Microsoft Word Azerbaycan arxeologiyasi doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/75
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18329
1   ...   11   12   13   14   15   16   17   18   ...   75

 
54
 
        
 
                           Şəkil 32. Göytəpə yaşayış yerinin planı və Eneolit keramikası 
 
 
üçün xarakterik keramikaya rastlanmışdır. Eneolit təbəqəsinin qalınlığı 0,95 m-
dir. Bu təbəqə üçün daş özül üzərində kərpicdən tikilmiş (35 x 15 x 15; 35 x 20 x 
15 sm) düzbucaqlı evlər xarakterikdir. Göytəpənin Eneolit təbəqəsindən yaşma 
və obsidiandan hazırlanmış  əmək alətləri, mis əşyalar, gil bullalar aşkar 
olunmuşdur. Keramika məmulatı bitki qarışığı olan gildən hazırlanmış açıq 


 
55
qırmızı  rəngdə bişirilmiş, anqoblanmış, tünd və açıq qəhvəyi rənglə, bəzən isə 
qara rənglə naxışlanmışdır.  М  təbəqəsinin ornamental motivləri başlıca olaraq 
dalğalı xətlər, festonlar, torlu üçbucaqlar və s. naxışlardan ibarətdir. Bütövlükdə 
М təbəqəsindəki keramikanın naxışları Xalaf-Ubeyd motivləri ilə bənzərdir. 
Hacı-Firuz yaşayış yeri Həsənlidən 1,5 km cənubda yerləşir. Yaşayış 
yerində 100 kv. m sahədə aparılan qazıntılar zamanı alt tikinti qatı öyrənilmişdir. 
Bu yaşayış yeri üçün həyətlərin ətrafında yerləşən çiy kərpicdən tikilmiş 
dördkünc formalı evlər xarakterikdir. Evlərin ölçüsü 6,5 x 4 m olmuşdur. Onların 
içərisində otağı iki yerə bölən kərpic sütunlara rastlanmışdır. Bu sütunlar evin 
qamış və çubuqlardan ibarət damını saxlamağa xidmət etmişdir. Evlərin birində 
dairəvi ocaq aşkar edilmişdir. Evlərin döşəməsi gillə suvanmış, bəzən isə qırmızı 
rənglə boyanmışdır. Hacı Firuz keramikası saman qarışıq gildən hazırlanmış, 
qabların içəri tərəfində hörmə  işləri saxlanmışdır. Qabların xarici səthi ağ gillə 
anqoblanmış, bəzən isə naxışlanmışdır. Tədqiqat zamanı  həndəsi motivdə 
naxışlanmış qablara və Xassuna mədəniyyəti üçün xarakterik küpələrə  də 
rastlanmışdır. 
Hacı-Firuzdan tapılan gil fiqurlar arasında Hacı-Firuz venerası 
adlandırılan qadın fiquru xüsusilə diqqətəlayiqdir. Yaşayış yerində  həmçinin 
xeyli iy başlıqları aşkar olunmuşdur. 
Yaşayış yerində bir neçə yerdə kollektiv dəfnlərin olduğu müəyyən 
olunmuşdur. Onların yanına cilalanmış baltalar, sadə və boyalı qablar, çaxmaq-
daşı lövhələri qoyulmuşdur. Tədqiqatçıların fikrinə görə, özünəməxsus 
xüsusiyyətləri olan Hacı-Firuz mədəniyyəti  Мesopotomiya ilə  əlaqələrin 
olduğunu göstərir.  Мellartın fikrinə görə, Hacı-Firuz Xassuna, Samarra və 
Hacıların V-I təbəqələri ilə həmdövrdür. 
Yanıqtəpə yaşayış yerində Eneolit dövrünə aid mədəni təbəqənin qalınlığı 
8 m-dir. Burada Son Eneolit dövrünə aid üç tikinti qatı aşkar edilmişdir. Aşkar 
edilən yaşayış evləri kiçik, ensiz otaqlardan ibarət olub həyətin  ətrafında 
yerləşdirilmişdir. Yaşayış yerində  təsərrüfat tikintilərinə  də rastlanmışdır. 
Keramika məmulatı saman qarışıq gildən hazırlanmış, başlıca olaraq qırmızı 
rəngdə bişirilmiş və anqoblanmışdır. Yalnız bəzi cilalanmış qablar açıq-qəhvəyi 
anqobla örtülmüş, tünd qəhvəyi və qara rənglə naxışlanmışdır. Qablar formaca 
müxtəlif olub, kasalar, hündürayaqlı  qədəhlər, boşqab, qab altlıqları, küpə  və 
digər qablar ilə  təmsil edilmişdir. Ornament motivləri kvadrat, şevron, 
ştrixlənmiş üçbucaq, nöqtəşəkilli naxış və digərlərindən ibarətdir. Bəzi qablarda 
insan sifətinin sxematik təsvirinə  də rastlanır. Bəzi boyalı parçalar Ubeyd 
keramikası ilə oxşarlıq təşkil edir. Kasa tipli qabların birində insan sifətinin 
təsviri verilmişdir. Onun gözləri obsidian qəlpəsi, qaşları  və burnu isə relyef 
zolaqlarla bildirilmişdir. 


 
56
          
 
                     Şəkil 33. Yanıqtəpənin planı və Eneolit keramikası 
 
 
Yanıqtəpənin qırmızı anqoblu keramikası Eneolit mədəniyyətinin fasiləsiz 
inkişafını göstərir. Alt təbəqələrdə yaxşı cilalanmış keramikaya rastlanmır. 
Həsənlidən 5 km  cənubda yerləşən Dalmatəpənin IV-V tikinti 
təbəqələrində yaşayış binalarının qalıqlarına rastlanmışdır. Dalmatəpənin yaşayış 
evləri həyətlərin  ətrafında yerləşdirilən düzbucaqlı otaqlardan ibarət olmuşdur. 
Həyətlərdə ocaq, anbar və qab-qacaq olurdu. Binaların divarları gips, yaxud gillə 
suvanırdı. Tədqiqat zamanı çaxmaqdaşı və obsidiandan  


 
57
      
 
                               
                            Şəkil 34. Dalmatəpə və Hacıfiruz keramikası 
 
 
hazırlanmış  əmək alətləri, iy başlıqları  və keramika məmulatı  aşkar edilmişdir. 
Evlərin döşəməsinin altında 14 qəbir aşkar olunmuşdur. 
Dalmatəpə yaşayış yerində özünəməxsus boyalı keramika ilə  fərqlənən 
yeni mədəniyyət aşkar olunmuşdur. Bu mədəniyyətin meydana çıxması indiydək 
aydınlaşdırılmamışdır.  
Dalmatəpənin keramikası iki qrupa bölünür. Birinci qrupa arxitektura 
qalıqları ilə birlikdə aşkar olunan boyalı keramika aiddir. Qabların bütün səthini 
örtən naxışlar sınıq xətlərdən, bir-biri içərisinə çəkilmiş kvadratlardan, üçbucaq 


 
58
və torlu naxışlardan ibarətdir. Naxışların üzəri qara-bənövşəyi rənglə 
örtülmüşdür. Dalmatəpənin qonşuluğunda,  Мərkəzi Zoqrosun cənubunda və 
Мərkəzi  İranda da bənzər boyalı keramikaya rastlanmışdır. Bəzi bənzər 
nümunələrə Yarımtəpə (II-VII təbəqələr) və Yanıqtəpədə rast gəlinmişdir. 
Dalmatəpənin ikinci qrup keramikası basma və  kəsmə naxışlı qablardan 
ibarətdir. Bu tip keramikaya Cənubi Azərbaycan,  İran və Ön Asiyada aşkar 
olunmuşdur. C.Мellart bu keramikanı Xassuna və Balkan yarımadasının, 
R.Dayson isə Yunanıstan və Qara Dənizin cənub rayonlarının keramikası ilə 
müqayisə etmişdir. R.М.Мunçayev Dalmatəpə keramikasının Azərbaycanın 
Eneolit keramikası ilə  bənzər olduğunu qeyd etmişdir. Lakin Dalmatəpənin  ən 
yaxın bənzərləri  İlanlıtəpədən məlumdur. Bu, Dalmatəpə keramikasının yerli 
inkişafın məhsulu olduğunu göstərir. Azərbaycanın Eneolit abidələrinin bir 
qrupunda yayılan bu mədəniyyəti Dalmatəpə mədəniyyəti adlandırırıq. 
Pijdəlitəpə Sulduz düzənliyində  İraqın sərhəddində yerləşir. Yaşayış 
yerinin alt təbəqəsi Eneolit dövrünə aiddir. Eneolit dövrünə aid tapıntılara qara 
və  şəffaf obsidian, şist, sümükdən hazırlanmış  əmək alətləri və keramika 
məmulatı aiddir. Keramika məmulatına heyvan fiqurları da daxildir. Saman 
qarışıq gildən hazırlanan keramika məmulatı  qırmızı, qəhvəyi və boz-qəhvəyi 
rənglidir. Sadə keramika yüngülcə cilalanmış  və sarıya çalan anqobla 
örtülmüşdür. Boyalı keramika müxtəlif motivli həndəsi ornamentlə 
naxışlanmışdır. Qabların naxışlanmasında heyvan təsvirlərindən də istifadə 
edilmişdir. 
Pijdəlitəpədən aşkar olunan sümük toxanın bənzərləri  İlanlıtəpə, 
Çalağantəpə  və Kültəpədən məlumdur. Tapıntılar Urmiya hövzəsi sakinlərinin 
Şimali Azərbaycanla  əlaqələrinin olduğunu göstərir.  Мis keltin tapılması 
metaldan istifadəni təsdiq edən faktlardandır. 
Hacı-Firuz və Yanıqtəpə yaşayış yerləri Urmiya hövzəsində erkən 
məskunlaşan  əkinçi-maldar tayfalara aiddir. Bu yaşayış yerləri  İran və  İraqın 
sinxron mədəniyyətlərindən fərqlənərək müstəqil kompleks təşkil edirlər. 
Urmiyanın cənubunda boyalı  və basma naxışlı keramika ilə xarakterizə edilən 
Dalmatəpə  mədəniyyəti yaranır. Bu mədəniyyət  Şimali Azərbaycanda Qarabağ 
düzünün abidələri ilə bənzərdir. 
Urmiya hövzəsinin materiallarında Мesopotamiya ilə əlaqələr Ubeyd tipli 
keramikada öz əksini tapmışdır. Buradakı erkən  əkinçilik məskənləri 
düzənliklərdə, başlıca olaraq kiçik çayların ətrafında qruplaşmışdır. 
Araşdırmalar göstərir ki, Azərbaycanlıların qədim yaşayış  məskənləri 
üçün dairəvi və düzbucaqlı arxitekturaya malik binalar xarakterikdir. Dairəvi 
formalı arxitektura başlıca olaraq Kür çayının orta axarlarından Araz çayınadək 
olan  ərazilər üçün xarakterikdir. Azərbaycanın cənub  şərqində  və Urmiya 
hövzəsində başlıca olaraq düzbucaqlı arxitektura yayılmışdır. Gəncə-Qazax, Мil-
Qarabağ  və Naxçıvanda düzbucaqlı evlərin meydana çıxması Eneolit dövrünün 
son mərhələsinə aid edilir. İlanlıtəpədə  hər iki tip arxitekturaya rastlanır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə