Microsoft Word azerb. Geoiqtisadi 11. 04. 2016. M son doc



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə6/64
tarix29.01.2018
ölçüsü4,55 Kb.
#22852
1   2   3   4   5   6   7   8   9   ...   64

 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
21
mi dövlətlərini, Çini, İranı, Türkiyəni və s. ölkələri ciddi regio-
nal geoiqtisadi fəaliyyətə sövq etmişdir. Bəhs olunan dövrdə 
bölgənin Azərbaycan, Türkmənistan, Qazaxıstan və s. kimi 
zəngin enerji ehtiyatlarına malik ölan yeni ölkələrinin ən mü-
hüm geosiyasi problemi isə qabaqcıl Qərb texnologiyası  əsa-
sında öz neft-qaz yataqlarını  işə salmaq, istehsal edilən məh-
sulları  sərbəst  şəkildə dünya bazarlarına çıxarmaqdan ibarət 
idi. Xəzərin dərin qatlarındakı  zəngin neft-qaz məhsullarını 
çıxarmaq, sərbəst  şəkildə dünya bazarlarına nəql etmək və 
satmaq üçün bu ölkələrə 1990-cı illərin əvvəlindən başlayaraq 
çoxlu başlanğıc maliyyə  vəsaiti və texniki yardım tələb olu-
nurdu. Belə imkanlara nə həmin dövlətlərin özü, nə  də ki, bu 
məhsullara rəqabətdənkənar sahib olmaq istəyən Rusiya, İran 
və Türkiyə kimi region ölkələri malik deyildilər. 
Bu miqdarda maliyyə  və texniki imkanlara yalnız varlı 
ABŞ  və  Qərb ölkələri, Yaponiya, Çin kimi dövlətlər, onların 
təsiri altında olan beynəlxalq maliyyə qurumları malik idi. 
Həmin ölkələr və qurumlar isə bir qayda olaraq, öz maliyyə və 
texniki imkanlarını o sahəyə yönəldir ki, gələcəkdə onun verə-
cəyi iqtisadi dividentləri aşkar formada görsünlər və bu divi-
dentlər üçün beynəlxalq qarantiya əldə etsinlər. Belə qaran-
tiyanı yalnız, neft və  təbii qaz ehtiyatları ilə  zəngin ölkələrin 
geosiyasi və geoiqtisadi müstəqilliyi, sərbəst ixrac marşrutla-
rına, sabit ictimai-siyasi həyata, liberal iqtisadiyyata malik 
olması  və Avropa strukturlarına inteqrasiyası  nəticəsində  əldə 
etmək olardı. Qərb mütəxəssisləri o dövrdə xüsusilə qeyd 
edirdilər ki, nə qədər ki, bu ölkələr Rusiyanın geosiyasi təsirin-
dən tam azad olmayıb, Qərbin geosiyasi dairəsinə inteqrasiya 
olunmayıb, onların qarantiyalı gələcəyinə ümid azdır. 
Planetin əksər bölgələrinin, o cümlədən də Xəzər hövzəsi 
və Orta Asiyanın enerji ehtiyatlarının və ehtiyaclarının, dün-
 
ƏL İ  H ƏS ƏNOV  
 
22 
yadakı neft-qaz istehsalı  və istehlakının həcmi ilə bağlı  mə-
lumatlar çox vaxt gizlədilir, yaxud bilərəkdən səhv göstərilir, 
müxtəlif subyektiv mənbələrə istinad edilərək fərqli  şəkildə 
təqdim olunur. Bəzən eyni ölkənin təbii ehtiyatlarının miqdarı, 
gündəlik neft-qaz istehsalı, daxili ehtiyacı və ixracı ilə bağlı bir 
neçə fərqli rəqəm səsləndirilir. Bu fərqi rəqəmləri hansısa va-
hid bir metodoloji yanaşma və amillə izah etmək çox çətindir. 
Burada, hər il yeni-yeni yataqların kəşfi və istehsala cəlb olun-
ması, dünyada təbii ehtiyatlarının həcminin müəyyənləşdiril-
məsi zamanı istifadə edilən fərqli metodoloji yanaşma və s. ob-
yektiv səbəblərlə yanaşı, ayrı-ayrı maraqlı aktorların subyektiv 
geosiyasi, geoiqtisadi maraqlarından irəli gələn, bilərəkdən yol 
verilən saxtalaşdırmalara da, məqsədyönlü  əks-təbliğat istəyi 
və s. də rast gəlmək olar. Məsələn, bütün parametrlərinə görə 
Xəzər hövzəsinin  ən böyük ölkəsi hesab olunan Rusiya alim-
ləri on il bundan əvvəl- 1997-ci ildə öz qaz ehtiyatlarını, təx-
minən 50, (dünya qaz ehtiyatlarının 34.3%), İranınkını 21, 
(14%), qalan Xəzər hövzəsi və Orta Asiya ölkələrinin ehtiyat-
larını isə, cəmi 6-7 trln. kub metr (4%) miqdarında dəyərləndi-
rirdilər. Bundan da Türkmənistanınkı 3,6, (2%), Qazaxıstanın-
kı 1,95 (1,3%), Azərbaycanınkı isə 0,9 (0,7%) miqdarında 
göstərilirdi.
19
 Halbuki həmin dövrün Qərb ekspertlərinin məlu-
matında bu rəqəmlər azı iki-üç dəfə artıq- təxminən 20-28 
mlrd. kub metr miqdarında ( dünya qaz ehtiyatlarının 12-16% 
qədər) göstərilirdi.  
Eyni məsələni bölgənin neft ehtiyatları haqqında da söy-
ləmək olar. Bəzi rus geoloqlarının proqnozlarına görə, Xəzər 
hövzəsindəki neft ehtiyatlarının ümumi həcmi 7 milyard ton-
                                                 
19
Bax: Жильцов С.С., Зонн И.С., Ушков А.М. Геополитика  Каспийского 
региона...с.135. 


 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
23
dur (təxminən 50 milyard barel).
20
 Başqa rus mənbələri bu 
rəqəmin 13 milyard ton və daha artıq olduğunu qeyd edirlər. 
Qərb ekspertlərinə  gəldikdə isə qeyd etməliyik ki, hələ SSRİ 
zamanında ingiltərəli və amerikalı mütəxəssislər hesab edirdi-
lər ki, Xəzər bölgəsində neft ehtiyatlarının həcmi, sovet geo-
loqlarının təqdim etdiyi rəqəmlərdən qat-qat artıqdır. Məsələn, 
ABŞ dairələrinin Xəzəryanı ölkələrdən Qazaxıstan, Azərbay-
can və Türkmənistanın enerji ehtiyatlarının həcmi haqda səs-
ləndirdikləri rəqəmlər, Rusiya mütəxəssislərinkindən, azı 2-7 
dəfə artıqdır.
21
 Bu ölkənin Dövlət Departamentinin və Milli 
təhlükəsizlik  Şurasının məruzəsində  Xəzər hövzəsinin hazırkı 
neft ehtiyatları, təxminən 200 milyard barel (təxminən 27,5 
milyard ton) miqdarında göstərilir.
22
  
Lakin həm xarici, həm Rusiya mütəxəssislərin, həm də 
yerli mənbələrin bəyan etdiyi rəqəmlər tez-tez dəyişir və möv-
cud ehtiyatların miqdarı ilə bağlı vahid metodoloji yanaşmaya 
söykənmir. Bəzi rusiyalı mütəxəssislər ABŞ  və Rusiyanın 
bölgənin karbohidrogen ehtiyatlarına yanaşmasındakı  kəskin 
fərqə diqqət çəkərək qeyd edirlər ki, “Xəzər neftinin həcmi 
haqda bu iki düşərgənin göstəriciləri çox fərqlidir. Amerikalı 
mütəxəssislər olduqca nikbin, rusiyalı ekspertlər isə olduqca 
bədbin proqnozlar səsləndirirlər.”
23
  
Göründüyü kimi, dünyanın və Xəzər hövzəsinin təbii eh-
tiyatlarının həcmi haqda beynəlxalq, regional və milli mənbə-
lərdə səsləndirilən rəqəmlər bir-birindən xeyli fərqlənir. Mütə-
xəssislərin fikrinə görə, bu fərqlər həm də müəyyən geosiyasi 
və geoiqtisadi amillərinin təsiri ilə formalaşır Lakin həmin 
                                                 
20 
Bax: “Каспий: статус, нефть, уровень» ”// www.caspiy.net   
21
 Bax:“Каспий: зачем он Западу?”// www.caspiy.net  
22
 Bax: “Каспий: статус, нефть, уровень» ”// www.caspiy.net.  
23
 Bax: “Проблемы безопасности Каспийского региона”//www.cpf.az. 
 
ƏL İ  H ƏS ƏNOV  
 
24 
subyektiv təsirlər informasiya mənbələrinin metodologiyasında 
müəyyən fərqlər yaratsa da, ciddi geoloji araşdırmaların nəticə-
lərini  şübhə altına ala bilmir. Dünyanın enerji mənbələri və 
qaynaqları, enerji ehtiyacı, istehsalı və istehlakı ilə bağlı möv-
cud vəziyyəti qısaca olaraq belə xarakterizə etmək olar: mütə-
xəssislər bu rəqəmləri və  xəritəni dəqiq müəyyən edə bilmir, 
siyasətçilər isə yaranmış vəziyyətdən asılı olaraq, həmin xəritə 
və rəqəmlərlə manipulyasiya edir.  
 Dünyanın əksər bölgələri kimi, Xəzər hövzəsinin ümumi 
və ayrı-ayrı ölkələr üzrə malik olduğu enerji qaynaqları haq-
qında  əsaslandırılmış  rəqəmləri ilk növbədə geoloqlar verir. 
İngiltərənin məşhur Britiş Petrolium (BP) şirkətinin hesabla-
malarına görə, dünyadakı neft ehtiyatlarının ümumi həcmi 
2010-cu ildəki son geoloji kəşflər nəticəsində  təxminən 700 
milyon barel artaraq, 1383,2 milyard barelə çatıb. Dünyanın 
mövcud təbii qaz ehtiyatlarının həcmi isə 187,1 trln. kub metr 
miqdarında göstərilir ki, bu da 2009-cu ildə göstərilən rəqəm-
dən 2,21 trln. kub metr artıqdır. Hər gün dünyada, təxminən  
82 milyard barel neft, 3.192 milyard kub metr qaz istehsal və 
istehlak olunur.
 24
  
Hazırda dünyanın və  Xəzər hövzəsi ölkələrinin təsdiq 
olunmuş  və ehtimal olunan neft və qaz ehtiyatları  aşağıdakı 
cədvəllərdəki kimidir: (neft- milyard barel; qaz- trln. kub metr)  
Xəzəryanı ölkələrdəki mövcud enerji ehtiyatları, neft və 
qaz istehsalı, hazır məhsulun istehlakı  və satışı  ilə bağlı 
müxtəlif mənbələrdən  əldə edilmiş  rəqəmlərin ölkələr üzrə 
şərhinə nəzər salsaq görərik ki, vəziyyət aşağıdakı kimidir:  
                                                 
24
 Bax: 2010-cu il dünya energetikasının illik statistik icmalı // BP Statistical 
Review of World Energy 2009; 2010, // bp.com/statisticalreview  


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə