Microsoft Word Azerbaycan arxeologiyasi doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/75
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18329
1   2   3   4   5   6   7   8   9   ...   75

 
9
xüsusiyyətlərinə görə  həmdövrdür.  Ərsinlər, kəsici və özəkvari alətlər qəlpələr 
qoparılmaqla kobud hazırlanmışdır.  Əmək alətlərinin işlənmə texnikasının 
kifayət qədər inkişaf etmiş səviyyədə olması, xüsusilə qəlpə qoparma üsulları, iki 
tərəfli işləmə texnikası,  əmək alətlərinin ağız hissəsinin ikinci dəfə  işlənməsi 
göstərir ki, Quruçay vadisinin qədim sakinləri mağaraya gəlməmişdən xeyli 
əvvəl vadidə açıq düşərgələrdə məskunlaşmışlar. М.М.Hüseynovun fikrinə görə, 
bu mədəniyyət Quruçay vadisində mağaranın məskunlaşmasından bir neçə yüz il 
əvvəl meydana gəlmişdir. Hazırda Quruçay mədəniyyətinin 1,8 milyon il əvvəl 
meydana gəldiyi ehtimal olunur. 
            
 
         
Şəkil 4. Azıx mağarası. Quruçay mədəniyyətinə aid çapma aləti 
 
 
Onuncu təbəqənin üzərində yerləşən doqquzuncu təbəqə daha qalın və 
maddi-mədəniyyət qalıqları ilə daha da zəngindir. Bu təbəqədə əmək alətlərinin 
sayı əvvəlkindən beş dəfə artıqdır. Onlar protoçopper, protoçoppinq, özəkvari və 
kubvari alətlər, limasşəkilli alətlər, ərsinlər və qəlpələrdən ibarətdir. Bu təbəqədə 
ilk dəfə olaraq kubvari alətlər meydana çıxır. Protoçopperlər çay daşının bir ucu, 
yaxud uzununa bir kənarının qoparılması ilə hazırlanmışdır. Protoçoppinqlər 
başlıca olaraq çox da ağır olmayan yastı, oval daşlardan, çay daşlarının bir ucu, 


 
10
yaxud uzunsov kənarının hər iki tərəfdən qəlpələnməsi ilə,  ərsinlər isə vurma 
səthi saxlanmış  qəlpələrin bəzən bel, bəzən isə  kənarlarının işlənməsi ilə 
düzəldilmişdir. 
Мağaranın səkkizinci təbəqəsində  aşkar olunan əmək alətləri tipoloji 
xüsusiyyətlərinə görə alt qatlardan aşkar olunan əmək alətləri ilə eynidir. Lakin 
bu təbəqə üçün protoçopper və protoçoppinq tipli ağır qiqantolitlərin meydana 
çıxması xarakterikdir. Bu təbəqədə primitiv çapacaqlara bənzəyən protoçoppinq-
lər də aşkar olunmuşdur. 
Yeddinci təbəqə Quruçay mədəniyyətinin tamamlayıcı  mərhələsini  əks 
etdirir. Bu təbəqə litoloji xüsusiyyətlərinə görə  aşağıdakı  təbəqələrlə eyni olub, 
özündən yuxarıda yerləşən erkən Aşel mədəniyyətindən tamamilə  fərqlənir. Bu 
təbəqədən aşkar edilmiş daş  məmulatı protoçopper, protoçoppinq, özəkvari və 
kubvari əşyalar, ərsinlər, qəlpələr, istehsal tullantıları, çay daşlarından ibarətdir. 
Əmək alətləri işlənmə texnikasının daha təkmil olunması ilə X-VIII təbəqənin 
alətlərindən fərqlənir. Bu fərqlər qəlpə qoparma texnikasında, xüsusilə qəlpələrin 
aydın seçilən vurma səthində, alətlərin kənarlarında saxlanmış qabarcıqlarda 
özünü göstərir. Çoppinqlərin hazırlanmasında Erkən Aşel dövrünün çoppinqləri 
və kobud çapacaqları üçün xarakterik olan əlamətlər izlənmişdir. 
Azıx mağarasının X-VII təbəqəsindən aşkar olunmuş əmək alətləri tipoloji 
xüsusiyyətlərinə, hazırlanma texnikasına, qəlpə qoparma üsuluna və istifadə 
olunan xammalın tərkibinə görə genetik cəhətdən bir-biri ilə bağlı olub vahid bir 
mədəniyyətin məhsuludur. Bu mədəniyyət Azıx, Tağlar və Azərbaycanın cənub-
qərbindəki digər mədəniyyətlərin qaynağı olmuşdur. Ümumi qalınlığı 4,5 m olan 
bu təbəqə mağaranın  ən qədim çöküntüləri olmaqla eyni təbii  şəraitin 
məhsuludur. 
Qədim insanların yaşadığı Paleolit düşərgələrinə dünyanın bir çox 
yerlərində rastlansa da, çoxtəbəqəli Azıx mağarası  təbəqələrin ardıcıl 
yerləşməsinə görə nadir abidələrdən biridir. Azıx mağarasının yeganə  bənzəri 
hələlik Olduvay abidəsidir. Elə buna görə  də Azıx mağarasından aşkar edilmiş 
əmək alətlərinin tipoloji təsnifatında və adlandırılmasında  М.М.Hüseynov 
Olduvaydan aşkar edilmiş bənzər alətlərin adından istifadə etmişdir. 
Azıx mağarasının X-VII qatlarının fauna qalıqları olduqca pis 
saxlanmışdır. Onların bir çoxu çürüdüyündən hansı heyvanlara aid olduğunu 
təyin etmək mümkün olmamışdır. Aşkar olunan heyvan sümükləri maral, antilop, 
quş, gəmirici və  yırtıcı heyvanların lülə sümüklərinin parçalarından, buynuz 
qırıqlarından ibarətdir. Lakin Quruçay mədəniyyətinin mövcud olduğu Abşeron 
dövrünün fauna qalıqları daha zəngin olmuşdur. Bu dövrdə  Vulpes aff vulpes
Crocuta spelea, Spelearstos speleus, Ursus cf.arctos, Cervus mesopotamiea, 
Equus sussen bornansis, Equus hidruntinus, Dicerorhinus mercki, Bison 
schotensaci və digər heyvanlar yaşamışdır. 


 
11
Azıx mağarasından aşkar olunmuş çay daşlarından hazırlanmış kobud daş 
alətlərin bənzərləri Olduvay (Tanzaniya), Koobi-Fora (Keniya), Мelka Kontura 
(Efiopiya), Vallona (Fransa), Ubeydiyə (İsrail) və digər abidələrdən məlumdur. 
Azıx mağarasının qədim sakinlərinin  əsas məşğuliyyəti yığıcılıq və 
ovçuluq olmuşdur. 
Aşel mədəniyyəti. Azərbaycanda Aşel mədəniyyəti Quruçay mədəniyyəti 
əsasında inkişaf etmiş  və onun ikinci mərhələsini təşkil etmişdir. Aşel 
mədəniyyətinə aid tapıntılar Azərbaycan  ərazisində Qazax rayonunun Qayalı, 
Acıdərə, Şişquzey düşərgələrindən və digər abidələrdən aşkar edilmişdir. Lakin 
Aşel mədəniyyətinə aid ən zəngin maddi-mədəniyyət nümunələri Azıx 
mağarasından aşkar olunmuşdur. Azıx mağarasında Aşel mədəniyyətinin başlıca 
olaraq erkən və orta mərhələsi geniş təmsil olunmuşdur. Erkən Aşel 700-500 min 
il bundan əvvələ aid edilir. Azıx mağarasında Erkən Aşel Quruçay mədəniyyəti 
əsasında inkişaf etmiş və onun davamı olmuşdur. Aşel dövrünün erkən mərhələsi 
Azıx mağarasının altıncı təbəqəsində aşkar olunmuşdur. Bu təbəqədən xeyli daş 
məmulatı (2000-dən artıq), ocaq qalıqları, müxtəlif heyvan sümükləri, bitki 
ovuntusu aşkar olunmuşdur. Heyvan qalıqlarının çox aşkar olunması  Aşel 
dövründə təsərrüfatda ovçuluğun əsas yer tutduğunu göstərir. 
Əmək alətləri başlıca olaraq felzit, kvars, çaxmaqdaşı, bazalt, əhəng-
daşından, bəzən isə xalsedon və digər daş cinslərindən hazırlanmışdır. Daş 
məmulatı  əmək alətləri, istehsal tullantıları  və çay daşlarından ibarətdir.  Əmək 
alətləri arasında kobud çapacaqlar, qaşovlar kəsici alətlər və ərsinlər xüsusi yer 
tutur. Çapacaqlar həcminə görə Olduvay, Ubeydiyə, Terra-Amatadan tapılmış 
alətlərlə uyğundur. 
Çapacaq və çapacaq tipli alətlər çay daşının hər iki tərəfindən qəlpələr 
qoparılmaqla hazırlanmış, tutacaq hissəsinin təbii qabığı saxlanmışdır. Çopper 
tipli alətlərin bir kənarı, yaxud ucu qəlpələr qoparılmaqla işlənmişdir. Bu tip 
alətlərlə yanaşı düz vurma səthi olan və  təbii qabıqla örtülmüş  qəlpələrdən 
hazırlanmış alətlər də vardır. Onlar ərsinlər, itiuclular, limastipli və s. alətlərdən 
ibarətdir. Aşkar olunan əmək alətləri qədim insanların yalnız çay daşlarından 
hazırlanmış çopper, coppinq və kobud çapacaqlarla kifayətlənmədiyini, 
qəlpələrdən  əmək alətləri hazırlamağa başladığını göstərir. Azıx mağarasının 
Erkən Aşel mədəniyyətinə aid əmək alətləri qəlpələrin qoparılma texnikasına 
görə olduqca kobuddur və keçmiş SSRİ-də onların bənzərləri yoxdur. 
Altıncı  təbəqədən aşkar edilmiş arxeoloji materiallar bir tərəfdən daha 
qədim Quruçay mədəniyyətinin, digər tərəfdən isə Orta Aşel mədəniyyətinin 
xüsusiyyətlərini daşımaqla Aşelə keçid mərhələsini  əks etdirir. Aşkar olunan 
fauna qalıqları, o cümldən  Мerka kərgadanı,  Şotenzak bizonu, Zyusenbern atı, 
Мesopotomiya maralı, mağara kaftarı, nəhəng maral, cənub yarasalarının 
sümükləri bu dövrün Мindel buzlaşması dövrünə, bəlkə  də daha əvvələ aid 
olduğunu deməyə imkan verir. Sümük qalıqlarının hamısı daşlaşmış vəziyyətdə 
aşkar olunmuşdur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə