Microsoft Word Azerb tarixi derslik doc



Yüklə 2,42 Kb.
Pdf görüntüsü
səhifə6/104
tarix01.11.2017
ölçüsü2,42 Kb.
#7863
1   2   3   4   5   6   7   8   9   ...   104

 
17 
nırdı. Bu qablar dulusçuluq sobalarında bişirilirdi.  Metalişləmədə 
ustalar zərbetmə, oyma, lehimləmə, həkketmə (qravüra) üsulları ilə 
qızıl və gümüşdən zinət əşyaları hazırlamışlar. Toxuculuq, sümükiş-
ləmə, daşişləmə, ağacişləmə, gön-dəri emalı və b. sənət sahələri də 
əhəmiyyət kəsb edirdi. E.ə II minilliyin axırı-I minilliyin əvvəl-
lərində  dəmirdən müxtəlif  əşyalar hazırlanmışdır. Sənətkarlar içə-
risindən sənətkar-tacirlər qrupu ayrılmışdır (1, s. 163-164).  Onlar 
hazır məhsulun satışı ilə  məşğul olmuş, sonralar peşəkar tacirlərə 
çevrilmişlər. Tayfa başçısının hakimiyyətinin qüvvətlənməsi, dini 
və hərbi rəhbərliyin onların əlində toplanması bu şəxslərin ilahiləş-
dirilməsinə gətirib çıxarırdı. Belə tayfa başçıları öləndən sonra ona 
sitayiş olunur, onların xatirəsini  əbədiləşdirmək üçün kurqanlar 
ucaldılırdı. Bəzən tayfa başçısının arvadını, kənizlərini və qulluq-
çularını öldürüb onunla birlikdə dəfn edir, sahibi ilə birlikdə atlarını 
da basdırıdılar. Atları yüyənli-cilovlu, müxtəlif əşyalarla bəzədilmiş 
halda qəbirə qoyurdular. Bu, axirət dünyasına inam idi. Səma cisim-
lərinə (Aya, ulduza, Günəşə) inam dərin kök salmışdı. Azərbay-
canın zəngin filiz yataqları, cins at növləri, saysız-hesabsız heyvan 
sürüləri, yüksək keyfiyyətli sənətkarlıq nümunələri ticarətdə, alış-
verişdə böyük rol oynamışdı. Azərbaycan Assuriya ilə geniş ticarət 
əlaqələri saxlayırdı. Azərbaycanda Assuriyada istehsal olunmuş şirli 
gil qablar, silindrik möhürlər, silahlar, bəzək  şeyləri tapılmışdı. 
Xocalıda üzərində mixi xətlə Assuriya padşahının (Adadnirari) adı 
yazılmış muncuq tapılmışdır. Su yolları ilə ticarət  əlaqələri çay 
(Kür-Araz) və  dəniz (Xəzər) vasitəsilə yaradılırdı. Qobustan qaya-
larında həkk olunmuş müxtəlif gəmi təsvirləri buna sübutdur. 
 
2. İbtidai icma quruluşunun dağılması 
 
E.ə. II minilliyin axırı-I minilliyin əvvəllərində ibtidai icma 
quruluşunun dağılmas


 
18
rəhbərlik edirdi. Tayfalar daxilində  də güclü təbəqələşmə gedirdi. 
Əhalinin təbəqələşməsi yoxsul və varlı adamlara məxsus qəbirlərdə 
(kurqanlar, daş qutular) yaxşı izlənirdi. Kurqanlar böyüklüyü, quru-
luşu və içərisinə qoyulmuş əşyaların zənginliyi ilə fərqlənirdi. Tunc 
dövründə  əhalinin məişətində  və dünyagörüşündə  əsaslı  dəyişik-
liklər olmuşdur. Tikinti işində məişət avadanlıqlarının çox növlü və 
yüksək bədii zövqlə hazırlanması, sitayişlə bağlı bütlərin yaranması, 
səma cisimlərinə, suya, ağaca, ayrı-ayrı heyvanlara və s. sitayiş 
izlənilirdi. Məişət əşyaları, bəzək əşyaları həndəsi naxışlarla, insan, 
heyvan və quş təsvirləri ilə bəzədilirdi. Bu dövrdə qullar olmuşdu. 
Sahibkarların qullarını da onunla dəfn edirdilər. Qəbirlərdən çoxlu 
silah-nizə, ox ucluqları, xəncər, qılınc, döyüş baltası, paltar zireh-
ləri, toppuz və s. tapılması həmin dövrdə cəmiyyətin həyatında hərb 
işinin mühüm yer tutduğunu göstərir.  İri tayfa ittifaqlarının yaran-
ması, hakimiyyətin ayrı-ayrı nüfuzlu şəxslərin  əlində  cəmlənməsi, 
cəmiyyətin yoxsullara və varlılara parçalanması və s. amillər e.ə. II 
minilliyin axırı-I minilliyin əvvəllərində Azərbaycanda ibtidai 
icma quruluşunun dağılmasını sürətləndirdi (8, s. 56-57). 
 
 


 
19 
 
II FƏSİL 
AZƏRBAYCAN ƏRAZİSİNDƏ  
İLKİN VƏ QƏDİM DÖVLƏTLƏR 
 
Plan: 
1. Azərbaycan ərazisində qədim tayfa ittifaqları və erkən dövlətlər. 
Manna çarlığı. 
2. Azərbaycan Midiya və Əhəmənilər dövlətinin tərkibində. 
3. Atropaten dövlətinin yaranması, onun sosial-iqtisadi və siyasi 
vəziyyəti. 
4. Alban çarlığı. 
 
1. Azərbaycan ərazisində qədim tayfa ittifaqları və erkən 
dövlətlər. Manna çarlığı.  
 
E.ə. III minillikdə Azərbaycanın cənubunda erkən dövlət qu-
rumları meydana gəlmişdi. Həmin dövlət qurumlarının Mesopota-
miyanın şəhər dövlətləri ilə siyasi, iqtisadi və mədəni əlaqələri var 
idi.  E.ə. III-II minillikdə Urmiya gölü ətrafında lullubi, kuti, su, 
turukki, Arazdan şimalda Naxçıvan və Mil-Qarabağ  ərazilərində 
naxç, gərgər tayfaları və s. yaşamışlar. Su (sub) və turukki (turukk) 
tayfaları lullubi tayfa birliyinə daxil olmuşlar. 
E.ə. III minillikdə Mesopotamiyada əvvəl  Şumer  şəhər-döv-
lətləri, sonra Akkad dövləti mövcud olmuşdur. Azərbaycan ərazisində 
yaranmış dövlət qurumları  ən çox Mesopotamiya dövlətləri ilə  hərbi 
münaqişələrə girməli olurdular. Aratta ilə Şumer arasında gah düşmən-
çilik, gah da dostluq münasibətləri olurdu. Aratta dövləti Azərbaycanın 
e.ə. III minilliyin I yarısında siyasi tarixində mühüm rol oynamışdı. 
Aratta hökmdarları müdrik siyasət yürüdür, öz ölkələrini müdafiə edir, 
Şumeri tabe etmək tədbirləri görürlər (8, s. 61). 
Lullubi dövlət qurumu. E.ə. III minilliyin II yarısında 
Azərbaycanın cənubunda-Urmiya gölündən cənubda yaşayan Lul-
lubi tayfası  e.ə. XXIII əsrdə dövlət qurumuna çevrilmişdi. Lullu-


 
20
bilərin döyüş məharəti qorxu yaradırdı. Buna görə də xet və hurrit-
lər lullubi etnik adını “düşmən”, “yad” mənasında işlədirdilər. Onlar 
əkinçilik və maldarlıqla məşğul olmuşlar. Lullubilər igid, cəsur 
tayfa kimi tanınmış, Mesopotamiya ilə ticarət əlaqələri saxlayır, mal 
mübadiləsi edirdilər. Onlar Səma, Günəş, Ay allahlarına, məhəbbət, 
məhsuldarlıq ilahələrinə sitayiş edirdilər. Lullubilər Mesopotami-
yada olan Akkad dövlətinin hücumlarına məruz qalırdılar. Bu hü-
cumlar Lullubi hökmdarı Anubaninin hakimiyyəti dövründə daha 
da güclənmişdi. Anubaninin Akkadla mübarizədə əldə etdiyi uğur-
ları onun şərəfinə ucaldılmış  qələbə abidəsi – daş kitabəsi (e.ə. 
XXIII əsr) əks etdirir. 
Kuti (Quti) dövlət qurumu. Kutilər Urmiya gölündən qərbdə 
və  cənub-qərbdə yaşamışlar,  e.ə. III minilliyin II yarısında Kuti 
(Kutium) dövlət qurumunu yaranmışdılar. Kutilər Akkad ilə  hərbi 
münaqişələrə girirdilər,  Şumer  şəhərləri ilə müttəfiqlik edir, bəzən 
onların köməyinə gəlirdilər. E.ə. XXII əsrin əvvəllərində kutilərin 
hökmdarı Yarlaças Mesopotamiyaya hücum edərək Akkad dövlətini 
süquta yetirdi. Mesopotamiya 100 ilə yaxın kutilərin hakimiyyəti al-
tında qaldı. Kuti dövlətinin sərhədləri  şimalda Urmiya gölünün 
qərbindən cənubda  İran körfəzinə  qədər uzanmışdır. Kutilərdə  Şu-
merdə və Akkadda olan idarə sistemi idi, ölkə canişinlər vasitəsilə 
idarə olunurdu. Şumer və Akkad gəncləri kuti qoşunlarına xidmətə 
cəlb olunurdular. Kuti hökmdarlarının qısa mətnli kitabələri mixi 
yazıları ilə tərtib olunurdu. Ay allahına, məhəbbət, bərəkət və məh-
suldarlıq ilahəsinə sitayiş edirdilər. Onlar Şumerdə  ənənəvi məbəd 
tikintisini davam edirdilər. Kutilər və hökmdarları türk mənşəli 
idilər (8, s. 82). E.ə. III minilliyin sonunda (e.ə. XXII əsrin axır-
larında) Kuti və Lullubi dövlətləri süquta uğrayaraq xırda vila-
yətlərə parçalandılar. 
Turukkilər Urmiya gölünün cənubunda yaşamışlar, Kuti və 
Lullubi dövlətlərinin tərkibinə daxil idilər. Bunlar süquta uğradıq-
dan sonra turukki tayfaları müstəqil siyasət yürüdürdülər. Onlar 
Mesopotamiyaya daxil olmuşlar. Aşağı Zab çayının (Dəclə çayının 
qolu) yuxarı axarında yerləşən ərazilərə gələnlər (kutilər, lullubilər 


Yüklə 2,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə