Microsoft Word Azerbaycan arxeologiyasi doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə35/75
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18329
1   ...   31   32   33   34   35   36   37   38   ...   75

 
115
gəlməsi ilə bağlı proseslər e.ə. IV minilliyin əvvəllərindən başlamışdır. 
Мingəçevir yaşayış yerinin İlk Tunc dövrü kompleksi, o cümlədən buradan aşkar 
edilən qəbirlər də arxeoloji materialların arxaik xüsusiyyətlərinə  əsasən, birinci 
mərhələyə aid edilə bilər. Bizim fikrimizcə, Astara rayonunda tədqiq edilən 
Telmankənd kurqanları  da  bu  mərhələyə aiddir. Bu kurqanların 
tarixləndirilməsində saplaqlı nizə ucluqları və tiyəşəkilli yastı baltaların mühüm 
əhəmiyyəti vardır. 
Zaqafqaziyada aşkar olunan tunc nizə ucluqları  B.A.Kuftindən başlayaraq 
e.ə. III minilliyə aid edilmişdir. Ur nekropolundan əldə edilən bu cür nizə 
ucluqları e.ə. III minilliyin birinci yarısına aid edilir. Həmin tarix Suriyanın 
Karxemiş  və Amor abidələrindən aşkar olunan nümunələr üçün də  qəbul 
edilmişdir. Telmankənd kurqanında nizə ucluqları yastı baltalarla birlikdə 
tapılmışdır. Bu tip baltalar Мesopotamiya və İranla e.ə. IV-III minilliklərdə geniş 
yayılmışdır. Xarakterik haldır ki, e.ə. IV-III minilliklərdə yastı baltalar nizə 
ucluqları ilə eyni kompleksdə aşkar olunmuşdur. Telmankənd kurqanından aşkar 
olunan nizə ucluğu və yastı baltalardan birinin tərkibində yüksək nikel 
qarışığının olması, onların  Мesopotomiya ilə bağlılığına dəlalət etməkdədir. 
Buna görə də bu abidələrin qədim tarixi heç bir şübhə doğurmur. 
İkinci mərhələnin tarixləndirilməsi üçün I Kültəpə  və Göytəpədən 
götürülmüş kömür analizlərinin mühüm əhəmiyyəti vardır. Belə ki, I Kültəpənin 
ikinci mərhələyə aid edilən tikinti qatları, kömür analizi ilə e.ə. 2920 
+
 90 –cı ildə 
müəyyən edilmiş  səviyyədən aşağıda yerləşir. Göytəpənin K

təbəqəsindən 
götürülmüş kömürün analizi e.ə. 2574 
+
 146-cı ili göstərmişdir. Beləliklə, Kür-
Araz mədəniyyətinin ikinci mərhələsini, təqribən e.ə. 3000-2600-cü illərə aid 
etmək olar. Fikrimizcə, ikinci mərhələnin tarixini bir qədər də qədimləşdirərək, 
e.ə. 3200-cü ilə aid etmək mümkündür. 
I Kültəpənin sonuncu mərhələyə aid 3 m qalınlığındakı  təbəqəsindən iki 
tikinti qatı, II Kültəpədə isə altı tikinti qatı aşkar edilmişdir. Qeyd edildiyi kimi, 
bu mərhələnin keramikası Urmiya hövzəsi, Quruçay və Göndələnçay hövzəsinin 
materialları ilə  bənzərlik təşkil edir. Gil məmulatının bəzi nümunələri öz 
bənzərlərini Amiranisqora, Kvaçxelebi, Xizanaantqora və  Şenqavitdə tapır. Bu 
baxımdan II Kültəpənin üst qatlarından aşkar olunan kasalar, Araqaçın daş qutu 
qəbirlərinin materialları ilə  bənzərlik təşkil edir. Belə  bənzəyiş  Şenqavitdə  də 
izlənir. Bəlli olduğu kimi, bu abidələr Erkən Tuncla Orta tunc dövrünün 
qovşağında yerləşir. Kür-Araz mədəniyyətinin son dövrü Qobustanda da izlənir. 
Lakin bu mərhələnin sonu üçün xarakterik materiallar Yanıqtəpədən məlumdur. 
Kür-Araz mədəniyyətinin son mərhələsini  əks etdirən  Şenqavit yaşayış 
yerinin üst qatlarından götürülmüş kömürün analizi e.ə. 2020 
+
 80-ci ili 
göstərmişdir. Bu, Kür-Araz mədəniyyətinin Orta Tunc dövründə  də davam 
etdiyini göstərir. Həmçinin tədqiqatlar göstərir ki, Kür-Araz mədəniyyəti bir qrup 
abidələrdə davam etdiyi halda, digərlərində kəsilmişdir. Bizim fikrimizə görə, bu, 
Kür-Araz mədəniyyətini əvəz edən Orta tunc dövrü mədəniyyətinin yayılması ilə 


 
116
bağlı olmuşdur. Deyilənlər, Naxçıvan və Urmiya hövzəsi abidələrində daha yaxşı 
izlənmişdir. Bu regionda Orta tunc dövrünün ilk mərhələsi boyalı qabların 
yayılması ilə xarakterikdir. Bu mədəniyyət isə Cənubi Qafqaz abidələrində eyni 
şəkildə yayılmamışdır. Bu barədə növbəti başlıqda geniş məlumat veriləcəkdir. 
Araşdırmalara əsaslanaraq, Kür-Araz mədəniyyətinin sonuncu mərhələsini 
e.ə. 2600-2300-cü illərə aid etmək olar. Nəzərə alınmalıdır ki, Azərbaycanın bir 
sıra abidələrində Kür-Araz təbəqəsi aşağıdan Enolit, yuxarıdan isə Orta Tunc 
dövrü təbəqəsi ilə  məhdudlaşır.  Şübhəsiz ki, bu fakt Kür-Araz mədəniyyətinin 
tarixləndirilməsinin Eneolit və Orta Tunc dövrü mədəniyyəti ilə bağlı olduğunu 
göstərir. Qafqazşünas arxeoloqlar Orta Tunc dövrü mədəniyyətinin ilk 
mərhələsini e.ə. III minilliyin ortaları  və ikinci yarısı ilə tarixləndirməyə meyl 
edirlər. 
Qeyd etmək olar ki, ilk mərhələdə Kür-Araz tayfaları Azərbaycanın bütün 
ərazisində eyni şəkildə yayılmamışdır. Fikrimizcə, bu mədəniyyətin erkən 
meydana çıxdığı  ərazi Naxçıvan-Urmiya bölgəsi olmuşdur.  İlk mərhələdə Kür-
Araz mədəniyyətinin meydana gəldiyi areal Şərqi Anadolu və  Gəncə-Qazax 
zonasını da əhatə etmişdir. 
Cənubi Azərbaycanda arxeoloji abidələrin yaxşı öyrənilməməsi, bu 
mədəniyyətin cənub sərhədlərini izləməyə imkan vermir. Ehtimal ki, ilk vaxtlar 
bu mədəniyyət  Мuğan düzünə  qədər yayılmışdır. Kür-Araz mədəniyyəti ikinci 
mərhələdə xüsusilə geniş inkişaf edərək, Azərbaycanın bütün ərazisinə 
yayılmışdır. Yarımköçəri maldarlığın inkişafı ilə bağlı olaraq, dağətəyi və dağlıq 
rayonlarda intensiv məskunlaşma olmuşdur. Kür-Araz mədəniyyəti 
Azərbaycandan Cənubi Qafqaz, Şimali Qafqaz və  Şərqi Anadoluya yayılaraq, 
geniş ərazini əhatə etmişdir. 
İctimai quruluş, mədəni əlaqələr, inamlar. Azərbaycan ərazisində yerlə-
şən  İlk Tunc dövrü abidələrinin tədqiqi Kür-Araz mədəniyyəti tayfalarının 
ictimai münasibətlərini müəyyn dərəcədə öyrənməyə imkan verir. Bu dövrdə 
əkinçilik, maldarlıq, dulusçuluq, metallurgiya və ev sənətkarlığının yüksək 
səviyyədə inkişaf etməsi, ictimai münasibətlərdə müəyyən irəliləyiş olduğunu 
göstərir.  Əkinçilik və maldarlığın inkişafı  əmək məhsuldarlığının artmasına, 
istehsal prosesinin mürəkkəbləşməsi ilə müşayiət olunan əmək bölgüsünə səbəb 
olmuş  və onların müstəqil istehsal sahəsinə çevrilməsinə  gətirib çıxarmışdır. 
Kür-Araz mədəniyyətinin cəmiyyəti inkişaf etmiş patriarxal münasibətlərlə 
xarakterizə edilir.  Belə hesab edirik ki, cəmiyyətdə patriarxal başlanğıcın 
meydana çıxması,  şumlama  əkinçiliyinin yaranması  və yarımköçəri maldarlığın 
inkişafı ilə bağlı olmuşdur. Bəzi tədqiqatçılar əkinçiliyi yalnız qadınlara məxsus 
peşə hesab edir. Lakin qeyd etmək lazımdır ki, istehsal prosesinin 
mürəkkəbləşməsi qadın əməyini ikinci yerə sıxışdırmışdır. 
Kür-Araz yaşayış yerlərində tədqiq edilən binalar olduqca kiçik həcmlidir. 
Bu baxımdan,  Мingəçevirdə  tədqiq olunan sahəsi 112 m
2
 olan bina istisnalıq 
təşkil edir. II Kültəpədə  aşkar edilmiş evlərin  ən kiçiyinin diametri 4,6 m, ən 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə