Microsoft Word azerb. Geoiqtisadi 11. 04. 2016. M son doc



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə9/64
tarix29.01.2018
ölçüsü4,55 Kb.
#22852
1   ...   5   6   7   8   9   10   11   12   ...   64

 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
33
İranın neft və qaz ehtiyatlarında baş vermiş həmin artımla 
bağlı məlumatlar bir qədər sonra açıqlandı və məlum oldu ki, 
2010-cu ildə iranlı neftçilər 85 milyard dollar dəyərində ehti-
yata malik olan yeni neft və qaz yataqları aşkar ediblər. Məlu-
mata görə, İranın yeni kəşf olunmuş Sumar neft yatağında, təx-
minən 70 milyon barel neft, Halqan qaz yatağından isə 50 
milyard kub metr qaz çıxarmaq mümkün olacaq.
42
  Əlbəttə, 
bunlar  İranın özünün elan etdiyi rəqəmlərdir. Maraqlıdır ki, 
xarici mənbələrin açıqladığı göstəricilər rəsmi Tehranın rəqəm-
lərindən ciddi şəkildə fərqlənmir. Məsələn, Böyük Britaniyanın 
BP  şirkətinin məlumatlarına  əsasən,  İranın təsdiqlənmiş neft 
ehtiyatları 2010-cu il məlumatına görə 137,0 milyard barel, 
təbii qaz ehtiyatları isə 29,6 trln. kub metr təşkil edir. İranın 
təbii qazı dünya qaz ehtiyatlarının 14%-ni təşkil edir ki, bunun 
da böyük əksəriyyəti quruda, təxminən 20% isə Xəzər dənizin-
dədir.
43
  
İranda hazırda Türkmənistandan və b. ölkələrdən alınan 
qazla birlikdə ildə, təxminən 138 mlrd. kub metr qaz tədarük 
olunur, bunun da əsas hissəsi daxili bazarın daimi artan 
tələbatının ödənilməsinə sərf olunur, cüzi hissəsi isə Türkiyəyə 
satılır.
44 
 
Son illər  ərzində  İranda neft hasilatı  aşağı düşməkdədir. 
İslam İnqilabına kimi (1979) bu ölkədə sutkada neft hasilatı 6 
milyon barel təşkil edirdi. Hazırda bu göstərici 4,3 milyon ba-
reli ötmür, ki onun da 2,7 milyonu xaricə ixrac olunur.
45
 Neft 
hasilatının azalmasının  əsas səbəbləri qismində mütəxəssislər 
                                                 
42
 Bax: www.aze.az/.../news_iran_povysil_ocenku_42838.html 
43
 Bax: Statistical Review of World Energy, iyun 2010.   
44
Yenə orada 
45
 Yenə orada  
 
ƏL İ  H ƏS ƏNOV  
 
34 
yenilənmiş neft-qaz infrastrukturunun olmamasını, investisiya 
çatışmazlığını, neftli qatlarda təzyiqin saxlanılması  məqsədilə 
qaz hasilatının kifayət etməməsi və s. göstərirlər.
46
  
QAZAXISTAN:  1997-2006-cı illərdə xarici sərmayədar-
ların Qazaxıstanın cənub ərazilərində və Xəzərin bu ölkəyə aid 
sektorunda apardığı geoloji-kəşfiyyat işləri nəticəsində  zəngin 
Tengiz neft yataqları  aşkarlanmış  və Qazaxıstanın sübut 
olunmuş neft ehtiyatlarının həcmi, rəsmi məlumatlara görə, 
təxminən 1,6 dəfə, qaz ehtiyatları isə 1,5 dəfə artaraq, müvafiq 
olaraq 5,6 mlrd ton neft (təxminən 40-42 milyard barel) və 3,2 
trln. kub metr qaz olmuşdur.
47
 
Hazırda Qazaxıstanın Enerji və Mineral Ehtiyatlar Nazir-
liyinin məlumatına əsasən, ölkənin sübut olunmuş neft ehtiyat-
ları 5,5 milyard ton, qaz ehtiyatları isə 3 trilyon kub metr gös-
tərilir. Qeyd edək ki, bu rəqəmlər BP şirkətinin 2010-cu ildə 
təqdim etdiyi- müvafiq olaraq 39,83 milyard barel (5,6 milyard 
ton) və 1,82 trln.kub metr qaz rəqəminə yaxın olsa da, təbii 
qazın miqdarı ilə bağlı üst-üstə düşmür. Qazaxıstan ildə, təx-
minən 33,6 mlrd. kub metr qaz, 80 milyon ton (560 milyon 
barel) isə neft istehsal edir.
48
  
TÜRKMƏNİSTAN:  Dünyanın və  Xəzər hövzəsinin 
enerji ehtiyatları ilə  ən zəngin ölkələrindən biri  də Türkmə-
nistandır. Bu ölkə qaz ehtiyatlarına görə Rusiya, İran və Qa-
tardan sonra dünyada 4-cü yerdədir. Türkmənistan hökumə-
tinin rəsmi məlumatında ölkənin qaz ehtiyatlarının miqdarı 20 
                                                 
46
 Bax:“Trend” informasiya agentliyinin bülleteni, 14.10.10.  
47
 Bax: “Состояние  и  перспективы  развития  нефтегазового  сектора 
Казахстана”//www.vipstd.ru 
48
 Bax: 2010-cu il dünya energetikasının illik statistik icmalı // BP Statistical 
Review of World Energy 2009; 2010, // bp.com/statisticalreview. 


 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
35
trln. kub metr, neft ehtiyatının həcmi isə 1,2 milyard ton (təx-
minən 8 milyard barel) göstərilir.
49
  
Son zamanlar ”Türkmengeologiya” Dövlət Şirkətinin mü-
təxəssisləri Cənubi Eloten-Osman yataqlarında apardıqları 
geoloji kəşfiyyat işlərindən sonra bəyan ediblər ki, bu yataq-
larda 21 trln. kub metrdən artıq qaz ehtiyatı var.
50
 Amma xarici 
mənbələr rəsmi Aşqabadın səsləndirdiyi göstəricilərə ciddi 
şübhə ilə yanaşır. Bəzi Rusiya və Qərb ekspertlərinin proqnoz-
larına görə, Türkmənistanın sübut olunmuş, işlənən və proq-
nozlaşdırılan qaz yataqlarındakı ümumi ehtiyatlarının həcmi 
15,5 trilyon kub metr qaz və 0,6 milyard barel neftdən artıq 
deyil. Rusiyanın “Vremya novostey” qəzeti 13 oktyabr 2009-
cu il tarixli sayında yazır ki, Türkmənistan Cənubi Eloten-
Osman yatağındakı ehtiyatlara dair məlumatları saxtalaşdırıb. 
Aşqabaddakı yerli mənbələrə istinad edən qəzetin yazdığına 
görə, Türkmənistanın səsləndirdiyi rəqəmlər, real göstəricidən, 
ən azı, 2-3 dəfə artıqdır. Məqalədə vurğulanır ki, Türkmənistan 
prezidenti artıq ona saxta məlumatlar vermiş günahkar mə-
murları cəzalandırıb və neft-qaz sənayesinin bütün rəhbərliyini 
işdən azad edib.
51
  
Böyük Britaniyanın BP şirkətinin illik hesabatında Türk-
mənistanın mövcud neft və qaz ehtiyatları bu ölkənin rəsmi 
rəqəmlərindən bir neçə  dəfə az- qaz ehtiyatları 2010-cu il 
hesablamalarına görə 8,0 trln. kub metr, neft ehtiyatları isə 0,6 
milyard barel miqdarında göstərilib.
52
  
                                                 
49
 Bax: “Oil & Gas News” jurnalı, 21.09.09. 
50
 Bax: http://www.turkmenistan.ru/ru/articles/35359.html .  
51
 Bax: http://www.vremya.ru/2009/188/5/239444.html. 
52
Bax: 2010-cu il dünya energetikasının illik statistik icmalı // BP Statistical 
Review of World Energy 2009; 2010, // bp.com/statisticalreview. 
 
ƏL İ  H ƏS ƏNOV  
 
36 
Beləliklə, göründüyü kimi, Türkmənistanın neft və  təbii 
qaz ehtiyatlarına dair məlumatlar bir qədər ziddiyyətlidir.  
İstehsalata gəldikdə qeyd etməliyik ki, Türkmənistan 
2009-cu ilin maliyyə böhranına qədər ildə orta hesabla 70-80 
mlrd. kub metr təbii qaz hasil edirdi ki, onun da, təxminən 14,4 
mlrd. kub metrini daxildə istehlak edibdir. 2010-cu ildə bu 
istehsal 30% aşağı düşüb və  cəmi 42,4 mlrd. kub metr təşkil 
edib. 2009-cu ilə qədər ölkənin gündəlik neft hasilatı, təxminən 
170 min barel təşkil edirdi ki, bunun da əksər hissəsi daxili 
tələbata, 40 000 barelə yaxını isə xaricə satılırdı. 2010-cu ildə 
bu rəqəm bir qədər artaraq, gündə 216 min barelə (illik, 
təxminən 10 milyon tona) yüksəlibdir. 
53
 
Türkmənistan öz milli gəlirinin 50%-dən çoxunu məhz 
qaz satışından əldə edir.
54
  
ÖZBƏKİSTAN: Xəzərlə birbaşa sərhəddi olmasa da mü-
təxəssislər hövzənin geosiyasi dəyərləndirilməsində Özbəkis-
tanın da təbii sərvətlərini, xüsusən qızıl, neft-qaz ehtiyatları və 
s. diqqətdən kənarda qoymurlar. Bu ölkənin də neft və qaz 
ehtiyatları ilə bağlı informasiya və  məlumatlar mövcud mən-
bələrdə və ədəbiyyatda birmənalı deyil, ziddiyyətlidir. Ölkənin 
milli mətbuatında, regional və beynəlxalq mənbələrdə əks olu-
nan rəqəmlər və yanaşmalar birmənalı deyil və üst-üstə düş-
mür. Tədqiqatçılar bunun əsas səbəbini uzun müddət Özbəkis-
tanın strateji neft və qaz ehtiyatları haqda açıq mənbələrdən 
informasiya əldə etməyin qeyri-mümkünlüyü ilə bağlayırdılar. 
Onların fikrinə görə, yalnız son illərdə, yerli hakimiyyət xarici 
sərmayədarları ölkənin yanacaq-enerji sisteminə  cəlb etmək 
                                                 
53
Yenə orada.   
54
 Bax: http://www.crudeaccountability.org. 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə