Microsoft Word Azerb tarixi derslik doc



Yüklə 2,42 Kb.
Pdf görüntüsü
səhifə7/104
tarix01.11.2017
ölçüsü2,42 Kb.
#7863
1   2   3   4   5   6   7   8   9   10   ...   104

 
21 
və turukkilər) burada yaşayan tayfalarla ünsiyyətə girərək, həmin 
torpaqlarda məskunlaşmışlar.  Lakin  şimalda yaranmış Assuriya 
dövləti də bu ərazini işğal etmək istəyirdi. Turukkilər torpaqlarını 
nəinki vermədilər, hətta assuriyalıların nəzarətində olan inzibati və 
hərbi mərkəz  Şuşarra vilayətini tutdular. Onların ardı-arası  kəsil-
məyən hərbi təzyiqi Assuriyanı  zəiflətmişdi. Babilistan hökmdarı 
Hammurapi (e.ə.1792-1750) bu hadisələrə qarışmalı oldu və həmin 
tayfalara qalib gəldi. 
E.ə. XIV əsrin sonunda Assuriyanın qüdrəti artdı. Hökmdar I 
Adadnirari Azərbaycan ərazisinə bir neçə yürüş etmiş, lakin ölkənin 
içərisinə girə bilməmişdir. I Salmanasarın dövründə kutilər Assu-
riyaya qarşı üsyan qaldırdılar, lakin üsyan yatırıldı.  E.ə. II minil-
liyində qədim Azərbaycan tayfaları tutukkilər, lullubilər, kutilər və 
şubarlar Assuriyanın işğalçılıq siyasətinə qarşı  çıxmışlar. Qədim 
Azərbaycan tayfalarının vahid dövlət halında birləşməsi zəruri idi. 
Manna çarlığı. E.ə. I minilliyin əvvəlində  (e.ə. IX əsrdə) 
Azərbaycanın cənubunda-Urmiya gölü ətrafında Manna dövləti ya-
ranmışdı. Manna adına ilk dəfə e.ə. 843-cü ildə Assuriya hökmdarı 
III Salmanasarın mixi yazılı kitabəsində tayfa kimi rast gəlinir. 
Manna dağlıq ölkə idi. Burada çoxlu çaylar var idi. Urmiya 
gölü duzlu olduğu üçün suvarmaya yaramırdı. Suvarma üçün bu 
çaylardan istifadə olunurdu. Əhalisi əkinçiliklə məşğul olurdu. Tor-
pağı  dəmir toxa və  xış ilə  şumlayırdılar, taxılı  dəmir oraqla biçir-
dilər. Bağçılıq və üzümçülük də inkişaf etmişdir. Atçılıq geniş 
yayılmışdır. Subi vilayəti öz atları ilə fərqlənirdi. Əhali oturaq həyat 
sürürdü. Təsərrüfatda dəvədən də istifadə edirdilər. 
E.ə. XI əsrdə Manna ərazisində Zamua, Gilzan, Alateye, 
Surikaş, Gizilbunda, Uişdiş, Zikirtu, Andia və s. vilayətlər meydana 
gəlmişdi. Urmiya gölündən cənubda yerləşən Zamua əvvələr lullu-
bilərin ölkəsi olmuşdur.  E.ə. IX əsrin I yarısında Zamuanı ayrı-
ayrı hakimlər idarə etdiklərinə görə, xarici hücumların qarşısını 
almaq mümkün olmurdu. Manna hökmdarları ölkəni vahid mərkəz-
də birləşdirib, xarici hücumların qarşısını almağa çalışmışlar, lakin 
buna nail ola bilməmişlər. Mannaya qarşı Assuriyanın, həmçinin 


 
22
Urartu dövlətinin hücumları ara vermirdi. E.ə. IX-VIII əsrlərdə 
Manna artıq güclü bir dövlətə çevrilmişdi. Assuriya hökmdarı III 
Tiqlatpalasar VIII  əsrin II yarısında Urartu ilə vuruşdu. O, Man-
nanın Mazamua vilayətini Assuriyaya birləşdirdi, Urmiya gölü höv-
zəsində yaşayan bir sıra tayfaları oradan köçürdü. O, əsasən, Urartu 
və Midiya ilə müharibələr aparırdı. Bu dövrdə Manna Assuriyaya 
müttəfiq kimi baxırdı. 
Mannanın hökmdarı  İranzu (e.ə.740-719) Urartunun işğal 
etdiyi Manna torpaqlarını geriyə qaytardı, Manna vilayətlərini mər-
kəzi hakimiyyətə tabe etdi, ölkədə canişinlik sistemi yaratdı. Man-
nanın ərazisi şimalda Araz çayına çatırdı, cənubda və cənub-şərqdə 
Kaspi ölkəsi, Parsua və Midiya ilə həmsərhəd idi. İranzunun höki-
miyyəti zamanı Manna Urmiya gölü hövzəsində qüdrətli dövlətə 
çevrildi (8, s. 95).  Paytaxtı  İzirtu  şəhəri idi. Bu dövrdə Mannanın 
xarici siyasətində 2 meyl var idi: İranzu özü başda olmaqla bir qrup 
Assuruyaya müttəfiq kimi baxır, bununla da Manna torpaqlarının 
bütövlyünü qoruyub-saxlamağa çalışırdılar; başqa bir qrup isə 
Urartu ilə ittifaqa üstünlük verirdi. Onlarin siyasəti Manna hökm-
darının mərkəzləşmə siyasətinə mane olurdu. Assuriyaya olan meyl 
Manna dövlətini Urartu işğallarından xilas etmiş və ölkənin birləş-
məsi üçün şərait yaratmışdı. Lakin İranzunun mərkəzləşdirmə siya-
səti bəzi hakimlərin və canişinlərin xoşuna gəlmirdi. Bundan isti-
fadə edən Urartu hökmdarı I Rusa Zikirtu vilayətinin canişini və bir 
sıra şəhərlərlə sazişə girdi. Onların təsiri ilə e.ə. 719-cu ildə Manna-
nın Şuandahul və Durdukka şəhər əhalisi İranzuya qarşı üsyan etdi. 
Assuriya hökmdarı II Sarqon Manna ilə ittifaqa sadiq qalaraq üs-
yanı yatırtdı. 
İranzunun vəfatından sonra onun oğlu Aza (e.ə.718-716) haki-
miyyətə gəldi. E.ə. 716-cı ildə Aza sui-qəsd nəticəsində öldürüldü. 
Azanın ölümündən sonra onun qardaşı Ullusunu (e.ə.716-680) 
Manna hökmdarı oldu. Mixi yazılarına görə onun hakimiyyətə gəl-
məsinə Urartu hökmdarı I Rusa kömək etmiş və əvəzində 22 Manna 
qalasını almışdı. Ullusunu Assuriyadan azad olmaq üçün Urartu ilə 
ittifaqa girir. Bu Assuriya hökmdarı II Sarqonu qəzəbləndirir və e.ə. 


 
23 
716-cı ildə o, Mannaya qoşun yeridir. Ullusunu dağlara qaçır. II 
Sarqon Mannanın paytaxtını  və bir neçə  şəhəri yandırdı, Azanın 
qatillərindən birini tutub dərisini soydurdu və mannalılara göstərdi. 
Ullusunu gəlib mərhəmət dilədi. II Sarqon Ullusunu hakimiyyətdə 
saxladı  və o, Mannanın yeganə hökmdarı oldu, Assuriyanın siyasi 
ağalığını tanıdı. Urartu hökmdarı I Rusa Mannaya qarşı təcavüzdən 
əl çəkmirdi. II Sarqon Ullusunu ilə ittifaqa sadiq qalaraq, e.ə. 715-ci 
ildə onlara qarşı yürüşə çıxdı və qalib gəldi. Urartu hökmdarı döyüş 
meydanını  tərk edib qaçdı.  E.ə. 714-cü ildə II Sarqon Manna, 
Midiya və b. ölkələrə yürüşə çıxdı. Ullusunu II Sarqonu təmtəraqla 
qarşıladı  və  xərac verdi, ordunu ərzaqla təmin etdi. Ullusunu Sar-
qondan Urartu hökmdarı I Rusanı  məğlub etməyi və mannalıların 
öz yurdlarına qaytarılmasını istədi. II Sarqon bunu yerinə yetirə-
cəyinə söz verdi. O, mannalılarla ittifaqa böyük əhəmiyyət verirdi. 
II Sarqon Mannanın Uişdiş vilayətinə  gəldi. I Rusa məğlub olaraq 
Urartuya qaçdı. II Sarqon Urartuya daxil oldu, I Rusa özünü öl-
dürdü. Bundan sonra Urartu bir daha Mannanın daxili işlərinə qarışa 
bilmədi. Manna qüdrətli dövlətə çevrildi. 
Manna quldarlıq istehsal formasına  əsaslanan dövlət olmuş-
dur. Dövləti hökmdar idarə edirdi. E.ə. VIII əsrin II yarısında 
hakimiyyət irsi olaraq atadan oğula keçirdi. Dövlətə  qədim Azər-
baycan türk sülaləsi başçılıq edirdi. Manna mərkəzləşmiş dövlət idi, 
vilayətləri canişinlər idarə edirdi. Mannada ağsaqqallar  şurası da 
fəaliyyət göstərirdi. Çox zaman Manna hökmdarları Assuriyaya 
meylli siyasətə üstünlük vermiş və bununla da ölkənin ərazi bütöv-
lüyünü saxlamışlar.  E.ə. VII əsrin I rübündə Qara dəniz sahil-
lərindən hərəkət edərək Qafqaz ərazisindən keçən kimmer, skif və 
sak tayfaları Mannada da məskən salmışdılar. Onların gəlişi ilə 
Assuriyanın sərhədlərində  təhlükə yarandı. Belə  şəraitdə Manna 
Assuriyanın tabeliyindən çıxdı və tam müstəqil oldu. Manna hökm-
darı Ahşeri müstəqil xarici siyasət yürüdürdü. Assuriya hökmdarı 
Aşşurbanipal Mannaya qoşun yeritdi. E.ə. 650-ci ildə baş verən 
döyüşdə Ahşeri məğlub oldu. Ahşeriyə qarşı üsyan baş verdi, o öl-
dürüldü. Hakimiyyətə Ahşerinin oğlu Ualli gəldi və Assuriya ilə 


Yüklə 2,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə