Microsoft Word Azerbaycan arxeologiyasi doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/75
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18329
1   ...   8   9   10   11   12   13   14   15   ...   75

 
44
formalaşdığı araşdırmalarla sübut olunmuşdur. Belə hesab etmək olar ki, Eneolit 
dövründə cüt nikaha əsaslanan ailənin daha böyük kollektivlərdə birləşməsi 
prosesi getmişdir. Naxçıvanın Eneolit iqtisadiyyatının  əsasını cüt nikaha 
əsaslanan və böyük kollektivlərdə birləşmiş ailələr təşkil etmişdir. Böyük 
ailələrin meydana gəlməsi istehsal səylərinin birləşdirilməsi ilə  də bağlı ola 
bilərdi. Analoji faktlar Azərbaycanın digər abidələrinin də tədqiqi zamanı ortaya 
çıxarılmışdır. Erkən əkinçilik mədəniyyətlərində qadınlar yüksək mövqeyə sahib 
olsa da,  texnikanın və təsərrüfatın inkişafı kişinin rolunu artırmışdır. Ehtimal ki, 
Eneolit dövrünün sonunda 5-7 nəfərlik üzvdən ibarət ailəyə kişi rəhbərlik 
etmişdir. 
I Kültəpənin Eneolit dövrünə aid qəbir abidələrinin müəyyən bir qismində 
qəbir avadanlığına rastlanması, digərlərində isə ona təsadüf olunmaması xüsusi 
mülkiyyətin mövcudluğunu ehtimal etməyə imkan verir. 
Arxeoloji abidələrin tədqiqi göstərir ki, Eneolit dövründə iqtisadiyyatın 
müxtəlif sahələrinin inkişaf etməsinə baxmayaraq, əkinçilik və maldarlııq 
təsərrüfatda aparıcı mövqe tutmuşdur.  Мəhsuldarlığın artırılması, qorunması, 
habelə  təbii stixiyalara qarşı mübarizə  qədim insanların ideoloji təsəvvürlərinin 
formalaşmasında mühüm rol oynamışdır. Qonşu Şərq ölkələrindən fərqli olaraq 
Naxçıvan sakinlərinin dairəvi formalı, evlərə üstünlük verməsi ehtimal ki,  
onların ideoloji təsəvvürləri ilə  də bağlı olmuşdur. Azərbaycan xalqı arasında 
yayılan inanclara görə insanın ətrafına çəkilmiş dairə onu bəd ruhlardan qoruya 
bilərmiş. Göyəm dağlarındakı  bəzi qayaüstü rəsmlərdə insanlar dairənin 
içərisində  təsvir edilmişdir. Ehtimal ki, evlərin dairəvi formada tikilməsi 
insanların təbii stixiyadan, bəd qüvvələrdən qorunması ilə bağlı  təsəvvürlərini 
əks etdirmişdir. Tədqiqatlar bu dövrdə Günəş və Ayla bağlı inancların yayıldığını 
göstərir. Bu inanclar Eneolit dövründən sonra da  arxeoloji materiallarda aydın 
şəkildə izlənmişdir. Daima işıq mənbəyi və  təbiətin məhsuldar qüvvələrinin 
başlanğıcı olan Günəş insanlar tərəfindən ilahiləşdirilmiş, sitayiş obyektinə 
çevrilmişdir.                            
 Naxçıvanın qədim sakinlərinin dünyagörüşü ilə bağlı  ən dəyərli 
materiallar qəbir abidələrinin tədqiqi zamanı  aşkar olunmuşdur. Bu dövrə aid 
qəbir abidələri yalnız I Kültəpənin Eneolit təbəqəsindən aşkar olunmuşdur. Qəbir 
avadanlığı başlıca olaraq bəzək  əşyalarından,  əsasən muncuqlardan ibarət 
olmuşdur. Lakin qəbirlərin bəzilərində əmək alətlərinin qalıqlarına, o cümlədən 
oraq dişlərinə rastlanmışdır. Araşdırmalar Eneolit dövründə I Kültəpədə yaşayış 
binalarının altında və onların arasında dəfn etmə adətinin olduğunu göstərir. 
Qəbirlərin müəyyən istiqaməti yoxdur, skeletlər müxtəlif cəhətlərə yönəldilmiş 
vəziyyətdə  aşkar edilmişdir. Bəzi qəbirlərin döşəməsi dəfndən  əvvəl gillə 
suvanmış, bəzilərində isə  dəfndən sonra qəbrin üzərinə gil suvaq çəkilmişdir. 
Skeletlərin böyük bir qrupunun üzərində  həsir qalıqlarına rastlanması onların 
dəfn zamanı  həsirə büküldüyünü göstərir. Skeletlər sol, yaxud sağ böyrü üstə
bəzən isə arxası üstə uzadılmış  vəziyyətdə  aşkar olunmuşdur. Qəbirlərin 


 
45
bəzisində mərhumun başının altına daş, yaxud gil qab parçası qoyulması adətinə 
rastlanmışdır. Dəfnlər tək, cüt və kollektiv halda olmuşdur.  Şübhəsiz ki, evin 
döşəməsində  dəfnetmə adəti ulu əcdada sitayiş, mərhumun ruhunun daim evdə 
olması, evin, ocağın mühafizəsi, son nəticədə  məhsuldarlığın təmin edilməsi 
ideyası ilə bağlı olmuşdur.  Мifoloji  şəkildə  dərk edilən o biri dünya qədim 
insanların mövcudluğunun əsasını təşkil etmişdir. Qəbilə rəhbərinin evin altında 
dəfn edilməsi, əcdadın ruhunun çağrılması, onların qəbrinə təmas edilməsi və s. 
vasitələrlə əcdadın ruhu ilə əlaqə yaradılmağa çalışılmışdır. 
Qəbirlərin ikisində it skeletinə rastlanmışdır.  Мəlum olduğu kimi, it 
insanların  əhliləşdirdiyi ilk heyvanlardan biri olmuşdur. Araşdırmalar itlə  dəfn 
etmənin Azərbaycanda uzun müddət davam etdiyini göstərir.  İtlə bağlı  dəfnə 
Naxçıvanda Sarıdərə nekropolunda, Xocalı-Gədəbəy mədəniyyətinə aid qəbir 
abidələrində də rastlanması bunu təsdiq edir. 
 İtlə bağlı inancların yaranması maldarlığın yaranmasından xeyli əvvələ, 
ovçuluq dövrünə aiddir. İtlərin iy və iz bilmə keyfiyyətləri onlara böyük önəm 
qazandırmış, qədim ovçu tayfalar ovun axtarılması  və tutulmasında böyük rolu 
olan itə sitayiş etmişlər. 
           İstər Ön Asiya abidələrindən, istərsə  də Azərbaycan abidələrindən aşkar 
olunan itlə bağlı  dəfnlər bu adətin qədim ovçu-maldar tayfaların inancları ilə 
bağlı olduğunu təsdiq edir. İtlə bağlı dəfnlər müəyyən ritualla bağlı olmuş, sakral 
məna daşımışdır.  Şübhəsiz ki, qədim insanların dini-mifoloji görüşlərinin 
formalaşmasında maldar tayfaların itin qoruyucu funksiyası ilə bağlı inancları da 
müəyyən rol oynamışdır. Etnoqrafik materiallar həyətlərdə it kəlləsi asılmasının 
insanların bəd ruhlardan qorunması ilə bağlı olduğunu göstərir. 
           Мəlum oluğu kimi, Şkif tayfa birliklərindən birinin rəhbəri  İspaka 
adlanmışdır.  İspaka sözünün midiya dilində sbaka (sobaka) sözünə zahirən 
bənzədiyinə  əsaslanan bəzi tədqiqatçılar skiflərin irandilli olduğunu qeyd 
etmişdir. Lakin O.Süleymanov iz-bak-ispak-sıbak (sbaka) çevrilməsinin 
mümkünlüyünü sübut etmiş və sobaka sözünün hind-iran dillərinə türk dilindən 
keçdiyini söyləmişdir.  İtə sitayişə semitlərdə, hind-avropalılarda, fin-uqorlarda 
rastlanmışdır. Lakin qədim köçəri türk tayfaları itə Tanrı kimi sitayiş etmiş, 
miflərdə isə öz mənşələrini onunla bağlamışlar. Tobol tayfalarında ulu əcdad-
əfsanəvi qəhrəman Ak-kobok (Ağ köpək) adlanmışdır. Ağ noqoylar da həmçinin 
Ak-koboku öz əcdadları hesab etmişlər. Kobyak (köpək) adı türk tayfaları 
arasında geniş yayılmış adlardan biri olmuşdur. Tayfa başçılarına it adı 
qoyulması onları  bəd ruhlardan mühafizə etmək, onların yenilməzliyini təmin 
etmək məqsədi güdmüşdür. Başqırlarda mövcud olan adətə görə qadının uşağı 
tez-tez öldükdə  uşağı anadan ayırıb it südü ilə  bəsləyirdilər. Yaxud 
azərbaycanlılar uşağı olmayan qadını    və onun uşağını qurd dərisindən 
keçirirdilər. Araşdırmalar itlə  dəfnetmənin və ona sitayişin türk xalqlarının 
mifologiyası ilə bağlı olduğunu təsdiq edir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə