siyasi və iqtisadi həyatında baş verən dəyişikliklər ölkə mədəniyyətinin inkişafına da
müsbət təsir göstərmişdir. IX-XII əsrlərdə müsəlman Şərqində elm və mədəniyyət
yüksək səviyyədə idi. Həmin xalqların mədəniyyəti bir-birinə qarşılıqlı təsir etməklə
tərəqqi edirdi. 12-ci yüzillik əbəs yerə Azərbaycan mədəniyyətinin “qızıl dövrü”
adlandırılmır. Bu intibah dövrü xalqımız üçün ona görə qiymətlidir ki, dünya
poeziyasının günəşi Nizami Gəncəvi və onun müasirlərinin, ədəbiyyatımızın,
incəsənətimizin və elmimizin böyük dühalarının yaşadığı dövrdür. Şəhərlərdə məscidlər
yanında mədrəsələr və məhəlli məktəblər – molla xanalar vardı. Bu mədrəsələr və
məktəblərdə dini elmlərlə bərabər təbabət, nücum, şərq dilləri, ədəbiyyat, məntiq və
başqa fənlər tədris olunurdu. Məktəblərdə oxuyanlar feodalların, tacirlərin və
ruhanilərin övladları idi. Geniş xalq kütləsi elmdən və təhsildən məhrum edilmişdi.
Fazil Fəridəddin Şirvani astronomiya elmi ilə məşğul olmuş, bir sıra ulduz cədvəli tərtib
etmiş, görkəmli filosof Bəhmənyar, Xətib Təbrizli də bu dövrdə yaşayıb-
yaratmışdır.Təbrizli alimlərdən Əbu Zəkəriyyə Yəhya ibn Əli və Əbu Mənsur ibn
Ə
hməd də bir sıra görkəmli əsərlərin müəllifi olmuşlar.Hüquqşünaslıq sahəsində
Ş
amaxılı Əbubəkr Məhəmməd Şirvani, Bərdəi Məhəmməd ibn Abdulla məşhur
idilər.Dünyəvi elmlərlə yanaşı, nəqqaşlıq və xəttatlıq da inkişaf etmişdi. Azərbaycan
memarlığının özünəməxsus xüsusiyyəti var idi. Araz çayı üzərindəki Xudafərin
körpüsü, Şamaxıda Gülüstan qalası, Naxçıvanda Əlincə qalası, Lerikdə Oğlanqala,
Bakida Qız qalası belə möhtəşəm abidələrdəndir. Bu dövrün görkəmli sənətkarlarından
biri naxçıvanlı Əcəmi Əbubəkr idi. Onun Naxçıvanda tikdiyi Yusif ibn Küseyirin və
Atabəy Məhəmməd Cahan Pəhləvanın arvadı Möminə xatunun türbələri başdan-başa
həndəsi nəqşlər və kitabələrlə bəzədilmişdir. Naxçıvan memarlıq məktəbinin təsiri ilə
Ə
lincə çayı sahilindəki Xanəgah kəndində sərdabə, Urmiyada Üç günbəz, Marağada
Göy günbəz və başqa abidələr yaradılmışdır. Şifahi və yazılı ədəbiyyat inkişaf edirdi.
Aşıq, xalq yaradıcılığı ilə bərabər ədəbiyyatın klassik formaları inkişaf edirdi. X-XI
ə
srlərin yadigarı olan “Dədə Qorqud” dastanları şifahi xalq yaradıcılığının ana dilində
ə
n böyük abidəsidir.X-XII əsrlərdə yazılı ədəbiyyatın geniş yayılmış formalarından biri
saray ədəbiyyatı idi. XI əsr Saray şerinin ən görkəmli nümayəndəsi Qətran Təbrizidir.
Saray şairləri içərisində Əbülüla Gəncəvini, Fələki Şirvanini xüsusi qeyd etmək
olar.XII əsrdə saraydan kənarda inkişaf edən ədəbiyyatın görkəmli nümayəndəsi
Məhsəti Gəncəvidir. Onun rübailəri xalq içərisində geniş yayılmışdır.XII əsr
Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri Əfzələddin Xaqanidir. O, ərəb və
fars dillərində sərbəst danışır, dilçiliyi, fəlsəfəni, məntiqi, nücumu, riyaziyyatı,
qanunşünaslığı və şəriəti gözəl bilirdi. “Mədain xərabələri” adlı fəlsəfi şerini,
“Həbsiyyə” adlı şerlərini yazmışdır. Xaqani 1156-cı ildə Yaxın Şərqdə səyahətə çıxır.
O, 1160–cı ildə səyahətini başa çatdırıb, yenidən saray məngənəsinə düşür. O,
Ş
irvanşah Axsitanın təhqirlərinə dözməyərək, 1170-ci Beyləqana qaçarkən şahın
adamları tərəfindən tutulub, geri qaytarılır və Şabran qalasına salınır. Həbsxanada
olduğu 7 ay müddətində o, “Həbsiyyə” adlı şerlərini yazır. Xaqani 1173-cü ildə ailəsi ilə
birlikdə Təbrizə köçür və ömrünün sonuna qədər orada yaşayır. Milli mədəniyyətimizin
“qızıl əsrini” yaradanlardan ən görkəmlisi Nizami Gəncəvidir. Onun yaradıcılığı ilə orta
ə
sr Azərbaycan ədəbiyyatında və ictimai fikir tarixində yeni bir dövr başlanmışdır.
Nizami Gəncəvinin ölməz poemaları “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və
Məcnun”, “Yeddi gözəl” və “ skəndərnamə”dir. Bu incilər şairin “Xəmsə” adlanan
divanını təşkil edir. Nizaminin irsi mənəvi mədəniyyətimizin yaradıcıları üçün gözəl
sənətkarlıq məktəbidir. Nizami Gəncəvi öz əsərlərində zalımları pisləməklə, məzlumları
haqsızlığa qarşı, mübarizəyə çağırmaqla yanaşı, gah etiraz, bəzən də nəsihət yolu ilə
hakimləri zülmdən və cəzadan əl çəkməyə, ədalətə və nəcibliyə çağırmışdı.
Nizami Gəncəvi “Yeddi Gözəl” poemasında insan ləyaqətini yüksəldən, onun
mənəvi aləmini zənginləşdirən problemlərə toxunmuşdu. Şair ömrünün son illərini şah
ə
səri olan “ sgəndərnamə”ni yazmağa sərf etmişdi. Bu əsər ona əbədi dünya şöhrəti
qazandırdı. IX-XII əsrlərdə sənət ustaları oyma, həkketmə, zərbetmə, kaşıçılıq,
xalçaçılıq, tətbiqi incəsənətin başqa sahələrində gözəl sənət nümunələri göstərirdilər.
21. Monqol feodal dövlətinin yaranması və möhkəmlənməsi. Monqolların
Azərbaycana I işğalcı yürüşü
XIII əsrin əvvəllərində Mərkəzi Asiyada Çingiz xanın (1206-1227) başçılığı ilə
güclü Monqol dövləti yarandı. 1206-cı ildə monqol noyonlarının qurultayında
Çingizxan monqol tayfalarının xaqanı elan edildi. Monqol dövlətinin paytaxtı
Qaraqorum şəhəri idi. Mərkəzləşdirilmiş idarə sisteminə malik güclü ordu
yaradan Çingiz xan işğalçılıq yürüşlərinə başladı. 1211-ci ilədək Sibir xalqları,
1211-1215-ci illərdə Şimali Çin ərazisi, 1219-da isə Orta Asiya–Azərbaycanın şərq
sərhədlərində mövcud olan Xarəzm dövləti işğala məruz qaldı. Xarəzmşah
dövlətinin süqutunda başqa amillərlə yanaşı Xarəzmşah Məhəmmədin qorxaq
siyasəti, gözləmək mövqeyi, yalnız müdafiəyə üstünlük verməsi də öz rolunu
oynamışdı. 1218-ci ildə Otrar şəhərində Çingizxana mal aparan tacirlərin qətlə
yetirilməsi monqolların Orta Asiyaya hücumu üçün bəhanə oldu. Tarixə “Otrar
faciəsi” kimi daxil olmuş bu hadisə Xarəzmşah dövlətinin süqutunun başlanğıcı
oldu. 1220-ci ilin ilk aylarında Buxara, Səmərqənd, Otrar kimi şəhərləri xarabaya
çevirən monqollar qısa müddət ərzində bütün Orta Asiyaya sahib oldular.
Xarəzmşah Məhəmməd biabırcasına ölkədən qaçdı. Sonralar Xəzər dənizindəki
adalardan birində öldü. Qaçmış Məhəmmədi izləmək və başqa ərazilərdə