Microsoft Word azerb. Geoiqtisadi 11. 04. 2016. M son doc



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə4/64
tarix29.01.2018
ölçüsü4,55 Kb.
#22852
1   2   3   4   5   6   7   8   9   ...   64

 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
13
Geoiqtisadi parametrlər üzrə qiymətləndirmə aparsaq 
Xəzər hövzəsindəki düşərgələrarası rəqabətin əsas hədəfləri ilk 
növbədə: 
  Xəzər hövzəsinin enerji ehtiyatlarına sahiblənmək, ya-
xud onlardan istifadə sahəsində üstün mövqeyə malik 
olma; 
  hövzənin enerji resurslarının istehsalı  və dünya bazar-
larına çıxarılmasında iştirak; 
  enerji istehsalında istifadə edilən texnologiya və maliy-
yə vəsaitinə sahiblik, yaxud malik olmaq; 
  hasilatın pay bölgüsü; 
  bölgənin enerji ixracı marşrutlarının və nəqliyyat-kom-
munikasiya sistemlərinin seçiminə  təsir etmək və on-
ların fəaliyyətinə nəzarət
  neft-qaz istehsalı, istehlakı  və ixracı sahəsindəki digər 
geoiqtisadi dividentlərə sahib olma və s. ibarətdir. 
 Yeni minillliyin başlanğıcından dünyada geoiqtisadi rəqa-
bətyaradıcı amillərdən biri də Azərbaycan, Qazaxıstan və 
Türkmənistanın malik olduğu zəngin enerji ehtiyatlarının 
dövriyyəyə buraxılmasının, bu ölkələrin enerji ixrac edən digər 
əsas transmilli aktorlara qoşularaq dünya bazarlarına alternativ 
neft-qaz məhsulları  çıxarmasının dünyada yaradacağı geoiq-
tisadi ortamın Rusiya, ABŞ, Avropa İttifaqı ölkələri, İran və s. 
ölkələr üçün yardacağı  rəqabət, yaxud qazandıracağı 
dividentlər məsələsidir. Odur ki, Rusiya və  Qərbin energetika 
üzrə ekspertləri gələcəkdə Xəzər nefti və qazının OPEK-in və 
Rusiyanın dünya bazarındakı mövcud nüfuzunu zəiflətmək 
gücündə olduğunu proqnozlaşdıraraq bu sahədə öz ölkələrinə 
müvafiq tövsiyələr verirlər.  
 
ƏL İ  H ƏS ƏNOV  
 
14 
Həm ABŞ, həm də Rusiya politoloqları  Xəzər hövzəsini 
öz ölkələrinin  əsas maraq dairəsi və geosiyasi hədəfi hesab 
edir. Xüsusən, məşhur ABŞ alimi-politoloqu Zbiqnev 
Bjezinski və rus alimi-politoloqu Aleksandr Duqin çoxsaylı 
əsərlərində Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqaz onla-
rın təmsil etdikləri ölkələrin geosiyasi, geoiqtisadi və  hərbi-
geostrateji maraqları  çərçivəsində müvafiq olaraq geniş  təsnif 
və  tədqiq olunur, bu dövlətlərin milli maraqlarının reallaşdı-
rılması yönündə yol xəritələri tərtib edilir və tövsiyələr verilir. 
Məsələn, A.Duqin öz əsərlərində  Xəzər hövzəsi və  Cənubi 
Qafqazı ABŞ  və Rusiya maraqlarının keçmişdə, indi və  gələ-
cəkdə daim toqquşduğu bölgə kimi dəyərləndirir. Onun fikrinə 
görə, “bölgənin geosiyasi xarakteristikası  və  əsas həlledici 
koordinatları  tələb edir ki, burda mütəmadi olaraq Rusiyanın 
ABŞ  və NATO Alyansı ilə geosiyasi, geoiqtisadi və  hərbi-
geostrateji maraqları toqquşmalıdır”.
3
 Xüsusən, o, Xəzər nef-
tinin istehsalına və  Qərbə ixracı marşrutlarına nəzarəti bu iki 
geosiyasi güc arasındakı mübarizənin  əsas hədəfi hesab edir. 
Onun fikrinə görə, həmin hədəflərə nəzarəti ABŞ öz əlinə keçi-
rə bilsə, o zaman dünya hegemonluğu tam təmin ediləcəkdir.
 4
  
A. Duqin öz əsərlərində, həm də bölgədə ABŞ hegemon-
luğunun qarşısının alınması  və Rusiyanın maraqlarının təmin 
olunması  məqsədi ilə özüməməxsus vasitə  və metod da təklif 
edir. O hesab edir ki, Xəzər hövzəsi və  Cənubi Qafqazdakı 
qlobal qarşıdurmada Rusiya heç nə qarşısında dayanmadan ən 
“düzgün yolu seçməlidir”. Bu yol onun fikrincə, həm “ənənəvi 
olaraq bölgədəki ölkələrin daxilindəki Rusiyameyilli elitaları 
                                                 
3
  Дугин  А.  Основы  геополитики.  Геополитиеское  будущее  России.  М., 
2000 с.804. 
4
 Yenə orada. s.811. 


 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
15
mükafatlandırmaq”, həm də “ölkədaxili ziddiyyətlərdən yeni 
metodlarla, qeyri-ənənəvi vasitələrlə istifadə etməkdən” ibarət 
olmalıdır. O, SSRİ dövründə  Xəzər hövzəsi ölkələrinin bir 
qayda olaraq iqtisadi cəhətdən zəifliyinin və ictimai-siyasi 
vəziyyətinin ziddiyyətli olmasından doğan qərbmeyilliliyi və 
anti-Rusiya əhval- ruhiyyəsini yeni metodla aradan qaldırmağı 
təklif edir. Onun fikrincə, “Rusiya SSRİ-nin yaratdığı bu real-
lığı – anti-Rusiya və  qərbyönümlü meyili aradan qaldırmaq 
üçün, xüsusən də  Xəzərin müsəlman ölkələrində, ilk növbədə 
İranı  dəstəkləməli, onunla bu istiqamətdə birgə  fəaliyyət qur-
malı və strateji müttəfiqlik yaratmalıdır”. Bundan başqa, o he-
sab edir ki, İranla siyasi və strateji pakt imzalayaraq “Türkiyə-
nin təsiri altında olan qərbmeyilli ölkələrdə daxili ictimai-siya-
si vəziyyəti qarışdırmaq, etnik-dini mənsubiyyət və digər amil-
lər üzrə vətəndaşlar arasındakı münasibətləri gərginləşdirmək, 
Rusiya və İranmeyilli ölkələrdə isə əksinə, “maksimal dərəcə-
də daxili vəziyyəti sabitləşdirmək və bu ölkələrin inkişafına 
dəstək vermək” lazımdır.
5
  Hətta A. Duqin o dərəcəyə  qədər 
eyforiyaya qapılır ki, açıq-aşkar “Rusiyanı qonşu ölkələrin 
daxilində İranmeyilli separatçı və dini-fanatik meyilləri dəstək-
ləyəmək, qızışdırmaq, Rusiyaya sərf edəcək geosiyasi vəziyyət 
yaratmaq kimi mənfur metodları belə utanmadan” təklif edir.
6
 
Beləliklə, göründüyü kimi, Rusiyanın  ən məşhur geosiyasətçi 
alimi öz ölkəsinin Xəzər hövzəsindəki geoiqtisadi maraqlarını 
belə qeyri-humanist metodlarla təmin etməyi təklif edir. 
A. Duqin və onun Rusiya geosiyasətindəki digər tərəfdar-
ları müasir sivil beynəlxalq münasibətlərin əsasını təşkil edən- 
aktorlararası açıq, liberal və  ədalətli rəqabət  şəraitində yarış-
                                                 
5
 Yenə orada. s. 809-813. 
6
 Yenə orada.  
 
ƏL İ  H ƏS ƏNOV  
 
16 
manı  ağıllarına belə  gətirmədən, Xəzər hövzəsində “onlarla 
olmayan, qərbmeyilli, Rusiyaya praqmatik yanaşma nümayiş 
etdirən yerli ölkələri sıxmaq, dağıtmaq, onların daxili həyatın-
dakı sabit vəziyyəti qarışdırmaq, vətəndaşlarını bir-birinə salış-
dırmaq, milli-dini qarşıdurmanı qızışdırmaq və regionda gərgin 
vəziyyət yaratmaqla” Rusiyanın buradakı maraqlarını qoru-
mağı təklif edir. 
Digər rus alimləri də A.Duqinin Xəzər hövzəsində Rusi-
yanın  İranla müttəfiqliyi ehtiyacını, Xəzər hövzəsi və  Cənubi 
Qafqazda ABŞ-ın və Qərbin planlarına qarşı ciddi dirəniş siya-
sətini dəstəkləsə də, bu siyasəti “yerli ölkələrin daxili vəziyyə-
tini gərginləşdirmək” planına qarşı çıxırlar.
7
 Bunların sırasında 
N. Nartovu, İ.Yejiyevi,  İ.Vasilenkonu və digərlərini qeyd et-
mək olar. Məsələn, N. Nartov yazır ki, əlbəttə, “Rusiya Xəzər 
hövzəsi və Cənubi Qafqazda öz milli maraqlarını təmin etmə-
lidir. Lakin bu, həmin ölkələrdə daxili münaqişəli vəziyyətlər 
yaratmaqla deyil, daha çox bu ölkələrlə sıx qonşuluq münasi-
bətləri yaratmaqla, əməkdaşlıq etməklə həyata keçirilməlidir.”
8
 
N. Nartov öz əsərinin nəticə hissəsində qeyd edir ki, ABŞ 
və onun müttəfiqlərinin Xəzərin Qərb hissəsinə-Cənubi Qaf-
qaza can atması ilk növbədə Rusiyanı bu bölgədən sıxışdırma-
ğa hesablanıb. Lakin Rusiya ABŞ-ın geniş  və  cəlbedici 
maliyyə-texniki imkanları, təklifləri ilə rəqabət aparmaq, Qər-
bin bölgədə möhkəmlənməsinin qarşısını almaq üçün ilk növ-
bədə həmin bölgədəki yerli ölkələrlə- Zaqavqaziya respublika-
ları ilə möhkəm hərbi-geostrateji, iqtisadi və ticarət tərəfdaşlığı 
yaratmalıdır.
9
 
                                                 
7
Bax:  Нартов  Н.А.  Геополитика.  М., 1999, с.163-164;  Эжиев.  И.Б. 
Геополитика Каспийского региона. М., 2007. с. 13-14 и.т.д. 
8
 Bax: Нартов Н.А. Геополитика. М.,1999. с.163-164. 
9
 Yenə orada.  


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə