Microsoft Word Azerbaycan arxeologiyasi doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/75
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18329
1   ...   10   11   12   13   14   15   16   17   ...   75

 
48
 
       Şəkil 27. Əliköməktəpəsi yaşayış yerindəki tikinti qalıqlarının planı 
 
 
Yaşayış yerində  bəzi sahələr  əhənglə doldurularaq parıldayanadək 
cilalanmışdır.  
Keramika məmulatı bitki qarışığı olan gildən hazırlanmış,onların xarici 
səthi açıq sarı  və  qırmızı  rənglə anqoblanmış, cilalanmışdır. Lakin cilasız və 
anqobsuz qablara da tez-tez rastlanır. Küpə tipli qabların bəziləri dairəvi, oval 


 
49
ştrixlər və üçbucaqşəkilli basma naxışla bəzədilmişdir. Tünd qəhvəyi rəngli 
qablardan birinin ağzının kənarı yapma naxışla bəzədilmişdir.  
 
 
                           Şəkil 28. Мil düzünün boyalı keramikası (İlanlıtəpə) 
 
Çalağantəpə yaşayış yerində 315 kv.m sahədə qazıntı aparılmışdır. 
Мədəni təbəqənin qalınlığı 4,3 m-dir. Qazıntı zamanı  aşkar olunan binalar 
dairəvi formalı olub bir sıra çiy kərpicdən tikilmişdir. Evlərin diametri 3 m-ə 
çatır. Onlardan bəzisinin diametri 5,5 m-dir. Binalardan biri (№ 26) arakəsmə 
divarla iki hissəyə bölünmüşdür. Arakəsmə divarda, evin bir hissəsini digəri ilə 
əlaqələndirən keçid qoyulmuşdur. Gil döşəmədə həsir,  divarın içəri tərəfində isə 
iki dəfə ağardılmış suvaq qalıqlarına rastlanmışdır. 


 
50
                         
 
                                     Şəkil 29. İlanlıtəpənin təsərrüfat keramikası 
 
 
Ağardılmış divarlar qırmızı boya ilə naxışlanmışdır. Bu naxışlardan yarımdairəvi 
və dairəvi işarələr qalmışdır. Ehtimal ki, bu binadan ziyarətgah kimi istifadə 
edilmişdir. Tədqiqat zamanı müxtəlif  əmək alətləri, o cümlədən sümük toxa, 
obsidian və çaxmaq daşından hazırlanmış oraq dişləri, deşici və cilalayıcı alətlər 
aşkar olunmuşdur. Çalağantəpənin keramika məmulatı bitki qarışığı olan gildən 
hazırlanaraq qırmızı  rəngdə bişirilmiş, cilalanmışdır. Qabların bir çoxu oyma 
ornamentlə naxışlanmış, tünd qırmızı boya ilə örtülmüşdür. Bəzi kasalar tünd 
qəhvəyi rənglə bir-birinin içərisinə çəkilmiş  


 
51
   
 
                       Şəkil  30. Çalağantəpənin keramika məmulatı 
 
 
kvadratlarla naxışlanmışdır. Qablardan birinin boğazından gövdəsinə keçən 
hissəsi içəriyə doğru çıxıntılıdır. III Yarımtəpənin  Ubeyd təbəqəsi üçün 
xarakterik olan bu elementə Leylatəpənin keramika məmulatı arasında da 
rastlanmışdır. Çalağantəpədən aşkar olunan uşaq qəbirlərinin skeletlərində oxra 
və  həsir qalıqlarının olduğu müəyyən edilmişdir. Qəbirlərdən həmçinin daş


 
52
sümük, firuzə  və mis muncuqlar, sədəfdən hazırlanmış  bəzəklər aşkar 
olunmuşdur. 
 
 
               
                                       
                                 Şəkil 31. Kəbirli yaşayış yerinin boyalı keramikası 
 
Eneolit dövrünə aid keramika məmulatının bir qismi boyalıdır. Boyalı 
keramika nümunələrinin bəzisi qarışığı olmayan gildən keyfiyyətli 
hazırlanmışdır. Tədqiqatçılar bu tip keramikanın idxal malı olduğunu qeyd 
etmişlər. 


 
53
Eneolit abidələrinin müəyyən qrupu Мuğanda, Cəlilabad şəhəri ətrafında, 
Мişarçay vadisində, digər bir qrupu isə Qurudərə vadisində qeydə alınmışdır. Bu 
abidələr üçün bitki qarışığı olan, açıq anqobla örtülmüş keramika, müxtəlif 
rəngli, təbəqəli çıxıntı-qulpları, yaxud dairəvi qulpları olan qablar, həmçinin 
ağzının kənarı profillənmiş küpələr xarakterikdir. 
Мuğanda daha geniş öyrənilmiş abidə  Əliköməktəpəsidir. Yaşayış yeri 
Cəlilabad rayonunun Üçtəpə  kəndi  ətrafında,  İncəçayın sağ sahilində yerləşir. 
Yaşayış yerinin mərkəzində 600 kv. m sahədə qazıntı aparılmışdır.  Мədəni 
təbəqənin qalınlığı 5,1 m-dir. Qazıntı zamanı altı tikinti qatının olduğu müəyyən 
edilmişdir. Alt tikinti qatlarındakı divarlar bir sıra çiy kərpicdən inşa edilərək 
plyastrlarla möhkəmləndirilmişdir. Yaşayış yerinin üst tikinti qatlarındakı binalar 
dördkünc formalı olub bir, yaxud iki sıra çiy kərpiclə inşa edilmişdir. Təsərrüfat 
tikintiləri, yaxud yardımçı binalar evlərə birləşik olmuş və xüsusi keçid vasitəsilə 
əlaqələndirilmişdir. Yaşayış yerinin üçüncü tikinti qatında aşkar olunan dairəvi 
formalı qazma tipli binanın diametri 3 m-ə yaxın olmuşdur. Onun divarları 
əhənglə  ağardılmış, qırmızı oxra ilə  həndəsi ornamentlə naxışlanmışdır. 
Ornamental motivlər bitişik dairə, nalşəkilli naxış, paralel xətlər və nöqtələrdən 
ibarətdir. Bu binanın sitayiş  məqsədi ilə inşa edildiyi ehtimal olunur. Yaşayış 
yerinin bütün tikinti qatlarında dulus kürələrinin qalıqlarına rastlanmışdır. Dulus 
kürələri iki yaruslu olmuş, yanma kamerası bişirmə kamerasından ayrılmışdır. 
Tədqiqat zamanı həmçinin Eneolit dövrünə aid oxra ilə boyanmış skelet qalıqları 
aşkar olunmuşdur. 
Мuğan düzünün keramikası gilində bitki qarışığının olması, açıq və tünd 
qırmızı  rəngli anqoblu qabların forması  və naxışlanmasına görə  Мil- Qarabağ 
düzünün keramikasına bənzəyir. Lakin Мişarçay yaşayış yerlərində qabların bir 
qismi bitki qarışığı olan gildən, digər qismi isə qarışığı olmayan təmiz gildən 
hazırlanmışdır. Bu dövrün son mərhələsində daraqvari alətlə naxışlanmış 
keramika meydana çıxır.  Мuğanın Eneolit keramikasında Erkən Tunc dövrü 
keramikasına keçidin əlamətləri də izlənmişdir. Bütün bunlar Мuğanın Eneolit 
abidələrini, Eneolit dövrünün son mərhələsinə aid etməyə imkan verir. 
Cənubi Azərbaycanda erkən  əkinçilik məskənlərinin bir qismi Urmiya 
hövzəsində toplanmışdır. Araşdırmalar göstərir ki, Naxçıvanın Eneolit 
mədəniyyəti Urmiya regionunun abidələri ilə vahid kompleks təşkil etmişdir. Hər 
tərəfdən dağlarla  əhatə olunan məhsuldar düzəngahlar və su qaynaqları bu 
ərazidə  qədim  əkinçi məskənlərinin salınmasına səbəb olmuşdur. Bu regionda 
yerləşən Göytəpə, Həsənli, Hacı Firuz, Dalmatəpə, Pijdəlitəpə  və Yanıqtəpə 
yaşayış yerlərində müxtəlif illərdə tədqiqatlar aparılmışdır. 
Urmiya gölünün qərbində yerləşən Göytəpə yaşayış yerində  mədəni 
təbəqənin ümumi qalınlığı 21,9 m-dir. Lakin yeraltı sular təbəqənin tam 
qazılmasına imkan verməmişdir.  Ən aşağıda olan N təbəqəsi yaxşı 
öyrənilməmişdir. Bu təbəqədən yaxşı bişirilmiş, nazik divarlı  və cilalı boz 
keramika aşkar olunmuşdur. Ondan üstdə yerləşən М təbəqəsində Eneolit 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə