Microsoft Word Azerbaycan arxeologiyasi doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə36/75
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18329
1   ...   32   33   34   35   36   37   38   39   ...   75

 
117
böyüyününkü isə 7 m-dir. Yaşayış binalarının sahəsi ortalama 25-30 m
2
-dir. Hər 
bir evin öz ocağı, taxıl quyusu və köməkçi tikintiləri vardır. Belə  vəziyyət 
Babadərviş və I Kültəpədə də izlənmişdir. I Kültəpədə ən böyük evin sahəsi 30,5 
m
2
-dir. Ehtimal ki, bu evlərdə 5-6 nəfərdən ibarət olan bir ailə yaşamışdır. Qeyd 
etmək lazımdır ki, yaşayış yerlərində  həm də böyük evlərə rast gəlinmişdir. 
Burada dairəvi planlı evlərdən birinin sahəsi 59 m

-dir. Şübhəsiz ki, bu dövrdə 
iki-üç ailədən ibarət patriarxal kollektivlər də olmuşdur. 
O.H.Həbibullayevin fikrincə, dairəvi planlı böyük evlər daxili divarla iki 
hissəyə ayrılmışdır. Bu bölümlərdən birində xeyli miqdarda kömürləşmiş taxıl 
dənləri aşkar olunmuşdur. Onun fikrinə görə, burada saxlanan taxıl bütün əhaliyə 
aid olmuşdur. Bizim fikrimizcə, belə taxıl anbarlarında böyük ailələrin  ərzaq 
ehtiyatı saxlana bilərdi. Bütün qəbiləyə aid edilə biləcək ümumi ərzaq anbarları 
Babadərviş və Yanıqtəpədə də aşkar olunmuşdur. 
İstehsalın intensivləşməsi, şübhəsiz ki, ailələrin daha böyük kollektivlərdə 
birləşməsinə  səbəb olmuşdur. Faktlar bu dövrdə suvarma əkinçiliyinin mövcud 
olduğunu göstərir. Bu isə müəyyən qrup insanların  əməyinin birləşdirilməsini 
tələb edirdi. Ümumi yığıncaqların keçirildiyi ictimai binaların meydana çıxması 
ictimai idarə  təşkilatlarının olduğunu göstərir. Bu baxımdan Kür-Araz 
mədəniyyətinin sonuncu dövrünə aid tapıntılar xüsusi əhəmiyyətlidir. II Kültəpə, 
Qaraköpəktəpə, Yanıqtəpə, Qobustanda müdafiə divarının qalıqları, bir sıra 
yaşayış yerlərində isə patriarxal ailələrinin yaşadığı çoxotaqlı evlərin qalıqları 
aşkar olunmuşdur. Bu dövrün yaşayış yerlərində rast gəlinən yanğın izləri, artıq 
tayfalararası münasibətlərin kəskinləşdiyini, basqınların gücləndiyini göstərir. 
Şübhəsiz ki, bu dövrdə müəyyən idarəetmə, yaxud ilkin dövlət qurumları 
mövcud olmuşdur. Bu dövrdə  qəbilə üzvləri arasında ictimai bərabərsizliyin 
olduğunu Telmankənd kurqanlarının tədqiqi də sübut edir. 
Arxeoloji materiallar Kür-Araz tayfaları ilə Yaxın  Şərq ölkələri arasında 
mübadilənin inkişaf etdiyini göstərir. Bu münasibətlər Eneolit dövründən 
mövcud olmuş,  İlk Tunc dövründə isə daha da genişlənmişdir.  Şübhəsiz ki, 
ticarət münasibətlərində iribuynuzlu heyvan və metal əsas yer tutmuşdur. 
Azərbaycan abidələrində yarımfabrikatlar tökmək üçün qəliblərin aşkar edilməsi 
hazır metal məmulatının ticarət münasibətlərində istifadə olunduğunu göstərir. 
İlk Tunc dövrünə aid, tərkibində yüksək nikel qarışığı olan metal əşyalar da belə 
mübadilənin olduğuna sübutdur. Azərbaycanda nikel yataqları olmadığından, 
nikelli tuncun Мesopotamiyadan gətirildiyi düşünülməkdədir. 
Kifayət qədər dəlillər olmasa da, bu dövrdə obsidian ticarətinin müəyyən 
yer tutduğunu söyləmək olar. Kür-Araz abidələrində obsidianın emalı ilə bağlı 
istehsal artıqlarına rast gəlinmişdir. 
Araşdırmalar göstərir ki, mübadilə Kür-Araz mədəniyyətinin üçüncü 
mərhələsində intensiv xarakter almışdır. Bunun nəticəsində sərvət müəyyən qrup 
insanların  əlində toplanmış  və ictimai münasibətlərdə  əsaslı  dəyişiklik 
yaranmışdır. 


 
118
Kür-Araz abidələrindən aşkar olunan bir sıra materiallar, xüsusilə vaza 
tipli hündür dabanlı qablar silindrik çıxıntıları olan ortası çökük qapaqlar Kür-
Araz mədəniyyəti tayfalarının qədim  Мesopotamiya ilə  əlaqələrinin olduğunu 
göstərir. Böyük ehtimalla bu qablar Qədim  Şərq nümunələrinə  bənzətmələr 
əsasında hızırlanmışdır. Şübhəsiz ki, belə münasibətlər birtərəfli deyil, ikitərəfli 
xarakter daşımışdır. I Kültəpədən aşkar olunan arxaik formalı oraq və dördtilli 
nizə ucluğu, bu tip əşyaların qonşu ölkələrə Azərbaycandan yayıldığını göstərir. 
Balta tökmək üçün istifadə olunan ikitaylı gil qəliblərin də  tədqiqi anoloji 
nəticələrə gətirib çıxarır. 
Yaxın  Şərq ölkələri ilə mübadilənin mövcudluğunu Kür-Araz abidələ-
rindən aşkar olunan göy şirli pasta muncuqlar da sübut edir. Мəlum olduğu kimi, 
belə muncuqlar Мesopotomiyadan gətirilmişdir. 
Azərbaycanın arxeoloji abidələrində  aşkar olunan materiallar Kür-Araz 
mədəniyyəti tayfalarının ideoloji təsvirlərini müəyyən dərəcədə  bərpa etməyə 
imkan verir. Abidələrin tədqiqi göstərir ki, bu dövrdə, xüsusilə iribuynuzlu 
heyvanlara sitayiş müəyyən yer tutmuşdur. Bu adətən tədqiqatçılar tərəfindən 
öküz kultu ilə bağlanır. Öküz kultunun mövcudluğu, öküz başı formalı ocaq 
qurğuları və öküz fiqurları ilə də təsdiq olunur. Öküz başı formalı ocaq qurğuları 
II Kültəpədə ictimai binaların içərisində  aşkar olunmuşdur. XI tikinti qatında 
onlar qəbilənin ümumi toplantı yeri olan ziyarətgahdan tapılmışdır. 
II Kültəpənin VI tikinti qatında aşkar olunan ziyarətgah dördkünc planlı 
olmuşdur. Burada dairəvi formalı ocağın yaxınlığında dördkünc formalı 
postament, onun üzərində isə öküz başı formalı sitayiş  əşyaları  aşkar olun-
muşdur. Şübhəsiz ki, burada öküz kultu ilə bağlı müəyyən ayinlər icra edilmişdir. 
Gil qabların üzərində rast gəlinən yarımşar formalı qulplar da öküz kultu ilə 
bağlıdır. Onların praktiki, dekorativ və ritual mənası olmuşdur. Q.S.İsmayılovun 
fikrinə görə, onlar mühafizə məqsədi daşımışdır. 
Qeyd etmək lazımdır ki, Kür-Araz mədəniyyətinin ilk mərhələsində öküz 
başı formasında hazırlanmış ocaqlar daha realist, son mərhələdəkilər isə 
sxematikdir. Bu dəyişiklik gil qabların qulplarının formasında da özünü göstərir. 
Ehtimal ki, bu, Kür-Araz mədəniyyətinin üçüncü mərhələsində  xırdabuynuzlu 
heyvanların artaraq, üstünlük təşkil etməsi ilə bağlıdır. Bu dövrdə gil qabların 
üzərində xırdabuynuzlu heyvanlarla bağlı təsvirlərə rastlanır. 
Kür-Araz mədəniyyəti tayfalarının sitayiş  əşyalarından biri də nalşəkilli 
ocaq qurğuları olmuşdur. II Kültəpədən aşkar olunan bu tip ocaq qurğularının 
mərkəzi hissəsi insan başının təsviri ilə tamamlanır. Yuxarıda qeyd etmişdik ki, 
bu ocaqlar oturmuş insan fiqurlarına bənzədilmişdir. Fikrimizcə, bu qurğular ev 
ocağının himayədarını əks etdirir. K.X.Kuşnaryeva və T.N.Çubinişvilinin fikrinə 
görə, bu ocaq qurğuları ocağın  ətrafında oturmuş kişi fiqurunu təcəssüm etdirir 
və ev ocağının bərəkətləndirilməsi ritualının rəmzidir.  
Bu cür ocaq qurğularının hər bir evdə  aşkar olunması, cəmiyyətdə inanc 
birliyinin olduğunu göstərməklə, ümumi ziyarətgahlarla yanaşı, hər bir evdə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə