Microsoft Word Azerbaycan arxeologiyasi doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/75
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18329
1   ...   17   18   19   20   21   22   23   24   ...   75

 
77
Qordlartəpə yaşayış yeri Urmiya şəhərindən 13 km şərqdə yerləşən, 16 m 
yüksəkliyi, 225 m diametri olan bir təpədir. Yaşayış yeri 1972-1978-ci illərdə 
K.Kromer, daha sonra isə A.Lippertin rəhbərlik etdiyi Avstriya ekspedisiyası 
tərəfindən öyrənilmişdir. Bu yaşayış yerinin alt təbəqəsi  İlk Tunc dövrünə aid 
materiallar vermişdir.  
Erkən Tunc dövrünə aid qəbir abidələrinə Naxçıvanda Dizə, Qarabulaq  
və Xornu və Xaraba-Gilanda rastlanmışdır Dizə nekropolu Ovçulartəpəsi yaşayış 
yerinin cənub tərəfində  aşkar olunmuşdur. Qəbirlər dağıdılmış  vəziyyətdə 
olmuşdur. Bu qəbirlərdən birinə aid kameranın yalnız bir qismi salamat 
qalmışdır. Qəbir kamerası  oval formalı olub çay daşları ilə hörülmüş, döşəməsi 
gillə suvanmışdı. Qəbirdə bükülü vəziyyətdə iki skelet qalığı  və Kür-Araz 
mədəniyyətinin son mərhələsinə aid gil qablar aşkar olunmuşdur.  İkinci qəbir 
tamamilə dağıdılmış  vəziyyətdə olduğundan formasını  və istiqamətini müəyyən 
etmək mümkün olmamışdır. 
Qarabulaq nekropolundakı kurqantipli qəbir abidələrin dördü S.H.Aşurov 
tərəfindən öyrənilmişdir. Kromlexlə  əhatə olunan kurqanların diametri 7-12 m 
arasındadır. Kurqanaltı  qəbirlər daş qutu tipli olub yastı sal daşları üst-üstə 
qoymaqla qurulmuşdur. Qəbirlərdən Kür-Araz mədəniyyətinin son mərhələsinə 
aid keramika və bəzək əşyaları aşkar olunmuşdur. 
Culfa rayonunun Göynük kəndi yaxınlığında qeydə alınan Xornu 
nekropolundakı  qəbir abidələri kurqan tipli olmuşdur. Alçaq təpə  şəklində olan 
kurqanlar yerli əhalinin diqqətini çəkmiş  və dağıdılmışdır. Onlardan yalnız 
birinin materialları toplanaraq bizə verilmişdir. Apardığımız araşdırmalar zamanı 
dağıdılmış  qəbirlərin ölçülərini müəyyən etmək mümkün olmasa da, ətrafa 
yayılmış daş  yığınları  və insan skeletinin qalıqları  dəfnlərin daş qutu tipli 
qəbirlərdə inqumasiya yolu ilə aparıldığını təsdiq edir.  
Erkən Tunc dövrünə aid iki qəbir abidəsinə Xaraba-Gilanda Plovdağın 
cənub  ətəyində rastlanmışdır. Daş qutu tipli qəbirlər  iri sal daşların  şaquli 
istiqamətdə qoyulması ilə qurulmuş,  əvvəlcə  ağacla, sonra isə daş lövhələrlə 
örtülmüşdür. Qəbirlərin birində bir, digərində isə iki bükülü insan skeleti aşkar 
olunmuşdur. Onlarda qəbir avadanlığına olduqca az rastlanmışdır. 
Araşdırmalar göstərir ki, bu qrupa daxil olan abidələr vahid iqtisadi- 
mədəni rayona daxil olmuş,  əkinçilik və maldarlıq üçün əlverişli  ərazilərdə 


 
78
salınmışdır.
 
Şəkil 45. Şortəpə yaşayış yerinin maddi-mədəniyyət nümunələri (Qarabağ) 
 
 
Erkən Tunc dövrü abidələrinin bir qrupu Qarabağda, Qarqarçay və 
Tərtərçay hövzəsində yerləşir.  İ.H.Nərimanov və H.F.Cəfərovun rəhbərliyi ilə 
aparılan araşdırmalar zamanı bu ərazidə onlarla yaşayış yeri və  qəbir abidəsi 
aşkar olunmuşdur. Bu abidələrin tədqiqində H.F.Cəfərovun böyük əməyi 
olmuşdur. Tədqiqat zamanı Qarahacı, Göytəpə, Üçoğlan-1(Sarıçoban), Ağtəpə, 
Dəyirman yeri, Cüttəpə, Şortəpə və digər yaşayış yerləri tədqiq olunmuşdur. Bu 
abidələr başlıca olaraq kəşfiyyat xarakterli araşdırmalarla öyrənilmişdir. 
Sarıçoban və  Şortəpə yaşayış yerlərində aparılan kəşfiyyat xarakterli qazıntılar 
bu yaşayış yerlərində  mədəni təbəqənin olduqca az yığıldığını göstərmişdir. 
Şortəpə yaşayış yerinin tədqiqi zamanı dördkünc formalı, çiy kərpicdən inşa 
olunmuş binanın qalıqları aşkar olunmuşdur.  
Bu yaşayış yerlərindən aşkar olunan keramika məmulatı Kür-Araz 
mədəniyyətinin bütün mərhələlərini əks etdirir. Qarahacı, Sarıçoban və Cüttəpə
Şortəpə yaşayış yerlərinin keramika məmulatında Eneolit mədəniyyətinin 
əlamətləri (qabların gilinin tərkibində saman qarışığının olması, onların xarici 
səthinin daraqvari alətlə  işlənməsi) izlənmişdir. Bu abidələrdən aşkar olunmuş 
arxeoloji materiallar Kür-Araz mədəniyyətinin mənşəyi və inkişafı ilə bağlı 
problemlərin tədqiqi üçün olduqca əhəmiyyətlidir. 
 


 
79
 
                 
  
                      Şəkil 46. 103 № -li Xankəndi kurqanının planı 
 
 
Мil-Qarabağ zonasının qəbir abidələri Xankəndi, Borsunlu, Üçtəpə 
Xaçınçay kurqanları və digərləri ilə təmsil olunmuşdur.  
Xankəndi kurqanları  eyni adlı yaşayış yerindən  şimalda, bir-birinin 
yaxınlığında yerləşir. Hündürlüyü 1,5 m, diametri 24 m olan 119№- li kurqanın 
təpəsi bir qədər dağılmışdır. Kurqanın altındakı  ən qədim torpaq qəbir olduqca 
pis qalmışdı. Üstündə düzəldilmiş dairəvi planlı meydança novşəkilli oyuqla 
əhatələnmişdir. Onun şimal-şərq tərəfdəki girişi böyük daş plitə ilə örtülmüşdür. 
Girişin sağ tərəfində insan skeletinə rast gəlinmişdir. Diametri 4,5 m olan dairəvi 
meydançada 36 böyük və  kiçik yaşlı insan skeleti qeydə alınmışdır. Skeletlər 
bükülü, oturaq, uzadılmış, vəziyyətdə müxtəlif istiqamətlərə yönəldilmişdir. 
Мərkəzi hissədə arxası üstə uzadılmış böyük insan skeleti aşkar edilmişdir. Onun 
ətrafında daş toppuz, tunc nizə ucluğu, iki daş həvəng tapılmışdır. Qəbirin cənub-
şərq hissəsində altı daş ox 
ucluğuna, 5 sümük iy başlığına, şimalında isə pasta muncuqların qızıl piləklərinə 
və altı daş asmaya rastlanmışdır. Bundan başqa qəbirdən 22 ədəd əzilmiş gil qab 
tapılmışdır. Onlar toxuma karkas üzərində hazırlanmışdır. Kollektiv dəfnlə 
seçilən bu qəbir gil məhlulla bərkidilmiş çay daşları ilə qapadılmışdır. Bu 
təbəqədən üstdə Son tunc dövrünə aid kollektiv dəfn qeydə alınmışdır. 


 
80
        
 
                        Şəkil 47. 103 № -li Xankəndi kurqanının materialları 
 
 
Burada aşkar olunan 125 №- li kurqan həcmcə kiçikdir. O da birinci 
kurqan kimi üç təbəqəlidir. İlk Tunc dövrünə aid kollektiv dəfndən yalnız bükülü 
vəziyyətdə, sol yanı üstə olan bir skelet qalmışdır. Onun baş  və ayaq tərəfində 
keçi skeletinə rast gəlinmişdir. Yaxınlıqda daş toppuz, tunc nizə ucu, 
çaxmaqdaşından 5 ox ucluğu, qızıl təbəqədən asma, daş  həvəng, 30 obsidian 
parçası, 1 nukleus və gil qab parçaları aşkar olunmuşdur.
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə