Microsoft Word Azerbaycan arxeologiyasi doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/75
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18329
1   ...   20   21   22   23   24   25   26   27   ...   75

 
88
heyvan və balıq sümükləri ilə doldurulmuş çuxur aşkar olunmuşdur. Binanın 
içərisindən dən daşları, əzilmiş gil qablar və müxtəlif əşyalar aşkar edilmişdir.  
Yaşayış binasının cənub divarının xaricində daha 4 təsərrüfat quyusu ortaya 
çıxarılmışdır. Yaşayış yerinin digər binaları da dördkünc formalı və yarımqazma 
tipli olub, arakəsmələrlə bir neçə hissəyə ayrılmışdır. Döşəmələrinə çay daşları 
düzülərək döyəclənmişdir. Bu binalar üçün də bir neçə ocağın olması 
xarakterikdir.  
 Yerüstü 
materiallar 
və qazıntıdan aşkar edilmiş tapıntılar Kür-Araz 
dövrünü xarakterizə etmək üçün kifayət qədər material vermişdir. Bunlar dən 
daşları, həvənglər, dəstələr, toppuzlar, oraq dişləri, ox ucluqları  və  ağırlıq 
daşlarından ibarətdir. Sümükdən hazırlanmış  dəlici və cilalayıcı alətlərə, iy 
başlıqlarına da rastlanmışdır. 
 
Мingəçevir yaşayış yeri Cənubi Qafqazda yeganə abidədir ki, burada bir 
neçə ocaqlarla xarakterizə olunan, yarımqazma tipli binalar qeydə alınmışdır. Bu 
tip yaşayış yerlərinin meydana çıxması abidənin coğrafi  şəraiti ilə  də bağlı 
olmuşdur.  Ətrafda zəngin meşə massivinin olması, divarları  ağacdan olan 
yarımqazma tipli evlərin tikilməsi üçün şərait yaratmışdır. 
 
Мingəçevir yaşayış yerinin yaxınlığında, Kür çayının sağ sahilində bu 
dövrə aid qədim qəbiristanlıq da aşkar edilmişdir. Burada Son Tunc dövrü 
qəbiristanlığının altında Kür-Araz mədəniyyətinə aid 4 qəbir öyrənilmişdir. Onlar 
torpaq qəbirlərdən ibarət olub, tək dəfnlərlə xarakterizə olunur. Skeletlər bükülü 
vəziyyətdə, müxtəlif istiqamətlərə yönəlmişdir. Qəbir avadanlığı  hər qəbirdə 
skeletin baş tərəfinə qoyulmuş bir gil qabdan ibarətdir.  
 Babadərviş  yaşayış yeri Мingəçevirdən qərbdə, Qazax şəhərinin cənub-
qərbində, Ağstafaçayın sol sahilində yerləşir. Qədim yaşayış yeri Ağstafaçay 
vadisinin dağ silsiləsi ilə birləşdiyi yerdə mövcud olan təpələrdən birinin üstündə 
salınmışdır.  
 Yaşayış yerində 600 m

 sahədə aparılan  qazıntılar zamanı  aşkar edilən 
mədəni qatlarının ən qədimi yarımqazma tipli evlərlə xarakterizə olunan Eneolit 
təbəqəsidir. Bundan üstdə yerləşən Kür-Araz təbəqəsinin qalınlığı 50-60 sm-dir. 
Bu təbəqə kül qatları, çiy kərpic parçaları, suvanmış çuxur qalıqları, çay daşları 
və s. maddi-mədəniyyət qalıqlarından ibarətdir. Təbəqədə  təsərrüfat məqsədi 
üçün istifadə olunmuş 25 çuxura rast gəlinmişdir. Bəzi çuxurların divarları çiy 
kərpic parçaları ilə bərkidilərək suvanmışdır. Təsərrüfat çuxurlarının içərisindən 
gil qab parçaları, məişət  əşyaları, heyvan sümükləri və yanmış taxıl qalıqları 
aşkar edilmişdir. Çuxurların  əksəriyyəti aşağıya doğru genişlənən quyu 
formasındadır. Onların ən irisinin yuxarıdan diametri 1,15m, altdan diametri isə 
2,5m- dir. Şübhəsiz ki, bu çuxurlar taxıl ehtiyatı saxlamaq üçün nəzərdə 
tutulmuşdur. Bu qədər böyük təsərrüfat quyusunun yaşayış binalarının olmadığı 
kiçik bir 
 


 
89
 
 
        Şəkil 52. Baba-Dərviş yaşayış yerinin İlk Tunc dövrü təbəqəsi 


 
90
ərazidə qeydə alınması, abidənin bu hissəsindən taxıl ehtiyatlarının saxlanması 
üçün ümumi anbar kimi istifadə edildiyini göstərir. 
 Yaşayış yerində məişət tullantılarının doldurulduğu çuxurlara və ocaqlara 
da rast gəlinmişdir. Ocaqlar silindirik-dairəvi formalı olub, divarları odun 
təsirindən qızarmış  və bişmişdir. Onların birinin içərisindən heyvan sümükləri, 
öküz fiquru, naxışlanmış gil qab tapılmışdır. Ehtimal ki, bu ocaqdan müəyyən 
ayinlərin icrası üçün istifadə olunmuşdur. Yaşayış yerinin kənarında, bir-birinin 
yaxınlığında üç oval çuxura rast gəlinmişdir. Həmin çuxurların təmizlənməsi 
zamanı müəyyən edilmişdir ki, onlar metaləritmə sobalarının aşağı hissəsindən 
ibarətdir. Bu qurğuların  ətrafından  şlak qalığı, görük ucluğu, metal çubuqlar 
tökmək üçün formalar tapılmışdır. 
 Qazıntının mərkəzi hissəsində qoşa spiralla naxışlanmış daş stela aşkar 
olunmuşdur. Ola bilsin ki, bu stela ritual ocaqla vahid bir kompleksə daxil olaraq 
ziyarətgah rolu oynamışdır. 
 Yaşayış yerində qeydə alınmış xeyli tikinti qalıqları, çiy kərpic qırıqları, 
suvaq parçaları, çay daşları  və s. burada dairəvi formalı, yerüstü tikintilərin 
mövcud olduğunu göstərir. Tikinti qalıqları arasında rast gəlinən iki ocaq 
qurğusu xüsusilə diqqətəlayiqdir. Bu qurğuların içəridən çıxıntıları  və yarımşar 
şəkilli qulpları vardır. 
 Yaşayış yerindən aşkar edilmiş keramika məmulatı müxtəlifdir. Onların 
bir qrupu arxaik formada olub, kobud hazırlanmışdır. Digər qrupa isə qara cilalı, 
naxışlı qablar daxildir. Ehtimal ki, abidədə Kür-Araz mədəniyyətinin bütün 
mərhələlərində yaşayış olmuşdur. Мədəni təbəqənin az yığılması, onun mövsümi 
yaşayış yeri kimi istifadə edilməsini göstərir. Yaşayış yerində, həmçinin insan və 
heyvan fiqurları, daş  çəkiclər, baltalar, dən daşları, həvənglər, dəstələr, toxa 
parçaları, bıçaqşəkilli plastinkalar, ox ucluqları, toppuz başlıqları, asmalar, 
sümük bizlər, iynələr, balıq qarmağı, dəlici və cilalayıcı alətlər aşkar edilmişdir. 
Мədəni təbəqədə rast gəlinən xeyli istehsal tullantıları, xüsusilə daş  çıxarları, 
alətlərin yerli istehsala aid olduğunu göstərir. 
Bu qrupa aid olan arxeoloji abidələrin bir qrupu kəşfiyyat xarakterli 
tədqiqatlarla öyrənilmişdir. Onların sırasına Zəylik və Keçili yaşayış yerləri də 
daxildir. 
Babadərviş  qəbir abidəsi 1966-cı ildə V yaşayış sahəsində qeydə 
alınmışdır.  İlk Tunc dövrünə aid qəbir təpənin səthindən 1,5m dərinlikdə 
yerləşmişdi. Qəbirdə skelet sol böyürü üstə, başı  şimala, üzü şərqə, bükülmüş 
ayaqları  cənuba doğru yönəlmişdi. Qəbirdən sümük iy başlığı, qara rəngli 
cilallanmış gil qablar, tunc halqa tapılmışdır. Gil qablar qab altlığı, küpə  və 
xeyrədən ibarətdir. Qəbir tədqiqatçılar tərəfindən e.ə. III minilliyin birinci 
yarısına aid edilmişdir. 
Şamxor SES tikilərkən aşkar olunan Osmanbozu kurqanları dəfn adətinə, 
kurqan örtüyünün və qəbir kamerasının quruluşuna görə Qarabağ kurqanları ilə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə