Microsoft Word azerbaijan azeri



Yüklə 42,78 Kb.
Pdf görüntüsü
tarix14.04.2018
ölçüsü42,78 Kb.
#38509


Y

ANVAR 

2016 

   

 

 

            

Ö

LKƏ ÜZRƏ 

X

ÜLASƏ

 



 

 

Azərbaycan 

 

Hökumətin davamlı təzyiqləri müstəqil qeyri-hökumət təşkilatlarını (QHT) və medianı 



tamamilə sıradan çıxarıb. Məhkəmələr siyasi motivli qeyri-ədalətli məhkəmə prosesləri 

vasitəsilə aparıcı insan hüquqları müdafiəçilərini, siyasi fəalları və jurnalistləri uzun 

müddətli həbsə məhkum edib. Xeyli sayda insanlar təqib olunub, həbs edilib, cinayət 

qaydasında istintaqa cəlb olunub, ölkəni tərk etmək qadağasına məruz qalıb və ya 

məcburən ölkəni tərk ediblər. Hakimiyyət orqanları beynəlxalq insan hüquqları 

müşahidəçilərinin və jurnalistlərin ölkəyə girişinə qadağa qoyub.    

 

Azərbaycanın beynəlxalq parntyorları hökuməti tənqid edənlərə qarşı məhkəmə 



proseslərinin tətbiqindən və geniş yayılmış repressiyalardan narahatlıqlarını bildiriblər, 

lakin onlar ölkədə  hüquq pozuntuları ilə bağlı kəskinləşən vəziyyətin yaxşılaşdırılması 

istiqamətində hökumətə hələ də təzyiq tətbiq etməyə nail olmayıblar. Azərbaycan iyun 

ayında Bakıda ilk Avropa Oyunlarına ev sahibliyi etdi, lakin Olimpiya Nizamnaməsilə 

zəmanət verilən media azadlığı və insan ləyaqətinə hörmət prinsiplərinə əməl etməyən 

Azərbaycana qarşı Avropa Olimpiya Komitəsi heç bir addım atmadı.  

 

Hökuməti tənqid edənlərin təqib olunması  



 

Hökumət, siyasi motivli işlərdə  ona qarşı tənqidi çıxışlar edən şəxslərə qarşı saxta 

ittihamlar irəli sürərək onları həbs edir və bu yolla həmin şəxsləri susdurmağa çalışır. 

Hökumətin istifadə etdiyi bu qəbildən olan ittihamlara xuliqanlıq, narkotik maddə saxlama, 

vətənə xəyanət və iqtisadi cinayətlər daxildir. 2015-ci ildə bu təcrübə ən yüksək həddə 

çatıb və çoxsaylı insan hüquqları müdafiəçiləri, jurnalistlər, siyasi fəallar və tənqidi çıxışlar 

edən digər şəxslər təqib olunublar, mühakimə olunublar və ya bu yolla hələ də həbsdə 

saxlanılırlar.    

 

Bu il bu qaydada ittiham olunaraq altı il müddətdən səkkiz il yarım müddətədək həbs 



cəzasına məhkum edilən şəxslərin arasında insan hüquqları müdafiəçisi İntiqam Əliyev, 




 

insan hüquqları müdafiəsi sahəsində veteran sayılan Leyla Yunus və onun

 həyat yoldaşı 

Arif Yunus, tanınmış araşdırmaçı jurnalist Xədicə İsmayılova və insan hüquqları 

təşviqatçısı Rəsul Cəfərov da var. Siyasi motivlərlə həbs edilən digər şəxslər arasında 

müxalif yönümlü Azadlıq qəzetinin köşə yazarı Seymur Həziyev, Müsavat 

partiyasının üzvləri Sirac və Fərəc Kərimli qardaşları və Xalq Cəbhəsi Partiyasının 

üzvü Murad Adilov da var. İnsan hüquqları fəalı Taleh Xasməmmədov üç il 

azadlıqdan məhrum edilmə cəzasına məhkum edilib.  

 

Yunuslar hələ də vətənə xəyanət cinayətində ittiham olunurlar. Onların ciddi sağlamlıq 



problemləri 2014-cü ildə həyata keçirilən həbsdən sonra daha da pisləşib. Onların hər ikisi 

pis rəftara məruz qaldıqlarını iddia ediblər, lakin hökumət bu iddiaları arşdırmayıb. 12 

noyabr tarixdə Apelyasiya Məhkəməsi Arif Yunusu səhhətinin pisləşməsilə əlaqədar olaraq 

şərti olaraq azadlığa buraxıb və dekabr ayında məhkəmə Yunusların hər ikisinin cəzasını 

dəyişərək beş il müddətinə şərti cəza ilə əvəz edib və Leyla Yunusu şərti azadlığa buraxıb.  

 

Siyasi analitik İlqar Məmmədov və jurnalist Tofiq Yaqublu hələ də ixtişaşa təhrik etmə 



ittihamları ilə həbsdədirlər, baxmayaraq ki, Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) 

İlqar Məmmədovla bağlı 2014-cü il qərarının ardından Avropa Şurası dəfələrlə onun 

azadlığa buraxılmasını tələb edib və 2015-ci ilin noyabr ayında AİHM Tofuq Yaqublunun 

həbsini qanunsuz hesab edib.  

 

Avqust ayında Ali Məhkəmə Anar Məmmədli barəsində 2014-cü il tarixdə çıxarılmış beş il 



yarım həbs cəzasını qüvvədə saxlayıb. Anar Məmmədli müstəqil seçki müşahidəsi təşkilatı 

olan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) sədridir.   

 

18 mart tarixdə prezident İlham Əliyev SMDTM-in həmtəsisçisi olan Bəşir Süleymanlı da 



daxil olmaqla 101 məhkumu əfv edib. 

 

Vəkillərə qarşı təqiblər 



Azərbaycan Respublikası Vəkillər Kollegiyası insan hüquqları müdafiəçilərini və fəallarını 

müdafiə edən bir sıra vəkilləri Kollegiya üzvlüyündən çıxarıb. Bir sıra işlərdə prokuror bir 

neçə vəkili iş üzrə şahid elan edərək maraqların toqquşması adı ilə onları vəkil kimi işdən 

uzaqlaşdırıb. 10 iyul tarixdə Bakı məhkəməsi müvəkkili İlqar Məmmədovun işi üzrə 

məhkəmə qərarını mübahisələndirdiyinə görə vəkil Xalid Bağırovun vəkil statusunu qeyri-





 

etik davranış adı ilə ləğv edib. Həmçinin məhkəmə iyul ayında vəkil Alayif Həsənov Leyla 

Yunusun həbsxanada döyülməsi iddiaları ilə bağlı yazısına görə diffamasiya qaydasında 

ittiham olunduqdan sonra onu vəkillər kollegiyasına üzvlükdən məhrum edib.   

 

Mediya azadlığı 



Əvvəllər Ankarada müxbir kimi fəaliyyət göstərən və tənqidi çıxışlar edən Rauf Mirqədirov 

2014-cü ildə saxta casusluq ittihamı ilə həbs edilib və onun barəsində qapalı məhkəmə 

prosesi 5 noyabr tarixdə başlayıb.  

 

2014-cü ilin dekabr ayında hökumət orqanları Azadlıq Radiosunun Bakı Ofisində 



yoxlamalar aparıb, işçiləri dindirib, əşyaları müsadirə edib və ofisin qapısını möhürləyib. 

İşçilərdən bir neçə nəfər ölkəni tərk ediblər. 2015-ci ilin fevral ayında hökumət Azadlıq 

Radiosunun jurnalisti Babək Bəkirin ölkədən çıxışına qadağa qoyub.  

 

2015-ci ilin iyun ayında Avropa Oyunları ərəfəsində  hakimiyyət bir sıra beynəlxalq 



jurnalistləri ölkədən deportasiya edib və ya onların ölkəyə girişinə qadağa qoyub.  

 

Berlində yerləşən Meydan TV-nin direktoru Emin Millinin tənqidi çıxışlarına görə 



Azərbaycanın Gənclər və İdman nazirinin onu təhdid etməsinə dair iddialar irəli sürülüb. 

Həmçinin Meydan TV-nin Berlindəki müxbirləri də Azərbaycanda onların qohumlarına və 

yaxınlarına qarşı təhdidlər olduğu barədə məlumat veriblər. 3 sentyabr tarixdə Meydan TV-

nin sərbəst fəaliyyət göstərən üç müxbiri etirazlarla və həbsxanalardakı ölüm halları ilə 

bağlı yazdıqları yazılara görə prokurorluq tərəfindən dindiriliblər. Həmçinin sentyabr 

ayında məhkəmə Meydan TV-nin jurnalisti Şirin Abbasovu polisə müqavimət maddəsi ilə 

30 gün müddətə həbs edib. Meydan TV-nin Bakıdakı demək olar ki, bütün jurnalistlərinin 

ölkədən çıxışına qadağa qoyulub.   

 

İyun ayında İsveçrə hökuməti Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun 



təsisçisi Emin Hüseynovun Azərbaycandan çıxararaq İsveçrəyə aparılmasına nail olub. 

Siyasi motivlə həbs olunacağından ehtiyat edən Emin Hüseynov 2014-cü ilin avqust ayında 

İsveçrənin Azərbaycandakı səfirliyində sığınıb və ölkədən çıxarılanadək səfirlikdə qalıb.   

 





 

Hökumətin satışla bağlı yaratdığı məhdudiyyətlərə, dövlətin idarə etdiyi distribyutorların 

qəzetə olan borcları ödəməkdən imtina etməsinə və saxta diffamasiya iddiaları ilə bağlı 

tətbiq edilən cərimələrə görə gündəlik 

Azadlıq 

qəzeti bağlanmaq təhlükəsilə üz-üzə qalıb. 

İyul ayında hakimiyyət 

Azadlıq qəzetinin

 mühacirətdə olan redaktoru Qənimət Zahidin üç 

qohumunu həbs edib. Onlardan ikisi saxta ittihamlarla 25 və 30 gün müddətinə inzibati 

qaydada azadliqdan məhrum edilib. Üçüncü isə narkotik maddə ilə ittiham olunub və hələ 

də həbsdədir.  

  

 

2014-cü ilin dekabr ayında parlament qanuna əlavə edərək xaricdən maliyyələşdirilən 



media qurumlarının il ərzində iki dəfədən artıq yalan məlumat yaymasına görə 

məhkəmə tərəfindən bağlanmasına icazə verib.  

 

Birləşmək Azadlığı  



2014-cü ildən bəri QHT-lərin işinə ciddi müdaxilə edən qanunlara əsaslanaraq həyata 

keçirilən təqiblərdən sonra çoxlu sayda müstəqil QHT-lər bağlanıb. Avropa Şurasının 

Venesiya Komissiyasının 2014-cü il tarixli hesabatında bildirilir ki, 2012-ci ildən bəri 

Azərbaycanın QHT-lər haqqında qanununa məcburi qeydiyyat və hesabat tələbləri, ciddi 

cəzalar və xaricdən maliyyələşdirmənin qadağan edilməsinə dair dəyişikliklər 

“Azərbaycanda QHT-lərin fəaliyyətini məhdudlaşdırıb”.   

 

İşgəncə və pis rəftar 



İşgəncə və pis rəftarla bağlı cəzasızlıq mühiti davam edir. 20 avqust tarixdə Bəhruz 

Hacıyev polis tərəfindən dindirilmək üçün saxlandıqdan sonra Mingəçevir Polis İdarəsində 

ölüb. Daxili İşlər Nazirliyi bildirib ki, Hacıyev özünü pencərədən atıb. Hacıyevin ailəsi 

bildirib ki, onun bədənində başqa zorakılıq izləri də aşkar edilib.   

 

2014-cü ilin dekabr ayında Elşad Babayev həbsxanada vəfat edib. Babayevin bacısı onun 



şəkillərini yayıb və şəkillərdə onun bədənindəki zorakılıq izlər açıq-aşkar görünür. 

Hakimiyyət orqanları bununla bağlı cinayət işi açıb, lakin onun ölümündə məsuliyyət 

daşıyan heç kim müəyyən edilməyib.  

 

İyul və avqust aylarında  İlqar Məmmədov həbsxanadan bəyan edib ki, o, prezident İlham 



Əliyevə əfv ərizəsi ilə müracət etmədiyinə görə kamera yoldaşları tərəfindən hücuma məruz 




 

qalıb. Avqust ayında Avropa Şurasının (AŞ) Baş Katibi Azərbaycanın Ədliyyə Nazirinə 

məktub göndərərk bu məsələ ilə bağlı dərhal araşdırma aparılmasını xahiş edib. 

Məmmədov bildirib ki, həbsxana administrasiyası oktyabr ayında onu döyüb. Hakimiyyət 

orqanları bununla bağlı səmərəli araşdırma aparmayıb.  

 

Aprel ayında Birləşmiş Millətlər Təşkilatının Alt Komitəsi həbsxanalara baş çəkərək 



bildiriblər ki, hakimiyyət həbsxanalarda “vəkillə əlaqə saxlamaq, həkimə və ya ailə 

üzvlərinə çatımlılıq da daxil olmaqla bir çox fundamental hüquqi və prosessual 

təhlükəsizliyi” təmin etmir.  

 

Seçkilər 



Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Demokratik İnstitutlar və İnsan 

Hüquqları Ofisi (ATƏT/DİİHO) 1 noyabr parlament seçkilərinə müşahidə missiyası 

göndərməkdən imtina edib və bunu hakimiyyətin missiyanın fəaliyyətini 

məhdudlaşdırması ilə əlaqələndirib. DİİHT əvvəllər bəyan edib ki, jurnalistlərə qarşı 

həbslər, ittihamlar və digər təzyiqlər seçki mühitinə neqativ təsir edir. Avropa Parlamenti 

və ATƏT-in Parlamenti Assambleyası da seçki missiyası göndərməkdən imtina edib. Avropa 

Şurası Parlament Assambleyasının məhdud seçki missiyası bildirib ki, səsvermə 

“ümumilikdə beynəlxalq standardlara cavab verir”, lakin missiyanın üç müşahidəçisi 

ayrıca rəy bildirərək “azad və demokratik seçki şərtlərilə bağlı” çatışmazlıqlar olduğunu 

bəyan ediblər.   

 

Əsas beynəlxalq qurumlar 



Avropa Parlamenti istisna olmaqla Avropa İttifaqı (Aİ) institutları və üzv dövlətləri 

Azərbaycanın insan hüquqlarına olan təzyiqlərinə vahid şəkildə cavab verməyib və ya 

ikitərəfli əlaqələrdə hər hansı dəyişiklik həyata keçirməyib. Aİ-Azərbaycan arasında strateji 

əməkdaşlığı dair saziş üzrə danışıqlar davam edir.  

 

Fevral ayında Azərbaycana səfər edən Aİ-nin insan hüquqları üzrə xüsusi nümayəndəsi bu 



səfərini ölkədə fundamental insan hüquqlarının inkişafı üçün istifadə edə biməyib. Aİ-nın 

xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə yüksək nümayəndəsi veridyi bir sıra 

bəyanatlar vermişdır. Bu bəyanatlarla həm də vətəndaş cəmiyyətinə qarşı verilən “qeyri-

proporsional” cəzalar da pislənilmişdir. Lakin bu bəyanatlarda Leyla Yunus və Arif Yunus 






 

istisna olmaqla hökuməti tənqid edən digərlərinin azadlığa buraxılması məsələsi tələb 

edilməmişdir.     

 

Aİ-nın Azərbaycanın Avropa Qonşuluq Siyasətini yerinə yetirməsinə dair hesabatı insan 



hüquqları və fundamental azadlıqları ilə bağlı vəziyyətin “pisləşdiyini” qeyd edib.  

 

Amerika Birləşmiş Ştatları Dövlət Departamenti insan hüquqları müdafiəçilərinin həbsini 



pisləyən bir sıra bəyanatlar yayıb. May ayında media nümayəndələri aşkar ediblər ki, 

dövlət neft şirkəti olan SOCAR 10 ABŞ Konqresi üzvünün və onların 32 nəfərdən ibarət işçi 

heyətinin 2013-cü ildə Bakıda keçirilən konfransa səfərini gizli şəkildə maliyyələşdirib və 

onlara bahalı hədiyyələr təqdim edib. Etik istintaq Konqres üzvlərnin və işçi heyətinin 

konfransın Azərbaycan hökuməti tərəfindən maliyyələşdirildiyi barədə bilgili olduğunu 

sübuta yetirən dəlillər aşkar etməyib. Səfərin ardından SOCAR və digər neft şirkətlərinin 

xeyrinə ABŞ qanunvericiliyinə normalar əlavə edilib. Araşdırmalardan sonra iştirakçılar 

hədiyyələri geri qaytarıblar.    

 

İyun ayında AŞ-nın Parlament Assambleyası nizamnamə qəbul edərək “Azərbaycanda 



insan hüquqlarına təzyiqləri” pisləyib və “sistemli repressiyalara” son qoymağa çağırıb. 

Şuranın Baş Katibi və Parlament Assambleyasının Prezidenti məhkəmə proseslərinə dair 

bəyanatlar qəbul edib. Oktyabr ayında baş katib təşkilatın Azərbaycanda insan 

hüquqlarına dair işçi qrupundan geri çəkildiyini bildirib və bunu insan hüquqları 

müdfiəçilərinin vəziyyətinin pisləşməsilə əlaqələndirib.  

 

Bir sıra işlərdə Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Avropa İnsan Hüquqları 



Məhkəməsinə müdaxilə edib və “hakimiyyəti tənqid edən şəxslərə qarşı Azərbaycanda 

repressiyalar olmasına dair aşkar nümunələri” qeyd edib.    

 

İyun ayında BMT İnsan Hüquqları Şurasında İrlandiya tərəfinin başlıca təşəbbüsü 25 dövlət 



Azərbaycanda “tənqidi səslərin sistemli şəkildə susdurulması” halını pisləyib və  hökuməti 

tənqid edən şəxsləri “təcili və qeyd-şərtsiz” azad etməyə çağırıb. 20 avqust tarixdə altı 

BMT eksperti birgə bəyanat yayaraq Leyla Yunusun həbsini pisləyiblər və bunu “açıq-aşkar 

siyasi motivli” həbs adlandıraraq Azərbaycanda “insan hüuqları fəallarına qarşı 

təzyiqlərin” dayandırılmasına çağırıblar. Sentyabr ayında insan hüquqları üzrə BMT Ali 

Komissarı təzyiqləri pisləyib və hökuməti tənqid edən şəxslərin azad edilməsinə çağırıb.   






 

 

ATƏT-in Bakıda artıq statusu kiçildilmiş fəaliyyəti hökumətin iyul ayında verdiyi qerarla  



tamamilə dayandırılıb. ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi jurnalistlərin təqib 

edilməsi, Azadlıq Radiosunun yoxlanılması və Rasim Əliyevin ölümünə dair bir sıra 

bəyanatlar qəbul edib.     

 

Mart ayında Qadınlara Qarşı Ayrı-Seçkiliyin Qadağan Olunmasına dair BMT Komitəsi 



hüquqi inkişafı, eləcə də məişət zorakılığına dair qanunu və minimum evlilik yaşının 18-ə 

qaldırılması halını müsbət hal kimi qeyd edib. Komitə AŞ-nın qadına qarşı zorakılığa dair 

Konvensiyasının qəbul edilməməsini pisləyib; həmçinin qadına qarşı zorakılığa eləcə də 

uşaq evliliklərinə qarşı adekvat tədbirlərin olmaması, QHT qanunvericiliyinin 

məhdudlaşdırılması və qadın jurnalistlərə və fəallara qarşı təzyiqlər və onların həbs 

edilməsi hallarını tənqid edib.  

 

Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (EITI) aprel ayında Azərbaycanın statusunu 



“uyğun ölkə” dərəcəsindən “namizəd ölkə” dərəcəsinə endirib və təkidlə “hökuməti 

Azərbaycanda vətəndaş cəmiyyətininin EITI-də lazımi qaydada iştirakını” təmin etməyə 



çağırıb.   

 

Yüklə 42,78 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə