Microsoft Word Azerb tarixi derslik doc



Yüklə 2,42 Kb.
Pdf görüntüsü
səhifə8/104
tarix01.11.2017
ölçüsü2,42 Kb.
#7863
1   ...   4   5   6   7   8   9   10   11   ...   104

 
24
ittifaqı  bərpa etdi. E.ə. 616-cı ildə Ön Asiyanın qüdrətli Assuriya 
dövləti Midiya və Babilistan ilə mübarizədə təklənən zaman Manna 
hərbi dəstələri ona kömək etdi. E.ə. 593-cü ildə Manna müstəqil 
dövlət kimi öz varlığını saxlayırdı. Təxminən e.ə. 590-cı ildə Man-
na  İranın mərkəzində yaranmış Midiya dövlətinin tərkibinə daxil 
edildi. 
Mannanın  ərazisində  zəngin dəmir filizi, qiymətli daş yataq-
ları var idi. İndiki Cənubi Azərbaycan ərazisində-Həsənli qədim ya-
şayış yerində daş qəliblər tapılmışdır. Əridilmiş metalı həmin qəlib-
lərə tökərək oraq, toxa, balta, xəncər, ox ucları, dəbilqə, bəzək əşya-
ları  və s. hazırlayırdılar.  E.ə. VIII-VII əsrlərə aid Ziviyə Manna 
qalasından qızıl və gümüş döşlük, qılınc qınının və dəstəyinin hissə-
ləri, at qoşqu ləvazimatı, gümüş sini, buynuzvari qədəhlər, kəmər, 
dəmir qılınclar və s. tapılmışdır. Həsənli qazıntılarından tapılan 
müxtəlif parça qalıqları toxuculuqda qoyun yunundan və keçi 
qəzilindən istifadə edildiyini göstərir. Mannada boyaqçılıq sənəti də 
olmuşdu. Mannalıların geyimi: üst paltar uzun, lakin qısaqol, dö-
yüşçülər isə uzun və dizə çatan libas geyirdilər. 
Mannada memarlıq da inkişaf etmişdi. Mannada müdafiə 
qalaları və qala-şəhərlər tikilmişdir. Paytaxt olan İzirtu və b. şəhər-
lər qala divarlarla əhatə olunmuşdur. Həsənli qala-şəhərində 2-3 
mərtəbəli binalar, məbədlər tikilmişdir. Təsviri sənətə aid-Həsənli 
qızıl camının üzərində maraqlı  əfsanəvi səhnə  təsvir olunmuşdur, 
Ziviyənin qızıl və gümüş qədəhləri (ritonlar) dağkeçisi, yaxud cey-
ran başı formasında hazırlanmışdı, bəzilərində  şiri yaralayan 
hökmdar, dizi bükülmüş maral, dağqoçu, həyat ağacı ərafında keçi 
və qanadlı öküz təsvir edilmişdir (8, s. 111). 
İbadət üçün tikilən binalarda-məbədlərdə allahların heykəli 
qoyulurdu. Manna əsatirlərində müxtəlif motivli varlıqlar (qrifon-şir 
bədənli, qartal qanadlı, şir və ya qartal başlı əfsanəvi heyvan, buy-
nuzvari yay kimi əyilmiş qanadlı qoç, insan sifətli öküz, qanadlı 
sfinks-şir bədənli, insan başlı  əfsanəvi varlıq) mühüm yer tuturdu. 
Həsənlidə tapılmış qızıl camın yuxarı hissəsində döyüş arabası üs-
tündə 3 Allah (qanadlı)-Günəş, Ay, Külək-yağış allahları  təsvir 


 
25 
edilmişdir (1, s. 226-227). 
E.ə. III minillikdə Azərbaycanın cənubunda əhali mixi yazı 
ilə tanış idi. Ziviyədə tapılmış gümüş sini üzərində bir çox işarələr 
həkk olunmuşdu-heroqlif yazı növü. Mannada türk, hürri, İran dil-
ləri və s. işlənirdi. Hökmdarların adları da türk söləri ilə izah olunur. 
Aza-“böyük qardaş”, Ullusunu-ullu-ulu-“böyük, ulu, əzəmətli”, 
“sun”-sifət şəkilçisi, yəni “ən böyük”, “ən ulu”, “ulu adam”. Belə-
liklə, Mannada əhalinin əsas dili ən qədim türk dili olmuşdur. 
Skiflər. E.ə. VII əsrin əvvəllərindən başlayaraq kimmer, skif 
və sak tayfaları  qədim Azərbaycan  ərazisinə, Ön Asiyaya yürüşlər 
etmişlər.  Şimali Qafqazın qərb hissəsi kimmerlərin ilkin məskəni 
sayılır. Onlar e.ə. VIII əsrdə Qara dənizin şimalında və Krım yarıma-
dasında da yaşamışlar. Skiflər (iskitlər) Azərbaycanın  şimal  əra-
zilərində, Urmiya gölünün qərbində və şimalında məskən salmışlar. 
Kimmerlər də Mannanın hüdudlarına gəlmişlər, mannalılar 
kimmerlər və skiflərlə ittifaqa girmişlər. Azərbaycanda kimmerlərlə 
bağlı  Qımır və  Qımırlı (Zaqatala), Kəmərli (Qazax), Qəmərli yer 
adları qalmışdır. 
Saklar Urmiya gölünün şimalına qədər olan ərazidə məskunlaş-
mışlar. Arazla Kürün qovuşduğu 2 çay arasında da saklar yaşamışlar. 
Bura Balasakan (türkcə bala “çöl”, “düz”), yəni “Sak düzü” adlanır. 
İndiki Bərdədən Qafqaz dağlarına qədər  ərazidə sakasinlər-“saka 
bənzərlər” yaşamışlar. Saklara massaqetlər də deyirdilər (8, s. 104). 
Azərbaycanda-Urmiyadan şimalda və qərbdə kimmer, skif və 
sak tayfaları məskunlaşdığı ərazidə Skif padşahlığı–Manna ilə Urar-
tu arasında yaranmışdır. E.ə. VII əsrin ortalarında bu padşahlığın 
hökmdarı Tuqdamme Sak və Kuti ölkələrinin (Azərbaycanın cənu-
bu) hökmdarı rütbəsini də daşıyırdı.  E.ə. VI əsrin  əvvəllərində 
Midiya ilə rəqabət apara bilməyən Skif padşahlığı tənəzzülə uğradı. 
Azərbaycanda qazıntılar zamanı skiflərin mədəniyyəti üçün səciy-
yəvi olan silahlar (ox və nizə ucluqları, qılınclar), tunc güzgülər və 
s. tapılmışdır. Skif silahları daha mükəmməl olduğundan onlardan 
bir çox xalqlar, o cümlədən qədim Azərbaycan tayfaları da istifadə 
etmişlər. 


 
26
 
2. Azərbaycan Midiya və Əhəmənilər  
dövlətinin tərkibində.  Midiya dövləti 
 
İranın mərkəzində meydana gəlmişdi. Mannadan cənub-
şərqdə yerləşirdi. Adı mixi yazılarda Maday, Matay, Amaday şək-
lində verilmişdi. Yunan mənbələri Midiya şəklində yazmışlar. Mi-
diya ərazisi e.ə. IX-VIII əsrlərdə xırda vilayət hakimləri tərəfindən 
idarə edilirdi. E.ə. IX əsrin 2-ci yarısında Assuriya hökmdarları 
Midiyaya yürüşlər edərək, xırda hömdarları  məğlub etdilər.  E.ə. 
VIII əsrin 2-ci yarısında belə yürüşlər çoxalmışdı: III Tiqlatpalasar 
Midiyadan xərac almışdı, II Sarqon Midiya ərazisini işğal edib 
Mannaya tabe etdirdi. 
E.ə. VIII əsrin sonunda Midiyada vahid dövlət yaradıl-
mışdır. Rəvayətə görə, Deyok Ekbatan (indiki Həmədan)  şəhərini 
saldırmış və onu Midiya dövlətinin paytaxtı elan etmişdir. E.ə. 672-
ci ildə Fraorta Kaştaritinin (b.e.ə.672-653) başçılığı ilə Midiya As-
suriyanın tabeçiliyindən qurtarmış və müstəqil dövlətə çevrilmişdi. 
E.ə. VII əsrin 50-ci illərində Kaştariti Assuriyaya qarşı yürüş 
etmiş, skiflərin köməyi ilə o məğlub olmuş  və döyüşdə  həlak ol-
muşdur.  E.ə. 653-625-ci illər Midiya skiflərin hakimiyyəti altına 
düşdü. Kiaksar (e.ə. 625-585) skif ağalığına son qoymuş, daxili 
qüvvələri birləşdirərək Assuriyaya qarşı müharibəyə hazırlaşmışdır. 
O, Midiya ordusunu yenidən təşkil etmiş, yeni Babilistan dövləti ilə 
ittifaqa girmiş. Babilistan hökmdarı Nabupalasar cənubdan, Kiaksar 
isə  şərqdən Assuriyaya hücum etmişlər. E.ə. 616-612-ci illərdə 
onlar Assuriyanın Aşşur, Arbela, Kalat şəhərlərini, paytaxt Nine-
viyanı tutdular və dağıtdılar. E.ə. 605-ci ildə Asuriya süquta uğradı, 
torpaqları Midiya və Babilistan arasında bölüşdürüldü. 
Kiaksar bu qələbədən sonra Egey dənizinin sahilinə  çıxmaq 
məqsədilə Lidiya dövlətinə qarşı müharibəyə hazırlaşdı. O, ilk növ-
bədə Urartunun müstəqilliyinə son qoydu, Manna Midiyanın 
tərkibinə qatıldı. Manna Midiyadan bir neçə yüz il əvvəl yarandı-
ğından, o, Midiyanın  ən çox inkişaf etmiş vilayəti idi. Kiaksarın 


Yüklə 2,42 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə