Microsoft Word Azerb. Xar. Siyas son doc



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə6/229
tarix20.10.2017
ölçüsü4,27 Mb.
#6137
1   2   3   4   5   6   7   8   9   ...   229

 

17

- dünyanın qloballaşmasının, qlobal iqtisadi, siyasi, maliyyə, strateji, informasiya 



və ekoloji proseslərin dövlətlərarası  əlaqələrə, beynəlxalq münasibətlərə mənfi, yaxud 

müsbət təsiri, milli sərhədlərin və suverenliyin tədricən itirilməsi, milli və transmilli  

maraq toqquşmalarının  müşahidə edilməsi; 

- beynəlxalq münasibətlərin tərkibinin mürəkkəbləşməsi,  ənənəvi dövlət və 

hökumətlərarası təşkilatlarla yanaşı bu əlaqələrə qeyri-hökumət qurumlarının, transmilli 

korporasiyaların, kütləvi informasiya vasitələrinin, firmaların,  bankların, maliyyə 

qurumlarının, həmkarlar ittifaqlarının, destruktiv qüvvələrin, etnik elementlərin, dini, milli 

təşkilatların, diasporların və s. qoşulması; 

- beynəlxalq münasibətlərin  əsas iştirakçıları olan milli dövlətlərin  getdikcə öz 

suveren hüquqlarını (təhlükəsizlik, sərhəd, vətəndaşlarının qorunması  və s.)  itirməsi, 

insan hüquq və azadlıqlarının, insanlararası  sərbəst mübadilə prinsiplərinin 

transmilliləşməsi; 

- beynəlxalq münasibətlərin iştirakçılarının (aktorların) subyektivliyi, öz 

düşüncələrindən, dünyagörüşündən, gücündən, marağından çıxış edərək beynəlxalq 

aləmi öz istəklərinə uyğunlaşdırmağa çalışmaları; 

- beynəlxalq münasibətlərin konkret məkan və zamana, daxili sabit 

qanunauyğunluqlara, struktur bölgüsünə, iyerarxik düzüm mexanizmlərinə malik 

olmaması və s. 

Bütün bu xarakterik xüsusiyyətlər onu göstərir ki, beynəlxalq münasibətləri  

tədqiq etmək, ümumiləşdirmələr aparmaq, konkret elmi nəticələr çıxarmaq, onun daxili 

qanunauyğunluqlarından çıxış edərək elmi, praktiki  tövsiyələr vermək  çox çətindir. 

Beynəlxalq aləmdə  və beynəlxalq münasibətlər sistemində baş verən hadisələri, 

cərəyan edən prosesləri dərk etmək, anlamaq və izah etmək, onun səbəblərini

qarşısının alınması yollarını  dəqiq müəyyənləşdirmək üçün 100 ilə yaxındır ki, dünya 

filosofları, tarixçiləri, hüquqşünasları, sosioloq və politoloqları ciddi səy göstərirlər. Lakin 

bu hələ ki, heç bir  mütəxəssisə nəsib olmayıb.  

Beynəlxalq münasibətlər elminin əsas tərkib hissələri – beynəlxalq münasibətlər 

nəzəriyyəsindən; beynəlxalq münasibətlər sisteminin formalaşması, inkişafı  və 

diplomatiya tarixindən; beynəlxalq münasibətlər sistemi və dövlətlərarası  əlaqələrin 

sosioloji tədqiqatından; geosiyasətdən; beynəlxalq münasibətlər və müasir dünya 

siyasətindən ibarətdir.  

 

 




 

18

2. BEYNƏLXALQ MÜNASİBƏTLƏR SİSTEMİNİN MAHİYYƏTİ  



VƏ BEYNƏLXALQ MÜNASİBƏTLƏR NƏZƏRİYYƏSİ HAQQINDA 

 

Göründüyü kimi,  beynəlxalq münasibətlər milli dövlətlərin sərhədləri xaricində 



hər gün baş verən çoxsaylı hadisələr, faktlar, proseslər, görüşlər, danışıqlar, 

münaqişələr, davranışlar və s. ibarətdir.  Ayrı-ayrılıqda bu faktorlar beynəlxalq aləmdə 

cərəyan edən proseslərin mahiyyətini, səbəblərini və tendensiyalarını anlamaq üçün 

kifayət etmir. Beynəlxalq münasibətləri təşkil edən kompozisiyalar, faktlar, hadisələr 

arasında bağlılığı, ümumi əlaqəni və qanunauyğunluqları beynəlxalq münasibətlər 

nəzəriyyəsi öyrənir. 

Beynəlxalq münasibətlərin nəzəriyyə  məktəbləri bu elmin  ümumi anlayışlarını, 

kateqoriyalarını  təklif edir ki, bunlarsız  beynəlxalq  aktorların fəaliyyətinin  əsasını, 

səbəb və nəticələrini, bu məkanda baş verən hadisələrin xarakterini və tendensiyalarını 

müəyyən etmək mümkün deyildir.  

Hər bir elm kimi, beynəlxalq münasibətlər nəzəriyyəsi də beynəlxalq aləmdə baş 

verən hadisələrin səbəb-nəticə    əlaqələrini, daxili və xarici faktorların bu hadisələrdəki 

rolunu, daha dayanıqlı, təkrarlanan və  təsadüfi halların ümumiləşdirilib nəticə 

çıxarılması  vəzifəsini icra edir.  Bundan da  bu elmin  inkişaf qanunları  və 

qanunauyğunluqlarının, tendensiya və perspektivlərinin  proqnozlaşdırılması  üçün 

istifadə edilir.  Əlbəttə, dəqiq elmlərdən fərqli olaraq,  ictimai elmlərdə “cəmiyyətin 

inkişafı haqqında”  qanunlar dəqiq aksiom kimi deyil, daha çox ümumiləşmiş, tez-tez 

təkrarlanan, tendensiyaya çevrilmiş  şərti xarakter daşıyır. Beynəlxalq münasibətlər 

nəzəriyyəsi də    digər sosial elmlər kimi,  ümumiləşmələr vasitəsilə beynəlxalq aləmdə 

baş verən hadisələrə şərh vermək cəhdidir.  

Beynəlxalq münasibətlər nəzəriyyəsinin bir elm kimi meydana çıxması XX əsrin 

ortalarından başlansa da, onun tarixi kökləri çox-çox uzaqlara gedib çıxır.  

Beynəlxalq münasibətlərlə bağlı ilk yazılı  mənbələrdən biri yunan  tarixçisi 

Fukididin (b.e.ə. 471- 401) “Peloponnes müharibəsinin tarixi səkkiz kitabda” adlı 

əsəridir. Afinalılarla lakedemonlar arasında uzun müddət davam edən, ağır və üzücü bir 

müharibə olan Peloponnes müharibəsinin səbəblərini göstərərkən Fukidid xüsusi diqqət 

yetirir ki, müharibədə iştirak edən hər iki tərəf nüfuzlu və inkişaf edən xalq idi və onların 

hər ikisi öz müttəfiqləri içərisində hakim mövqe tuturdu. Bu dövlətlərin hər biri özlüyündə 

bir imperiya idi və onlardan birinin qüvvətlənməsi, qonşu əraziləri öz tərkibinə qatması, 

yeni-yeni əraziləri işğal etməsi digəri üçün təhlükə törədirdi.  Və təbii ki, digər dövlətlər 




 

19

də öz təhlükəsizliyini təmin etmək üçün  lazımi tədbirlər görürdülər ki, bu da öz 



növbəsində münaqişələr mənbəyinə çevrilir və nəticədə müharibələrə gətirib çıxarırdı.  

Bu  əsərində Fukidid ilk dəfə olaraq suveren siyasi vahidlər arasında 

münasibətlər, o cümlədən ayrı-ayrı dövlətlərin maraqları və bu maraqların fərdlərin şəxsi 

maraqlarından üstün olması haqqında məlumat verir.  

Sonralar klassik və ya ənənəvi istiqamət adını almış bu təlim Nikollo 

Makiavellinin (1469-1527), Tomas Qobssun (1588-1679), Emerik de Vattelin (1714-

1767) və başqa mütəfəkkirlərin baxışlarında öz inkişafını tapmış, alman generalı Karl 

fon Klauzevssin (1780-1831) əsərlərində isə bitkin forma almışdır. 

T. Qobss hesab edirdi ki, insan təbiətən eqoist bir varlıqdır və onda gizli, keçici 

olmayan hakimiyyət arzusu vardır. Nə  qədər ki, insanlar təbiətən öz bacarıqlarında 

bərabər deyillər, bir o qədər də onların rəqabəti, qarşılıqlı inamsızlığı, maddi nemətləri 

əldə etmək istəyi, nüfuzu və şöhrəti daim “hamının hamıya və hər bir adamın digərinə 

qarşı müharibəsinə” gətirib çıxarır.  Onun fikrincə, maraq mübarizəsi bu insanlar 

arasındakı münasibətlərin təbii vəziyyətini təşkil edir ki, bu da müharibələrə səbəb olur. 

Nəticədə insanlar bir-birini daim məhv etməmək üçün ictimai saziş bağlamaq zərurətinə 

gəlirlər ki, bu da dövlətin yaranmasına gətirib çıxarır.  

 

3. BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN MÜASİR NƏZƏRİYYƏLƏRİ 

 

Beynəlxalq münasibətlərlə bağlı müasir nəzəriyyələrin çoxsaylı  təsnifatı 

mövcuddur. Bu təsnifatların bəzisində coğrafi meyarlar  əsas götürülür və bunun 

əsasında da anqlo-sakson konsepsiyasına, bəzisində    beynəlxalq münasibətlərə sinfi 

yanaşmaya, məsələn,  sovet və çin nöqteyi-nəzərindən izaha, digərlərində isə (“üçüncü 

dünya”nı təmsil edən ölkələrin müəllifləri) qlobal izah etmə metoduna üstünlük verirlər.  

Bu cür tipologiya çərçivəsində isveçrəli müəllif Filipp Brayar ümumi nəzəriyyələrə siyasi 

realizmi, tarixi sosiologiyanı və beynəlxalq münasibətlərin marksizm-leninizm nöqteyi-

nəzərindən izahını  aid edir. Bundan başqa,  beynəlxalq münasibətlərin çoxlu xüsusi 

nəzəriyyələri mövcuddur ki,  onların sırasına beynəlxalq aktorlar nəzəriyyəsi (Baqat 

Korani), beynəlxalq sistem çərçivəsində qarşılıqıl təsir nəzəriyyəsi (Corc Modelski

Samir Amin, Karl Kayzer), dünya strategiyaları, konfliktləri və  tədqiq  olunması 

nəzəriyyələri (Lüsyen Puarye, Devid Sinqer, Yoxan Qaltunq), inteqrasiya nəzəriyyələri 

(Amitai Etsioni, Karl Doyç), beynəlxalq təşkilatlar nəzəriyyəsi (İnis Klod, Jan Siotis, Ernst 

Xaast) daxildir. 



Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə