Microsoft Word Az tarixi imtahan 50 cavab az docx



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə9/29
tarix14.03.2018
ölçüsü0,7 Mb.
#31374
növüYazı
1   ...   5   6   7   8   9   10   11   12   ...   29

xürrəmilərlə həlledici döyüş başladı. Döyüşdə iştirak edən 150 minlik ərəb ordusundan 

30  min  nəfəri  məhv  edildi.  Qanlı  vuruşma  zamanı  sərkərdə  Məhəmməd  ibn  Hümeyd 

öldürüldü.Xürrəmilər  830-cu  ildə  qələbə  çalaraq  böyük  strateji  əhəmiyyəti  olan 

Həmədanı  tutdular  (birinci  Həmədan  döyüşü).  Bu  üsyançıların  nizami  ərəb  orduları 

üzərində  beşinci  parlaq  qələbəsi  idi.  IX  əsrin  30-cu  illərin  əvvəlləri  azadlıq 

müharibəsinin  ən  müvəffəqiyyətli  dövrü  idi.  Üsyançılar  xilafəti  lərzəyə  salmışdılar. 

Bizansla müharibə, Suriya və Misirdəki üsyanlar xürrəmilərin azadlıq müharibəsi ilə bir 

vaxta  düşdüyündən  Xilafəti  çaşdırmışdı.  833-cü  il  dekabrın  25-də  Həmədan 

yaxınlığında şiddətli döyüş başlandı (ikinci Həməmdan döyüşü). Bu döyüşdə xürrəmilər 

ilk  dəfə  olaraq  ağır  məğlubiyyətə  düçar  oldular.  Həmədan  döyüşündəki  qələbə 

Mötəsimə öz sələfinin üsyançılara qarşı tətbiq etdiyi hərbi taktikanın qüsurlarını anlatdı. 

Bizansla müharibəni dayandırıb bütün ordunu, maddi və hərbi sursatı Babəkilərə qarşı 

mübarizəyə  sərf  etdi.  Afşin  Heydər  ibn  Kavus  832-ci  ildə  xürrəmilərə  qarşı  vuruşan 

ə

rəb  ordusuna  baş  komandan  təyin  edildi.  Müharibə  uzandıqca  qüvvələr  nisbətindəki 



fərq ərəblərin xeyrinə dəyişdi. Afşinin köməyinə göndərilmiş adlı-sanlı sərkərdə Buğa 

ə

l-Kəbirlə  836-cı  ildə  Həşdadsər      dağı  yaxınlığındakı  döyüşdə  xürrəmilər  onun 



ordusunu əzdi, bir neçə sərkərdəsini məhv etdi.837-ci ilin avqustunda ərəb qoşunu Bəzz 

qalasına  yaxınlaşdı  və  onu  mühasirəyə  aldı.  Döyüş  daha  yaxşı  silahlanmış  və  təchiz 

olunmuş  düşmən  üçün  əlverişli  vaxtda,  837-ci  il  avqustun  26-dabaşlandı.  Bu  döyüşdə 

yaralananlardan və itkin düşənlərdən əlavə, ərəblərdən 100 min nəfər, üsyançılardan 80 

min  nəfər  həlak  olmuşdu.  Bəzzin  süqutundan  və  ailə  üzvlərini  itirdikdən  sonra  Babək 

qardaşı Abdulla ilə birlikdə Arazdan keçib Arrana gəldi. Məqsədi Bizans imperatorunun 

yanına getmək yeni qüvvə toplayıb ərəblərə qarşı müharibəni davam etdirmək idi. Lakin 

Babək  xəyanət  nəticəsində  ələ  kecirildi  və  838-ci  il  martın  14-də  xəlifə  Mötəsimin 

hökmü  ilə edam edildi. Bu hərəkat istiqlaliyyət uğrunda azadlıq müharibəsi idi. Xilafət 

Azərbaycan xalqının mübarizə əzmini söndürə bilmədi. 

 

16. IX-XI əsrlərdə Azərbacyan feodal dövlətləri (Şirvanşahlar-Məzyədilər, 

Sacilər, Salarilər) 

Abbasilər  imperiyasının  dağılması  gedişində  Azərbaycanda  bir  sıra  müstəqil 




feodal dövlətləri meydana gəldi. IX-XI əsrlərdə Azərbaycanda yaranmaqda olan feodal 

dövlətləri  ərəblərin  hakimiyyətindən  imtina  edir  və  özlərinin  istiqlaliyyətinə  nail 

olurdular.   

 

 



 

 

 



 

 

 



 

 

Ş



irvanşahlar.  Bu  dövlətin  yaradıcısı  Heysəm  ibn  Xalid  Şirvanın  birinci  rəsmi 

məliki Yəzid ibn Məzyədin nəvələrindən idi. Ona görə də sülalə Məzyədilər (861-1538) 

adlanırdı.  IX  əsrin  60-cı  illərində  xilafətdə  başlanan  yeni  iğtişaşlardan  istifadə  edən 

Heysəm ibn Xalid özünü Şirvanın müstəqil hakimi (şahı)elan etdi və mərkəzi hökümətlə 

ə

laqəni  kəsdi.  Beləliklə,  Şirvanın  istiqlaliyyəti  bərpa  edildi.  Məzyədilər  sülaləsinin 



hakimyyətinin  ilk  dövründə  Şirvanşahların  sərhədləri  cənubda  Kür  çayı,  şimalda 

Dərbənd və Samur çayı, qərbdə Göyçay və Şəki, şərqdə Xəzər dənizi ilə əhatə edilirdi. 

Məzyədilərin  uğurlu  siyasəti  nəticəsində  müxtəlif  dövrlərdə  Şəki,  Beyləqan  və  Bərdə 

Ş

irvanşahların tabeçiliyinə  keçmişdi.  Dövlətin paytaxtı əvvəlcə  Şirvan,  X  əsrin birinci 



rübündən  etibarən  Yəzidiyyə  (Şamaxı)  şəhəri  olmuşdu.  Məzyədi  sülaləsinin  uğurlu 

siyasətinə baxmayaraq, bəzən özləri də asılı vəziyyətə düşürdülər. IX əsrin axırlarında 

Məzyədilər  öz  vassaları  ilə  birlikdə  əvvəlcə  Sacilər,  sonra  isə  Salarilər  dövlətinə  tabe 

idilər. Daxili idarə işini öz əllərində saxlamaqla Məzyədilər onlara xərac verirdilər. XI 

ə

srin 60-70-ci illərində Fəriburzun hakimiyyəti dövründə Şirvanda siyasi vəziyyət daha 



da ağırlaşdı. Şəddadilər hakimi Şavurun Şirvana hücumları başlandı. Şavur Şirvanda bir 

sıra  qalaları  ələ  keçirdi  və  40  min  dinar  xərac  alıb  geri  qayıtdı.  Ön  Qafqazda 

hakimiyyəti ələ keçirən səlcuq türklərinin Şirvanda da təsiri gücləndi. Sultan Məlikşahın 

dövründə Dərbənd iqta şəklində  raq hakiminə bağışlandı. Şirvanşah Məzyədilər daxili 

istiqlaliyyətlərini  saxlamaq  şərtilə  səlcuqların  vassalına  çevrildi  və  hər  il  sultanın 

xəzinəsinə 40 min dinar xərac verməli oldu.Şirvanşahlar titulu ləğv edildi.Məzyədilərin 

də  iki  növ  qoşunu  vardı.  Əsas  qoşun  şahın  xüsusi  qvardiyasından  ibarət  idi.  Bundan 

ə

lavə iri feodalların və vilayət hakimlərinin xüsusi qoşun dəstələri olurdu.   



 

 

 



 

 

 



Sacilər  dövləti.  IX  əsrdə  xilafətə  qarşı  mübarizə  şəraitində  Azərbaycanda 

meydana gələn feodal dövlətlərdən biri də paytaxtı Ərdəbil şəhəri olan Sacilər dövləti 

(889-942-ci  illər  )  idi.  Sacilər  mənşəcə  türk  idilər.  Əbu  Sac  Divdad  və  onun  varisləri 

Məhəmməd  və  Yusif  müxtəlif  vaxtlarda  xilafətin  əyalət  hakimləri  olmuş,  Abbasilər 




hakimyyətinə  qarşı  baş  baş  vermiş  üsyanların  yatırılmasında  fəal  iştirak  etmişlər. 

Sacilərin  banisinin  Əbu  Sac  Divdad  hesib  edilməsinə  baxmayaraq,  dövlət  onun 

ölümündən  xeyli  sonra  oğlanları  Məhəmmədin  və  Yusifin  dövründə  yaranmışdı. 

Xidmətləri  ilə  xəlifənin  rəğbətini  qazandığına  görə  889-cu  ildə  Məhəmməd 

Azərbaycanın  hakimi  təyin  olundu.  901-ci  ilin  martında  Məhəmmədin    ölümündən 

sonra  hakimiyyətə  oğlu  Divdad  keçdi.  Həmin  ilin  avqustunda  əmisi  Yusif  Divdadı 

hakimyyətdən  salıb  özü  xəlifənin  Azərbaycan  hakimi  və  canişini  oldu.  Azərbaycan 

bütövlüklə  onun  hakimiyyəti  altında  birləşmişdi.  Yusif  hər il  Xilafətin  xəzinəsinə  120 

min  dinar  xərac  verirdi.  927-ci  il  dekabrın  27-də  Kufə  şəhəri  yaxınlığındakı  döyüş 

zamanı Yusifin qoşunu məğlub oldu. O  özü yaralandı, əsir düşdü və öldürüldü. Yusifin 

ölümündən  sonra  hakimiyyət  əldən-ələ  keçdi.  Onun  sərkərdəsi  Deysəmin  dövründə 

Azərbaycan  yenidən  müharibə  meydanına  çevrildi.  942-ci  ildə  Sacilər  sülaləsinin 

hakimyyətini Salarilər əvəz etdilər. 

Salarilər  dövləti.  Dövlətin  yaradıcısı  Mərzuban  ibn  MəhəmmədGilan 

vilayətindəki  Salarilər  tayfasına  mənsub  olduğundan  dövlət  Salarilər  adlandırıldı.O, 

942-ci ildə Sacilər hakimi Deysəmi məğlub edərək Azərbaycanı tutdu. Həmin tarixdən 

hakimyyət  onun  təmsil  etdiyi  Salarilər  sülaləsinin  (942-981)  əlinə  keçdi.  Salarilər 

dövlətinin  də  paytaxtı  Ərdəbil  idi.  Salari  hakimi  Mərzuban  ibn  Məhəmməd  çətin 

mübarizə şəraitində Sacilər dövlətinin hakimyyəti altında olan Azərbaycan torpaqılarına 

sahib  olaraq  öz  səltənətini  möhkəmləndirməyə  çalışdı.  Azərbaycanın  şimal-qərb 

vilayətlərini  və  Ərməniyəni  öz  hakimiyyəti  altına  keçirdi.  Sacilərin  dövründə  olduğu 

kimi,  Şirvanşahlar  Məzyədilərin  dövləti  Salarilərə  tabe  edildi.  Bununla  da  Salarilərin 

ş

imal sərhədi Dərbəndə qədər uzandı. Azərbaycanın cənub-şərq vilayətlərinin, xüsusilə, 



Zəncanın,  Əbhərin  və  Qəzvinin  sfahan  hakiminin  asılılığında  qalması  Mərzubanı 

narahat  edirdi.  Onun  məqsədi  Azərbaycanın  qədim  sərhədlərinin  bütövlüyünə  nail 

olmaq  idi.  O,  bu  niyyətlə  948-ci  ildə  hərbi  yürüşə  başlayaraq  Qəzvinə  getdi.  Savaş 

Mərzubanın  məğlubiyyəti  ilə  başa  çatdı.  O,  sərkərdələri  ilə  birlikdə  əsir  düşdü.  Lakin 

Mərzuban  anasının  və  yaxın  adamlarının  köməkliyi  ilə  953-cü  ildə  əsirlikdən  qaçıb 

Ə

rdəbilə    gələrək  hakimyyəti  ələ  keçirdi.  957-ci  ilin  dekabrında  Mərzuban  ibn 



Məhəmmədin  ölümündən  sonra  oğlanları  və  qardaşı  Vəhsudan  arasında  hakimyyət 


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə