Microsoft Word Azerb. Xar. Siyas son doc



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə14/229
tarix20.10.2017
ölçüsü4,27 Mb.
#6137
1   ...   10   11   12   13   14   15   16   17   ...   229

 

39

Beləliklə, Birinci dünya müharibəsinin taleyi həll olunur, 270 il Avropada və dünyada 



mövcud olmuş beynəlxalq münasibətlərin Vestfal-Vyana sisteminə son qoyulur. 

 

 3. BİRİNCİ  DÜNYA MÜHARİBƏSİNİN SONU, BEYNƏLXALQ 



MÜNASİBƏTLƏRİN YENİ - VERSAL SİSTEMİNİN YARADILMASI 

 

Birinci dünya müharibəsinin iqtisadi, hərbi, maliyyə  və sairə  nəticələrinə 

toxunmadan,  onun dünya siyasəti və beynəlxalq münasibətlər baxımından bir neçə 

əsas yekununa diqqət yetirmək lazımdır.  Çünki 1918-ci ildən  İkinci dünya 

müharibəsinin başlanmasına qədər olan dövrdə beynəlxalq münasibətlər və dünya 

siyasəti əsasən həmin əsas yekunlar üzərində cərəyan etmişdir.  

Birinci dünya müharibəsinin  əsas yekunu dövlətlərarası  əlaqə  və bütövlükdə 

beynəlxalq münasibətlərdə bundan sonra əsas istifadə olunan yeni bir sistemin - Versal 



sisteminin yaranması hesab olunur. Bu sistemin əsas prinsipləri və  şərtləri, dövlətlər 

qarşısında qoyduğu öhdəlik və vəzifələr 28 iyun 1919-cu ildə  Versal sarayında təsdiq 

olunur. 440 maddəlik sülh müqaviləsi və bir protokoldan ibarət olan bu fundamental 

sənəd Avropada və dünyada olan real vəziyyəti, güc nisbətini təsdiq etməklə yanaşı, 

dövlətlərin və xalqların müharibədən sonrakı  ərazilərini, sərhədlərini, hərbi vəziyyətləri 

və silahlı qüvvələrini, onlar üzərində  nəzarət mexanizmlərini, aparıcı dövlətlərin bütün 

bu işlərdə rolunu müəyyən etdi. 

Versal sülhünün hazırlanması və qəbul edilməsinə 4 qrupa bölünməklə 44 dövlət 

cəlb olunmuşdu: 1) aparıcı dövlətlər – ABŞ,  İngiltərə, Fransa, İtaliya və Yaponiya; 2) 

Versalda hüququ təmsil olunan dövlətlər – Belçika, Braziliya, Hindistan, Yunanıstan, 

Çin, Polşa, Portuqaliya, Rumıniya, Çexoslovakiya; 3) müharibə gedişində Almaniya ilə 

diplomatik  əlaqələri kəsmiş dövlətlər – Ekvador, Peru, Boliviya, Uruqvay; 4) neytral 

dövlətlər. 

Versal sülh müqaviləsinin müddəaları 1919-1922-ci illərdə Almaniyanın keçmiş 

müttəfiqləri ilə Sen-Jermen, Trianon, Neyn, Sevr və Vaşinqtonda imzalanan digər 

müqavilə  və sazişlərlə tamamlanaraq dünyanın yeni siyasi, iqtisadi və dövlətlərarası 

əlaqələrinin digər sahələrini tənzimləyən vahid “Versal sistemi”ni təşkil etmişdir.  

Versal sistemi iştirakçılarının 1921-1922-ci illərdə ABŞ Prezidenti Vilsonun 

təşəbbüsü ilə Vaşinqtonda toplaşaraq 44 dövlətin  razılığı ilə “Millətlər Liqası” yaratması 

və bilavasitə  Versal sisteminin şərtlərinə  nəzarət üçün bu hökumətlərarası quruma 

müəyyən  səlahiyyətlər verməsi beynəlxalq münasibətlər  sistemində yenilik idi. O 



 

40

zaman “Millətlər liqasının” Nizamnaməsi qəbul olunur, Baş Assambleyası yaradılır, Baş 



katib və Katibliyi seçilir. Bundan başqa, Millətlər Liqası  Şurasına – ABŞ,  İngiltərə, 

Fransa, İtaliya və Yaponiyadan ibarət beş daimi üzv seçilir.  

“Millətlər Liqası” üzvü olan dövlətlər dünyada sülhün və  təhlükəsizliyin 

qorunması, dövlətlərin  ərazilərinə  kənar müdaxilələrin yolverilməzliyi, özgə  ərazisini 

işğal etmək istəyən dövlətlərə qarşı sanksiyaların tətbiq edilməsi, mübahisəli 

məsələlərin danışıqlar yolu ilə aradan qaldırılması, qarşılıqlı-faydalı  əməkdaşlığın 

yaradılması və s. kimi müasir dövr üçün də səciyyəvi olan beynəlxalq hüquq normalarını 

ilk dəfə 1921-22-ci illərdə Vaşinqton konfransında yaratmışlar. 

Versal sisteminin özlüyündə çoxsaylı ziddiyyətlərə, dövlətlər arasında qeyri-

bərabərlik və subyektivlik prinsiplərinə söykənməyinə baxmayaraq, o,  indiyə  qədər  

mövcud olan analoji sistemlərin  ən təkmili idi. Düzdür, müharibədə  məğlub olan 

Almaniyanı və inqilab vasitəsilə beynəlxalq aləmdən təcrid edilən Rusiyanı bu sistemə 

qatmamışdılar,  lakin ümumən sivil birgəyaşayış normalarının bərqərar olması 

istiqamətində Versal sistemi ciddi bir mərhələ idi.  

Birinci dünya müharibəsinin  ən mühüm yekunlarından biri də 1917-ci ildən 

etibarən dünyada ideoloji-sinfi qarşıdurmanın başlanması və onlar arasında antaqonist 

ziddiyyətlərin gün-gündən dərinləşməsi hesab olunmalıdır. Bu müharibənin fəlakətləri və 

doğurduğu narazılıq təkcə Rusiyada deyil, bütün Avropada və müstəmləkələrdə inqilabi 

şərait yaratmışdı. 

1917-ci ilin oktyabr ayında Rusiyada baş verən çevriliş  və sosialist inqilabının 

qələbəsi müharibə getdiyinə görə o qədər də diqqəti cəlb etmədi. Odur ki, 1918-ci ilin 

mart ayında Sovet Rusiyası ilə Almaniya, Avstriya-Macarıstan, Türkiyə  və Bolqarıstan 

arasında bağlanan Brest sülhü də müəyyən qədər diqqətdən kənarda qaldı. Bu sülh  

Rusiya üçün nə  qədər  əlverişsiz olsa da, onun bir Sovet dövləti kimi bir neçə ölkə 

tərəfindən tanınması  və müharibədən çıxaraq,  proletariat diktaturası qurması üçün 

əlverişli vaxt qazanması baxımından çox mühüm əhəmiyyət kəsb edirdi.  

Müharibədən başı açılan Avropa və dünya dövlətləri yeni yaranmış və kapitalizmi 

özünün  əsas düşməni hesab edən Sovet hakimiyyətinin gələcək təhlükələri haqqında 

həyəcan siqnalı çalmağa başlayır. Artıq hamıya məlum idi ki, Birinci dünya 

müharibəsinin  ən mənfi nəticəsi məhz rus inqilabının qələbəsi oldu. Almanların 

müharibədən  əvvəl bəyan etdikləri “Almaniyanın rəhbər olacağı  geniş  və qüdrətli  

Mərkəzi Avropa, bütün dünya müstəmləkələrinə  nəzarət edəcək güclü alman  dövləti” 

layihəsi artıq nə Avropada, nə də  dünyada  heç bir təhlükə kəsb etmirdi. İndi hamıya 



 

41

məlum idi ki, bundan sonra bəşəriyyətin birgəyaşayış qaydaları  və beynəlxalq  



münasibətlərin əsas tendensiyaları bir-birinə antaqonist olan iki sistem – kapitalizm və 

sosializm arasındakı mübarizə ilə müəyyən ediləcək. Sosialist Rusiyası ya dərhal ləğv 

edilməli, yaxud hər tərəfdən təcrid olunmalı idi. Əks halda,  müharibənin nəticələrindən 

narazı qalan ölkələrə proletar inqilabının keçməsinin qarşısını almaq mümkün deyildi.  

Əgər 1917-ci ilə  qədər öz xarici siyasətində dünyanı birləşdirmək uğrunda 

apardıqları müstəmləkə mübarizələrində, planetin maddi varlıqlarının, təbii sərvət və 

əmək resurslarının  ələ keçirilməsi üçün başladıqları qanlı mücadilələrdə dövlətlər 

əsasən milli (dövlət) maraqlarından çıxış edirdilərsə, yeni şəraitdə buna sinfi yanaşma 

da əlavə olunur. Dünya tarixində Sovet Rusiyası (SSRİ) ilk dəfə bəyan edir ki, insanları 

bundan sonra milli mənsubiyyətinə, hansı dövlətin vətəndaşları olmalarına görə deyil, 

sinfi mənsubiyyətinə görə (istismar edənlər və istismar olunanlar) fərqləndirəcək və 

bütün dünyanın proletarlarını (kapitalist müəssisələrində  işləyən fəhlələri) istismardan 

azad edərək birləşdirəcək. “Bütün dünyanın   proletarları, birləşin!”  şüarını öz xarici 

siyasətinin  əsas prinsiplərindən biri kimi qəbul edən SSRİ    yarandığı gündən proletar 

inqilabını Avropaya və dünyaya yaymaq üçün  hərtərəfli fəaliyyətə başlayır. Bu da 

müvafiq olaraq Avropa dövlətləri və ABŞ-ı bu dövlətə qarşı təcridetmə siyasəti yeritmək 

və ciddi tədbirlər görmək məcburiyyəti qarşısında qoyur. Odur ki,  Sovet  Rusiyasının 

təcrid edilməsi Versal sisteminin əsas vəzifələrindən biri kimi elan edilir. Rusiya nəinki 

Versala, Vaşinqtona və sülh danışıqlarının keçirildiyi digər proseslərə  dəvət olunmur, 

əksinə, 1918-1922-ci illərdə  ona qarşı  həm daxildə, həm də xarici aləmdə başlanan 

təzyiqlərə  dəstək verilir. Bütün dünyanın sosial-demokratları Rusiyaya qarşı qaldırılır, 

beynəlxalq fəhlə təşkilatları buraxılır və qadağan edilir. Rusiya nəinki xarici dövlətlərdən, 

eyni zamanda keçmiş sinfi müttəfiqləri olan fəhlə və sosial-demokrat təşkilatlarından da 

təcrid olunur.  

Anti-kommunizm mübarizəsi bütün böyük və kiçik dövlətlərin fəaliyyətinin  əsas 

istiqamətlərindən birinə çevrilir və bu məqsədlə Avropada “anti-bolşevik liqası” yaranır.  

Avropada və ABŞ-da kommunizmlə mübarizə geniş vüsət alır.   

Beləliklə, Versal sisteminin əsas xarakterik xüsusiyyətlərindən biri Avropada və 

dünyada bolşeviklərin təsirinin zəiflədilməsi, kommunist ideyaları    təlqin edən SSRİ ilə 

mübarizəni bütün üzv dövlətlərin qarşısına (Millətlər Liqası üzvü olan dövlətlər nəzərdə 

tutulur) əsas vəzifə kimi qoymasında idi.  

Birinci dünya müharibəsinin əsas yekunlarından və Versal sisteminin fərqləndirici 

cəhətlərindən biri də dünyada və Avropada güc balansının dəyişməsi, beynəlxalq 



Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə