Microsoft Word Azerb. Xar. Siyas son doc



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə5/229
tarix20.10.2017
ölçüsü4,27 Mb.
#6137
1   2   3   4   5   6   7   8   9   ...   229

 

14

Beynəlxalq münasibətlər elminin vətəni ABŞ hesab olunur.  Birinci dünya 



müharibəsindən sonra ilk dəfə məhz bu ölkədə “Beynəlxalq münasibətlər” dərsliyi nəşr 

olunur (1919), universitetlərdə  və elmi mərkəzlərdə bu fənn üzrə ayrıca kafedralar 

yaradılır. Sonrakı illərdə dünyanın digər super dövlətlərində - İngiltərədə, Fransada, 

Almaniyada, Çində  və SSRİ-də “Beynəlxalq münasibətlər”dən ayrıca elm və  tədqiqat 

sahəsi kimi danışmağa başlayırlar. 1945-ci ildən – İkinci dünya müharibəsinin başa 

çatmasından və Birləşmiş Millətlər Təşkilatının  yaranmasından sonra bu ölkələrdə  də 

“Beynəlxalq münasibətlər” dərslikləri və tədris proqramları yaradılır. 

Beynəlxalq münasibətlərin predmeti kimi o illərdə  əsasən bir neçə  məsələ ön 

plana çıxarılmışdı:  əvvəla, dövlətlər  arasında meydana gələn münaqişələrin  əsas 

səbəbləri, bu münaqişələrin ayrılıqda hər bir ölkəyə  və bütövlükdə dünya birliyinə 

vurduğu zərbə;  ikincisi,  dövlətlərarası münaqişələrin qarşısının alınması yolları, 

beynəlxalq hökumətlərarası  təşkilatların bu işdə istifadə edilməsi perspektivləri



üçüncüsü,  dünyada müstəmləkə imperiyalarının dağılması  və yeni-yeni müstəqil 

dövlətlərin meydana gəlməsi şəraitində ölkənin milli maraqlarının müəyyən edilməsi və 

qorunması yolları. 

Göründüyü kimi, beynəlxalq münasibətlərin daxili strukturu zənginləşdikcə, yeni-

yeni aktorlar hesabına mürəkkəbləşdikcə onun öyrənilməsi  və  təhlili də  çətinləşirdi. 

Məhz elə bu illərdə ABŞ, Böyük Britaniya, Fransa, SSRİ, Çin, Almaniya kimi dövlətlərdə 

beynəlxalq münasibətlərin geniş  tədqiqi mərkəzləri meydana çıxır və  ilk fundamental 

əsərlər ortaya qoyulur. 

Tanınmış ABŞ alimi Hans Morqentaunun “Millətlər arasında siyasi münasibətlər. 

Hakimiyyət və dünya uğrunda mübarizə” adlı fundamental əsəri (1948) o zamana qədər 

beynəlxalq münasibətlərlə bağlı mövcud olan dünyagörüşünü kökündən dəyişdi. Onun 

ardınca Edvard Karr, Nikolas Spaykmen, Reynhold Nibur kimi siyasətşünaslar bu 

mövzunu ciddi beynəlxalq müzakirəyə  çıxardılar. O vaxtdan sosial elmlər sırasında 

beynəlxalq münasibətlər öz məxsusi yerini tutmağa, öz tədqiqatının obyektini, subyektini 

və problemlərini dəqiqləşdirməyə başlayır.  

Həmin illərdə SSRİ başda olmaqla sosialist  düşərgəsi ölkələri öz tədqiqatçılarını 

və elmi ictimaiyyətini ABŞ  və  Qərb politoloqlarının beynəlxalq münasibətləri təhlil və 

müzakirə edən mərkəzlərindən hər vasitə ilə  təcrid edərək bu elmi ayrıca, 

“məxfiləşdirilmiş” qapalı institutlarda, hərbi-strateji mərkəzlərdə tədqiq və təhlil edirdi. Bu 

məqsədlə  SSRİ Elmlər Akademiyasının tərkibində yalnız müəyyən seçilmiş  şəxslərin 

daxil ola bildiyi “tədqiqat mərkəzləri”, məsələn,  Dünya İqtisadiyyatı  və Beynəlxalq 



 

15

Münasibətlər İnstitutu, Dünya Sosialist Sisteminin İqtisadiyyatı İnstitutu və s. kimi xüsusi 



elmi-metodoloji mərkəzlər yaradılmışdı.  Bu mərkəzlərin tədqiqatlarının nəticələri açıq 

dərc olunmurdu və yalnız arayışlar  şəklində müəyyən ali dairələrə, hərbi, siyasi və 

ideoloji rəhbərlərə göndərilirdi. Beynəlxalq münasibətlər üzrə  bütün ölkədə    cəmi iki 

xüsusi institut – Moskva  və Kiyev Dövlət Beynəlxalq Münasibətlər institutları  fəaliyyət 

göstərirdi ki,  bu ali məktəblərə də yalnız xüsusi seçilmiş tələbələr qəbul edilirdi.  

SSRİ dağılandan və sosialist düşərgəsi iflasa uğrayandan sonra beynəlxalq 

münasibətlər elmi bu məkanda da hamı üçün açıq elmə  və praktiki fəaliyyətə çevrildi. 

1991-ci ildən başlayaraq beynəlxalq münasibətlər elmi Azərbaycana da qədəm qoyub 

və bu gün respublikamızın ali məktəblərində, elmi institutlarında tədqiq və tədris olunur.  

 

1. BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN OBYEKTİ,  PREDMETİ VƏ 

SUBYEKTLƏRİ  HAQQINDA 

 

Beynəlxalq münasibətlər elminin tədqiqat  obyekti həddən artıq mürəkkəb, daxili 

qanunauyğunluqlara tabe olmayan, idarə edilməsi və tənzimlənməsi daha çox subyektiv 

faktorlardan asılı olan – dünyanın ayrı-ayrı aktorları arasında cərəyan edən mürəkkəb 

sosial-siyasi reallıqlar və bu prosesdə    iştirak edən dövlətlər, insan cəmiyyətləri, 

təşkilatlar və konkret insanlar arasında həyata keçirilən müxtəlif səviyyəli təmaslardır.  

Beynəlxalq münasibətlər də başqa elmlər kimi, özünün tədqiqat predmetlərinə 

malikdir. Beynəlxalq münasibətlərin tədqiqat predmeti bu elmin ümumi anlayışından 

doğur.  Tədqiqatçılar beynəlxalq münasibətləri “dünyada mövcud olan dövlətlər, 

dövlətlər qrupu, siniflər, sosial, iqtisadi, siyasi güclər, təşkilatlar və hərəkatlar, xalqlar və 

ayrı-ayrı insan qrupları arasında  beynəlxalq aləmdə (öz ölkəsinin sərhədləri xaricində 

istənilən təmas nəzərdə tutulur)  həyata keçirilən siyasi, iqtisadi, ideoloji, hüquqi, 

mənəvi, diplomatik və başqa əlaqələrin birgə məcmusu” kimi xarakterizə edirlər.  

Beynəlxalq münasibətlərin obyekt və  predmetləri sırasına: 

- dünyanın maddi (iqtisadi, hərbi, geosiyasi, demoqrafik, texniki və s.) və mənəvi 

(ideoloji, hüquqi, informasiya, etik və s.) faktorları  və onların subyektlərarası 

münasibətlərə təsiri; 

- aktorlararası diplomatik, strateji, sosial, mədəni, elmi və s. münasibətlər; bu 

münasibətlərin əsasını təşkil edən mənəvi-əxlaqi, hüquqi, sosial-mədəni və s. normalar; 

- dünya siyasətinə  təsir göstərən informasiya, maliyyə, kommunikasiya, 

miqrasiya və s. proseslər



 

16

- beynəlxalq aləmdə qərarların qəbul olunması, əməkdaşlıq, danışıqlar, konfliktlər 



və s. proseslər; 

- beynəlxalq aktorlararası münasibətlərin vəziyyəti, onlara təsir göstərən faktorlar 

(dünyada baş verən transmilli proseslər və onların dövlətlərarası  əlaqələrə, dünya 

siyasətinə təsiri və s.); 

- ölkələrdaxili və ölkələrarası münasibətlərə  təsir göstərən faktorlar, hadisələr, 

normalar, proseslər, onlar arasındakı əlaqə və bağlılıq və s. aid edilir.  

Bütün bunlarla yanaşı qeyd olunmalıdır ki, beynəlxalq münasibətlərin nə  qədər 

geniş sahəni  əhatə etməsinə  və  tərkibinin çoxsaylı aktorlardan (subyektlərdən) təşkil 

olunmasına baxmayaraq, bu münasibətlərin  əsasını  hələ  də dövlətlərarası qarşılıqlı 

siyasi və diplomatik  əlaqələr təşkil edir.  Bu da ondan irəli gəlir ki, tarixin inkişafının 

hansı  mərhələsində yaranmasından və bundan sonra neçə müddət davam edib-

etməyəcəyindən asılı olmayaraq, insanları hələ də bir-birindən köklü şəkildə ayıran və 

onlar arasındakı  münasibətlərə müəyyən rəsmi status verən varlıq rolunda  dövlət, 

onun sərhədləri və vətəndaşları çıxış edir.  Baxmayaraq ki, son illərdə dünya siyasətinin 

transmilliləşməsi və qloballaşma milli sərhədləri, dövlətlərin daxili həyatını 

şəffaflaşdırmış  və suveren dövlət hüquqlarını ayrıca götürülmüş bir dövlətin  daxili 

monopoliyasından çıxararaq beynəlxalq proses və tendensiyalardan asılı  vəziyyətə 

salmışdır. 

Tədqiqatçılar beynəlxalq münasibətlərin bəzi xarakterik xüsusiyyətlərini də qeyd 

edirlər. Onların fikrinə görə,  başqa tədqiqat sahələrindən fərqli olaraq,  beynəlxalq 

münasibətlərə    tənzimlənməsi çox çətin olan anarxizm, yəni hamı  tərəfindən qəbul 

edilmiş  tənzimləyici yuxarı instansiyanın və qəbul olunmuş  qərarların icrasının məcburi  

təminat mexanizminin yoxluğu  xasdır. Odur ki, beynəlxalq münasibətləri bəzən 

“suverenlik plüralizmi”, hər bir iştirakçının öz düşüncəsinə, gücünə  və resurslarına 

uyğun qəbul  etdiyi riskli qərar sahəsi kimi də xarakterizə edirlər. Beynəlxalq 

münasibətlərin xarakterik xüsusiyyətləri sırasına bir neçə mühüm cəhəti də aid edirlər: 

-  əsrlər boyu beynəlxalq münasibətlərin vəziyyəti, strukturu və konfiqurasiyaları 

nəticəsində formalaşmış davranış    və hüquq normalarının getdikcə dövlətlərarası 

münasibətlərin institutlaşmasına və onun iştirakçılarının davranışına təsirinin artması; 

- ziddiyyətli  xarakteristikaya malik olması (tamlıq və fraqmentarlıq, tarixi varislik 

və təsadüfilik, əməkdaşlıq və münaqişə, inteqrasiya və mərkəzdənqaçma tendensiyaları 

və s. proseslərin eyni zamanda müşahidə olunması); 




Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə