etdi,  lakin  Xristosa  gizlincə  pərəstiş 

edirdi”. 

Sasani  şahı  Balaşın  (484-488)  dövründə  dini  etiqadların  azad  təliminə  ixtiyar 

verildi. Vaçaqanın bütün Albaniyaya hökmdar olması üçün şərait yarandı. III Vaçaqan 

(493-510) Albaniyada xristian dininin fəal təbliğinə başladı. O, əhaliyə zorla xristianlığı 

qəbul etdirdi. Adamları xristian dininə sövq etmək üçün məktəblər açılırdı. Köhnə din 

(bütpərəstlik) tərəfdarları, atəşpərəstlər və başqa etiqad sahibləri də təqib olunurdu. Bu 

tədbirlərə baxmayaraq xristianlıq Albaniyada dərin kök sala bilmədi. Təxminən 510-cu 

ildə  III  Vaçaqanın  hakimiyyəti  sona  yetdi.  Albaniyada  mərzbanlıq  idarəetməsi  tətbiq 

olundu. Sasanilər Ön Qafqaz ölkələrində müstəqil dövlət quruluşlarını ləğv etdilər.             

 

 

 



14. Azərbaycanda Ərəb Xilafəti dövründə mülkiyyəti formaları, vergilər. 

Ə

rəblərin hakimiyyəti dövründə Azərbaycanda  torpaq üzərində mülkiyyətin  beş 



forması mövcud idi. 

Feodal  torpaq  mülkiyyətinin  əsas  növlərindən  biri  dövlət 

torpaqları idi. Belə torpaqlar divan və ya xəlifə torpağı adlanırdı. Varisi ölən şəxslərin, 

ə

məllərinə  görə  vəzifəsindən  qovulan  məmurların  torpağı  divan  torpağına  qatılırdı. 



Geniş  yayılmış  torpaq  mülkiyyəti  formalarından  biri  iqta  idi.    qtanın  iki  forması 

mövcud idi. Onlardan biri bağışlanan iqta idi ki, o, sahibinin şəxsi mülkiyyətinə çevrilə 

bilir  və  nəsildən-nəslə  keçirdi.  Bağışlanan  (xüsusi)  iqta  şairlərə  və  xüsusi  istedadlı 

şə

xlərə  və  dövlət  qarşısında  böyük  xidməti  olan  adamlara  verilirdi.  qtanın 



formalarından biri də icarə edilən iqta idi ki, onu hərbiçilərə  verirdilər. Bu cür torpaqlar 

irsən keçə bilməz, lazım gəldikdə isə geri alına bilərdı. Azərbaycanda yerli feodalların 

irsi mülkiyyətində olan torpaq mülkləri qalmaqda idi. Ərəb mənbələrində belə torpaqlar 

mülk, onun sahibi isə malik adlanırdı. Torpaq üzərindəki mülkiyyət formalarından biri 

vəqf  torpaqları  idi.  Bu  torpaqlar  Məkkə  və  Mədinə  kimi  müqəddəs  şəhərlər  üçün,  din 



uğrunda mübarizlər və şəhidlər üçün nəzərdə tutulurdu. Həmin torpaqlarda məscidlər və 

müqəddəslərin  şərəfinə  türbələr  tikilirdi.Vəqf  torpaqları  müsəlman  dini  idarələrinin 

ixtiyarında idi. “Allahın mülkiyyəti” hesab edilən vəqf torpağı icarəyə verilsə də, onu nə 

satmaq,  nə  almaq,  nə  də  xüsusi  mülkiyyətə  keçirmək  olmazdı.  carəyə  verilmiş  vəqf 

torpağı  üç  il  əkilməyib  istifadəsiz  qalsa  torpaq  həmin  adamın  əlindən  geri  alınırdı. 

Torpaq mülkiyyəti formalarından biri də icma torpaqları idi. Kəndlərdə əhaliyə məxsus 

ə

kin  yerləri,  biçənəklər,  otlaqlar,  meşələr,  qəbistanlıqlar  və  s.  icma  torpaqlarına  daxil 



idi.   

 

 



 

 

 



 

Ə

rəblər  başqa  məsələlərdə  olduğu 



kimi,  Sasanilərin  vergi  qaydasını  bəzi  dəyişikliklər  etməklə  qüvvədə  saxladılar. 

Ə

məvilər  sülaləsinə  qədər  birinci  dörd  xəlifəinin  dövründə  vergilər  xeyli  yüngül  idi. 



Həmdə  Sasanilərdən  fərqli  olaraq  vergini  tək-tək  şəxslərdən  deyil,  bütün  ölkədən 

alırdılar. Azərbaycanda əhalinin bir qismi xristian olduğundan xəlifənin xəzinəsinə iki 

adda  vergi:  xərac  və  cizyə  verilirdi.  Müsəlmanlar  cizyə  vergisindən  azad  idilər. 

Xristianları  itaətdə  saxlamaqda  xilafətə  kömək  etdiklərinə  görə  keşişlər  və  kilsə 

vergidən azad edilir və dövlət tərəfindən himayə olunurdu. Dördüncü xəlifə Əli ibn Əbu 

Talib vergilərin tonlanmasına dair ədalətli göstəriş verərək, əsas diqqəti xəracı yığmağa 

deyil, torpağı səmərəli şəkildə əkib-becərməyə yönəldirdi. Əməvilər sülaləsindən xəlifə 

Hişamın  dövründə  vergilərin  alınması  qaydasında  dəyişiklik  edildi.  Onun  göstərişi  ilə 

725-ci  ildə  Azərbaycanda  əhali,  mal-qara,  torpaq  siyahıya  alındı,  vaxtilə  ləğv  edilmiş 

bəzi  vergilər  bərpa  edildi.  Bir  sıra  yeni  -    sənət  məmulatı,  kəbin  kağızı  və  s.  adda 

vergilər  tətbiq  olundu.  Hətta  rahiblərdən  cizyə  vergisi  alındı,  onun  məbləği  artırıldı. 

Abbasilərin  dövründə  (750-1258)  vergi  qaydasında  yeni  dəyişiklik  edildi.  Torpağın 

ə

kilib-əkilməməsindən asılı olmayaraq vergi alınmağa başlandı. Xəlifə Mehdi vergiləri 



bir qədər yüngülləşdirdi. Verginin miqdarı suvarma texnikasından asılı olaraq məhsulun 

dörddə birindən yarısına qədər müəyyən edildi. Qəddarlığı ilə bütün xəlifələrdən seçilən 

Harun-ər-Rəşidin  dövründə  (786-809)  vergilər  yenidən  artırıldı.  Azərbaycanın  cənub 

hissəindən  ildə  4  milyon  dirhəm,  Muğandan  300  min  dirhəm  vergi  alınırdı.  Zimmilər 

(xristianlar)  daha  çox  vergi  verirdilər.  Vergilər  təkcə  xəracdan  və  cizyədən  ibarət 

deyildi.  nsanın  mənfəətləndiyi  bütün  sahələrdən,  müharibə  zamanı  əldə  edilən  hərbi 

qənimətlərdən,  əsirlərdən,  daşına  bilən  əmlakdan  xüms  (beşdə  bir)  deyilən  vergi 



alınırdı.  Bundan  başqa,  mal-qaradan,  əkin  və  meyvədən,  qızıl  və  gümüşdən  zəkat 

(sədəqə)  vergisi  alınırdı.  Zəkat  ruhanilərin,  yetimlərin,  şikəstlərin  və  əlacsızların 

ehtiyacına sərf olunurdu.  

 

15. Azərbaycanda Ərəb xilafətinə qarşı milli-azadlıq mübarizəsi.  



Xürrəmilər hərəkatı 

Azərbaycanda  azadlıq  mübarizəsinin  parlaq  səhifələrindən  biri  ərəb  Xilafətinə 

qarşı  60  ildən  artıq  davam  etmiş  xürrəmilər  hərəkatıdır.  Azərbaycanın  istiqlaliyyətini 

bərpa  etmək,  onu  yadellilərin  tapdağından  qurtarmaq  xürrəmilərin  əsas  idealı  idi. 

Akademik  Z.Bünyadov  “xürrəm”  sözünü  pəhləvi  dilində  “xür”-od  və  “xvar”-Günəş 

anlamında  mənalandırmışdır.  Xürrəmilərin  ərəblərə  qarşı  azadlıq  mübarizəsi  61  il 

davam  etmişdir.  Onun  üçdə  iki  hissəsini  Babəkə  qədərki  dövr  təşkil  edir  ki,  onun  da 

xeyli hissəsinə Cavidan rəhbərlik etmişdi (808-ci ildən). 816-cı ildə döyüşlərin birində 

Cavidan Əbu  mranı öldürdü və bundan üç gün sonra aldığı yaradan özü də öldü. Babək 

Cavidan mülkünün sahibi və xürrəmilər icmasının rəhbəri oldu. Babək bütün ömrü boyu 

Xilafətə qarşı mübarizə aparmış və Azərbaycanda islamdan əvvəl mövcud olan qayda-

qanunları  ola  bilsin  ki,  bərpa  etməyə  çalışmışdı.    Xürrəmilər  Babəkə  qədər  Xilafətə 

qarşı iki dəfə üsyan etdilər. Birinci üsyan 778-ci ildə baş verdi. 808-cı ildə xürrəmilərin 

ə

rəblərə  qarşı  daha  güclü  bir  isyanı  başlandı.  sfahanda  başlanan  bu  üsyan  bir  çox 



ə

raziləri  bürüdü.  Babək  xürrəmilər  icmasında  rəhbərliyi  ələ  aldıqdan  sonra  vəziyyət 

tamamilə dəyişdi. Azadlıq ordusunun əsas hərəkətverici qüvvəsini kəndlilər təşkil etsə 

də,  orada  şəhər  yoxsulları,  sənətkarlar,  orta  və  xırda  feodallar,  əhalinin  müxtəlif 

təbəqələrinə mənsub adamlar da az deyildi. Azadlıq mübarizəsi bir çox əraziləri bürüsə 

də,  bütün  mənbələr  təsdiq  edir  ki,  Babəkin  və  xürrəmilərin  vətəni  Azərbaycan  idi  və 

azadlıq  mübarizəsi  buradan  başlanmışdı.  819-cu  ilə  qədər  xəlifə  xürrəmilərə  qarşı 

nizami  ordu  göndərmədi.  Üsyançılara  qarşı  Azərbaycandakı  hərbi  hissələrin 

qüvvələrindən  istifadə  etdi.  Xəlifə  Məmun  819-cu  ildə  sərkərdə  Yəhya  ibn  Müazın 

başçılığı ilə  Babəkə qarşı  ilk nizamı  ordu  göndərdi.  Xürrəmilər  bu ordunu  əzdilər. Bu 

qələbədən sonra on il müddətində üsyançılar Xilafətin bir neçə nizami ordusunu məhv 

etdilər  və  sərkərdələrini  əsir  aldılar.  829-cu  il  iyunun  3-də  Həşdadsər  dağında  




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə