Microsoft Word Azerb tarixi derslik doc



Yüklə 2,42 Kb.
Pdf görüntüsü
səhifə4/104
tarix01.11.2017
ölçüsü2,42 Kb.
#7863
1   2   3   4   5   6   7   8   9   ...   104

 
11 
şəhəri yaxınlığında Azıx mağarasında tapılmış maddi nümunələr 
əsasında öyrənilmişdir. İbtidai insanlar mənimsəmə təsərrüfatı ilə - 
yığıcılıq və ovçuluqla məşğul olublar, kiçik qrup, dəstə halında 
olaraq insan “sürüsü” və ya ulu icmada birləşiblər. Ulu icma kor-
təbii şəkildə, təbiət hadisələri qarşısında aciz qalmamaq məcburiy-
yətindən yaranmışdır. Əmək alətlərinin düzəldilməsi və oddan isti-
fadə insanların heyvan aləmindən ayrılmasını sürətləndirdi. Azıx 
mağarasında  700 min il b.ə. aid olan ocaq izləri tapılmışdır. Azıx 
mağarasında 1968-ci ildə ibtidai insanın alt çənə sümüyünün qalığı 
tapılmışdır-bu dünyada 4-cü tapıntıdır, Azıxantrop, yəni  “Azıx 
adam” adlanır və 350-400 min b.ə. yaşamışlar. Azıx mağarasında 
tikili qalığı, müəyyən işarələr cızılmış ayı  kəllələri tapılmışdır. Bu 
sadə dini ayinlərin və totemlərin (heyvanlara inam) yaranması ilə 
bağlıdır. Alt Paleolit dövrünün sonunda əmək alətləri: çaxmaqdaşı, 
bazalt və obsidiandan (vulkanik şüşə-dəvəgözü) hazırlanmışdır. (8, 
s.22) 
Orta Paleolit  100 min il b.ə.-e.  ə. 40-cı minilliyə  qədər 
davam etmişdir. Bu dövr Mustye mədəniyyəti (Fransada yer adıdır. 
Orta Paleolit əmək alətləri ilk burada tapılmışdır) dövrü adlanır. 
Qədim insanlar daha geniş  əraziyə yayılmışlar: Kiçik Qafqazın 
cənub-şərq yamacında, Naxçıvan (Qazma), Qarabağ (Tağlar), Qa-
zax (Damcılı) bölgələrində məskən salmışlar. (9, s.12). Yeni insan 
tipi-neandertal adamı yaranmışdır (Almaniyada yer adı). Ovçuluqla, 
yem toplamaqla məşğul olurdular, axirət dünyasına inam ilk dəfə bu 
dövrdə yaranmışdır. Ovsun, heyvanlara (totemlərə), təbiət qüvvə-
lərinə inamla bağlı dini təsəvvür formaları meydana gəlmişdir. Ulu 
icma yavaş-yavaş  sıradan çıxmış, qəbilə icması yaranmağa başla-
mışdır. 
Qəbilə icmasının əmələ gəlməsi. Üst Paleolit 40 min il bun-
dan əvvəldən e. ə. 12 - ci minilliyə qədər davam etmişdir. Bu döv-
rün maddi qalıqlarına Qarabağ və Qazax bölgələrində daha çox rast 
gəlinmişdir. Bu dövrdə Azərbaycanda ağıllı insan tipi “Homo Sapi-
yens” yaranması başa çatmışdı. Əmək fəaliyyətinin artması şüurun, 
düşüncənin inkişafı tədricən səsli nitqin yaranmasına səbəb olmuş-
du. Ulu icmanı qan qohumluğuna əsaslanan qəbilə icması-nəsli qə-


 
12
bilə  əvəz etmişdir. Qadının təsərrüfatda rolu daha böyük olduğu 
üçün qan qohumluğu ana xətti ilə götürüldüyünə görə belə quruluşa 
ana xaqanlığı – matriarxat deyilir (8, s.24). 
Mezalit və ya Orta Daş dövrü e.ə. 12-ci minilikdən e.ə. 8-ci 
minilliyə  qədər davam etmişdi. Ox və kaman ixtira edilmişdir. 
İnsanlar qida ehtiyatlarını artırmağa və heyvanları  əhliləşdirməyə 
nail olmuşlar. Beləliklə, ibtidai maldarlığın  əsası qoyulurdu. 
Toplanmış yabanı bitki toxumlarının bir hissəsini ehtiyat üçün 
saxlayırdılar. Bu ibtidai əkinçiliyinin meydana gəlməsinə  şərait 
yaradırdı. Beləliklə, Mezolit dövründə  mənimsəmə  təsərrüfatından 
istehsal təsərrüfatına keçidin əsası qoyulmuşdur (1, s. 83). Bu dövr 
Qobustan abidəsi əsasında öyrənilmişdir. Burada insanlar təxminən 
e.ə. 12-ci minillikdən yaşamışlar. Onlar ovçuluq, balıqçılıq və yığı-
cılıqla məşğul olmuşlar.  Əmək alətləri kiçik ölçülü-mikrolit, hən-
dəsi formalı, gəzli, üçkünc, kəsici və s. olmuşlar. Sümükdən biz, ox 
ucu, balıqçılıqda istifadə olunan alətlər düzəldilirdi. Qazaxda Dam-
cılı mağarasında Mezolit dövrünə aid kiçik ölçülü ox ucları, müxtə-
lif tipli alətlər, cilalanmış, dişli lövhələr tapılmışdır. Qobustan qaya-
larında bu dövr insanlarının ovsun-totem inamları, dini ayinləri, ov 
səhnələrini  əks etdirən rəsmlər, qadın və müxtəlif heyvan rəsmləri 
təsvir edilmişdir. Mezolit dövründə insanlar axirət dünyasına inan-
mış, dəfn zamanı ölülərin yanına məişət əşyaları qoymuşlar. 
İstehsal təsərrüfatının yaranması. Neolit dövrü  e.ə. VII 
minillikdən başlamışdır. İstehsal təsərrüfatı bu dövrdə yaranmışdı. 
İnsanlar maldarlıq və  əkinçiliklə  məşğul olmuş, saxsı qablar 
hazırlamış, daş alətləri cilalamağı və deşməyi öyrənmiş, toxuculuqla 
məşğul olmuşlar (9, s.14). Təsərrüfatda olan bu yeniliklərə “Neolit 
inqilabı” deyilir. Əhali oturaq həyata keçmiş, ovçuluqla, balıqçılıqla 
məşğul olmuşdur.  Əmək alətləri çaxmaqdaşından, obsidandan 
(vulkanik  şüşə-dəvəgözü) hazırlanırdı. Naxçıvanda, Gəncə  ətrafın-
da, Təbriz yaxınlığında, Qobustanda, Qazax bölgəsində Neolit 
dövrü abidələrindən daş toxalar, oraq dişləri, çəkic, balta və lövhə-
lərdən ibarət əmək alətləri tapılmışdır. 
Eneolit dövrü e.ə. VI-IV minillikləri əhatə etmişdir. İnsanlar 
ilk dəfə metalla tanış olmuş  və misdən alətlər hazırlamışlar. Azər-


 
13 
baycanda bu dövrün yaşayış  məskənləri Gəncə-Qazax, Mil-Qara-
bağ, Muğan, Naxçıvan bölgələrində, Urmiya gölü ətrafında və Təb-
riz yaxınlığında tədqiq edilmişdir (8, s. 27-28).  Əkinçi-maldar 
tayfalar kiçik kəndlərlə, qəbilə icmaları halında çay kənarında, əkin-
çilik və maldarlıq üçün əlverişli yerlərdə salınırdı. Yaşayış binaları 
kiçik, çiy kərpic və möhrədən dairəvi tikilirdi. Evin ortasında və ya 
divarın yanında ocaq qurulurdu. Belə evlərdə qoşa nigaha əsaslanan 
ailələr yaşamışlar. Əhali əkinçilik, maldarlıq, balıqçılıq, dulusçuluq, 
daşişləmə, sümükişləmə, toxuculuq və s. məşğul olmuşlar. Sənət-
karlar saxsı qablar, daş və sümükdən əmək alətləri, məişət və bəzək 
əşyaları hazırlayırdılar.Torpağı toxa ilə  şumlayırdılar. Həmin dövr 
“toxa əkinçiliyi” dövrü adlanır. Taxıl daş oraqla biçilirdi, taxıl eh-
tiyatı saxsı küplərdə və quyu anbarlarda saxlanırdı. Bir neçə buğda 
və arpa növü əkib becərirdilər. Ev heyvanları əhliləşdirilmişdi. E.ə. 
V minilliyin axırlarında Azərbaycanda ilk dəfə atın  əhliləşdiril-
məsinə başlanmışdır. Cəlilabadda Əliköməktəpədə əhliləşdirilmiş at 
sümükləri tapılmışdır. Tapılmış iy ucluqları toxuculuqla məşğu-
liyyəti sübut edir. Misdən müxtəlif əmək alətləri və bəzək əşyaları 
hazırlanmışdır. Qadın müqəddəs varlıq hesab edilirdi. Tapılmış 
qadın heykəlləri bunu sübut edən maddi mədəniyyət qalıqları idi. 
Eneolit dövründə anaxaqanlığı nəslinin mövqeyi sona çatmış, icma 
ağsaqqalları  şurası mühüm rol oynamışdır. Ölüləri yaşayış  məs-
kənində, binaların arasında və evlərin içərisində basdırırdılar. Ölü-
lərin üzərinə qan rəmzi sayılan qırmızı boya çəkir, yaxud orxa səpir-
dilər. Eneolitin son mərhələsində  e.ə. IV minilliyinin I yarısında 
metalişləmənin inkişafı başlamışdı. 
Azərbaycanda metal alətlərdən istifadə. Tunc dövrü e.ə. IV 
minilliyin sonundan (Azərbaycanda e.ə. II minilliyin sonlarına 
qədər) başlayır. Tuncun meydana gəlməsi ibtidai cəmiyyətin tələ-
batından döğmuşdu. Təmiz misdən hazırlanan alətlər tez xarab olur-
du. Tunc misə müxtəlif qatışıqlar qatışdırmaqla alınan yeni metal 
idi. Tunc dövrünü erkən, orta və son tunc dövrü mərhələlərinə bö-
lürlər. Erkən Tunc dövrü e.ə. IV minilliyin 2-ci yarısından III 
minilliyin sonuna qədər davam etmişdir. Bu dövrə Azərbaycanda 
Kür-Araz mədəniyyəti səciyyəvidir ki, bu da Qarabağda, Naxçı-


Yüklə 2,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə