Microsoft Word Azerbaycan arxeologiyasi doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/75
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18329
1   ...   7   8   9   10   11   12   13   14   ...   75

 
41
          
Şəkil  26. I Kültəpənin Eneolit təbəqəsindən aşkar olunmuş boyalı qablar
  
 
 
I Kültəpənin  VIII tikinti qatında aşkar olunan tikinti qalıqları, ritual məqsədlə 
istifadə olunan ocaqlar ev kultunun varlığını, yaşayış yerində ziyarətgahların 
olduğunu göstərir. Ön Asiya, o cümlədən  Şərqi Anadolunun Neolit və Eneolit 
mədəniyyətləri üçün xarakterik olan ev ziyarətgahlarının interyeri yaşayış 
evlərindən o qədər də fərqlənməmişdir.     
 


 
42
Naxçıvan ərazisinin yumşaq və mülayim iqlimi, bu ərazinin yabanı bitən 
yumşaq buğda, bərk buğda, covdarla zəngin olması  əkinçilik mədəniyyətinin 
erkən meydana gəlib inkişaf etməsi üçün şərait yaratmışdır. I Kültəpədən aşkar 
olunmuş yumşaq buğda (Triticum sativum), şarşəkilli buğda (Triticum 
steriococum), cırtdan buğda (Triticum kompactum Hest), qılcıqsız arpa 
(Hordeum Sativum), butılkaşəkilli arpa (Hordenm Lagun culiforme) növləri 
əkinçiliyin müəyyən inkişaf səviyyəsində olduğunu göstərir. Arxeoloji qazıntılar 
zamanı əkinçiliklə bağlı əmək alətlərinin, xüsusilə toxalar, dən daşları, sürtkəclər, 
həvənglər, dəstələr və digər alətlərin aşkar olunması  əkinçilik məhsullarının 
yaşayış yerində emal olunduğunu təsdiq edir. Əkinçilik mədəniyyətinin yüksək 
inkişaf səviyyəsi həmçinin buynuzdan hazırlanmış oraq çərçivəsi və çoxsaylı 
oraq dişləri ilə də sübut olunur. Oraq dişləri və bıçaq şəkilli alətlər həm yaşayış 
evlərindən, həm də  qəbir abidələrindən  aşkar olunmuşdur. Çoxsaylı  əmək 
alətləri və becərilən bitkilərin çeşidləri Naxçıvanda  əkinçiliyin başlanğıc 
mərhələdə olmadığını təsdiq edir.  Yaşayış yerlərinin çay kənarlarında, əlverişli 
mövqelərdə yerləşməsi nəinki dəmyə, həm də suvarma əkinçiliyi üçün əlverişli 
olmuşdur.  Şübhəsiz ki, Eneolit dövründə  əmək alətləri kifayət qədər təkmil 
olmadığından geniş  əraziləri mənimsəmək və suvarma əkinçiliyini inkişaf 
etdirmək mümkün olmamışdır. 
Kültəpənin Eneolit təbəqəsindən həm yabanı, həm də  mədəni taxıl 
dənlərinin tapılması Naxçıvanın Cənubi Qafqazda dənli bitkilərin becərildiyi ilk 
ocaqlardan biri olduğunu göstərir. 
Eneolit dövründə iqtisadiyyatın aparıcı sahələrindən biri də maldarlıq 
olmuşdur. Aşkar olunan sümük qalıqlarının analizi iribuynuzlu maldarlığın 
təsərrüfatda əsas yer tutduğunu göstərir. Tədqiqatçıların fikrinə görə, bu dövrdə 
iqlimin mülayim və rütubətli olması iribuynuzlu maldarlıq üçün daha əlverişli 
şərait yaratmışdır. 
Naxçıvanda yerləşən qədim tayfaların mədəni inkişafını göstərən 
faktlardan biri də metallurgiyanın meydana gəlməsi və inkişafıdır. I Kültəpənin 
Eneolit təbəqəsindən mis külçəsindən hazırlanmış  əmək aləti aşkar 
olunmamışdır. Ehtimal ki, bu dövrdə metal yüksək qiymətləndirildiyi üçün təkrar 
emal olunmuşdur. Bu isə metal əşyaların az tapılmasının  əsas səbəblərindən 
biridir. Lakın I Kültəpədən aşkar olunmuş metal əşyaların tədqiqi Eneolit 
dövründə iqtisadi tərəqqinin yüksək inkişaf səviyyəsində olduğunu sübut edir.  
Eneolit dövrü metal əşyaların hazırlanmasında istifadə olunan ərintiləri üç 
tipə bölmək olar. Birinci tipə  təmiz misdən, ikinci tipə mis-arsen ərintisindən 
hazırlanan  əşyalar daxildir. Üçüncü tip mis-arsen-nikel ərintisi ilə  təmsil 
edilmişdir.       
Мəlum olduğu kimi, mis-nikel ərintiləri Yaxın  Şərq ölkələri üçün 
xarakterik olmuşdur. Tədqiqatçıların fikrinə görə, Cənubi Qafqazın nikel qarışığı 
olan  əşyaları, ya idxal olunmuş, ya da idxal olunmuş metal əsasında 
hazırlanmışdır. 


 
43
 Nikelə  təbiətdə başlıca olaraq arsen və kükürdlə birləşmə halında 
rastlanır. Buna görə belə hesab edilir ki, mis-arsen-nikel ərintilərinin tərkibindəki 
nikel kupfernikel (NiAs) və arsen-nikel (Ni AsS) mineralları ilə bağlı olmuşdur. 
Bu minerallara arsen filizinin tərkibində çox rastlanır. Bu, həm də onunla təsdiq 
olunur ki, mis-arsen-nikel ərintilərinin tətbiqi, arsenin misin əsas aşqarlayıcı 
komponenti kimi aradan çıxması ilə  kəsilmişdir.  İ.R.Səlimxanov apardığı 
tədqiqatlara əsaslanaraq belə hesab edir ki, o dövrdə insanlar nikel metalı ilə tanış 
olmamışdır. Lakin nikelli tuncun bəzi xüsusiyyətlərinə  bələd olan metallurq 
əritmə prosesində xəlitəyə nikelli filizi də əlavə etmişdir. 
I Kültəpənin birinci təbəqəsindən aşkar olunan metal əşyalar dövrünə görə 
olduqca inkişaf etmiş metallurgiyanın məhsuludur. Odur ki, aşkar olunan əşyalar 
mis metallurgiyasının erkən mərhələsini deyil, inkişaf etmiş  mərhələsini təmsil 
edir. I Kültəpədən aşkar olunan metal əşyaların tədqiqi onların yerli istehsalın 
məhsulu olduğunu göstərmişdir. Dünyanın  ən böyük arsen yataqlarından biri 
olan Darıdağ yatağının Naxçıvanda yerləşməsi mis-arsen metallurgiyasının yerli 
zəmində meydana gəlib inkişaf etməsini təmin edən  əsas faktorlardan biri 
olmuşdur. 
 Bu  dövrdə misə süni aşqarlar qatılması texnologiyanın mənimsənilməsi 
texniki biliklərin yüksək inkişaf səviyyəsində olduğunu təsdiqləyir. Мetallurgiya 
və metalişləmənin yüksək inkişafı iqtisadiyyatın digər sahələrinin ahəngdar 
inkişafı ilə təmin edilmişdir. Cənubi Qafqazın Eneolit abidələrindən, o cümlədən 
I Kültəpənin Eneolit təbəqəsindən aşkar olunan tapıntılar Kür-Araz mədəniyyəti 
dövründə inkişaf edən mis-arsen metallurgiyasının  əsasının məhz Eneolit 
dövründə qoyulduğunu göstərir.    
Arxeoloji araşdırmalara  əsasən demək olar ki, I Kültəpədə  həmçinin 
toxuculuq, dulusçuluq, sümükişləmə, daşişləmə  və ev sənətkarlığının digər 
sahələri inkişaf etmişdir.  
I Kültəpə sakinlərinin  əsas məşğuliyyət sahələrindən biri dulusçuluq 
olmuşdur. Мüxtəlif formalı gil qablarla təmsil olunan dulusçuluq məmulatı qum 
və saman qarışığı olan gildən  əldə hazırlanaraq bişirilmişdir. O. H. 
Həbibullayevin fikrinə görə, qabların bişirilməsində dulus kürələrindən istifadə 
olunmuşdur. Keramika məmulatı  əsasən çəhrayı, bəzən isə boz və qara rəng 
arasında dəyişməkdə olan rəng tonları ilə təmsil olunmuşdur. 
I Kültəpədən aşkar olunan arxeoloji materiallar yüksək inkişaf etmiş bir 
sosial həyatın varlığını sübut edir. Eneolit təbəqəsində  aşkar olunan evlərin 
sahəsi 19-56 kv.m , diametri isə 5-8,5 m arasındadır. Düzbucaqlı binalar çox 
dağıntıya uğradığından onların ölçüləri tam müəyyən edilməmişdir.  Evlərin 
sahəsi  orta  hesabla  37,5  kv.  m  olmuşdur.  Belə  hesab  etmək olar  ki,  I 
Kültəpənin təkotaqlı dairəvi evlərində cüt nikaha əsaslanan ailə, onların 
bəzilərində isə böyük ailələr yaşamışdır. Bu baxımdan arakəsmələrlə ayrılan bina 
diqqətəlayiqdir. Etnoqrafik materiallar  dairəvi formalı evlərdə böyük ailələrin 
yaşadığını göstərmişdir. Cüt nigaha əsaslanan ailənin Neolit dövründə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə