Microsoft Word azerb. Geoiqtisadi 11. 04. 2016. M son doc



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə14/64
tarix29.01.2018
ölçüsü4,55 Kb.
#22852
1   ...   10   11   12   13   14   15   16   17   ...   64

 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
53
edərək, öz aralarında “Xəzərdən birgə istifadə haqqında” hər 
hansı ikitərəfli və çoxtərəfli sazişlər imzalaya, yaxud onu əvəz 
edən digər razılaşmalarla öz aralarındakı quru və dəniz sərhəd-
lərini demarkasiya edə bilərlər. Bundan başqa, sahilyanı döv-
lətlərin hər birinin kifayət qədər karbohidrogen ehtiyatlarına 
malik olmasını nəzərə alan mütəxəssislər həm də regiona isti-
qamətlənən hər hansı xarici investisiyanın, qabaqcıl texnologi-
yanın və  həyata keçirilən transmilli enerji-nəqliyyat layihələ-
rinin ortaq mənafelər çərçivəsində və sağlam rəqabət şəraitində 
bölgənin hər bir ölkəsinə müsbət dividentlər gətirəcəyi qəna-
ətində idilər. Odur ki, Xəzərin statusu kimi süni problemlərin 
qaldırılması yalnız bölgənin dövlət və xalqlarına yeni müna-
qişə  və qarşıdurmalar gətirərək, enerji ehtiyatlarının istisma-
rını, sahilyanı dövlətlərin milli maraqlarının təmin olunmasını 
ciddi şəkildə çətinləşdirə bilərdi.  
O ki qaldı Rusiya və İranın o dövrdə Xəzərin hüquqi sta-
tusu müəyyən olunmayana qədər Azərbaycandan öz sektorun-
da apardığı işləri dayandırmaq tələbinə, azərbaycanlı mütəxəs-
sislər bunun da heç bir hüquqi əsası olmadığını sübut edirdilər. 
Məsələ ondadır ki, Beynəlxalq Dəniz hüquqları Konvensiya-
sına görə, Xəzəryanı ölkələr arasında milli sərhədlərin de-
markasiya edilməməsi, yaxud bu məsələnin sadəcə gecikməsi 
ətrafdakı beş ölkədən hər hansı birinə, sahildən dənizin orta 
xəttinə qədər olan hövzədə, yaxud öz ərazisindən dənizin orta-
sına qədər olan 200 millik məsafədə (məsafə hesablanarkən 
qarşı dövlətlə arada qalan ortaq məsafə nəzərə alınır-Ə.H.) hər 
hansı iqtisadi fəaliyyətlə  məşğul olmağı qadağan etmir. Odur 
ki, bəzi Rusiya və İran dairələrinin, elm və siyasət adamlarının 
etirazlarının, siyasi mülahizələrinin əksinə olaraq, Azərbaycan 
1994-cü ildə Xəzərin Azərbaycan sektorundakı karbohidrogen 
 
ƏL İ  H ƏS ƏNOV  
 
54 
ehtiyatlarının mənimsənilməsi ilə bağlı xarici neft şirkətləri ilə 
“Əsrin müqaviləsini” imzalayarkən “heç bir ölkənin milli haq-
larını, yaxud beynəlxalq hüquq normalarının tələblərini poz-
mamış, əksinə öz iqtisadi zonasında bütün bölgə və dünya öl-
kələrinin maraqlarına müsbət təsir göstərən və qanuni fəaliyyət 
nümayiş etdirmişdir. Bu haqda həmin mərasimdə  çıxış edən 
Azərbaycan prezidenti Heydər Əliyev bəyan etmişdir.
70 
 
 Rusiyanın mövqeyi: Xəzərin statusu ilə bağlı əsas dava-
kar mövqeni 90-cı illərin sonunda Rusiya nümayiş etdirirdi. Bu 
məsələdə onun sərgilədiyi geosiyasəti  şərh edən politoloqlar 
etiraf edir ki, onilliklər boyu Rusiya Xəzər hövzəsinə yalnız 
geoiqtisadi deyil, həm də və daha çox geosiyasi və hərbi-geo-
strateji maraqlar prizmasından yanaşmışdır. XX əsrin sonlarına 
qədər həmişə hövzədə Rusiyanın hegemonluğu digər beynəl-
xalq və regional güc mərkəzləri tərəfindən etiraf olunub və 
Xəzərdə yalnız iki geosiyasi oyunçu – SSRİ (oxu-Rusiya) və 
İran mövcud olub. SSRİ dağıldıqdan sonra isə, bütün dünyada 
olduğu kimi, Xəzər hövzəsində  də yeni-yeni maraq dairələri, 
geosiyasi aktorlar meydana çıxır və regionun ənənəvi təbii mo-
nopolistlərini yeni geoiqtisadi reallıqları qəbul etməyə, sağlam 
rəqabətə, qarşılıqlı marağa söykənən tərəfdaşlığa və s. dəvət 
etməyə başlayır. Bəhs olunan dövrdə Rusiyanın bəzi rəsmi 
dairələri və analitikləri bu vəziyyəti nəzərə alaraq ölkənin ma-
raqları üçün ən ciddi təhlükəni məhz Xəzər regionunu ölkələ-
rinin getdikcə sərbəstləşməsi, özlərinə məxsus milli maraq nü-
mayiş etdirməsi, onların dəvəti ilə regiona daxil olan beynəl-
                                                 
70
  Bax: Heydər Əliyev. ARDNŞ ilə Xarici neft şirkətləri arasında neft müqa-
viləsinin imzalanması mərasimindəki nitqindən. 20 sentyabr 1994-cü il //www. 
preslib.az 


 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
55
xalq güc mərkəzlərinin Rusiyanın hövzədəki rəqabətsiz hege-
monluğuna etiraz etməsi və s. ilə bağlayırdılar.  
 Xəzər probleminə yanaşmada ilk illərdə Rusiya ilə  İran 
bir çox məsələlərlə bağlı eyni mövqedən çıxış edirdilər ki, 
bunu da tədqiqatçılar onların üst-üstə düşən ortaq maraqları ilə 
izah edirlər. Bu dövlətlər sahilyanı ölkələrin Xəzərdəki suve-
renliyini məhdudlaşdırmaqla, yeni müstəqil dövlətlərin Qərblə 
aktiv  əməkdaşlığına mane olmaq, Qərbin transmilli şirkətləri-
nin Xəzər dənizi hövzəsi, Orta Asiya və Cənubi Qafqaza daxil 
olmasının, regiondakı neft-qaz layihələrindəki iştirakının və 
bölgədəki geostrateji planlarının reallaşmasının qarşısını alma-
ğa çalışırdılar. Hazırda o qədər əhəmiyyətli problem mahiyyəti 
kəsb etməsə  də, keçən  əsrin 90-cı illərinin ortalarından baş-
layaraq tam altı il müddətində bu məsələ  Xəzər hövzəsində 
yerləşən dövlətlər arasında çox gərgin bir geosiyasi və geoiq-
tisadi vəziyyət yaratmış, regional inteqrasiya və qarşılıqlı-fay-
dalı əməkdaşlığa ciddi zərbə vurmuşdur. 
Tədqiqatçılar Xəzərin statusu ilə bağlı Rusiyanın 1992-ci 
ildən bəri nümayiş etdirdiyi mövqeyini 3 əsas mərhələyə bö-
lürlər:  
Birinci mərhələ, 1992-95-ci illəri əhatə edir və bu dövrü 
“Rusiyanın öz geosiyasi maraqlarını xarici ölkələrin ərazisində 
axtarması” faktından çıxış edərək, politoloqlar “post-imperiya” 
yanaşması kimi xarakterizə edirlər. Onların fikrinə görə, Ru-
siyanın bəzi dairələrinin həmin mərhələdəki fəaliyyəti az qala 
Xəzərdə ciddi münaqişə yaradaraq, region səviyyəsində lokal 
müharibəyə səbəb olacaqdı.  
Bu mərhələdə Rusiyanın nümayiş etdirdiyi mövqeni təd-
qiqatçılar barışmaz və bir qədər aqressiv münasibət kimi xa-
rakterizə edirlər. Xəzərin hüquqi statusunun 1921-ci və 1940-cı 
 
ƏL İ  H ƏS ƏNOV  
 
56 
illərdə SSRİ ilə  İran arasında imzalanmış “sazişlərə uyğun 
müəyyənləşdirilməsini” tələb edən Moskva, bir tərəfdən bu 
sazişləri bilərəkdən öz subyektiv mülahizələrinə söykənərək, 
qeyri-obyektiv şərh edir, digər tərəfdənsə BMT-nin “Dəniz hü-
quqları” Konvensiyasına  əsaslanan beynəlxalq hüququn prin-
sipləri ilə spekulyativ davranış nümayiş etdirirdi. Məsələ onda-
dır ki, beynəlxalq qanunvericiliyə görə, hər hansı obyektdən 
istifadə edən subyektlərin birinin tərkibinin dəyişməsi, (burada 
söhbət SSRİ-nin dağılması və Xəzər ətrafında onun dörd vari-
sinin meydana gəlməsindən gedir.-Ə.H.) həmin obyektin möv-
cud hüquqi statusuna yenidən baxılmasını tələb etmir. Xəzərə 
tətbiq ediləndə bu formula, yuxarıda qeyd etdiyimiz kimi, İra-
nın dənizdəki 14%-lik payına toxunmadan, SSRİ-nin 86%-lik 
payının bölünməsini irəli sürür ki, bu da hələ sovet hökuməti-
nin varlığı dövründə- 1970-ci ildə həyata keçirilmişdi. Rusiya 
həmin dövrdə irəli sürdüyü əsassız tələb ilə faktiki olaraq sta-
tusu, sərhədləri və milli sektorları bəlli olan sahilyanı ölkələri 
yenidən süni qarşıdurmaya və “status oyunları”na qataraq, əs-
lində onun iradəsi xaricində Xəzərdə reallaşdırılan hər hansı la-
yihəni “qanunsuz” elan etmək xətti yürüdürdü. Rusiyanın bəhs 
olunan dövrdəki tələbindən belə bir məntiqi nəticə ortaya çı-
xırdı ki, Xəzərdə iqtisadi fəaliyyətlə məşğul olmaq istəyən hər 
bir sahilyanı ölkə öz addımlarını Moskva və Tehranla razılaş-
dırmalı idi.  
Tədqiqatçılar bu mərhələdə Azərbaycanın Xəzərdəki fəa-
liyəti ilə bağlı Rusiya Xarici İşlər Nazirliyinin BMT-yə nota 
göndərməsini, onu beynəlxaq hüquq normalarını pozmaqda 
günahlandırmasını, Xəzərdə həyata keçirilən layihələri tanıma-
yacağı haqqında bəyanatlar səsləndirməsini və s. heç bir bey-
nəlxalq gücə malik olmadığını, əsasən xarici tərəfdaşları Azər-


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə