Microsoft Word Azerbaycan arxeologiyasi doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə26/75
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18329
1   ...   22   23   24   25   26   27   28   29   ...   75

 
94
üstə, bükülü vəziyyətdə,  şimal-cənub istiqamətində, üzü qərbə  tərəf olduğu 
müəyyən edilmişdir. Qəbir kamerası bir sıra daş düzülmüş kromlexlə  əhatə 
olunmuşdur. Kromlexin diametri 6,9 m- dir. Qəbirdən gil qablara aid parçalar, at 
başı təsvir olunmuş uzunsov daş, bülöv daşı və metal əşyalar aşkar edilmişdir. Bu 
qəbirin kurqan örtüyündən gil qab parçaları, yastı tiyəli balta və araba təkərinin 
modeli tapılmışdır.  Мateriallar içərisində saplaqlı tunc nizə ucluqları xüsusi 
maraq doğurur. Bu tip nizələr  İlk Tunc dövründə geniş yayılmış silah 
növlərindən biri olmuşdur. 
İkinci kurqan (№ 2) birincidən 1 km cənubda, Dırankəş adlı yerdə qeydə 
alınıb, öyrənilmişdir. Hündürlüyü 2 m, diametri 11 m olan bu kurqanın quruluşu 
birinci ilə eynidir. Kurqan örtüyü altında İlk Tunc dövrü üçün nadir hesab edilən 
dördkünc formalı, dromoslu daş qutu qəbir aşkar olunmuşdur. 
Qəbirin ölçüləri 3,5 x 2,4 x 1,2 m-dir.  Qəbir kamerası bir cərgə düzülmüş 
qaya parçalarından qurulmuşdur. Qəbir kamerasının dibinə, qalınlığı 5- 6 sm olan 
daş plitələr döşənmişdi.  İstər qəbir kamerası, istərsə  də onun girişi daşla 
doldurulmuşdu. Örtük daşlarına rast gəlinməmişdir. Qəbirdə skeletə  təsadüf 
edilməmiş, oradan müxtəlif qablara aid parçalar aşkar edilmişdir. Tədqiqatçının 
fikrinə görə, bu qəbir qarət edilmişdir. 
Bu kurqanların tarixinin müəyyən edilməsində 1 №- li kurqanın 
materiallarına istinad edilmişdir. Tədqiqatçı F.R.Мahmudov kurqanları e.ə. III 
minilliyin ortalarına aid etmişdir. 
 Azərbaycanın  şimal-şərqində yerləşən abidələr yaşayış yerləri ilə  təmsil 
edilmiş  və başlıca olaraq, kəşfiyyat xarakterli tədqiqatlarla öyrənilmişdir. Bu 
abidələr içərisində Qusar rayonunda yerləşən I Böyüktəpə, II Böyüktəpə, III 
Gövduşantəpə, Qəflətəpələri, Kuçumxantəpə, Xaçmaz rayonunda Təpəyatağı, 
Sərkərtəpə, I Çinarqala, Dəvəçi rayonunda I Çaqqallıq yaşayış yerləri, Şəkidə 1 
№- li Daşüz və Küdürlü kurqanları xüsusi əhəmiyyətə malikdir. 
  1982-1986-cı illərdə Xaçmaz rayonunda yerləşən Sərkərtəpədə  aparılan  
qazıntılar zamanı bu dövrə aid yaşayış binalarının arxitekturasını müəyyən 
dərəcədə  bərpa etmək mümkün olmuşdur. Burada saman qarışığı olan çiy 
kərpicdən tikilmiş dairəvi planlı yaşayış binasının qalıqları  aşkar olunmuşdur. 
Bütün evlərin içərisindən gildən düzəldilmiş dairəvi formalı, yuxarıya doğru bir 
qədər genişlənən ocaqlar qeydə alınmışdır. Evlərin döşəməsinə çiy kərpic 
düzülmüş, gillə suvanmışdır. Erkən Tunc dövrünə aid mədəni təbəqənin qalınlığı 
4 m olmuşdur. Yaşayış yerində aparılan araşdırmalar zamanı Erkən Tunc 
dövrünə aid ziyarətgah aşkar olunmuşdur. Sərkərtəpədən aşkar olunan 
 
ziyarətgah  İlk Tunc dövründə yaşayan insanların ideoloji görüşlərinin 
öyrənilməsi üçün xüsusilə  əhəmiyyətlidir. Ziyarətgah daxili quruluşuna görə II 
Kültəpədən aşkar olunan ziyarətgahlara bənzəyir. Lakin Sərkərtəpə ziyarətgahı 
daha yaxşı saxlanması ilə fərqlə  


 
95
             
 
                  
Şəkil  54. Sərkərtəpənin keramika məmulatı  
 
 
nir.Onun mərkəzi hissəsində dairəvi formalı ocaq, şimal divarı yaxınlığında 
qurbangah, ocağın yaxınlığında dairəvi formalı altı buynuzşəkilli çıxıntısı olan 
manqal, qurbangahın yaxınlığından isə buynuzşəkilli çıxıntıları olan sitayiş 
qurğuları  aşkar olunmuşdur. Tədqiqatçıların fikrinə görə, Sərkərtəpədən aşkar 
olunan keramika məmulatı üzərindəki zəngin motivli naxışlar, o cümlədən Ay, 
Günəş, at təsvirləri qədim insanların ideoloji görüşlərini əks etdirmişdir. 
         Sərkərtəpə ziyarətgahının divarında Günəşi simvolizə edən, dairəvi formalı 
batıqla ifadə olunan təsvirin olması da diqqətəlayiqdir. Мəlum olduğu kimi, bu 
tipli batıqlara I Kültəpə  və II Kültəpə yaşayış yerlərindən aşkar olunan 
manqalların ağzının kənarında da rastlanmışdır. 
  Aşkar olunan tapıntılar ziyarətgahlarda məhsuldarlıqla bağlı  məra-
simlərdə  məhsuldarlığın mənbəyi hesab olunan öküz kultu ilə  bərabər, səma 
cismlərinə sitayişin də mühüm yer tutduğunu göstərir.  Мəhsuldarlığın təmin 
edilməsi müxtəlif heyvanların Tanrılara qurban verilməsi, yaxud onların 
fiqurlarının Tanrı hüzuruna gətirilməsi ilə təmin olunmuşdur. 
Təpəyatağı yaşayış yerində  aşkar olunan suvaq qalıqları  və onların 
üzərində qalmış çubuq izləri, burada toxuma divarlı, hər iki üzdən saman qarışığı 


 
96
olan gillə suvanmış evlərin olduğunu sübut edir. Abidədə, həmçinin ağac və 
təsərrüfat çuxurlarının qalıqlarına da rast gəlinmişdir. 
Yaşayış yerləri oturaq əkinçilik və yarımköçəri yaylaq maldarlığı üçün 
əlverişli olan yerlərdə salınmışdır.  Ərazinin  əlverişli coğrafi  şəraiti e.ə. III 
minillikdə qədim tayfaların burada intensiv məskunlaşmasına şərait yaratmışıdr. 
Bu abidələr başlıca olaraq, Kür-Araz mədəniyyətinin inkişaf etmiş  mərhələsinə 
aid olmaqla, bir sıra özünəməxsus xüsusiyyətləri ilə seçilir. Bu yaşayış yerləri, 
İlk Tunc dövrü mədəniyyətinin Şimali Qafqaz və Dağıstana doğru irəliləməsi və 
adı çəkilən ərazilərlə Azərbaycanın Kür-Araz mədəniyyətinin müqayisəli şəkildə 
öyrənilməsi baxımından əhəmiyyətlidir. 
Aşkar olunmuş materialların əksəriyyəti keramikadan ibarətdir. Onlar boz, 
qonur, qara və çəhrayı rəngdə bişirilmişdir. Gil qablar xaricdən, bəzən isə hər iki 
tərəfdən yaxşıca cilalanmışdır. Qabların ornamenti cızma və qabartma 
naxışlardan ibarətdir. Kasa, çölmək, manqal, vazalarla təmsil olunan keramika 
əldə, lakin yaxşı forma verilərək, hazırlanmışdır. Qabların yarımşar və 
ilgəkşəkilli qulpları vardır. 
Daş alətlər dən daşları  və oraq dişləri ilə  təmsil olunmuşdur. Sümükdən 
hazırlanmış cilalayıcı alətlər də əldə edilmişdir. Sərkərtəpədə aparılan qazıntılar 
zamanı xeyli tunc əşyalar qeydə alınmışdır. 
Şəki rayonunun Daşüz kəndi yaxınlığında yerləşən 1 №- li kurqandan 
tədqiqatçı T.İ.Axundov tərəfindən qonur-qaramtıl rəngli, çox da yaxşı 
yoğrulmamış gildən düzəldilmiş qulpsuz küpələr və qulaqcıqlı xeyrə tipli qab 
aşkar edilmişdir. Kurqanın sadə torpaq qəbrində uşağa aid skelet qalıqları aşkar 
olunmuşdur. Kurqan e.ə. III minilliyin sonlarına aid edilir. 
Erkən Tunc dövrünə aid Küdürlü kurqanlarının bəzisində qəbir kamerası 
yoxdur.  Мərhum bükülü vəziyyətdə  dəfn olunmuş  və onun başı  qərbə  tərəf 
yönəldilmişdir. Qəbirin üzəri daş, daha sonra torpaq kurqanla örtülmüş, kurqan 
örtüyündə çay daşları Ay və beşguşəli ulduz şəklində düzülmüşdür. Kurqanların 
cənub-qərbində qurbangah olmuşdur. Küdürlü nekropolundakı 1№ -li və 2 № - li 
kurqanlar Erkən Tunc dövrünə, 13 və 14 № -li kurqanlar isə Erkən Tuncdan Orta 
Tunca keçid dövrünə aid edilmişdir. 
 
Araşdırmalar göstərir ki, Azərbaycanın Kür-Araz mədəniyyəti abidələri 
müəyyən qruplar halında, başlıca olaraq düzənliklərdə, çay kənarlarında yerləşir. 
Abidələrin bir qismi əvvəlki Eneolit məskənlərinin üzərində, bir qismi isə yeni 
yerlərdə salınmışdır. Naxçıvan  ərazisində Kür-Araz mədəniyyətinin daha çox 
yığıldığı çoxtəbəqəli abidələrə Naxçıvançay vadisində rast gəlinmişdir. Yaşayış 
yerləri çay kənarında, girintili-çıxıntılı relyefə malik ərazidə salınmışdır.  Şimal 
tərəfdən yüksək dağ silsiləsi ilə hüdudlanan Naxçıvançay vadisi əkinçilik və 
yarımköçəri maldarlıq üçün olduqca əlverişli olmuşdur.  Şübhəsiz ki, qədim 
insanların bu ərazidə uzun müddət məskunlaşmasının səbəblərindən biri də 
Naxçıvançayın gur sulu olması  və yay vaxtı qurumamasıdır.  Ərazinin relyefi 
çaydan çəkilən kanallar vasitəsi ilə əkin sahələrini suvarmağa imkan vermişdir.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə