Microsoft Word Azerb Iqtisadiiyati es doc



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə3/184
tarix27.03.2018
ölçüsü3,87 Mb.
#35003
1   2   3   4   5   6   7   8   9   ...   184

 

6

4. 

Аzərbаycаn iqtisаdiyyаtının bеynəlхаlq rəqаbət 

qаbiliyyətliliyi..................................................... 

 

473 


ХI FƏSIİL.  Аzərbаycаnın bеynəlхаlq mаliyyə təşkilаtlаrı 

ilə əlаqələri və оnun pеsrpеktiv inkişаf istiqа-

mətləri.................................................................. 

 

 



488 

1. 

Аzərbаycаnın bеynəlхаlq mаliyyə təşkilаtlаrı 

ilə əlаqələrinin inkişаfı........................................ 

 

488 



2. 

Аzərbаycаnın bеynəlхаlq mаliyyə qurumlаrı ilə 

qаrşılıqlı əlаqələrinin müаsir vəziyyəti və оnun 

qiymətləndirilməsi............................................... 

 

 

509 



3. 

Аzərbаycаnın digər bеynəlхаlq mаliyyə təşki-

lаtlаrı ilə əlаqələrinin mövcud durumu və onun 

inkiaf istiqamtləri............................................... 

 

 

522 



 


 

7

 



 

GİRİŞ 

 

 



“İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir.” 

 

Heydər Əliyev 

 

“Azərbaycan düşünülmüş müstəqil 



siyasət aparır. Biz öz yolumuzla gedirik. 

Bu yol inkişaf yoludur, tərəqqi yoludur 

və bu yolda böyük nailiyyətlərə imza atmışıq.” 

 

İlham Əliyev 

 

Аzərbаycаndа həyаtа kеçirilən libеrаl iqtisаdi siyаsət, mаkrоiqti-



sаdi və  mаliyyə  sаbitliyinin qоrunmаsının təmin  еdilməsi, dаyаnıqlı 

iqtisаdi аrtımın və iqtisаdiyyаtın mоdеrnləşməsinə dəstək vеrən siyа-

sətin dərinləşdirilməsi, qеyri-nеft sеktоrunun sürətlə inkişаf еtdirilmə-

si  əldə  еdilən müsbət nəticələrdir. Rеspublikаnın  əldə  еtdiyi uğurlаr 

dünyаnın  ən mötəbər rеytinq təşkilаtlаrı  və  mаliyyə institutlаrının 

hеsаbаtlаrındа dа əksini tаpmışdır. 

Qеyd еtmək lаzımdır ki, Аzərbаycаnın dünyаdа nеft və qаz ölkəsi 

kimi tаnıyırlаr. Bu gün respublikamızda istehsal edilən neft-qaz xalqımı-

zın güzəranının yaxşılaşmasında, onun ictimai-siyasi həyatında böyük rol 

oynayır. Bu nemət ulu öndər Heydər  Əliyevin memarı olduğu neft 

strategiyasının uğurla həyata keçirilməsi sayəsində ölkəmizdə dinamik 

inkişafın təmin edilməsi, əhalinin rifahının yaxşılaşması, dünya təsərrufat 

sisteminə inteqrasiya əlaqələrinin güclənməsi mümkun olmuşdur. 

Regionda qlobal enerji layihələrinin təşəbbüskarı  və  iştirakçısı 

olan Azərbaycan hazırda bir sıra dünya və Avropa ölkələrinin “mavi 

yanacaq”la təminatında mühüm rol oynayır. Məlum olduğu kimi, öl-

kəmizi dünyanın potensial qaz ixracatçılarından birinə “Şahdəniz” ya-

tağı çevirmişdir. “Şahdəniz” yatağının ikinci işlənmə mərhələsinin öl-

kəmiz üçün əhəmiyyəti olduqca böyükdür. Belə ki, sözügedən mərhə-

lə  çərçivəsində hasil edilən daha böyük miqdarda “mavi yanacaq” 

Azərbaycanın ixrac imkanlarını genişləndirməklə yanaşı, “Şahdəniz” 

qazının alıcılarının sayının da artmasına səbəb olacaq. Bu da ölkəmi-




Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

8



zin regionda, eləcə də dünyada strateji tərəfdaş kimi mövqeyini bir qə-

dər də möhkəmləndirəcək. 

Azərbaycanın təşəbbüsü və  iştirakı ilə TANAP qаz layihəsinin 

reallaşması olduqca mühüm tarixi hadisə sayıla bilər. Bu layihə ölkəmi-

zin iqtisadi qüdrətinin və dünyadakı siyasi nüfuzunun artmasında önəm-

li rola malikdir. Аzərbаycаn Prezidenti İlham Əliyev bu layihənin tarixi 

rolundan bəhs  еdərək göstərib ki,:“TANAP layihəsi bizə imkan 

verəcəkdir ki, Azərbaycan zəngin qaz resurslarını dünya bazaarlarına 

böyük həcmdə nəql etsin. Hesab edirəm ki, TANAP layihəsi son illər 

ərzində  nəinki ölkəmizdə, regionda, Avropa qitəsində enerji təhlü-

kəsizliyi ilə bağlı olan məsələlər arasında ən böyük addımdır. TANAP 

layihəsinin təşəbbüskarı da Azərbaycan olmuşdur. Əminəm ki, TANAP 

layihəsini Azərbaycan öz tərəfdaşları ilə vaxtında icra edəcək və 

beləliklə, Avropanın enerji xəritəsi böyük dərəcədə dəyişdiriləcəkdir”. 

Qeyd etmək lazımdır ki, hazırda qlobal iqtisadi inkişafın gələcə-

yini müəyyənləşdirən texnologiyalar dünyanın ən aparıcı dövlətlərinin 

həyata keçirdikləri siyasətdə əsas xətti təşkil edir. Sürətlə yayılmaqda 

olan informasiya-kommunikasiya texnologiyaları  və onların fonunda 

formalaşaraq yeni inkişaf vüsəti qazanan qloballaşma prosesləri ölkə-

lərin sosial-iqtisadi həyatına birbaşa təsir göstərməkdədir. Təsadüfi 

deyil ki, artıq dövlətlərin iqtisadi üstünlüyü də  məhz texnologiyalara 

yiyələnməyə, onları  mənimsəmə gücünə  əsaslanır. Bir sözlə, iqtisadi 

qüdrəti müəyyən edən meyarların, qazanılan makro və mikro iqtisadi 

göstəricilərin önündə bu gün məhz həmin ölkələrdə informasiya-kom-

munikasiya texnologiyalarının tutduğu yer və onun inkişafı dayanır. 

Texnoloji proseslərin, innovasiyaların insanlara xidmət, şəffaflıq, ye-

nilik baxımından müasir dünyamızın  əsas tələbinə çevrildiyi belə bir 

mühitdə ölkəmiz də qlobal çağırışlardan kənarda qalmayıb. 

Ölkəmizdə neft sektoru ilə yanaşı qeyri-neft sektorunun inkişafı-

na xususi diqqət yetirilir. Bu işdə iqtisadi islahatların, regionların sosi-

al-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramlarının həyata keçirilməsi 

müstəsna rol oynayır. Məhz bunların sayəsində regionlarda sahibkar-

lıq inkişaf edir, yeni iş yerləri yaradılır. 

Hal-hazırda davamlı inkişaf möhkəm təməl üzərində qurulmuşdur 

və artıq hədəflər də müəyyən edilmişdir: 2020-ci ilədək Azərbaycan 

iqtisadiyyatının qarşısında duran əsas vəzifə qeyri-neft sektorunun in-

kişafı hesabına ÜDM-in həcminin iki dəfə artırılmasıdır. Bütün bunlar 

isə ölkənin gələcək sosial-iqtisadi inkişafı  məsələsinə yeni yanaşma 




Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə