Microsoft Word Azerb tarixi derslik doc



Yüklə 2,42 Kb.
Pdf görüntüsü
səhifə5/104
tarix01.11.2017
ölçüsü2,42 Kb.
#7863
1   2   3   4   5   6   7   8   9   ...   104

 
14
vanda, Xaçmazda, Qazaxda, Şəmkirdə, Qobustanda, Urmiya əra-
zisində və b. bölgələrdə tapılmış zəngin materiallar əsasında tədqiq 
edilmişdir (8, s.33-34). Yaşayış məskənləri bəzən 3-5 ha çatırdı, çay 
kənarında, düşməndən müdafiə olunmaq üçün əlverişli yerlərdə 
salınırdı, ətrafına müdafiə divarı çəkilirdi. Bunlar Füzuli rayonunda, 
Təbriz yaxınlığında, Urmiya gölü ətrafında öyrənilmişdir. Evlər 
dairəvi formada, bünovrəsi daşdan, divarları çiy kərpicdən, bəzi 
bölgələrdə çubuqdan hörülüb suvanmış daxmalar və yarımqazma 
evlər formasında tikilirdi. Dini ayinlər üçün ibadətgahlar tikilmişdir. 
Xaçmaz rayonunda Sərkərtəpə yaşayış  məskənində dairəvi planlı 
böyük ibadət evi aşkar edilmişdir. Belə ibadət evləri Qazax rayo-
nunda Babadərviş və Naxçıvan yaxınlığında Kültəpə yaşayış yerlə-
rində də vardır. Erkən Tunc dövründə 1-ci böyük ictimai əmək 
bölgüsü meydana gəlmiş, əkinçilik maldarlıqdan ayrılmışdır (8, 
s. 35).  Toxa  əkinçiliyi xış  əkinçiliyi ilə  əvəz olunmuşdur. Süni 
suvarma yaranmışdır.  Şumlama zamanı qoşqu heyvanlarından 
istifadə edilirdi. Taxılın biçilməsində daş lövhələrdən hazırlanmış 
oraqlarla yanaşı, tunc oraqlardan da istifadə edilirdi. Taxıl xüsusi 
quyularda və böyük təsərrüfat küplərində saxlanılır, həvəngdəstələr, 
dən daşları (kirkirə) və sürtkəclərin köməyi ilə üyüdülürdü. Mal-
darlığın inkişafında mühüm irəliləyişlər var idi. Davarların (qoyun, 
keçi və s.) sayının artması, atdan istifadə  nəticəsində maldarlığın 
yeni sahəsi-köçmə (yaylaq) maldarlığı meydana gəlmişdi. Maldar 
tayfalar əkinçilərə nisbətən daha tez varlanmışlar. Artıq məhsul alış-
verişin genişlənməsinə imkan vermişdi.  Əmlak bərabərsizliyi 
meydana gəlmişdi (1, s. 114). Azərbaycanın  əhalisi sənətkarlığın 
dulusçuluq, metalişləmə, toxuculuq və s. sahələr ilə məşğul olmuş-
dur. Saxsı qabların bir qismi xörək və mətbəx qabları idi. Tuncdan 
əmək alətləri, silahlar, bəzək  əşyaları (muncuq, qolbaq və s.) və 
məişət əşyaları (biz, iynə, bıçaq və s.) hazırlanmışdır. Bəziləri qızıl 
əşyalar da hazırlamışlar. Qoyunçuluğun inkişafı toxuculuğu geniş-
ləndirmişdir. Axirət dünyasına inam var idi. Tunc dövründə ölülər 
yaşayış  məskənlərindən kənarda dəfn edilmiş, bəzi qəbirlərin üzə-
rində kurqanlar (torpaq təpələr) qurulmuşdur. Ölüyandırma və kol-
lektiv dəfnetmə adəti meydana gəlmişdir. Ailədə, təsərrüfatda və ic-


 
15 
timai həyatda kişilərin rolu artmağa başlamışdır. Ailəyə və tayfaya 
kişilər başçılıq etməyə başlamışlar. Erkən tunc dövründə  xış  əkin-
çiliyi və köçmə maldarlığının yaranması kişinin təsərrüfatda rolunu 
artırmış  və anaxaqanlığı (matriarxat) ataxaqanlığı (patriarxat) ilə 
əvəz edilmişdir (9, s. 21). 
Orta Tunc dövrü e.ə. III minilliyin axırı və II minilliyin əv. 
başlamış, II minilliyin ortalarına qədər davam etmişdir. Orta 
Tunc dövründə sosial və  əmlak bərabərsizliyi artmış, tayfalar 
arasında  əlaqələr genişlənmiş, iri yaşayış  məskənləri yaranmışdır. 
İlkin  şəhər mərkəzləri də yaranmış  və müdafiə divarları ilə  əhatə 
olunmuşdur: Naxçıvandakı  İkinci Kültəpə, Oğlanqala, Urmiya 
sahilindəki Göytəpə, Qarabağdakı Üzərliktəpə. Qədim Naxçıvan 
şəhəri Orta Tunc dövründə, 3500 il b.ə. tanınmışdır. Artıq təbəqə-
ləşmə gedirdi (2-3 otaqlı evlərin olması bunu sübut edirdi). Bağçılıq 
və bostançılıq kimi yeni təsərrüfat sahələri yaranmışdı. Süni su-
varma kanalları yaradılmışdır. Taxılın döyülməsində öküz və ya at 
qoşulmuş daş  vəllərdən istifadə edilmişdir. Taxıl və un ehtiyatı 
saxsı küplərdə, quyularda saxlanırdı. Üzümçülük və şərabçılıq mey-
dana gəlmişdir. Atdan minik vasitəsi və qoşqu qüvvəsi kimi istifadə 
edilmişdir. Maldarlığın inkişafı əhalinin ət və süd məhsullarına olan 
tələbatını ödəməklə yanaşı, tayfalararası ticarətin artmasına  şərait 
yaratmışdır. Sənətkarlığın müstəqil sahəyə çevrilməsi nəticəsində 
2-ci böyük ictimai əmək bölgüsü-sənətkarlığın başqa istehsal 
sahələrindən ayrılması baş vermişdi (8, s. 41).  Naxçıvan yaxın-
lığında II Kültəpədə dulusçuluq məhəlləsi və dulus sobaları tapıl-
mışdır. Qablar naxışlarla bəzədilərkən rəngli boyalardan istifadə 
edilmişdir. Filizçıxarma işi geniş inkişaf etmişdir. Əridilmiş metalı 
xüsusi qəliblərə tökərək müxtəlif 


 
16
dərinləşmişdi. Əhalinin dini inamları, mərasim və ayinləri qəbir abi-
dələrinin quruluşunda (daş qutular, kurqanlar), dəfn adətlərində 
(ölülərin yandırılması, onların üzərinə qırmızı boya çəkilməsi və s.) 
əks olunmuşdu (1, s. 122).  Qaya təsvirlərinin bir çoxu ibtidai ov-
sunla bağlı olmuşdur. Saxsı qabların, metal əşyaların və bəzək şey-
lərinin üzəri həndəsi naxışlar, heyvan və bitki rəsmləri ilə  bəzə-
dilmişdir. 
Tunc dövrünün sonu. Erkən Dəmir dövrü. İbtidai icma 
quruluşu dağılmağa başlayır. Bu dövr e.ə. XIV-XII əsrləri əhatə 
edir.  Erkən (ilk) Dəmir dövrü e.ə. XI-VIII əsrləri  əhatə edir. 
Möhkəm keyfiyyətli dəmirin kəşfi, ondan hazırlanan  əmək alətləri 
və silahlar yeni yüksəlişə səbəb oldu. Tayfa ittifaqları daha da güc-
lənmişdi. Azərbaycanda yaşayış  məskənləri, qəbir abidələri (kur-
qanlar, daş qutular, torpaq qəbirlər) və müdafiə tikililəri, siklopik 
(siklop-təpəgöz, siklopik-böyük ölçülü tava daşlarından hörülmüş 
qalaçalar-təpəgözlər tikmişlər) qalalar tədqiq edilmişdir. Yaşayış və 
təsərrüfat binalarının bünövrəsi çay daşları və ya qaya parçalarından 
qoyulur, divarları çiy kərpicdən hörülürdü, ətrafına müdafiə divar-
ları  çəkilirdi. Bu dövrdə  sənətkarlıq daha məhsuldar inkişaf etmiş, 
qonşu ölkələrlə mübadilə  və ticarət  əlaqələri genişlənmişdi.  Təd-
ricən ibtidai icma quruluşu dağılmış, sinifli cəmiyyət yaran-
mışdı  (1, s. 166).  Təsərrüfatda yarımköçəri yaylaq maldarlığı ön 
plana keçmişdir. Kurqan abidələr geniş yayılmışdır. Maldar tayfalar 
davar və qaramal bəsləyir, öz ehtiyaclarından artıq qalan məhsulu 
əkinçilər və  sənətkarlarla taxıla,  əmək alətlərinə, silah və zinət 
əşyalarına dəyişirdilər. Son Tunc dövründə atdan minik və qoşqu 
vasitəsi kimi geniş istifadə edilmişdir. Ona sitayiş ayini meydana 
gəlmişdir. Kurqanlarda dəvə skeletləri də tapılmışdır. Əmək alətləri 
təkmilləşmiş, iri suvarma kanalları çəkilmişdir. Əkinçilikdə buğda, 
arpa, darı  və s. bitkilər becərilir, taxıl tuncdan və  dəmirdən hazır-
lanmış oraqlarla biçilir, taxıl vəllərlə döyülür, dən daşlari ilə üyü-
dülürdü. Üzümçülük və  şərabçılıq inkişaf etmişdir. Dulusçuluq 
əmək fəaliyyətində xüsusi yer tuturdu. Saxsı qabların istehsalında 
ayaqla hərəkətə  gətirilən dulus çarxından istifadə olunurdu. Ərzaq 
ehtiyatlarını saxlamaq üçün müxtəlif çeşidli saxsı qablar hazırla-


Yüklə 2,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə