Microsoft Word Azdili cavab imt docx



Yüklə 470,19 Kb.
Pdf görüntüsü
səhifə1/18
tarix01.12.2017
ölçüsü470,19 Kb.
#13363
  1   2   3   4   5   6   7   8   9   ...   18


 

AZƏRBAYCAN  D L   VƏ  N TQ  MƏDƏN YYƏT   FƏNN   ÜZRƏ  MTAHAN 



SUALLARININ CAVABLARI 

Sual 1. Dil nədir və onun vəzifələri nədən ibarətdir? 

        Dil  çox-çox  qədim  zamanlarda  toplu  halında  yaşayan  insanların  bir-biri  ilə 

ünsiyyət  saxlamaq  zərurətindən  meydana  çıxmışdır.Deməli,  dil  insanlar  arasında 

ünsiyyət  vasitəsidir.  Dil  ünsiyyət  vasitəsi  kimi  yalnız  müəyyən  şəraitdə  ─  insan 

cəmiyyətində yaranır və fəaliyyət göstərir. Dilin varlığı üçün bəşər cəmiyyətinin olması 

vacib şərtdir.  nsan cəmiyyəti olmayan yerdə dil mövcud ola bilməz. Buna görə də 

dil ictimai hadisə sayılır.  

        Dil  ancaq  insana  məxsusdur  və  təfəkkürlə  bağlıdır.  Dilin  yaranmasında  insan 

orqanizminin şaquli vəziyyətdə olması da mühüm rol oynamışdır. 

        Dilin  irsi  və  irqi  cəhətlərlə  bağlılığı  yoxdur.  Belə  ki,  bir  zənci  balası  körpəlik 

çağından valideynlərindən ayrı düşərək, məsələn, bir azərbaycanlı ailəsində böyü-yərsə, 

o, Azərbaycan dilində danışmağa başlayacaq.  

        Dil mənsub olduğu xalqın həyatı ilə sıx bağlıdır. Hər hansı bir xalqın milli şüuru, 

mədəni səviyyəsi inkişaf etdikcə onun dili də inkişaf  edir, təkmilləşir. 

        Dilin üç vəzifəsi vardır: 

        1. Dil cəmiyyətdə ünsiyyət vasitəsidir. 

        2. Dil insanı əhatə edən əşya və hadisələrin adlarını bildirir. 

        3. Dil fikri ifadə edir. 

 

        Sual 2. Dilin qayda-qanunları, xüsusiyyətləri və quruluşunu öyrənən elm necə 



adlanır və  onun hansı sahələri vardır? 

 

        Dilin qayda-qanunları, xüsusiyyətləri və quruluşunu öyrənən elm dilçilik elmi 



adlanır. Dil müxtəlif  baxımdan öyrənildiyi üçün ayrı-ayrı sahələrə bölünür. Dilçiliyin 

fonetika,  leksikologiya  (frazeologiya  da  bura  daxildir),  morfologiya  və  sintaksis  kimi 

bölmələrdən  başqa,  etimologiya,  lüğətçilik,  dialektologiya  kimi  sahələri  də  vardır. 

Fonetikada  danışıq  səsləri,  ahəng  qanunu,  heca  və  vurğu,  fonetik  hadisələr, 

leksikologiyada  dilin  lüğət  tərkibi,  sözlərin  mahiyyəti,  onların  forma    və  məzmunca 

ə

mələ  gətirdiyi  qruplar,  sözlərin  mənşəyi  və  işlənmə  dairəsi,  eləcə  də  frazeoloji 



birləşmələr öyrənilirsə, morfologiyanın predmeti sözün tərkibi, nitq hissələri və onların 

dəyişmə qaydalarıdır, sintaksisdə isə söz birləşmələri və cümlələr tədqiq edilir. 

        Sözün mənşəyini, kökünü, nədən törəməsini öyrənən dilçilik sahəsinə etimo-logiya 

deyilir.  Dilimizdə  yaranma  tarixi  çox  qədim  olan  elə  sözlər  var  ki,  indiki  şəklində 

daşıdığı  leksik  məna  anlaşılmır,  yəni  kökü,  mənşəyi  izah  edilə  bilmir.  Bu  halda 

etimologiya  elminə  üz  tutmaq  lazım  gəlir.  Ya  elmi  əsaslara  söykənən  elmi 

etimologiyanın,  ya  da  xalqın  məntiqinə  əsaslanan  xalq  etimologiyasının,  başqa  sözlə, 

yalançı etimologiyanın imkanlarından istifadə edilir. Sözün kökünü üzə çıxarmaq, onun 

başqa  sözlərlə  bağlılığını  öyrənmək  üçün  aparılan  dilçilik  araşdırmalarına  etimoloji 

təhlil deyilir. 

        Lüğətçilik (leksikoqrafiya) dilçiliyin praktik sahəsi olub, lüğətlərin tərtibi, yaranma 

qaydalarını öyrənir. Lüğətlərin tərtibi ilə məşğul olan mütəxəssis lüğət-  




 

çi ─ leksikoqraf  adlanır. Lüğətlərin bir neçə növü var: izahlı lüğətlər, tərcümə lü-ğətləri 



və terminoloji lüğətlər. 

        Dialektologiya  dialekt  və  ya  şivəni  öyrənən  dilçilik  sahəsidir.  Bir  çox  şivələ-

rimizdə  elə  qədim  sözlər  qorunub  saxlanmışdır  ki,  vaxtilə  ədəbi  dilimizdə  işlənmiş, 

lakin  indi  unudulmuşdur.  Bu  baxımdan  dialektlər  dilimizin  tarixini,  onun  inkişaf  

mərhələlərini öyrənmək üçün çox əhəmiyyətlidir. 

        Nitq  mədəniyyəti  də  dilçiliyin  praktik,  yəni  təcrübi  sahəsi  olub,  dildə



ünsiyryət  vasitəsi  kimi  istifadə  qaydalarını  öyrənir.  Nitq  mədəniyyətinə  yaxşı 

yiyələnmək  üçün  dilin  fonetik,  leksik  və  qrammatik  qayda-qanunlarını  bilmək  və  nitq 

zamanı onlara əməl etmək zəruridir. 

        Nitq mədəniyyətində dilçiliyin nəzəri fikirləri əməli şəkildə həyata keçirilir. Buna 

görə  də  nitq  mədəniyyəti  dilçiliyin  nəzəri  yox,  praktik  sahəsi  sayılır.  Nitq 

mədəniyyətində ayrı-ayrı dil faktları və ya dil hadisələri yox, dilçiliyin qayda-qa-nunları 

sistemi öyrənilir. Ümumiyyətlə, nitq mədəniyyətinin konkret  predmeti yoxdur. 

 

        Sual 3. Yazı və onun növləri barədə məlumat yazın.   



 

         nsanların  səsin  çatmadığı,  ünün  yetmədiyi  yerlərlə  də  əlaqə  saxlamaq  ehtiya-

cından  yazı  yaranmışdır.  Yazı  səsli  dilin  norma  ilə  qavrayışını  təmin  edən  işarələr 

sistemidir. 

        Yazının  ilkin  növü  əşyaların  köməyi  ilə  olmuşdir.  nsanlar  uzaq  yerlərə  öz  fi-

kirlərini  əşyaların  köməyi  ilə  çatdırmışlar.  Buna  görə  də  həmin  yazı  əşyəvi  yazı  ad-

lanır. 

       Yazının ikinci növü şəkli (piktoqrafik) yazıdır. Bu yazıda nəzərdə tutulan əşyanın 



şə

kli çəkilir. Piktoqrafik yazıya aid nümunələr bugünkü həyatımızda da müşahidə edilir. 

Məsələn,  gözəllik  salonunun  qarşısında  qadın  şəkli,  qayçı,  daraq  şəkli,  zoomağazanın 

qarşısında heyvanların şəkli və s. piktoqrafik yazı nümunələ-ridir.  

        Piktoqrafik yazıdan sonra  fikri (ideoqrafik) yazı ortaya çıxmışdır. Bu yazıda da 

fikir  şəklin  köməyi  ilə  çatdırılır.  Piktoqrafik  yazıda  şəkil  birbaşa  əşyanın  özünü 

bildirdiyi  halda,  ideoqrafik  yazıda  şəkil  rəmzi  mənada  (ideya  şəklində)  işlənir:  günəş 

şə

kil işıq, nur anlayışı bildirir. 



        Yazının ən son və müasir növü hərfi (fonoqrafik) yazıdır. Fonoqrafik yazının ilk 

mərhələsi heca yazısı (sillabik yazı) olmuşdur. Bu yazıda bir neçə səs bir işarə ilə ifadə 

olunmuşdur.  Əsl  fonoqrafik    yazıda  isə  hər  bir  səs  bir  hərflə  işarə  olunur.  Hazırda 

istifadə etdiyimiz latın qrafikalı Azərbaycan əlifbası fonoqrafik yazıya əsaslanır.  

 

       Sual  4.  Qohum  dillər.  Türk  dilləri  ailəsində  Azərbaycan  dilinin  yeri  barədə 

yazın. 

       Dünya dilləri yarandığı ilk dövrlərdə çox az sayda olmuşdur. Zaman keçdikcə bu 

dillər arasında bölünmə getmiş, bir dildən onlarla dil formalaşmış, formalaşan-ların da 

hər birindən sonralar yeni dillər əmələ gəlmişdir. Beləliklə, bu gün dünya-  

da 3500-dən çox dil vardır.  




Yüklə 470,19 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə