Microsoft Word Azerb. Xar. Siyas son doc



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə4/229
tarix20.10.2017
ölçüsü4,27 Mb.
#6137
1   2   3   4   5   6   7   8   9   ...   229

 

10

Dərsliyin bu hissəsini yazarkən,  əlbəttə, birinci hissədən fərqli olaraq çox ciddi 



material çatışmamazlığı, milli tədqiqatların azlığı, təklif edilən problemlər üzrə elmi 

araşdırmaların həddən artıq kasadlığı ilə üzləşməli olduq. Və ilk dəfə olaraq, 

“Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasına rəhbərlik etdiyim bu illərdə  öz 

aspirantlarımı daha çox “milli mövzu”, “tətbiqi problemlər” üzrə deyil,  beynəlxalq 

tədqiqatların mövzusu olan “transmilli”, “qlobal” problemlərin öyrənilməsinə 

istiqamətləndirdiyimin “mənfi” təzahürünü gördüm.  Özümü yaxşı futbolçuları olmayan 

ölkənin milli yığmasının  baş məşqçisi vəziyyətində hiss etdim. Dərslik yazmaq da milli 

komanda yaratmaq və onu dünya ölkələrinin komandaları  sırasına çıxarmaq kimi 

məsuliyyətli  bir işdir. Millinin baş  məşqçisi, bir qayda olaraq,  futbolçu yetişdirmir, 

ölkənin klub komandalarından  bütün mövqelər üzrə  ən yaxşı oyunçuları seçir, onları  

məşqçi təlimi ilə vahid standartlara  salır, düzür və idarə edir. Əgər yaxşı klublar və 

oyunçular mövcud deyilsə, yaxşı milli komanda yaratmaq da mümkün deyil.  Dərslik 

müəllifi də belədir, o hər şeyi bilavasitə özü tədqiq etmir.  Dərslikdə mövcud problemlər 

üzrə yazılan elmi  tədqiqat işlərindən, monoqrafiyalardan, dissertasiyalardan, 

məqalələrdən istifadə etməklə auditoriyaya çatdırılması vacib olan ən mühüm məsələlər 

müəllif metodikası üzrə  müəyyənləşdirilir, proqram çərçivəsinə  salınır, onların təhlil və 

şərhi verilir. 

Əlbəttə, bütün bu çətinlikləri nə dərəcədə dəf edə bildiyimizi müəyyənləşdirməyi 

hörmətli oxucuların ixtiyarına buraxırıq. Dərsliyin hazırlanmasında, ayrı-ayrı bölmələrin 

yazılmasında müəllifə ciddi köməklik göstərənlərə, materialların toplanması, 

çeşidlənməsi işində yaxından  iştirak edənlərə  təşəkkürümü bildirirəm. Xüsusən tarix 

elmləri namizədləri, dosentlər  Ərəstun Mehdiyevə, Tahir Süleymanova, Elçin 

Əhmədova, fəlsəfə elmləri namizədi Vüqar Səlimova, siyasi elmlər namizədləri Qafar 

Əliyevə, Adil Vəliyevə, materialların işlənməsi və  yığılmasında iştirak edən Kamran 

Həsənliyə, Şəfa Qənbərliyə, Ülviyyə Həsənzadəyə, habelə Azərbaycanın xarici siyasət 

fəaliyyətinə aid mühüm materiallarla və öz əvəzsiz məsləhətləri ilə müəllifə  hərtərəfli 

kömək göstərən Azərbaycan Respublikasi Prezidentinin İcra Aparatının Xarici əlaqələr 

şöbəsinin müdiri Novruz Məmmədova və xarici işlər nazirinin müavini Xələf Xələfova 

minnətdarlıq edirəm.  

Dərslikdən beynəlxalq münasibətlər və digər ictimai fənlər üzrə ixtisaslaşan 

tələbələr, aspirantlar, müəllimlər, diplomatlar, xarici əlaqələrdə iştirak edən qulluqçular, 

qeyri-hökumət təşkilatları və mətbuat nümayəndələri istifadə edə bilərlər. Ümumiyyətlə  

isə    hər bir ali təhsilli  şəxs müasir dünya siyasətini və öz ölkəsinin beynəlxalq 



 

11

münasibətlər sistemindəki mövqeyini, yerini, heç olmasa,  orta səviyyədə bilməlidir. Bu 



mənada təqdim olunan dərslik həmin ehtiyacı qismən ödəyə bilər. 

Dərslikdən ali məktəblərin müvafiq ixtisas müəllimləri bir neçə  fənnin - “Müasir 

beynəlxalq münasibətlər və Azərbaycanın  xarici siyasəti”, “Azərbaycan müasir 

beynəlxalq münasibətlər sistemində”, “Müasir dünya siyasəti və Azərbaycan”, 

“Geosiyasət”, “Azərbaycanın geosiyasəti və geosiyasi perspektivləri” və  tədrisində 

istifadə edə bilər. 

Dərslik üzərində  gələcək işləri davam etdirərkən,  Sizdən alacağımız arzu və 

təkliflərə, irad və tövsiyələrə görə müəllif ancaq minnətdar olacaqdır.   

 

 

Hörmətlə, müəllif. 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 

12

     



 

 

 

 

 

I HİSSƏ 

 

 

 

BEYNƏLXALQ  MÜNASİBƏTLƏR  SİSTEMİ: YARANMASI, 

İNKİŞAFI, MÜASİR XARAKTERİSTİKASI VƏ 

TENDENSİYALARI   

 

 

 

 

 

 

 

 

 

 


 

13

I FƏSİL 



 

BEYNƏLXALQ MÜNASİBƏTLƏR: NƏZƏRİ MƏNBƏLƏR, 

KONSEPTUAL YANAŞMALAR  

 

                                                    Mövzular: 

 

1. Beynəlxalq münasibətlərin obyekti, predmeti və subyektləri haqqında  

2.  Beynəlxalq münasibətlər sisteminin mahiyyəti və beynəlxalq  

münasibətlər nəzəriyyəsi haqqında 

3. Beynəlxalq münasibətlərin müasir nəzəriyyələri 

 

Beynəlxalq münasibətlər elmi başqa elmlərə nisbətən gəncdir. Hər bir dövlətin 

yarandığı gündən öz fəaliyyətində xarici əlaqələrə, beynəlxalq münasibətlərə daim 

xüsusi diqqət ayırmasına, özünün dünya dövlətləri sırasında, beynəlxalq münasibətlər  

sistemində iştirakına böyük əhəmiyyət  verməsinə baxmayaraq,  bu əlaqələri, təmasları 

uzun müddət başqa elm sahələrinin nümayəndələri – tarixçilər, filosoflar, 

hüquqşünaslar, iqtisadçılar, hərbi strateqlər öyrənir və təhlil edirdilər. Əslində,  ayrılıqda 

bu elmlərin heç biri öz qarşısında beynəlxalq münasibətlərin obyekt və subyektləri,  

millət və dövlətlərin meydana çıxması  və qarşılıqlı  əlaqələrə daxil olması, dövlətlərin 

daxili quruluşlarında baş verən dəyişikliklərin xarici aləmə  təsiri, dövlətlərarası  ticarət, 

maliyyə, iqtisadi, siyasi, mədəni münasibətlərin yaranması  və inkişafı, dövlətlərarası 

qrupların, ittifaqların formalaşması və onun dünya siyasətinə təsiri, diplomatik  və başqa 

xarici  əlaqələrin yaradılması, beynəlxalq münasibətlər  sisteminin strukturu və 

xüsusiyyətləri, dövlətlərarası konfliktlər, müharibələr, onların tənzimlənməsi yollarının və 

s. öyrənilməsi vəzifələrini qoymurdu. Tarixçilər beynəlxalq münasibətlər və diplomatiya 

tarixini, filosoflar dövlətlərarası münasibətlərin mahiyyəti və  nəzəri məsələlərini, 

hüquqşünaslar beynəlxalq hüquq problemlərini, iqtisadçılar dövlətlərarası iqtisadi 

əlaqələri, hərbi strateqlər dünyanın geosiyasi və geostrateji xarakteristikasını  və s.  

öyrənirdilər. 

Son dövrlərdə siyasətşünaslığın, sosiologiyanın müstəqil elmə çevrilməsi ilə 

dünya siyasətinin və beynəlxalq münasibətlərin  sosioloji problemlərinin öyrənilməsi də 

yavaş-yavaş digər elmlərin və  fənlərin çərçivəsindən çıxaraq müstəqil tədqiqat 

obyektinə çevrilmişdir.  



Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə