Microsoft Word Azerb tarixi derslik doc


cu illərdə başlanan Məzdəkilər hərəkatının



Yüklə 2,42 Kb.
Pdf görüntüsü
səhifə14/104
tarix01.11.2017
ölçüsü2,42 Kb.
#7863
1   ...   10   11   12   13   14   15   16   17   ...   104

 
43 
cu illərdə başlanan Məzdəkilər hərəkatının  əsas təlimi  ədalətli 
cəmiyyət qurmaq, insanlar arasında əmlak bərabərliyi yaratmaq idi. 
Bu təlimə görə Xeyirin Şər üzərində  qələbəsini Allahın və  işıqlı 
qüvvələrin köməyi ilə təmin etmək olar. I Qubadın (488-531) haki-
miyyəti dövründə  məzdəkilər hərəkatı genişləndi. I Qubad məz-
dəkiləri himayə etməyə başladı. O, iri feodalların gündən-günə artan 
təsirinə qarşı mübarizədə bu hərəkatdan istifadə etdi, lakin məzdə-
kilər hərakatı təhlükəyə çevrildiyindən I Qubad və onun oğlu Xos-
rov (531-579) məzdəkilərə qanlı divan tutdu. Məzdək 529-cu ildə 
edam edildi, 80 mindən artıq adamı öldürüldü. Ermənilər Bizansa 
arxalanır, xristian dini pərdəsi altında Sasani hakimiyyətinə qarşı 
çıxır, Azərbaycan torpaqlarını  işğal etmək siyasəti yeridirdilər. 
Bizans və İrandakı siyasi hərc-mərclik Azərbaycanda, xüsusilə Al-
baniyada xristianlığın mövqeyini zəiflədir, türk etnosların siyasi 
üstünlüyü şəraitində birləşməsini təmin edirdi. 
Mehranilər sülaləsi. Girdiman dövləti. VII əsrin  əvvəl-lə-
rində Albaniyanın Girdiman vilayətində  (Şəmkir-Qazax bölgəsi) 
Mehranilər sülaləsinin hökmranlığı yaranmışdır. Dövlətin mərkəzi 
Partav (Bərdə) idi. Mehranilər sülaləsinin banisi Sasani şahı II Xos-
rovun qohumu Mehran (570-590) olmuşdur. II Xosrovun atasının 
ölümündə təqsirləndirilən Mehran qorxaraq Albaniyaya Uti vilayə-
tinə qaçaraq xəzərlərlə birləşmək istəyirdi. Bundan ehtiyatlanan II 
Xosrov Mehrana Albaniyada istədiyi yerə sahib olmaq icazəsini 
verir. Mehran Girdiman vilayətində Mehrəvan  şəhərini saldırdı. 
Girdiman vilayətində  VI  əsrin 70-ci illərində türk mənşəli Sabir 
tayfaları məskunlaşmışdılar. Mehran sabir türklərinin nəslindən idi. 
591-ci ildə Bizansla İran arasında bağlanmış müqaviləyə  əsasən 
Girdiman vilayəti Sasanilər hakimiyyəti altında qalmışdı (8, s. 197). 
Alban-Sabir mənşəli Mehranilər Albaniyada öz hakimiyyətlərini 
möhkəmləndirdilər. Mehran yerli əyanlardan 12 nəfəri öldürüb bü-
tün Girdiman vilayətinə sahib çıxdı. Onun nəticəsi  Vardan (600-
615) Girdiman qalasını tikdirdi. Vardanın nəvəsi  Varaz Qriqor 
(630-642) Bizans imperatoru İraklinin siyasi təsiri altına düşdü. Bu 
zaman xəzər türkləri Bizansla ittifaqa girib Sasanilərə qarşı müba-


 
44
rizə aparırdılar. Beləliklə, Varaz Qriqor Albaniyanın hakimi olmuş-
dur. Varaz Qriqorun oğlu  Cavanşir (642-681) bütün Albaniyanın 
hakiminə çevrildi. O, Bərdəni paytaxt etdi. İlk dövrdə o, Sasani şahı 
III Yezdəgerdə tabe idi və  ərəblərə qarşı vuruşurdu.  651-ci ildə 
Sasani dövlətinə  Ərəb xilafəti son qoydu. Cavanşir Bizans impe-
ratoru tərəfinə keçdi. II Konstatinin (641-668) himayəsi sayəsində 
Cavanşir  İberiya sərhədlərindən Araz çayına və “Hun darvazala-
rına” (Dərbəndə) kimi ərazini əhatə edən Alban ölkəsinin hakiminə 
çevrildi (8, s. 197-198).  Bu dövrdə  Xəzər türklərinin Albaniyaya 
təkrar hücumlarından ölkəni xilas etmək üçün Cavanşir Xəzər xaqa-
nının qızı ilə evləndi. Cavanşir cənubdan gələn təhlükəni Albani-
yadan sovuşdurmaq və Albaniyanın bütövlüyünü saxlamaq üçün 
yüksəliş mərhələsində olan Ərəb xilafətinin asılılığına keçdi. 
Erkən Orta əsrlərdə (III-VII əsr) Azərbaycanın vahid döv-
lətin-Sasanilərin tərkibində olması mədəniyyətin inkişafında böyük 
rol oynamışdır. Güman edilir ki, Atropatenada Sasani dövlətində 
tətbiq olunan pəhləvi yazı sistemindən, V əsrin əvvəllərində alban-
lar isə 52 işarədən ibarət fışıltılı  və boğaz səsi ilə  zəngin olan öz 
əlifbasından istifadə edirdilər. 1948-ci ildə Mingəçevirdə aşkar edil-
miş  qısamətnli epiqrafik abidələr bu yazının bir növüdür. Yazı 21 
işarədən ibarətdir, 4 sətirlidir. Üzərində alban yazısı olan dörd-
künclü  ştamp da tapılmışdır.  V  əsrdə alban dilində  fərman tərtib 
edilmişdir. İslam dinini qəbul etmiş Azərbaycan əhalisi ərəb əlifba-
sından istifadə etməyə başlamışdır. 
Bu dövrdə mövcud olan şəhərlərdən Dərbənd, Bərdə (Partav), 
Çola (Çora), Hunarakert (Hun şəh.), Paytakaran, Təbriz,  Şiz, 
Ərdəbil, Naxçıvan, Gəncə,  Şəki,  Şəmkir, Qəbələ,  Şabran, Xalxal, 
Beyləqan və s. var idi. Şimala gedən yollar üzərində  sədlər tikil-
mişdir. Beşbarmaq dağından dənizədək qoşa divar uzanırdı. Şirvan 
səddi (Gilgilçay boyu) Beşbarmaq divarından 23 km şimalda çəkil-
miş, Çıraqqala bu səddin başlanğıcında dağ zirvəsində yerləşirdi. 
Digər sədd Samur çayından  şimalda inşa edilmişdir.  Ən  əzəmətli 
Dərbənd səddi yüksəklikdən dənizin içinədək uzanırdı. Orta hissə-
sində qala var idi. Azərbaycan ərazisində Torpaqqala (Alazan çayı 


 
45 
sahili), Govuqqala (Ağdam), Cavanşir (İsmayıllı), Çarabkert (Ağ-
dam) qalaları inşa olunmuşdu. Alban məbədlərinin qalıqlarına Qə-
bələ, Qax, Yuxarı Qarabağ,  Şəki, Zaqatala, Mingəçevir, Ağdam, 
Kəlbəcər, Laçın, Qubadlı və s. yerlərdə rast gəlinir. 
Azərbaycanda təkallahlığa (monoteizmə) keçid tam müstəqil 
dövlət olmaması  şəraitində baş verirdi. Zərdüştliliyin təkallahlılığa 
çağırışı Azərbaycanda (eləcə də İranda) atəşpərəstlik dini ehkamına 
qarışdı. Sasani hakimiyyəti illərində Mani, sonra məzdəkilərin tə-
limlərində Xeyirlə Şərin mübarizəsi ideyası Zərdüştlük dininin təsiri 
altında meydana gəlmişdir. Atəşpərəstlik, oda sitayiş Sasani imperi-
yasında dövlət dini səviyyəsinə qaldırılmışdır. Günəşə, Aya, suya, 
göyə və s. ibadət edirdilər. Sehr, cadu və rəmmallığa inam o qədər 
dərin imiş ki, Azərbaycanda xristianlığı yayanlar ilk növbədə bu iş-
lərlə məşğul olanları cəzalandırırdılar. Xristianlıq zorla qəbul edilir-
di. Albaniyada çoxları qədim dinlərini saxladı. Erkən Orta əsrlər-
 Azərbaycanda alban, kaspi, müq, qarqar, udin, girdiman adları 
daşıyan əhali yaşayırdı. Azərbaycanda yaşayan etnosların çoxu (al-
ban, qarqar, uti, sovde, sakasen, hun, girdiman və s.) türk mənşəli 
idi. Qədim və Erkən Orta əsrlərdə Azərbaycana 2 böyük etnik axın 
olmuşdur: I axında türk mənşəli kimmer, skit, sak tayfaları, II axın-
da isə türk mənşəli hun tayfaları (kəngər, pesənək, onoqur, sabir, 
hun, herlat, oğuz və b.). İlk oğuzlar ümumtürk məkanının tərkib 
hissəsi olan Cənubi Qafqaza, o cümlədən Azərbaycan ərazisinə Dər-
bənd keçidi və Böyük Qafqazın başqa dağ  aşırımlarından keçərək 
yayılmışdır. 
Uzun tarixi dövr ərzində Azərbaycanın bütöv halda Sasani 
imperiyasının tərkibində olması mütərəqqi hadisə idi. Çünki ölkənin 
bütün bölgələri arasinda daxili əlaqələr, ilk növbədə ticarət əlaqələri 
genişləndi. Ölkəmizin etnik-siyasi və  mədəni birliyinin yaranması 
yolunda mühüm irəliləyiş baş verdi. Sasani əsarətinə qarşı uzun-
sürən azadlıq mübarizəsi ölkənin türk və qeyri-türk əhalisini daha 
sıx birləşdirdi, onların qaynayıb-qarışmasına müsbət təsir göstərdi. 
Vahid xalqın yaranması prosesi sürətləndi. 


Yüklə 2,42 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə