Microsoft Word Azerbaycan arxeologiyasi doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/75
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18329
1   ...   28   29   30   31   32   33   34   35   ...   75

 
108
dəyişir. Bu mərhələnin qabları yaxşı anqoblanmışdır. Bəzi qabların səthi 
yüngülcə cilalanmışdır. Ancaq belə qablar olduqca azlıq təşkil edir. 
Bikonus gövdəli, yaxud konusvari formalı kasalar bu etapda geniş 
yayılmışdır. Bu dövrün çölməkləri  əvvəlki mərhələnin eyni tipli qablarıyla 
bənzər olsalar da, onların formasında müəyyən dəyişiklik izlənilir.  Мərhələnin 
sonuna yaxın qısa, silindirik boğazlı,  şar gövdəli çölməklər meydana çıxır. 
Onların qulpları ağzının kənarında yerləşir. Konusvari gövdəli kasalar, vazatipli 
və bankatipli qablar formaca Eneolit keramikası ilə  sıx bağlıdır. Onların 
bəzisində I Kültəpənin Eneolit keramikası üçün xarakterik olan şüyrələmədən 
istifadə edilmişdir. 
Üçüncü mərhələ üçün nazik divarlı  məişət qabları xarakterikdir. Çəhrayı 
astar bu mərhələdə aradan çıxır, parıldayanadək cilalanmış qablar geniş yayılır. 
Bəzi qabların səthində cilalayıcı alətin izləri qalmışdır. Bu mərhələyə aid 
çölməklər formaca əvvəlki mərhələdən xeyli fərqlənir. Bəzi çölməklərdə əvvəlki 
mərhələ üçün xarakterik olan silindirik boğazlar yoxdur. Bu mərhələdə yuvarlaq-
bikonus formalı çölməklər geniş yayılmışdır. Qulplar halqaşəkilli olub, başlıca 
olaraq qabların ağzının kənarında yerləşmişdir. Qabların dairəvi, yuvarlaq 
formalı batıqlar, relyef və həndəsi ornamentlə naxışlanması bu dövrün xarakterik 
xüsusiyyətidir. Bu baxımdan, Kür-Araz mədəniyyətinin tamamlayıcı mərhələsini 
əks etdirən Yanıqtəpə materialları diqqətəlayiqdir.Əldə olunan materiallar 
daşişləmə, sümükişləmə  və toxuculuq kimi sənət sahələrinin də inkişaf etdiyini 
göstərir. 
  
 


 
109
 
                 
                 Şəkil 57. Eneolit (14-16, 18) və Erkən Tunc dövrünə aid metal məmulatı. 
                                1-6, 8-18 – I Kültəpə; 7, 9-22 – II Kültəpə 
 
 
İlk Tunc dövründə Azərbaycanda metallurgiya və metalişləmə yüksək 
inkişaf səviyyəsində olmuşdur. Kür-Araz mədəniyyətinin erkən mərhələsinə aid 
təkmil metal əşyalar və metal emalı ilə bağlı olan kürələr hələ e.ə. IV minilliyin 
ortalarında dağ-mədən işinin və metalurgiyanın bir-birindən ayrıldığını göstərir. 
Lakin, Azərbaycanda indiyədək  İlk Tunc dövrünə aid mədənlər aşkar 
edilməmişdir. Ehtimal ki, onlar sonrakı dövrlərin mədənləri tərəfindən 
dağıdılmışdır. Bu baxımdan, Naxçıvan ərazisində Vayxır mis yataqlarında aşkar 
olunan qədim mədənlər diqqəti cəlb edir. Burada, qədim mədənlərin  ətrafından 
daş çəkiclər və gil qab parçaları tapılmışdır. 
II Kültəpə  və Babadərvişin  İlk Tunc dövrü təbəqəsindən aşkar olunan 
metaləritmə kürəsinin qalıqları metallurgiyanın yüksək inkişaf mərhələsini  əks 


 
110
etdirən yeni, süni üfürmə texnikasının tətbiq edildiyini göstərir. Süni üfürmədə 
hərarətin yüksəldilməsinə xidmət edən körük ucluqları II Kültəpə və Мişarçayda 
aşkar olunmuşdur. Yüksək temperaturun alınması  və  tənzim edilməsi qədim 
metallurqların iqtisadi imkanlarını artırmış, yataqların dərinliyində yerləşən 
sulfidli filizlərin əridilməsi üçün şərait yaratmışdır. 
II Kültəpənin  İlk Tunc dövrü təbəqəsində metalişləmə emalatxanasının 
qalıqlarının aşkar edilməsi, metallurgiya və metalişləmə sənətinin ayrıca istehsal 
sahələrinə ayrıldığını göstərir. 
Qeyd etmək lazımdır ki, Azərbaycanda metallurgiyanın yüksək inkişaf 
səviyyəsi heç də  təsadüfi olmayıb, qonşu ölkələrdə bu sahənin tərəqqisi ilə 
bağlıdır. Çatal-Uyuk  və Yarımtəpənin mədəni qatlarından e.ə. VII-VI minil-
liklərə aid edilən filiz qalıqları, artıq bu dövrdə,  şübhəsiz ki, filizin əridilmək 
üçün yaşayış yerlərinə  gətirildiyini göstərir. Çatal-Uyukdan aşkar olunan filizin 
analizi göstərmişdir ki, o praktiki olaraq şlak qalığından başqa bir şey deyil. 
Qeyuksur vadisinin Eneolit abidələrinin tədqiqi göstərmişdir ki, metal əşyalar 
təbii mis külçəsindən deyil, filizdən  əridilərək hazırlanmışdır. Burada metal 
əşyaların tökülməsi texnikası e.ə. V minillikdə mövcud olmuşdur. E.ə.V 
minilliyə aid filiz qalıqları Ovçulartəpəsi yaşayış yerində də aşkar olunmuşdur. 
II Kültəpənin XI tikinti qatından aşkar olunan bıçaq, yaxud xəncər 
tiyəsinin tədqiqi, onun ara qızdırmalarla döyülməyə məruz qaldığını göstərir. Bu, 
II Kültəpədə metalın təkrar emalı ilə bağlı  kürələrin aşkar olunmasıyla da sübut 
olunur. 
Kür-Araz mədəniyyətinin ikinci mərhələsinə aid gil qəliblər bu dövrdə 
tökmə texnikasının yüksək səviyyədə inkişaf etdiyini göstərir. I Kültəpədən tunc 
baltalar tökmək üçün qəlibin aşkar edilməsi bu dövrdə ikitaylı qəliblərdə tökmə 
texnikasının mənimsənildiyini göstərir. I Kültəpə, Göytəpə  və Babadərvişdən 
metal yarımfabrikatlar tökmək üçün qəliblərin tapılması, hazır metal məmulatının 
əsas istehsal mərkəzlərindən digər rayonlara yayıldığını göstərir.  Şübhəsiz ki, 
metal  əşyaların istehsalı ilə yüksək ixtisaslı ustalar məşğul olmuşdur. Belə ki, 
mürəkkəb konfiqurasiyalı baltalar və nizə ucluqları müəyyən vərdişlərə 
yiyələnmiş ustalar tərəfindən hazırlana bilərdi. 
İkinci və üçüncü mərhələyə aid metal əşyaların hazırlanmasında tökmə, 
döymə, kəsmə, burma, yastılama, prokat və digər texnoloji üsullardan istifadə 
edilmişdir. 
Мetallurgiya və metalişləmə  sənətinin meydana gəlməsi və inkişafının 
xarakterinin müəyyən edilməsində  İlk Tunc dövrü abidələrindən aşkar olunan 
metal  əşyaların mühüm əhəmiyyəti vardır. Onlar balta, nizə, xəncər,  əmək 
alətləri və müxtəlif bəzəklərlə təmsil edilmişdir. 
 
Azərbaycanda  İlk Tunc dövrünə aid metal əmək alətləri hələlik I 
Kültəpədən məlumdur. I Kültəpədən aşkar olunan oraq üç yerə parçalanmışdır. 
Aypara formalı bu oraq mis və  mışyak  ərintisindən hazırlanmışdır. O, özünün 
arxaik forması ilə  Cənubi Qafqaz və Yaxın  Şərqin sinxron əmək alətlərindən 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə