Microsoft Word Azerb. Xar. Siyas son doc



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə9/229
tarix20.10.2017
ölçüsü4,27 Mb.
#6137
1   ...   5   6   7   8   9   10   11   12   ...   229

 

26

 



İngilis dilində 

 

Explaining International Relations since 1945 – Oxford, 1999. 



Smouts M.-C. Les nouvelles Relations internationales. Pratigues et theories. – Paris, 

1998.  


Trenin D. The End of Eurasia: Russia on the Border Between Geopolitics and 

Globalization. N.Y., 2001.  

 

İnternet resursları 

V.Vilson   http//:gi.grolier.com  

N.Makiavelli   http//:www.sas.upenn.edu 

Postmodernizm   http//:www.cudenver.edu 

Feminizm   http//:csf.colorado.edu 

http//:www.carnegie.ru 

http//:www.cast.ru 

http//:www.ipmb.ru  

http//:www.pirsenter.org 

http//:www.rami.ru 

http//:www.svop.ru 

 

Beynəlxalq  jurnallar 

 

 

Foreign Affairs:  http//:www.foreignaffairs.org 



Internationale Politik:  

http//:www.germany.org.ru

   http:www.internationalepolitik.de 

The Economist:  http//:www.economist.com 

World Politics:  http://muse.jhu.edu/journals/world_politics 

 

 



 

 

 



 


 

27

II FƏSİL 



 

BEYNƏLXALQ MÜNASİBƏTLƏR SİSTEMİ:  

FORMALAŞMA TARİXİ VƏ ƏSAS İNKİŞAF MƏRHƏLƏLƏRİ 

 

Mövzular: 

 

1. Avropada 

mərkəzi milli-dövlət hərəkatının güclənməsi və beynəlxalq 

münasibətlərin Vestfal Sisteminin yaranması 

2.  Vestfal Sisteminin və müstəmləkə rejimlərinin böhranı, beynəlxalq 

münasibətlərin kəskinləşməsi 

3.  Birinci dünya müharibəsinin sonu, beynəlxalq münasibətlərin yeni – 

Versal Sisteminin yaradılması  

4. Azərbaycanın beynəlxalq münasibətlər sisteminə qatılmaq cəhdləri: 

Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti  (1918-1920-ci illər) 

5.  

1922-1939-cu illərdə beynəlxalq münasibətlər və Versal-Vaşinqton  

Sisteminin böhranı 

6. 

İkinci dünya müharibəsinin nəticələri və dünyada üçqütblü beynəlxalq 

münasibətlər sisteminin yaranması  (1945-1950-ci illərin ortaları) 

7 Beynəlxalq münasibətlər sistemi “soyuq müharibə” dövründə (1950-ci 

illərin ortaları-1991-ci il) 

  

Bəşəriyyət bugünkü beynəlxalq münasibətlər sistemini yaratmazdan əvvəl 

minillərlə davam edən çətin və keşməkeşli bir tarix yaşamışdır.  İnsan cəmiyyətləri və 

birliklərinin sosial-siyasi xarakterindən, insanların maddi və  mənəvi tələblərindən

ehtiyaclarının ödənməsi zərurətindən asılı olaraq onlar arasında müxtəlif xarakterli 

münasibətlər cərəyan etmiş, müharibələr, qanlı döyüşlər yaşanmış, iri dövlətlər

imperiyalar qurulmuş, sonra  da iflasa uğramışlar.  Bütün bunlara baxmayaraq,  yaşayış 

davam etmiş, insanlar  ən çətin vəziyyətlərə uyğunlaşmağı, müxtəlif çıxış yolları 

tapmağı, irəliyə doğru inkişaf eməyi bacarmış, yeni-yeni yaşayış məskənləri – kəndlər, 

şəhərlər, ölkələr salmışlar. Əlbəttə, insanlıq uzun müddət təcrid vəziyyətində, bir-biri ilə 

əlaqəsiz yaşaya  bilməzdi. Odur ki, yaşayış məskənləri öz aralarında müxtəlif əlaqələrə 

girir, ticarət edir, müharibələr aparır, barışır, müəyyən şərtlər kəsir və  gələcək addımlar 




 

28

haqqında zəmanətlər belə ala bilirdilər.  Bütün bunlar bizim bu gün beynəlxalq 



münasibətlər sistemi kimi xarakterizə etdiyimiz gerçəkliyin  rüşeymləri idi. 

Diplomatik münasibətlər tarixini şərti olaraq beş dövrə bölmək olar:  

I. Qədim dövlətlərin yaranmasından Avropada Vestfal sülhünün (1648) 

bağlanmasına qədərki dövr (qədim və orta əsrlər dövründə müxtəlif dövlət quruluşuna 

malik olan aktorlararası diplomatik münasibətlərdən beynəlxalq münasibətlər sisteminin 

yaranmasına qədərki dövr); 

II.  Roma dini imperiyasının dağılması (Roma papaları epoxasının süqutu),  

Avropada milli dövlətlərin yaranması, kapitalist münasibətlərinin inkişafı, dünya 

sisteminin formalaşması və dünyanın müstəmləkə imperiyaları arasında bölünməsi; yeni 

müstəmləkələr uğrunda mübarizə dövrü ((1648-1917) (bu dövr siyasi ədəbiyyatda 

beynəlxalq münasibətlər sisteminin yaranması, yaxud Vestfal sistemi kimi də 

adlandırılır). 

III. Üçüncü dövr Birinci dünya müharibəsinin (1914-1918) nəticəsi, Rusiyada 

sosializmin qələbəsi, SSRİ-nin yaranması, dünyanın iki -  sosializim və kapitalizm 

düşərgəsinə parçalanması  və onlar arasında mübarizənin başlanmasından - İkinci 

dünya müharibəsinin sonuna qədər olan mərhələni əhatə edir(1917-1945). 

IV. Dördüncü dövr İkinci dünya müharibəsinin yekunları – Yalta-Potsdam 

müqavilələrinin bağlanmasından (1945)  SSRİ  və sosialist düşərgəsinin dağılmasına  

qədər (1991) olan mərhələni təşkil edir. 

V. Beşinci dövr sosialist-kapitalist qarşıdurmasının və onlar arasında soyuq 

müharibənin başa çatması, çoxqütblü dünya sisteminin yeni – birqütblü dünya nizamı ilə 

əvəz olunması mərhələsi (1991-ci ildən başlayaraq bu günə qədərki mərhələ). 

Bizim eradan əvvəl qədim yunan şəhər-polisləri (bu ən qədim  dövlət 

formalarından idi) arasındakı müharibələrdən, barışıq müqavilələrindən, bir-birinə elçilər 

göndərmələrindən, mübahisəli məsələləri müzakirə etmələrindən və  s.    qədim yunan 

tarixçisi Fukididin “Meloss danışıqları” və “Peloponnes  müharibəsinin tarixi səkkiz 

kitabda” əsərlərində bəhs olunur. 

Qədim afinalılarla lakedemonlar, yunanlar və farslar arasındakı əlaqələr, farsların 

bəzi yunan polisləri ilə apardığı separat danışıqlar, Makedoniyalı  İsgəndərin 

yürüşlərindən qurtulmaq üçün göstərdiyi cəhdlər və s. məsələlər də müasir beynəlxalq 

münasibətlərə qədərki dövrün (qədim dünyanın) dövlətlərarası əlaqə rüşeymləri hesab 

oluna bilər.  



Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə