Microsoft Word azerbaijan pr updated docx



Yüklə 113,59 Kb.
Pdf görüntüsü
tarix19.10.2018
ölçüsü113,59 Kb.
#74850


AZƏRBAYCAN 

 

Əsas  təsbitlər:  Azərbaycanda  mövcud  olan  ictimai  dini  tolerantlığa  baxmayaraq,  hökumətin  son  bir 

neçə  il  ərzindəki  fəaliyyəti  nəticəsində,  xüsusilə  2009-cu  ildə  qəbul  edilmiş  din  haqqında 

məhdudlaşdırıcı  qanunun  pozulmasına  görə  cərimələrin  2010-2011-ci  illərdə  artırılmasından  sonra, 

dini  etiqad  azadlığı  ilə  bağlı  vəziyyət  pisləşmişdir.  Dini  təşkilatların  qeydiyyat  üçün  göndərdikləri 

müraciətləri  ya  gecikdirilmiş  və  ya  rədd  edilmiş,  dini  qruplar  bağlanmış,  keçən  ildə  dinc  din  fəalları 

saxlanılmış,  cərimələnmiş  və  həbs  edilmişdir.  Bu  narahatçılıq  səbəbilə  ABŞ  Beynəlxalq  Dini  Etiqad 

Azadlıqları  Komitəsi  2014-cü  ildə  Azərbaycanı  sıralamada  yenidən  2-ci  yerə  endirmişdir. 

Azərbaycana 2-ci yer ilk dəfə 2013-cü ildə verilmişdir.  

 

Arayış 

 

Azərbaycanda  dini  etiqad  haqqında  2009-cu  ildə  qəbul  edilmiş  qanun  dini  etiqad  azadlıqlarını 



məhdudlaşdırmaq və cərimələri, polis reydlərini, saxlanmaları və həbsləri əsaslandırmaq üçün istifadə 

olunur.  Qanunun  müddəalarına  aşağıdakılar  daxildir:  mürəkkəb  və  müdaxiləçi  icbari  dövlət 

qeydiyyatı; qeydiyyatdan imtina edilməsi üçün apelyasiya şikayətinin verilməsi imkanının olmaması; 

dini  fəaliyyətin  icmanın  qeydiyyata  alındığı  ünvanla  məhdudulaşdırılması;  dini  materialların 

məzmunu, hazırlanması, idxalı, ixracı və yayılması üzərində geniş dövlət nəzarəti; moizə etmək, dini 

öyrətmək  və  mərasimləri  aparmaq  üçün  dövlət  lisenziyalı  dini  təhsil.  2012-ci  ilin  oktyabr  ayında 

Avropa  Şurasının  (AŞ)  Venesiya  Komissiyası  və  Avropada  Təhlükəsizlik  və  Əməkdaşlıq  Təşkilatı 

(ATƏT)  Azərbaycanın  dini  etiqad  haqqında  qanununun  ölkənin  beynəlxalq  insan  haqları  ilə  bağlı 

götürdüyü  öhdəliklərə  cavab  vermədiyi  barədə  hüquqi  rəy  vermişdir.  2014-cü  ilin  may  ayından 

etibarən Azərbaycan altı ay ərzində AŞ Nazirlər Şurasının sədri olacaq. 

 

Dini  etiqad  haqqında  qanunu  pozan  şəxslərə  və  ya  qruplara  inzibati  cərimələr  tətbiq  olunurlar. 



Mümkün  pozuntulara  aşağıdakılar  daxildir:  qeydiyyatdan  keçməmək;  dövlətdən  icazə  almadan  dini 

görüşlər  və  mərasimlər  keçirmək;  qrupun  qeydiyyatdan  keçdiyi  ünvandan  kənarda  dini  fəaliyyət 

göstərməsi;  dövlət  tərəfindən  təsdiq  edilmiş  nizamnaməyə  uyğun  olmayan  fəaliyyət.  2010-cu  ildə 

cərimələr  2009-cu  il  ilə  nisbətən  16  dəfə  artırılmışdır.  Dini  təhsil  haqqında  müddəaların  pozulması 

cinayət  məsuliyyətinə  cəlb  olunmasına  gətirib  çıxarır.  Uşaqları  dini  fəaliyyətlə  məşğul  olmağa  və  ya 

dini təhsil almağa məcbur edənlər cərimə olunur və ya iki ilədək həbs cəzasına məhkum edilirlər. 

 

Azərbaycan parlamenti dini ekstremizmin və xarici missioner fəaliyyətinin yayılmasının qarşısını 



almaq məqsədilə 2013-cü ildə dini etiqad, QHT-lər haqqında və digər qanunlara yeni məhdudlaşdırıcı 

düzəlişləri qəbul etmişdir. 

 

 

Dini etiqad azadlıqları ilə bağlı 2013-2014-cü illərdə vəziyyət  



 

Qeydiyyat vasitəsilə hökumət nəzarəti: Qeydiyyat prosesi mütləqdir və qeydiyyatı rədd edilmiş və 

ya  qeydiyyatdan  imtina  edən  qruplar  “qeyri-qanuni”  hesab  edilirlər.  Qeydiyyatdan  keçmiş  hər  hansı 

dini  təşkilatın  fəaliyyət  göstərməsinə  yalnız  onun  hüquqi  ünvanında  icazə  verilir.  Beynəlxalq  Dini 

Azadlıq  Assosiasiyası  və  Devamm  kimi  müəyyən  dini  etiqad  azadlığı  QHT-lərinin  qeydiyyat  ərizəsi 

rədd edilmişdir. 2012-ci ilin fevral ayında Azərbaycanın Ali Məhkəməsi Bakıdakı Praise Pentekostal 

kilsəsinin  qeydiyyata  alınmasına  hökm  vermiş,  lakin  elə  həmin  ayda  Yehova  Şahidləri  qeydiyyatla 

bağlı Ali Məhkəmədə baxılan işi uduzmuşlar.  



  

Dini  fəaliyyətlə  bağlı  cəzalar:  Qeydiyyatdan  keçməmiş  dini  icmaların  üzvləri  reydlərlə,  dini 

mətnlərin müsadirə olunması və digər cərimələrlə üzləşirlər. Azərbaycan QHT-lərin Hüquqi Müdafiəsi 

və Maarifləndirmə Cəmiyyəti Đctimai Birliyi öz ibadətlərini dinc yolla həyata keçirdiklərinə görə həbs 

olunmuş 51 müsəlmanın siyahısını tərtib etmişdir (əlavəyə bax).  

Onların  əksəriyyəti  məktəblərdə  baş  örtüklərinin  qadağan  olunmasına  qarşı  ictimai  etiraz 

aksiyalarında  iştirak  etdiyinə  görə  2012-ci  ildən  bəri  məhkum  edilib.  Məscidlərə  dövlətin  Qafqaz 

Müsəlmanları Đdarəsindən imam təhkim etmək cəhdini ictimai surətdə tənqid edən Đslam teoloqu Taleh 

Bağırov  2013-cü  ilin  noyabr  ayında  uydurma  qanunsuz  narkotika  alverinə  görə  ittiham  olunaraq,  iki 

illik həbs cəzasına məhkum edilmişdir. 2013-cü ilin avqust ayında Bağırovun sürücüsü Anar Məlikov 

da  narkotika  alverində  ittiham  olunmaqla,  19  aylıq  həbs  cəzasına  məhkum  edilmişdir.  Avropa 

Şurasının  Parlament  Assambleyasının  (AŞPA)  məruzəçisi  2013-cü  ilin  yanvar  ayında  AŞPA-ya 

təqdim etdiyi məruzəsində qeyd etmişdir ki, Azərbaycanda 23 nəfər dinlə bağlı siyasi ittiham edilərək, 

həbs edilmişdir; Azərbaycanda siyasi məhkumlarla bağlı qətnamə AŞPA-dan keçə bilmədi. 

 

Müsəlmanlar üzərində əlavə məhdudiyyətlər: Azərbaycandakı müsəlmanlar (əksəriyyəti şiələrdir) 

əlavə  məhdudiyyətlərə  məruz  qalırlar.  Bütün  müsəlman  dini  rəhbərləri  dövlətin  dəstəklədiyi  Qafqaz 

Müsəlmanları  Đdarəsi  tərəfindən  təyin  edilir  və  Azərbaycanda  təhsil  almış  vətəndaşlardan  olmalıdır; 

bütün  məscidlər  Qafqaz  Müsəlmanları  Đdarəsinə  tabe  olmalıdırlar  və  yalnız  Azərbaycan  vətəndaşları 

Đslami  dini  icmalar  yarada  bilərlər.  2013-cü  ildə  Müsəlmanlar  Đdarəsinə  bağlı  olmayan  heç  bir 

müsəlman  icması  hüquqi  statusa  malik  olmamışdır.  Polis  hökumətin  məscidlərdən  kənarda  ibadət 

etməyi  qadağan  edən  2008-ci  il  qərarını  tətbiq  etməyə  davam  edir.  Təhsil  Nazirliyi  2010-cu  ildə 

məktəbli  formasını  tətbiq  etmişdir,  bu  da  öz  növbəsində  Đslami  baş  örtüyünü  qadağan  edir.  Həmin 

qadağanın  universitetlərə  tətbiq  edilməyə  başlanılması  2013-cü  ildə  çoxlu  şikayətlərə  və  etirazlara 

gətirib  çıxarmış  və  bu  səbəbdən  insanlar  həbs  edilmişdir.  2013-cü  ilin  dekabr  ayında  yerli  rəsmilər 

Peştatükdə tikilməkdə olan bir kənd məscidini dövlətdən icazəsi olmadığı üçün dağıtmışdılar. 2013-cü 

ilin  sonunda  qəbristanda  qeyri-rəsmi  olaraq  ibadət  etdiklərinə  və  bunun  üçün  rəsmi  icazələri 

olmadığına görə iki müsəlman bir illik əmək haqqı mislində cərimə olunmuşdur. 

 

Dini azlıqlar üzərində məhdudiyyətlər: Demək olar ki, bütün Protestant məzhəblərinin (Baptistlər, 

Yeddinci  gün  Adventistləri  və  Pentekostallar  da  daxil  olmaqla),  o  cümlədən  Yehova  Şahidlərinin  də 

hüquqi  statusu  yoxdur.  2013-cü  ilin  may  ayında  məhkəmə  qeydiyyatdan  keçməmiş  dini  fəaliyyətlə 

məşğul  olan  iki  baptistə  qarşı  cərimə  müəyyən  etmişdir.  Đki  Gürcü  ortodoks  icması  qeydiyyatdan 

keçmişdir,  lakin  Qax  rayon  icra  hakimiyyəti  üç  Gürcü  ortodoks  kilsəsində  sitayişi  30  dəqiqə  ilə 

məhdudlaşdırmış  və  kilsələrin  əksəriyyəti  dini  ayinlərdən  məhrum  edilmişdir.  Bakının  tarixi  Erməni 

apostol qriqoryan Đllüminator Kilsəsi abadlaşdırılmışdır və hazırda Azərbaycanın Prezident Aparatının 

Đşlər Đdarəsinin arxiv şöbəsi kimi fəaliyyət göstərir. 

 

Dini etiqadına görə hərbi xidmətdən imtina olunması ilə bağlı durum: Azərbaycan 2011-ci ildə 

AŞ-na qoşularkən  alternativ xidmətə imkan verəcəyini vəd etmişdi, lakin hələ də dini etiqadına  görə 

orduda  xidmətdən  imtina  olunması  haqqında  qanun  qüvvəyə  minməmişdir.  Konstitusiya  alternativ 

xidmətə  icazə  verdiyinə  baxmayaraq,  digər  qanunlar  hərbi  xidmətdən  imtina  edənlərə  2  illik  həbs 

cəzası  müəyyən  edir.  2013-cü  ilin  iyun  ayında  ölkənin  dini  etiqadına  görə  hərbi  xidmətdən  imtina 

etmiş  və  hər  ikisi  Yehova  Şahidləri  olan  iki  məlum  şəxsi  məhkum  amnistiyasının  bir  hissəsi  olaraq 

azad edilmişdilər.  

 



Dini  ədəbiyyata  dövlət  senzurası:  Dini  ədəbiyyatı  hazırlamaq,  idxal-ixrac  etmək  və  ya  yaymaq 

üçün  dövlətdən  icazə  almaq  tələb  olunur.  Dini  ədəbiyyatı  rəsmi  olaraq  təsdiq  edilmiş  yerlərdən 

kənarda satmaq olmaz, əcnəbilər isə moizə apara bilməzlər. Qanunu ilk dəfə pozanlar üçün iki ilədək 

həbs cəzası nəzərdə tutulur, “konspirativ” yaxud  mütəşəkkil qruplar və ya qanunu təkrar pozanlar isə 

iki  ildən  beş  ilədək  həbs  cəzası  ilə  üzləşirlər.  Əcnəbilər  və  vətəndaşlığı  olmayanlar  tərəfindən 

yaradılmış  qeyri-məlum  “dini  təşviqat”  üzərindəki  hüquqi  qadağalar  bəzi  müsəlmanların, 

protestantların  və  Yehova  şahidlərinin,  o  cümlədən  keçmiş  Sovet  Đttifaqı  vətəndaşlarının  və  uzun 

müddətli  rezidentlərin  də  deportasiya  olunmasına  gətirib  çıxarmışdır.  2013-cü  il  may  ayında  Dini 

Qurumlarla  Đş  üzrə  Dövlət  Komitəsi  qadağan  edilmiş  ədəbiyyatın  siyahısını  açıqlayacağını  elan  etsə 

də, hələ də siyahı açıqlanmamışdır. Hökumət evlərə reydlər etmiş və Quran kitabları, Türk müsəlman 

teoloqu  Səid  Nursinin  əsərləri  və  baptist  ədəbiyyatı  da  daxil  olmaqla  dini  ədəbiyyatı  müsadirə 

etmişdir. O, ölkə sərhədində olan dini mətnləri də müsadirə etmişdir. Hesabata əsasən, Gürcü ortodoks 

kilsəsi, katolik kilsəsi və bəzi müsəlman qrupları ədəbiyyatı daha asanlıqla əldə edə və ya dərc etdirə 

bilirlər. 

 

Sitayiş  yerlərinin  bağlanması  və  müsadirə  olunması:    2009-cu  ildən  bəri  Azərbaycanda  bir  çox 

ibadət  yerləri,  həmçinin  Gəncədə  “Alban”  məscidi,  Bakıda  Şəhidlər  məscidi  və  Naxçıvanda  Cümə 

məscidi kimi məscidlər, bağlanmış və ya dağıdılmışdır. Bakıdakı baptistlər öz tarixi ibadət yerlərinin 

qaytarılmasını  gözləyirlər.  2012-ci  ilin  sonunda  Bakı  bəhailəri  şəhərin  yenidən  qurulması  ilə  bağlı  

axırıncı tarixi binalarını itirmişlər. Gürcü ortodoks kilsəsi Qax rayonunda dörd kilsəni təkrar açmağa 

və bir monastır qurmağa çalışır. 

 

Naxçıvan  forpostunda  vəziyyət:  Naxçıvan  sakinləri  dini  etiqad  azadlığı  ilə  bağlı  Azərbaycanın 

digər  rayonları  ilə  müqayisədə  daha  kəskin  məhdudiyyətlərlə  üzləşirlər;  yerli  sünni  müsəlmanların 

ibadət etməyə yerləri yoxdur. Bahailər, adventistlər və hari krişnaların fəaliyyəti qadağan edilmişdir. 

 

ABŞ siyasəti üçün tövsiyələr 

 

Son onillikdə ABŞ-ın Azərbaycanla bağlı siyasətində Əfqanıstan müharibəsi məsələsinə daha çox 



diqqət yetirilmiş, insan haqları və dini azadlıqla bağlı məsələlərə o qədər də əhəmiyyət verilməmişdir. 

ABŞ BDEAK inanır ki, bu siyasət uzaqgörən olmamışdır. Təkamül edən geosiyasi vəziyyət Birləşmiş 

Ştatlar üçün yeni təhlükəsizlik öhdəliklərini yarada və ya yaratmaya bilər, lakin ABŞ BDEAK tövsiyə 

edir  ki,  ABŞ  hökuməti  aşağıdakı  üsullarla  Azərbaycanda  dini  azadlığı  və  əlaqədar  insan  hüquqlarını 

prioritetləşdirməlidir: 

 

• 



Dini qrupların qeydiyyatdan keçmədən sərbəst fəaliyyət göstərməsinə imkan verməsi 

və dini qurumların qeydiyyatını asanlaşdırmaq və könüllü etmək üçün dini etiqad haqqında qanuna 

düzəliş etməsi üçün Azərbaycan hökumətinə təzyiq göstərmək; 

 

• 



Azərbaycandakı dini etiqad azadlığı ilə bağlı məlumatı BMT, Avropa Şurası (AŞ) və 

ATƏT kimi təşkilatlar tərəfindən beynəlxalq arenada ictimailəşməklə, Azərbaycanda dini etiqad 

azadlığı üzərində ictimai nəzarəti gücləndirmək və  Azərbaycan vətəndaşlarının beynəlxalq 

normalar pozulmaqla ittiham olunması hallarını bu beynəlxalq arenada şərhlərlə işıqlandırmaq; 

 

• 

Azərbaycan hökumətini BMT-nin Dini Etiqad və ya Əqidə Azadlıqları üzrə, 



Ədliyyənin Müstəqilliyi və Đşgəncələr üzrə Xüsusi Məruzəçilərinin səfərlərinə razılıq verməyə 

məcbur etmək, xüsusi səfər günlərini müəyyən etmək və belə səfərlər üçün tam və zəruri şəraiti 




təmin etmək; 

 

• 



ABŞ-ın Azərbaycandakı səfirliyinin Azərbaycan insan haqları fəalları ilə aktiv təmasda 

olmasını, hər bir məhbusun öz ailəsi ilə daha çox görüşə bilməsi, insan haqları üzrə nəzarətçilərin 

xidmətindən, adekvat tibbi yardımdan və hüquqşünas xidmətindən daha çox istifadə edə bilməsinə 

imkan vermək məqsədilə Azərbaycan hökumətinə təzyiq edilməsini təmin etmək; 

 

• 

ABŞ  hökumətinin  Azərbaycanla  bağlı  proqramlarında  dini  etiqad  azadlığını  qrantlar 



kateqoriyası və fəaliyyət sahəsi kimi müəyyən etmək; Dövlət Departamentinin, dini etiqad azadlığı 

və  insan  haqları  daxil  olmaqla,  “VIII  Bənd”  başlıqlı  tədqiqat  proqramının  və  dil  proqramlarının 

maliyyələşdirilməsini  bərpa  etmək;  dövlət  tərəfindən  maliyyələşdirilən  Demokratiyaya  Dəstək 

Milli  Fondunu  tolerantlıq  və  dini  etiqad  yaxud  əqidə  azadlığı  ilə  bağlı  vətəndaş  cəmiyyəti 

proqramları üçün qrantlar verməyə təşviq etmək; və 

 

• 



ABŞ  xarici  siyasətinin  bir  elementi  kimi,  Beynəlxalq  Yayımlar  üzrə  Nəzarət  Şurasını 

Azərbaycanda  insan  haqları,  həmçinin  dini  etiqad  yaxud  dini  əqidə  azadlığı  ilə  bağlı  məlumatın, 



radio, internet və digər vasitələrlə, xüsusilə Azərbaycan dilində, yayımının artırılması üçün təşviq 

etmək. 

Yüklə 113,59 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə