Microsoft Word Azerbaycan arxeologiyasi doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/75
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18329
1   ...   24   25   26   27   28   29   30   31   ...   75

 
100
II Kültəpənin alt qatlarının tikinti qalıqlarından görünür ki, bəzi binaların 
qövsşəkilli divarlarla əhatə olunmuş yarımçıq həyətləri olmuş və bu həyətlərdən 
təsərrüfat məqsədilə istifadə edilmişdir. 
Мingəçevir binaları öz arxitekturasına görə  nəinki Azərbaycanın, hətta 
bütün Cənubi Qafqazın həmdövr tikintilərindən fərqlənir. Onlar yarımqazma 
tipli, dördkünc formalı binalardan ibarətdir. Sahəsi 28-112 m

 olan 
yarımqazmalar arakəsmə divarlarla bir neçə hissəyə bölünmüşdür. Onların 
döşəməsinə çaydaşı döşənərək, döyəclənib möhkəmləndirilmişdir. Divar 
boyunca evin damını saxlayan dirək oyuğuna, evlərin mərkəzində isə iki sıra 
ocaq yerlərinə rast gəlinir. Divarların yuxarı hissəsinin tikintisində  ağacdan, 
damların örtüyü üçün isə toxuma karkasdan istifadə edilmişdir. 
İstər dairəvi, istərsə  də yarımqazma tipli evlər Azərbaycanda Eneolit 
dövrü abidələrindən bəllidir. Bu, Azərbaycanın Eneolit abidələri ilə  İlk Tunc 
dövrü abidələrinin arxitekturasında genetik bağlılığın olduğunu göstərir. 
Kür-Araz mədəniyyətinin ilk mərhələsini  əks etdirən Göytəpənin K

təbəqəsində eni 1,65 m olan müdafiə divarının qalıqlarının aşkar edilməsi 
diqqətəlayiqdir. Çiy kərpicdən tikilmiş bu divar, ola bilsin ki, vaxtı ilə bütün 
yaşayış yerini əhatə etmişdir. 
Azərbaycanın  İlk Tunc dövrü abidələrinin böyük bir qismi Kür-Araz 
mədəniyyətinin ikinci mərhələsini öyrənmək üçün əhəmiyyətlidir. I Kültəpə, II 
Kültəpə, Babadərviş, Qaraköpəktəpə  və digər yaşayış yerlərində  aşkar olunan 
yaşayış binaları dairəvi planlıdır. Bəzi evlərdə dördkünc formalı artırmalar 
vardır. Yaşayış binalarının qalıqları I Kültəpə  və II Kültəpə yaşayış yerlərində 
daha aydın plana malikdir. Binalar çay daşlarından hörülmüş təməl üzərində, çiy 
kərpiclərdən tikilmişdir. I Kültəpənin alt laylarında izlənən tikinti texnikasından 
bu mərhələdə  də istifadə edilmişdir. Birinci mərhələdə olduğu kimi, bu 
mərhələdə də dairəvi evlər arakəsmə divarla iki hissəyə bölünərək, bir tərəfindən 
təsərrüfat məqsədilə istifadə edilmişdir. Bəzi binalarda bu məqsədlə istifadə 
olunmuş düzbucaqlı artırmalar da olmuşdur. Binaların tikintisində istifadə olunan 
kərpiclərin ölçüləri 40 x 20 x 10 sm- dir. 
Binalar birinci mərhələdə olduğu kimi, ikiqatlı  və dördkünc formalı 
sobalarla, həmçinin düzbucaqlı ocaq qurğuları  və dairəvi manqallarla 
qızdırılmışdır. Ola bilsin ki, II Kültəpədəki düzbucaqlı ocaqlar bir qatlı dördkünc 
sobaların qalıqları olmuşdur. II Kültəpədə dördkünc formalı ocaqların 
yaxınlığında mərkəzi hissəsi antropomorfik heykəl təsvirləri ilə tamamlanan 
nalşəkilli ocaq qurğuları aşkar olunmuşdur. Demək olar ki, bütün evlərdə aşkar 
edilən nalşəkilli ocaq qurğularının yerləşdirilməsi üçün, bəzən dördkünc formalı 
səkilər düzəldilmişdir. Bəzi hallarda isə nalşəkilli ocaq qurğularına dairəvi 
manqalların yaxınlığında da rastlanır. 
Evlərin gillə suvanmış döşəmələrində  bəzən həsir qalıqları  aşkar 
olunmuşdur.  Ərzaq ehtiyatı  təsərrüfat küplərində, yaxud bu məqsədlə qazılmış 
quyularda saxlanmışdır. I Kültəpə, Göytəpə  və Yanıqtəpədə  təsərrüfat küpləri 


 
101
yerə basdırılmış  vəziyyətdə  aşkar edilmişdir. Təsərrüfat quyuları adətən evlərin 
içərisində, bəzən isə həyətdə, binanın yaxınlığında qazılmışdır. Bu dövrdə, bütün 
kollektiv üçün nəzərdə tutulan ümumi ərzaq anbarları da olmuşdur.  
Babadərviş yaşayış yerində kiçik bir sahədə 25 təsərrüfat quyusunun aşkar 
edilməsi, bununla bağlıdır.  Ətrafda tikinti qalıqlarına rast gəlinmədiyindən, 
ehtimal etmək olar ki, anbarın üzəri yüngül örtüyə malik olmuşdur.  
Kür-Araz mədəniyyətinin ikinci mərhələsinin arxitekturası Urmiya 
hövzəsinin abidələrində kifayət qədər öyrənilməmişdir. Quruçay və Köndələnçay 
vadisində bu mərhələyə aid tikinti qalıqları Qaraköpəktəpədən aşkar olunmuşdur. 
Burada dairəvi formalı binaların yalnız təməli qalmışdır. Binaların divarları qaba 
yonulmuş qaya parçalarından və çay daşlarından tikilmişdir. Ola bilsin ki, 
divarların yuxarı hissəsi çiy kərpiclərdən hörülmüşdür. Təbəqədə xeyli miqdarda 
çiy kərpic qalıqlarının aşkar olunması bununla bağlıdır. Qaraköpəktəpə yaşayış 
yerinin maraq doğuran cəhətlərindən biri, bu binaların yaxınlığında daş döşənmiş 
sahənin qeydə alınmasıdır. Bu daş döşəmələrin, evləri birləşdirən ensiz küçə 
qalıqları olduğunu söyləmək olar. 
Kür-Araz mədəniyyətinin üçüncü mərhələsinə aid yaşayış binaları dairəvi 
və dördkünc planlıdır. Dairəvi planlı binalar Yanıqtəpədə  aşkar olunmuşdur. 
Binalar daş təməl üzərində çiy kərpicdən tikilmişdir. Yanıqtəpə yaşayış yerində 
bir neçə tikinti dövrü ərzində mövcud olan 1 №- li binanın arxitekturası 
maraqlıdır. Bina iki sıra konsentrik divarla əhatələnmişdir. Onun divarları daş 
təməl olmadan, fiqurlu hörgü ilə tikilmişdir.  Мüxtəlif  ərzaq ehtiyatlarının 
saxlanması üçün anbar rolunu oynayan bina, uzun müddət öz funksiyasını 
itirməmişdir. 
Yanıqtəpənin aşağıdan dördüncü tikinti qatının bütün sahəsi bir-birinə sıx 
yerləşdirilmiş dairəvi planlı evlərlə örtülü olmuşdur. Binaların bəzisinin 
dördkünc artırmaları, bəzilərinin isə divarla məhdudlaşdırılmış kiçik həyətləri 
olmuşdur. Binaların hamısının içərisi demək olar ki, eyni quruluşa malikdir. 
Burada paltar və qabların qoyulması üçün taxçalara, ərzaq ehtiyatı üçün gil 
qablara və üzərində maye axıtmaq üçün novu olan uzun mətbəx skamyalarına 
rast gəlinmişdir. Hər bir evdə I Kültəpədən məlum olan ikiqatlı sobaların 
bənzərləri aşkar olunmuşdur. 
Binalar olduqca sıx yerləşdiyindən, onların arasında keçidə rast 
gəlinməmişdir. Ehtimal ki, giriş binaların damından olmuşdur.  
Yanıqtəpə yaşayış yerində güclü yanğından sonra tikilmiş müdafiə 
divarının qalıqları  aşkar olunmuüşdur. Eni 4,6-5 m olan bu divar, yonulmamış 
qaba daşlardan tikilmişdir. Kür-Araz mədəniyyətinin son mərhələsinə aid 
müdafiə divarları Qaraköpəktəpə və Dairə yaşayış yerində də qeydə alınmışdır. 
Qaraköpəktəpənin üst tikinti qatında - birinci qazıntı sahəsində 
yonulmamış qaba daşlardan tikilmiş çoxotaqlı binanın qalıqları  aşkar 
olunmuşdur.  Şübhəsiz ki, belə binalar böyük patriarxal ailələr üçün nəzərdə 
tutulmuşdur. Dördkünc formalı binaların qalıqları I və II Kültəpələrin üst 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə