Microsoft Word Azerbaycan arxeologiyasi doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/75
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18329
1   ...   21   22   23   24   25   26   27   28   ...   75

 
91
bənzərdir. Osmanbozu kompleksində Qarabağ kurqanlarında olduğu kimi 
kollektiv dəfn və ölüyandırma adəti eyni vaxtda olmuşdur. 
Qobustanda aşkar olunan Kür-Araz mədəniyyəti abidələrini  iki qrupa 
ayırmaq olar. Birinci qrup abidələr qayaaltı sığınacaqlarla təmsil edilib (Anazağa, 
Çardaqzağa, Firuz-1). 
Anazağa  yaşayış yeri Qobustan qoruğu binası yaxınlığında, Böyükdaş 
dağının üst hissəsində yerləşir. Qazıntılar zamanı burada üç mədəni təbəqə aşkar 
olunmuşdur. Alt təbəqələr daş dövrünə,  ən üstdə olan 1m qalınlığındakı  təbəqə 
isə Tunc dövrünə aiddir. Burada İlk Tunc dövrünə aid ayrıca təbəqəyə rast 
gəlinməmişdir. Kür-Araz mədəniyyətinə aid maddi- mədəniyyət qalıqları, yalnız 
müxtəlif mərhələləri əhatə edən, qarışıq təbəqələrdən əldə edilmişdir. Tapıntılar 
qara və  şabalıdı  rəngli cilalı qab parçalarından, daş alətlər, gil təkər modeli və 
başqa əşyalardan ibarətdir. 
Çardaqzağa  yaşayış yeri    Anazağadan  200- 250 m cənubda, Böyükdaş 
dağında yerləşir. Qazıntılar zamanı müəyyən edilmişdir ki, burada mədəni 
təbəqənin qalınlığı 30-40 sm-dir. Təbəqə çox yerdə yuyulub qarışmışdır. Мədəni 
təbəqədə, başlıca olaraq İlk Tunc dövrünə aid keramika, obsidian və çaxmaq 
daşından hazırlanmış  əmək alətləri aşkar olunmuşdur. Sığınacağın divarlarında 
aşkar olunan qayaüstü təsvirlərin də bu dövrə aid olduğunu demək olar. 
  Firuz-1  sığınacağı Kiçikdaş dağının  şərq  ətəyində yerləşir. Sığınacaqda 
Daş və Tunc dövrlərinə aid mədəni təbəqəyə rast gəlinmişdir. Tunc dövrünə aid 
edilən mədəni təbəqə iki qata ayrılmışdır. Üst qatdan Tunc dövrünün son 
mərhələsinə, alt qatdan isə  İlk Tunc dövrünə aid maddi-mədəniyyət qalıqları 
aşkar edilmişdir. Gilinin tərkibinə və hazırlanma texnologiyasına görə fərqlənən 
gil qab parçalarının üzəri cilalanmışdır. Onların bəzisinin yarımşar formalı qulpu 
olmuşdur.  
İkinci qrupa ətrafı möhkəmləndirilmiş Dairə  və  təbii cəhətdən müdafiə 
olunan mövqedə salınmış Böyükdaş yaşayış yerləri daxildir. 
Dairə yaşayış yeri Böyükdaş dağının aşağı  şimalında yerləşir.  Ətrafı iri 
həcmli yonulmamış daşlardan hörülmüş divarla əhatə edilmişdir. Sahəsi 200 m

 
olan yaşayış yerinin 1/3 hissəsi qazıntılarla öyrənilmişdir. Divar boyunca 
aparılan qazıntılar abidənin tam planını ortaya çıxarmağa imkan vermişdir. 
Yaşayış yerini əhatə edən müdafiə divarı içəridə dikinə, o biri tərəfdən isə 
yastısına qoyulmuş daşlarla tikilmişdir. Мüəyyənləşdirilmişdir ki, mədəni təbəqə 
yalnız divar boyu yığılmışdır. Təbəqənin qalınlığı 30- 40 sm- dir. 
Yaşayış yerinin şərq hissəsində yaşayış binalarına aid tikinti qalıqları 
aşkar olunmuşdur. Lakin onlar yaxşı qalmadığından, ümumi planlarını müəyyən 
etmək mümkün olmamışdır. Tədqiqat zamanı gil qab parçaları,  əmək alətləri
ocaq yerləri aşkar edilmişdir. 
Abidənin cənub hissəsinin tədqiqi zamanı tikinti qalıqları, ocaq qurğusu, 
gil qab parçaları və daş alətlər aşkar olunmuşdur. Şimal-şərq tərəfdə, divar boyu 
daş döşənmiş sahə, divar qalıqları  və dairəvi formalı ocaq aşkar olunmuşdur. 


 
92
Ocağın  ətrafından gil qab və iri manqal parçaları da tapılmışdır.  Мaddi-
mədəniyyət qalıqlarına  əsasən demək olar ki, abidədə yaşayış başlıca olaraq 
müdafiə divarı boyunca olmuşdur. Onun mərkəzi hissəsindən, ehtimal ki, ictimai 
məqsədlər üçün istifadə edilmişdir. 
          
 
                             Şəkil 53. Qobustan. Dairə yaşayış yeri 
 
Böyükdaş  yaşayış yeri eyni adlı dağın üst hissəsində  aşkar edilmişdir. 
Yaşayış yerinin çox hissəsi Duvannı daş karxanası  tərəfindən dağıdılmışdır. 
Qobustan arxeoloji ekspedisiyası bu yaşayış yerində 318 m
2
 sahədə qazıntı işləri 
aparmışdır. Burada bir sıra daşdan hörülmüş dördkünc planlı, çoxotaqlı binanın 
qalıqları  aşkar edilmişdir. Dağılmış tikinti qalıqları arasında, üzərində çubuq 
izləri olan gil suvaq parçalarına rast gəlinmişdir.  
Qazıntılar zamanı 3 №- li otaqdan oval formalı ocaq, onun yaxınlığında 
isə suvaq qalıqları aşkara çıxarılmışdır. Onun ətrafı, uzun müddət yanan ocağın 
təsirindən qızarmışdı. Ocaqdan şimalda, içərisinə dağdağan toxumu yığılmış 
dairəvi qurğulara rast gəlinmişdir.  
1 və 2 №- li otaqların mərkəzi hissəsində, içərisi küllə dolmuş, dairəvi 
formalı ocaqlar aşkar olunmuşdur. Buradan müxtəlif gil qab parçaları, manqal 
qalıqları, dən daşları, sürtgəclər, toxa və oraq dişləri də  əldə edilmişdir. Çay 
daşlarından hazırlanmış əmək alətləri çoxluq təşkil edir. 
Şübhəsiz ki, bu bina cüt nigah əsasında qurulmuş patriarxal ailəyə mənsub 
olmuşdur. F.М.Мuradova arxeoloji materiallara əsasən, bu yaşayış yerini e.ə. III 
minilliyin sonu və II minilliyin başlanğıcına aid etmişdir. 


 
93
Qobustanda  İlk Tunc dövrünün sonuna aid edilən qəbir abidələri kurqan 
tiplidir.  Kurqanlar daş  və torpaq örtüklüdür. Onların hündürlüyü 0,5-1,1, 
diametri 4,5-11m- dir. Daş örtüyün altında, bir cərgə daşlardan düzülmüş 
kromlexlər aşkar olunmuşdur. Bəzi kurqanların örtüyü dağıdıldığından, kromlexə 
aid daş düzümləri aydın seçilir. 
Kurqanlar xarici görünüşcə  bənzər olsalar da, qəbir tiplərinə görə 
xəndəksiz, xəndəkli və daş qutu olmaqla, üç yerə bölünür. Xəndəksiz kurqanlar 
başlıca olaraq Orta və Son Tunc dövrlərinə aiddir.  
Tədqiqatçı F.М.Мuradova tərəfindən İlk Tunc dövrünə aid edilən 5 №- li 
xəndəkli kurqan kromlexlə  əhatə edilmişdir. Kromlexin mərkəzində yerləşən 
dördkünc formalı qəbir kamerasının yanları kiçik həcmli əhəng daşları ilə əhatə 
olunmuş, üstü iri sal daşlarla örtülmüşdür. Qəbir qarət edildiyindən, skeletə rast 
gəlinməmişdir. Aşkar edilən keramika məmulatı e.ə. III minilliyin sonu üçün 
xarakterik olmuşdur. 
İlk Tunc dövrünə aid edilən 3 №- li kurqanın hündürlüyü 1,1 m, diametri 
11 m- dir. Kurqanın mərkəzində əhəng daşlarından qurulmuş daş qutu tipli qəbir 
aşkar olunmuşdur. Bu abidənin qərb divarı  və örtük daşı saxlanmamışdır. Ola 
bilsin ki, qəbir kurqanın qarət edilməsi zamanı dağıdılmışdır. Onun qərb 
tərəfində, örtük daşları arasında hər iki tərəfdən yonularaq, insan şəklinə salınmış 
əhəng daşına rast gəlinmişdir. Daş heykəlin hündürlüyü 1,4 metrdir. Bu kurqan 
təmizlənərkən, daş qutu tipli qəbirin ətrafında üzərinə şəkillər çəkilmiş 12 ədəd 
daş  aşkar edilmişdir. Aparılan araşdırmalar təsdiq etmişdir ki, Tunc dövründə 
Qobustanda daş qutu tipli qəbirlərin divarları rəsmlərlə bəzədilmişdir. 
Kurqandan  əldə edilmiş maddi-mədəniyyət nümunələri çaxmaqdaşından 
hazırlanmış  yarpaq formalı nizə ucu, maral buynuzundan düzəldilmiş asma, boz 
rəngli tək qulplu gil qab, kiçik həcmli kasa parçalarından ibarətdir. Kurqan e.ə. 
III minilliyin sonuna aid edilmişdir. 
Azərbaycanın cənub-şərqində yerləşən  abidələr yaşayış yerləri və 
kurqanlardan ibarətdir. Bu qrupa aid I Мişarçay və II Мişarçayda  İlk Tunc 
dövrünə aid maddi-mədəniyyət qalıqları  aşkar olunmuşdur. Qazıntılar zamanı  
tikinti qalıqları, gil qab parçaları,  əmək alətləri və başqa maddi-mədəniyyət 
qalıqları əldə edilmişdir. 
Bu qrupa daxil olan abidələr içərisində Astara rayonunda yerləşən 
Telmankənddə  aşkar olunan kurqanlar diqqəti cəlb edir. Bu kurqanların ikisi 
F.R.Мahmudov tərəfindən öyrənilmişdir. Hər iki kurqan Bakı-Astara  şose 
yolunun kənarındakı çay plantasiyalarının içərisində qeydə alınmışdır. 
F.R.Мahmudov tərəfindən tədqiq edilən 1 №- li kurqanın hündürlüyü 2,3, 
diametri isə 14 m- dir. Kurqan örtüyü müxtəlif ölçülü daşlardan ibarətdir. Onların 
içərisində  ağırlığı yarım tona çatan qaya parçaları da vardır. Daş kurqanın üstü 
nazik torpaq təbəqəsi ilə örtülmüşdür. Kurqan örtüyünün altında dördkünc 
formalı daş qutu tipli qəbir aşkar edilmişdir. Qəbirin uzunluğu 1m, eni 0,7 m, 
hündürlüyü 0,5 m-dir. Skelet olduqca pis qalmış, çürümüşdür. Onun sağ böyrü 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə