Microsoft Word Azerbaijan Country Strategy Final for Web Posting Aze (3)



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə1/28
tarix07.12.2017
ölçüsü0,6 Mb.
#14251
  1   2   3   4   5   6   7   8   9   ...   28


 

AVROPA YENİDӘNQURMA VӘ İNKİŞAF  

BANKININ SӘNӘDİ 

 

AZӘRBAYCAN ÜZRӘ STRATEGİYA 

 

 

30 aprel 2014 tarixindә İdarә Heyәti tәrәfindәn tәsdiq olunmuş 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



AYİB mәtnin әslinin tәrcümәsini ancaq oxucunun rahatlığı üçün verir. AYİB tәrcümәnin dәqiq 

olması üçün mümkün tәdbirlәri görsә  dә, bu tәrcümәnin dәqiqliyinә  zәmanәt vermir vә ya 

tәmin etmir. Oxucu tәrcümәyә ancaq öz riski hesabına etibar edә bilәr. Heç bir halda AYİB, 

onun әmәkdaşları vә ya agentlәri, sәbәbindәn asılı olmayaraq, tәrcümәnin mәzmunu ilә bağlı 

hәr hansı bir qeyri-dәqiqlik, sәhv, buraxılma, silinmә, qüsur vә / vә ya hәr hansı bir dәyişiklik 

üçün vә ya bundan irәli gәlәn hәr hansı  zәrәrә görә oxucu vә ya başqası qarşısında 

mәsuliyyәt daşımır. İngilis dilindәki mәtn vә tәrcümә arasında fәrqlәr vә ya ziddiyyәt әmәlә 

gәldiyi halda, üstünlük ingilis dilinә verilәcәk. 

 



 

MÜNDӘRİCAT 

İCMAL .......................................................................................................................... 2

 

1. BANKIN PORTFELİ .............................................................................................. 5

 

1.1 Bankın bu günә kimi olan fәaliyyәtlәrinin icmalı ........................................... 5



 

1.2. Әvvәlki ölkә strategiyasının icrası ................................................................. 6

 

1.3. Bank portfelinin keçid tәsiri ........................................................................... 8



 

2. ӘMӘLİYYAT MÜHİTİ ........................................................................................ 11

 

2.1. Siyasi kontekst ............................................................................................. 11



 

2.2. Makroiqtisadi kontekst ................................................................................. 11

 

2.3. Struktur islahat konteksti ............................................................................. 12



 

2.4. Biznes mühiti ............................................................................................... 14

 

2.5. Sosial kontekst ............................................................................................. 15



 

2.6. Hüquqi kontekst ........................................................................................... 16

 

2.7. Enerji effektivliyi vә iqlim dәyişikliyi konteksti ......................................... 17



 

3. STRATEJİ İSTİQAMӘTLӘR ............................................................................. 17

 

3.1. Bazaryönümlü diversifikasiyanın tәşviqi ..................................................... 18



 

3.2. Özәl sektorun inkişafına dәstәk göstәrilmәsi üçün davamlı maliyyә 

sektorunun inkişaf etdirilmәsi ............................................................................. 22

 

3.3. İdarәetmәnin tәkmillәşdirilmәsi vә biznes mühiti ....................................... 24



 

3.4. Bankın tәklif olunan fәaliyyәtlәrinin ekoloji vә sosial nәticәlәri ................ 25

 

4. MALİYYӘYӘ ÇIXIŞ ............................................................................................ 26

 

4.1 Özәl kapital mәnbәlәri .................................................................................. 26



 

4.2. Digәr beynәlxalq maliyyә institutları (BMİ) ilә әmәkdaşlıq vә çoxtәrәfli 

inkişaf banklarının maliyyәlәşmәsı ..................................................................... 27

 

4.3. Avropa İttifaqı ilә әmәkdaşlıq ..................................................................... 31



 

ӘLAVӘ 1 - SİYASİ QİYMӘTLӘNDİRMӘ ........................................................... 33

 

ӘLAVӘ 2 – KEÇİD PROBLEMLӘRİNİN QİYMӘTLӘNDİRİLMӘSİ ............ 41

 

ӘLAVӘ 3 – HÜQUQİ KEÇİD ................................................................................. 51

 

ӘLAVӘ 4 – KİÇİK BİZNESӘ DӘSTӘK ................................................................ 55

 

ӘLAVӘ 5– TEXNİKİ ӘMӘKDAŞLIQ ................................................................... 59

 

ӘLAVӘ 6 – SEÇİLMİŞ İQTİSADİ GÖSTӘRİCİLӘR ......................................... 60

 

ӘLAVӘ 7 – GENDER BӘRABӘRLİYİ ................................................................. 61

 

 



 


 

İCMAL 

 

Azәrbaycan Bankın tәsis edilmәsi haqqında Sazişin 1-ci Maddәsindә nәzәrdә tutulan 



çoxpartiyalı demokratiya, plüralizm vә bazar iqtisadiyyatı prinsiplәrinә tәrәfdar çıxır. 

Bu prinsiplәrin daha davamlı  şәkildә  tәtbiq olunması siyasi mәsuliyyәtliliyi artıra, 

qanunun aliliyini güclәndirә vә ölkәnin digәr problemlәrini hәll etmәsinә yardım edә 

bilәr. 


 

Azәrbaycan idarәetmә formasına görә prezident respublikası olmaqla ölkәdә 

sәlahiyyәtlәr  әsasәn icra hakimiyyәti orqanlarına yönәlir. Prezident İlham  Әliyev 

2003-cü ilin oktyabr ayından hakimiyyәtdәdir. Hakimiyyәtә gәldikdәn bәri Prezident 

Әliyev möhkәm siyasi hakimiyyәt yaratmışdır vә 2013-cü ilin oktyabr ayında 

keçirilәcәk prezident seçkilәrindә dә iştirak edәcәk. Hakim partiya qanunverici orqan 

vә siyasi sistemdә dominant mövqe tutur. Ölkәnin növbәti prezident vә parlament 

seçkilәrinin Strategiya mәrhәlәsindә hakimiyyәt bölgüsünü әhәmiyyәtli dәrәcәdә 

dәyişmәsi real görünmür. 

 

Karbohidrogen hasilatının sürәti aşağı düşdüyünә görә iqtisadi inkişafın artım tempi 



böhrandan әvvәlki yüksәliş illәrindәn xeyli azalmışdır. 2011-ci ildә ÜDM yalnız 0.1% 

artmışdırsa, neft hasilatı 10.6% azalmışdır. 2012-ci ildә neft istehsalının nisbәtәn kiçik 

şәkildә azalması  әsasәn inşaat vә xidmәt sahәlәrini özündә birlәşdirәn qeyri-neft 

sektorunun genişlәnmәsi (9.7%) ilә müşayiәt olunmuş vә artım 2.2 % sürәtlәnmişdir. 

2013-cü ilin ilk 9 ayında artım 5,1% hәddindә olmuşdur. . Ölkәnin hakimiyyәt 

orqanlarının verdiyi bәyanatlara görә neft sektoru 2013-2014-cü illәrdә yenidәn 

dirçәlәcәk. Buna baxmayaraq, bәzi müşahidәçilәr neftin tarixi zirvәsinә  qәdәm 

qoyduğunu, lakin azalmaqda davam edәcәyini bildirir. Qaz istehsalının növbәti 

Strategiya mәrhәlәsindә xeyli artacağı gözlәnilir ki, bu da neft istehsalının 

azalmasının tәsirini qismәn azaldacaq. Ölkәnin iri neft fondu (ÜDM-nin 50%-i) 

sarsıntılara qarşı önәmli bufer rolunu oynayır.  Әsasәn neft istehsalı ilә müşayiәt 

olunan davamlı inkişaf, elәcә  dә sosial köçürmәlәr yoxsulluq sәviyyәsinin 1999-cu 

ildә 50 %-dәn 2012-ci ildә 6 %-ә qәdәr azalmasına gәtirib çıxarmışdır. 

 

Azәrbaycanın struktur islahatlarda inkişafı qeyri-bәrabәr olmuşdur. Hökumәt biznes 



müәssisәlәrinin vergi xәrclәrinin azaldılması  vә vergi toplama hәddinin artırılması 

mәqsәdilә vergi idarәçiliyindә bir sıra irәlilәyişlәr etmişdir. 2012-ci ilin yanvar ayında 

qüvvәyә minәn yeni Gömrük Mәcәllәsi qaydaları beynәlxalq standartlara 

uyğunlaşdırması gözlәnilәn müxtәlif sahәlәrdә güclәndirilmiş müddәaları, o 

cümlәdәn, istehsal ölkәsinin tәsdiqlәnmәsi, qiymәtlәndirmә metodları, gömrük 

idarәçiliyindә vahid pәncәrә prinsipi, gömrük auditi vә mallar üzrә  mәlumatların 

elektron şәkildә gömrük orqanlarına tәhvil verilmәsini özündә әks etdirir.  Hökumәt 

eyni zamanda infrastrukturu yaxşılaşdırmağa vә karbohidrogen ixracatının 

istiqamәtlәrini  şaxәlәndirmәyә davam etmiş, mәrkәzi bank isә maliyyә sistemini 

güclәndirmәk üçün müvafiq addımlar atmışdır. 

 

Azәrbaycan önәmli inkişaf mәrhәlәsinә  qәdәm qoymuşdur. Neft hasilatının 2017-ci 



ildәn etibarәn aşağı düşәcәyini vә iqtisadiyyatın yığılmış karbohidrogen gәlirlәrindәn 

çox yüksәk asılılığını nәzәrә alaraq Azәrbaycanın daha müasir vә parlaq sektorla post-

neft mәrhәlәsinә  qәdәm qoymasına tәminat yaradılmasında iqtisadiyyatın 

diversifikasiyası başlıca rol oynayacaq. Hakimiyyәt orqanlarının 2020-ci ilә baxış 

strategiyası  әsasında diversifikasiya üzrә ambisiyalı  hәdәflәr qәbul etmәsinә  vә 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə