Microsoft Word Azerb. Xar. Siyas son doc



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə8/229
tarix20.10.2017
ölçüsü4,27 Mb.
#6137
1   ...   4   5   6   7   8   9   10   11   ...   229

 

23

cı illərdə)  neomarksizm adı ilə  İ. Qaltunqun, İ. Vallerştaynın və b. əsərlərində    təbliğ 



olunmuşdur.  

-  postmodernizm cərəyanı (C. Derian, M. Uolser,  R. Şapiro və b.). Bunlar 

beynəlxalq münasibətlərin əsasına real insan düşüncəsini və fəaliyyətini qoyur və belə 

hesab edirlər ki, insanlar real dünyanı, bu dünyada özlərini, dövlətlərini və bütöv 

bəşəriyyəti dərk edərək öz əməllərini tənzimləyirlər.  Şüurlar yüksəldikcə,  beynəlxalq 

münasibətlər də öz axarı ilə tənzimlənəcəkdir.  

 Beynəlxalq münasibətlər nəzəriyyəsi cərəyanları  sırasında ingilis və fransız 

sosioloqlarının tədqiqatlarını xüsusi qeyd edirlər.  Bu sosioloqlar neçə illərdir ki,  

beynəlxalq münasibətlər sistemini  sosioloji tədqiqatlara cəlb edərək tam bir tədqiqat 

məktəbi yaratmışlar.  Sosioloji tədqiqatlar sırasında  konstruktivistlər (M. Veber, E. 

Dyurkqeym),  funksionalistlər  (Britaniya məktəbi də adlandırırlar), strukturalistlər (M. 

Fuko), neoklassiklər (C. Raqqi, İ. Adler), sosioloji institusionalistlər (L. Meyer, M. 

Finnomer), fransız sosioloqları adlanan (B. Badi, D. Biqo, M. Smuts və b.) postklassiklər 

və s. cərəyanları xüsusi qeyd etmək lazımdır. 

Beynəlxalq münasibətlər nəzəriyyəsinin daha bir cərəyanını  tədqiqatçılar xüsusi 

qeyd edirlər. Bu,  beynəlxalq siyasi iqtisad cərəyanı adlanır. Bu cərəyan tərəfdarları 

1975-ci ildən beynəlxalq aləmdə geniş populyarlıq qazanmış “Dünya siyasəti və 

beynəlxalq iqtisadiyyat”  jurnalında elmi diskussiyalar apararaq,  beynəlxalq 

münasibətlərdə iqtisadi maraq və onların tənzimlənməsi mexanizmlərinin araşdırılması 

ilə məşğul olmuşlar. Bu cərəyanın fəal nümayəndələri sırasında J. Qranı, R. Qilpini, S. 

Trenji və b. qeyd etmək olar. 

Beynəlxalq münasibətlər nəzəriyyəsi kimi dünyada təkcə  cərəyan (məktəb) 

statusu almış  nəzəriyyələri deyil, eyni zamanda xüsusi nəzəriyyələri də qeyd edirlər. 

Belə  nəzəriyyələr sırasına  aşağıdakı tematik  beynəlxalq münasibətlər nəzəriyyələrini 

aid etmək olar: 

-  qlobal beynəlxalq sistem nəzəriyyəsi (bu nəzəriyyə  tərəfdarları beynəlxalq 

münasibətlər sistemini dövlətlərarası  əlaqələrlə, dövlətlərin iyerarxik düzümü (böyük, 

orta və kiçik dövlətlər) və onlar arasındakı münasibətlərlə izah edərək belə iddia edir ki, 

dünya siyasəti yalnız böyük (super) dövlətlər arasındakı münasibətlərdən asılıdır); 

-  beynəlxalq birlik nəzəriyyəsi (bu nəzəriyyə  tərəfdarları da beynəlxalq 

münasibətləri  əsasən dövlətlərarası  əlaqə kimi xarakterizə edir və onların 

maraqlarındakı ümumi faktorları  dünya siyasətinin əsasında duran hərəkətverici qüvvə  

kimi qiymətləndirirlər); 



 

24

dünya (qlobal) birliyi nəzəriyyəsi (bu nəzəriyyəyə görə,  qloballaşma şəraitində 



dünya siyasətini milli dövlətlər deyil, qeyri-dövlət aktorları, transmilli  birliklər və qlobal 

dünya əhalisi müəyyən edir); 

təhlükələr balansı nəzəriyyəsi (bu nəzəriyyəyə görə,  dünyanı hərəkət etdirən, 

dünya siyasətini istiqamətləndirən  əsas faktor dövlətlərin təhlükəsizliyi məsələsidir.  

Dövlətlər bir-biri ilə  əlaqələrə, münaqişələrə, ittifaqlara və inteqrativ birliklərə  də  məhz 

təhlükələrin qarşısını almaq, balans yaratmaq məqsədi ilə daxil olur); 

humanitar müdaxilə nəzəriyyəsi (bu nəzəriyyəyə görə,  dünyanı yalnız transmilli 

təşkilatların köməyi ilə, ümumbəşəri dəyərləri qorumaqla, ölkələrin daxili həyatına 

beynəlxalq müdaxilə (humanitar müdaxilə) yolu ilə idarə etmək, münaqişələrin və 

müharibələrin qarşısını almaq  olar. Bu müdaxilənin qaydaları,  şərtləri və hamı 

tərəfindən qəbul edilən normaları olmalıdır); 

-  beynəlxalq rejim nəzəriyyəsi (bu nəzəriyyəyə görə, dünyada vahid davranış, 

qanun, norma, prinsip və prosedur qaydaları  işlənməli və ümumi beynəlxalq rejim 

şəklində beynəlxalq münasibətlərə və dövlətlərarası əlaqələrə tətbiq edilməlidir); 

antihegemon blok nəzəriyyəsi (bu nəzəriyyəyə görə,  qloballaşma dövlətləri və 

xalqları qeyri-bərabər  vəziyyətə salır ki, bu da beynəlxalq münaqişələrə  səbəb olur. 

Onların fikrinə görə, insanların maraqları  bərabərhüquqlu, qarşılıqlı-faydalı  əlaqələrdə 

öz  əksini tapdığına görə, heç bir dövlətin hegemonluğuna haqq qazandırmaq olmaz.  

Hegemonluq istismara yol açır ki, onun qarşısını almadan beynəlxalq münasibətləri 

münaqişələrdən xilas etmək olmaz). 

Göründüyü kimi, beynəlxalq münasibətlər nəzəriyyəsi istər cərəyanlar, istərsə də 

fərdi formada müxtəlif istiqamətlər  üzrə beynəlxalq aləmin reallıqlarını, dövlətlərarası 

əlaqələrin müxtəlif aspektlərini, beynəlxalq  münasibətlərin subyekt və obyektlərini 

hərtərəfli təhlil edir.  Bu nəzəriyyələrin əksəriyyəti bir-birindən qidalanır, bir-birini bu və 

ya digər təlimlər üzrə  təkrar edir və tamamlayır.  Əlbəttə, beynəlxalq münasibətlər 

nəzəriyyəsinin bütün cərəyanlarına, onların oxşar və fərqli cəhətlərinə, dünya siyasətinə 

yanaşmalara və bu yanaşmaların mahiyyətinə, meyarlarına bu dərslikdə geniş  nəzər 

salmaq qarşıya qoyulan vəzifələr sırasına daxil deyil. Ümumiyyətlə, beynəlxalq 

münasibətlər nəzəriyyəsi ayrıca bir fənnin proqramı çərçivəsində  tədris olunduğundan, 

bu nəzəriyyələr haqqında qısaca icmal verməklə kifayətləndik. Çünki beynəlxalq 

münasibətlər nəzəriyyələri haqqında ümumi təsəvvürə malik olmadan,  bu elmin başqa 

sahələrinə giriş çox çətin və demək olar ki,  qeyri-mümkündür. 



   


 

25

 



Mövzu üzrə tövsiyə olunan ədəbiyyat və informasiya resursları: 

 

Azərbaycan dilində 

 

Həsənov Ə.M. Heydər Əliyev və Azərbaycanın xarici siyasət fəaliyyətinin formalaşması 



//Heydər Əliyev və müasir Azərbaycan. Bakı, 2003. s.29-52. 

Həsənov  Ə.M. Heydər  Əliyev və Azərbaycanın xarici siyasət prioritetlərinin 

müəyyənləşməsi //Heydər Əliyev irsi və Azərbaycan dövlətçiliyi. Bakı, 2005. s.571-582.  

Qasımov M.  Azərbaycanın xarici siyasəti (konsepsiya məsələləri). Bakı, 1997. 

 

Türk dilində 

 

Ahmad Feroz. Modern Türkiyenin oluşumu. İstanbul, 1995. 



Akşin Aptülahat. Atatürkün dış politika ilkeleri ve diplomatisi. Ankara,1991. 

Ataöz Türkkaya. İkinci dünya savaşı neden çıktı? Nasıl sürdü? Asiya ve Afrikayı nasıl 

etkiledi? Ankara, 1985. 

İlhan Suat. Geopolitik duyarlılık.Ankara, 1989. 

Morgenthau Hans. Uluslararası politika: güc ve barış mücadilesi. Çevireni: Ünsal Oskay 

ve Baskın Oran. Ankara, 1970.  

Özdağ Ümit. Degişen dünya dengeleri ve Basra körfezi krizi. İstanbul,1991. 

Yönlübol Mehmet. Olaylarla Türk dış politikası (1919-1990). Ankara, 1990. 

 

Rus dilində 

 

Алексеева Т.А. Современные политические теории. Москва, 2000.  

Антология мировой политической мысли.   В  5-ти т.т. Москва, 1997-1999. 

Арон А. Мир и война между народами. Москва, 2000.  

Гасанов  А.М.  Внешняя  политика  Азербайджана  и  новые  принципы  организации 

мира//Цивилизация и террор. Баку, 2002.с. 37-50. 

Мировая  политика  и  международные  отношения  в 1990-е  годы:  взгляды 

французских и американских исследователей. Хрестоматия. Москва, 2001. 

Теория международных отношений на рубеже столетий. Москва, 2002. 

Цыганков П.А. Теория международных отношений. Москва, 2002. 




Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə