Microsoft Word Azerb. Xar. Siyas son doc



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə7/229
tarix20.10.2017
ölçüsü4,27 Mb.
#6137
1   2   3   4   5   6   7   8   9   10   ...   229

 

20

Bəzi tədqiqatçılar hesab edirlər  ki, beynəlxalq münasibətlər nəzəriyyəsində  



əsas ayırıcı xətt bu və ya digər tədqiqatçılar tərəfindən istifadə olunan metoddur və bu 

nöqteyi-nəzərdən də onlar beynəlxalq münasibətlərin təhlili üzrə “klassik” və “elmi” 

metod nümayəndələri arasındakı mübahisəyə əsas diqqət verirlər. 

Nəhayət, başqa qrup tədqiqatçılar beynəlxalq münasibətlərdə kompleks 

meyarlara  əsaslanaraq (Kanada alimi Baqat Korani), beynəlxalq münasibətlər  

nəzəriyyələrinin tipologiyasını  həm özünün istifadə etdiyi metodlar (“klassik” və 

“modernist”), həm də dünyada konseptual  baxışları ilə seçilən (“liberal-plüralist” və 

“materialist-strukturalist”)  metodlar üzərində qururlar.  Nəticədə siyasi realizm (Q. 

Morqentau, R. Aron, X. Bal), bixeviorizm (D. Sinqer, M. Kaplan), klassik marksizm (K. 

Marks, F. Engels, V. Lenin), neomarksizm və ya “asılılıq” məktəbi (İ. Vallerstayn, S. 

Amin, A. Frank, F. Kardoza) kimi istiqamətləri ayırırlar.   Buna oxşar formada da Daniel 

Kolyar “Təbii vəziyyət” klassik nəzəriyyəsinə (daha doğrusu, siyasi realizm), “beynəlxalq 

aləm” nəzəriyyəsinə (və ya siyasi idealizm), marksist ideoloji cərəyanına və onun 

çoxsaylı interpretasiyalarına,  anqlo-sakson  cərəyanına, beynəlxalq münasibətlərin 

fransız  məktəbinə diqqət yetirir. Marsel Merl hesab edir ki, beynəlxalq münasibətlərlə 

bağlı müasir elmdə əsas istiqamətlər tradisionistlər (ənənəviçilər), yəni klassik məktəbin 

davamçıları (Hans Morqentau, Stenli Hoffman, Henri Kisincer), anqlo-sakson 

bixeviorizm və funksionalizm sosioloji konsepsiyaları (Robert Koks, Devid Sinqer, 

Morton Kaplan, Devid İston), marksist və neomarksist cərəyanlarla (Pol Baran, Pol Suzi, 

Samir Amin) təmsil olunurlar. 

Beynəlxalq münasibətlərlə bağlı müasir nəzəriyyələrin müxtəlif təsnifatının 

nümunələrini artırmaq da olar. Ancaq burada üç əsas cəhəti xüsusi qeyd etmək 

lazımdır. Birincisi, istənilən təsnifatlar şərti xarakter daşıyır və beynəlxalq münasibətlərin  

təhlilində müxtəlif nəzəri baxışlar və metodoloji yanaşmaların hamısını özündə    əks 

etdirmək qabiliyyətində deyil. İkincisi, nəzəriyyələrin çoxluğu  o demək deyildir ki,  

müasir nəzəriyyələr əvvəldə göstərilən üç əsas nəzəriyyə ilə “qan qohumluğunu” aradan 

qaldırıb. Nəhayət, üçüncüsü, hələ  də rast gəlinən ziddiyyətli  fikirlərə baxmayaraq, 

əvvəlki barışmaz nəzəriyyələr arasında sintez, qarşılıqlı  zənginləşmə, qarşılıqlı 

“kompromis” əlamətləri hiss olunur. 

Bu nəzəriyyələrdən bir neçəsinə diqqət yetirək.  

Beynəlxalq münasibətlər nəzəriyyəsinin  əsasını XX əsrin ortalarında ingilis 

tarixçisi E. Karr, ABŞ politoloqları N. Morqentau və R. Aron qoymuşlar.  Onlar 

beynəlxalq münasibətlər nəzəriyyəsinə  siyasi realizm düşüncəsi  gətirərək,  bu 



 

21

münasibətlərin ümumi tənzimləmə mexanizminə malik olmaması, vahid mərkəzdən 



idarə olunmaması, hamı üçün məcburi normaların yoxluğu  üzündən qeyri-sabit  

xarakter daşımasını əsaslı dəlillərlə sübuta yetirmişlər.  

Siyasi realizm cərəyanına görə,  beynəlxalq münasibətlərin əsas subyektləri olan 

milli dövlətlər  öz milli maraqlarını  təmin etmək üçün başqa subyektlərlə beynəlxalq 

məkanda mübarizə aparır və  hər bir subyekt  öz gücünə görə  məxsusi maraqlarını 

təmin edir. Bu səbəbdən beynəlxalq münasibətlərdə dövlətlərarası münaqişələr və 

müharibələr baş  verir. Beləliklə, siyasi realistlər beynəlxalq münasibətlərin  əsasına 

dövlətlərin fərqli milli maraqlarını və bu əsasda daim davam edən münaqişələri qoyaraq,  

vəziyyətdən çıxışı böyük dövlətlərin güc balansının (müvazinətin) yaranmasında 

görürlər (SSRİ  və ABŞ arasındakı ideoloji-sinfi qarşıdurmanı  və silahlanma yarışını 

əsaslandırırlar). 

Əlbəttə, siyasi realizm nəzəriyyəsi beynəlxalq münasibətlər haqqında ilk təkmil 

nəzəriyyə  olmaq etibarilə uzun müddət (1945-1980-ci illər) həm siyasi dairələrin, həm 

də dünya elmi ictimaiyyətinin diqqət mərkəzində olmuşdur.  

1980-ci illərin  əvvəllərində beynəlxalq aləmdə siyasi realizm nəzəriyyəsinə yeni 

bir alternativ nəzəriyyə məktəbi opponentlik etməyə başlayır. “Neorealizm” adlanan  bu 

nəzəriyyəni elmi ədəbiyyata Kenned Uols özünün “Beynəlxalq siyasət nəzəriyyəsi” adlı  

kitabı ilə  gətirmişdir. K. Uols beynəlxalq münasibətləri vahid bir orqanizm – 

dövlətlərarası  əlaqələr sistemi kimi xarakterizə edir. Bu sistemin fəaliyyət prinsipləri 

daimidir, getdikcə  təkmilləşir və hamı üçün  məcburi olan  hüquq normaları ilə 

tənzimlənir. Beynəlxalq hakimiyyət dünyada  mövcud olan güc balansları (aparıcı 

dövlətlər nəzərdə tutulur) arasında bölüşdürülür ki,  bu da qüvvələr tarazlığını qoruyub 

saxlayır. Dövlətlər belə  şəraitdə beynəlxalq münasibətlər sisteminin qayda-qanununa 

tabe olmağa məcbur edilir, daxili və xarici təsir mexanizmləri ilə onların davranışı idarə 

olunur.  

Göründüyü kimi, beynəlxalq münasibətləri dövlətlərin milli maraqlarının daimi və 

idarəolunmaz  (anarxik) münaqişə meydanı kimi təsvir edən siyasi realizm 

tərəfdarlarından fərqli olaraq,  “neorealistlər” daha optimistdirlər və beynəlxalq 

münasibətləri idarə olunan sistem kimi dəyərləndirirlər.  Əlbəttə, çoxqütblü  dünya 

siyasəti  şəraitində bu nəzəriyyə daha həyati görünürdü və    elə bu səbəbdən də  

dünyada uzun müddət öz aparıcı mövqeyini qoruya bilmişdir. 

1993-cü ildə dünya SSRİ  və sosialist düşərgəsinin iflası  və  gələcək beynəlxalq 

münasibətlərin perspektivlərini müzakirə etdiyi bir vaxtda ABŞ politoloqu S. 



 

22

Hantinqtonun sonradan “postklassik yanaşma” adı ilə tanınan yeni bir nəzəriyyəsi - 



sivilizasiyaların mübarizəsi versiyası dünya siyasətşünaslarının  müzakirə obyektinə 

çevrilir. 

S. Hantinqtona görə,  beynəlxalq münasibətlərin  əsas  aktoru hesab olunan 

dövlətlər artıq öz yerlərini sivilizasiyalara təhvil verməkdədir. Bundan sonra beynəlxalq 

münasibətlər müxtəlif tarixi kökləri, dili, dini, ənənələri ilə bir-birindən fərqlənən 

sivilizasiyalararası mübarizədən asılı olacaq və dünya siyasəti bu faktor üzərində 

qurulacaq. O hesab edir ki, insanlar arasında sinfi fərqləri, düşüncə yönlərini dəyişmək 

olar, lakin heç vaxt müsəlmanı xristian, indusu katolik, yaponu afrikalı, latın amerikalını 

isə slavyan-pravoslav etmək mümkün deyil.  Deməli, dinlərarası (sivilizasiyalararası) 

mübarizə davam edəcək,  daha güclü olan öz sivilizasiyasını digərlərinə  qəbul 

etdirəcək. 

Yuxarıda qeyd olunan nəzəriyyələrdən başqa, beynəlxalq münasibətlər 

nəzəriyyəsi kimi bütün dünyada status almış və  siyasətşünasların müzakirə etdiyi  bir 

çox digər cərəyanlar da mövcuddur. Onlardan bir neçəsini qeyd etmək olar: 

 -  liberal idealist cərəyan  tərəfdarları (bunlar beynəlxalq münasibətlərin  əsasına  

dövlətlərin əməkdaşlıq və inteqrasiya meyllərini, dünyanın qarşılıqlı maraqlar əsasında 

idarə olunmasını, qeyri-dövlət aktorlarının dünya siyasətində oynadığı müsbət rolu və 

bunun qarşılıqlı  əməkdaşlıq mühitinə müsbət təsirini və s. qoyurlar. Liberal idealistlər 

hesab edir ki, beynəlxalq münasibətlərin əsas tənzimləyicisi getdikcə təkmilləşən hüquqi 

və əxlaqi normalardır). Cərəyanın  əsasını R. Koxen, Kuper və C. Nay qoymuşdur. 

-  postklassik cərəyanı (tərəfdarları C. Rozenau, E. Şempel, C. Metyuz və b.). 

Postklassiklər hesab edir ki, qloballaşma dövlətlərin xarakterinə  və  vəzifələrinə ciddi 

təsir göstərərək,  onları transmilli vəziyyətə gətirmişdir.  İndi dövlətlər getdikcə  öz yerini 

transmilli korporasiyalara (TMK), qeyri-dövlət aktorlarına təhvil verir ki, bu da geniş 

beynəlxalq birliyə, vahid məqsəd və maraqlara can atan ümumbəşəri  cəmiyyətə yol 

açır. Onların fikrinə görə,  vahid norma, vahid qanun, vahid ümumdünya hökuməti – 

bəşəriyyətin perspektivi yalnız bu dəyərlərlə bağlıdır.  

radikalizm, yaxud neomarksizm (bu cərəyan öz mənbəyini marksizmdən götürür 

və belə hesab edir ki, beynəlxalq münasibətlərin  əsasında istismar, qeyri-bərabərlik, 

sinfi mübarizə dayanır.  Beynəlxalq mübarizənin əsasında dövlət və TMK, yaxud qeyri-

dövlət aktorları deyil,  yalnız siniflərin, hakimyyətlərin maraqları dayanır.  Guya siniflər 

arasında fərq aradan qalxandan,  bütün dünyada zəhmətkeşlərin  maraqları ön plana 

çıxandan sonra müharibə və münaqişələrə son qoyulacaq). Bu cərəyan  sonralar (1960-



Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə