Microsoft Word Azerbaycan arxeologiyasi doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə38/75
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18329
1   ...   34   35   36   37   38   39   40   41   ...   75

 
122
 
 
                     
Şəkil 58. Qazançıqalanın monoxrom boyalı keramikası 
 
 
Üçüncü tikinti qatının qalınlığı 1-1,3 m-dir. Мədəni təbəqə tikinti 
qalıqları, gil qab parçaları, kül layları, kömür və osteoloji qalıqlardan ibarət 
olmuşdur. Birinci qazıntı sahəsində yerləşən bu tikinti qatında tək və çoxotaqlı 
bina qalıqları, gil ocaq qurğuları  aşkar olunmuşdur. Birinci və ikinci binalar 
tamamilə dağılmışdır. Divarların salamat qalmış hissələrinə  əsasən demək olar 


 
123
ki, onlar dördkünc formalı olmuşdur. Divarlar çay daşlarından hörülərək, gil 
məhlulu ilə bir-birinə  bərkidilmişdir.  İkinci binanın yaxınlığında silindrik 
formalı, divarları hamarlanmış  təsərrüfat quyusu aşkar edilmişdir. Onun 
içərisindən və  ətrafından aşkar olunan arpa dənləri, quyudan taxıl ehtiyatı 
saxlamaq üçün istifadə olunduğunu göstərir. 
Üçüncü binanın yalnız iki divarının qalığı  aşkar olunmuşdur. Onun gillə 
suvanmış döşəməsində  həsir qalıqlarının və  təsərrüfat quyusunun olduğu 
müəyyən edilmişdir. Binaların içərisindən daş  əmək alətləri, monoxrom boyalı 
qab parçaları tapılmışdır. 
Çoxotaqlı beşinci binanın yalnız təməlinin bir hissəsi qalmışdır. O 
arakəsmə divarla bir neçə hissəyə bölünmüşdür. Yaşayış binasının ümumi sahəsi 
50 m
2
-dir. Binanın döşəməsinə çay daşları düzülərək, döyəclənmişdir. Bu binaya 
aid otaqlardan birinin içərisindən daş büt və ortasında nov açılmış uzunsov daş 
aşkar olunmuşdur. V.H.Əliyevin fikrinə görə, bu tikinti ziyarətgaha aid binanın 
qalıqlarıdır. Onun ətrafından dən daşları, həvəng dəstələrinin qırıqları, ox 
ucluqları və keramika tapılmışdır. 
Bu tikinti qatında, yaşayış binalarının arasında xeyli miqdarda gil ocaq 
qalıqları  aşkar olunmuşdur. Onların biri dördkünc formalı, qalanları isə «P» 
şəkillidir. Ocaqlardan uzun müddət istifadə olunduğuna görə, divarları 
qızarmışdır. Onların  ətrafından gil butə parçaları, bazalt cinsli daşdan çəkiclər 
aşkar olunmuşdur.  Şübhəsiz ki, yaşayış yerinin bu hissəsi sənətkarların-
metallurqların məskəni olmuşdur. 
Birinci qazıntı sahəsində qeydə alınan dulusçuluq emalatxanasının sahəsi 
15 m
2
-dir. Onun içərisindən kül, kömür qalıqları, monoxrom boyalı və sadə qab 
parçaları aşkar olunmuşdur. 
İkinci qazıntı sahəsindən üç bina qalığı  aşkar olunmuşdur. Bu binalar 
dördkünc formalı olub, çay daşlarından hörülmüş  təməl üzərində, çiy kərpic-
lərdən tikilmişdir. Üçüncü binanın yaxınlığında ocaq qalıqları və onun üzərində 
yerləşdirilmiş gil tava aşkar olunmuşdur.  Şübhəsiz ki, bu ocaq çörək bişirmək 
üçün olmuşdur. Ocağın ətrafında döşəməyə dağılmış taxıl dənləri tapılmışdır. 
Üçüncü tikinti qatında, Narınqalanın içəri tərəfində üçotaqlı bina qalıqları 
aşkar olunmuşdur. Şimal tərəfdən müdafiə divarına söykənən bu binanın təməli 
çay daşlarından tikilmişdir. Binanın bir hissəsi qazıntı sahəsindən kənara çıxır. 
Onun qeydə alınan hissəsinin sahəsi 30 m
2
-dir. Üçüncü tikinti qatından aşkar 
olunan arxeoloji materiallar dən daşları, çəkic, sürtkəc, bülöv, həvəng dəstələri
sümükdən hazırlanmış əmək alətləri, monoxrom və polixrom boyalı qablar, boz, 
qara və  çəhrayı  rəngli sadə qablardan ibarətdir. Bu tikinti qatında monoxrom 
boyalı qablar sayca azalır. Heyvan şəkilləri ilə  bəzədilmiş polixrom boyalı 
qablara isə daha çox rastlanır. Yaşayış yerinin ən üst təbəqəsində yerləşən 
dördüncü tikinti qatı  


 
124
 
              
                   Şəkil 59.
  
Orta Tunc dövrünə aid monoxrom boyalı kasalar:  
                                         1,2 - Yayıcı, 3, 4 - Çalxanqala, 5, 6 - Qaraçuq, 
                                         8 - Qıvraq, 7 - Şahtaxtı 
 
 
 
70-80 sm qalınlığındadır. 
Bu təbəqədə müxtəlif yaşayış binalarının və dulus emalatxanalarının 
qalıqları, heyvan sümükləri, əmək alətləri aşkar olunmuşdur. 
Tikinti qatından aşkar olunan birinci bina dulus emalatxanasının 
qalıqlarından ibarətdir. Onun divarları iri çay daşlarından hörülmüşdür. Binanın 
içərisindəki dulus kürəsinin yalnız odluğu salamat qalmışdı.  Dairəvi formalı 


 
125
kürənin diametri 1,2 m-dir. Onun ətrafında 9 m
2
 sahəyə yayılmış kül və kömür 
qalıqları izlənmişdir. Bu tikinti qatından aşkar olunan üçüncü, beşinci və 
yeddinci bina çoxotaqlı, digərləri isə birotaqlıdır. Binaların içərisindən  əmək 
alətləri, gil qab parçaları tapılmışdır. 
Birinci qazıntı sahəsinin  şərq hissəsində silindrik formalı 4 təsərrüfat 
quyusunun olduğu müəyyən edilmişdir. Onların dərinlikləri 0,9-1,6 m 
arasındadır. Quyuların dibində çürümüş taxıl qalıqları aşkar edilmişdir. 
İkinci qazıntı sahəsinin 4-cü tikinti qatında şimal-cənub istiqamətində inşa 
edilmiş müdafiə divarının qalıqları qeydə alınmışdır. Divar iri həcmli çay 
daşlarından hörülmüş təməl üzərində kvadrat formalı çiy kərpiclərdən tikilmişdir. 
O, tikinti texnikasına görə birinci ilə eyni olub ondan bir qədər içəridə yerləşir. 
Arxeoloji materiallara əsaslanaraq demək olar ki, ikinci müdafiə divarı e.ə. XVII-
XVI əsrlərə aiddir. Bu dövrdə əvvəlki müdafiə divarının üzərində dulus kürəsinin 
qalıqlarına rast gəlinməsi onun əhəmiyyətini itirdiyinə sübutdur. 
İkinci müdafiə divarından xaricdə çiy kərpicdən hörülmüş, dördkünc 
formalı bina qalıqları qeydə alınmışdır. Onun yaxınlığından kül yığını, yanmış 
sümüklər, buynuz və keramika parçaları  əldə edilmişdir. Yaxınlıqda gil ocağın 
qalıqlarının olması və tavaşəkilli, qalın divarlı gil əşyalara, taxıl dənlərinə təsadüf 
edilməsi, burada çörək bişirildiyini söyləməyə imkan verir. 
II Kültəpənin dəqiq stratiqrafiyası yalnız Azərbaycanın deyil, bütün 
Cənubi Qafqazın Orta Tunc dövrü mədəniyyətinin öyrənilməsi üçün 
əhəmiyyətlidir. Bu abidənin Orta Tunc dövrü təbəqəsi V.H.Əliyev tərəfindən 4 
dövrə bölünmüşdür. Birinci dövr e.ə. XX-XIX, ikinci e.ə. XVIII-XVII, üçüncü 
e.ə. XVII-XVI, dördüncü e.ə. XV-XIV əsrlərə aid edilmişdir. Aşkar edilmiş 
arxeoloji materiallara və yaşayış yerinin planına  əsaslanaraq, V.H.Əliyev II 
Kültəpəni şəhər tipli yaşayış mənskəni kimi xarakterizə etmişdir. 
Şahtaxtı yaşayış yeri Kəngərli rayonunun Şahtaxtı  kəndi yaxınlığında, 
Qıvraq yaylasının cənub qurtaracağında,  əlverişli coğrafi mövqedə salınmışdır. 
Ə.K.Ələkbərov tərəfindən 1936-cı ildə yaşayış yerində aparılan kiçik qazıntı 
işləri zamanı 3 m qalınlığı olan mədəni təbəqəyə rastlanmışdır. 1979-1981-ci 
illərdə  Şahtaxtı yaşayış yerində 100 m
2
 sahədə arxeoloji qazıntı  işləri 
aparılmışdır. Qazıntılardan Orta Tunc dövrünə aid müdafiə divarının qalıqları, 
dən daşları, gil məmulatı  aşkar olunmuşdur. Tapıntılar arasında monoxrom 
boyalı qablar və basma naxışlı gil qab parçaları da vardır. Burada aşkar olunan 
yaşayış binaları dağıldığından, onların planını müəyyən etmək mümkün 
olmamışdır. Salamat qalmış divar qalıqlarına  əsasən demək olar ki, onların 
tikintisində çay daşı və kərpicdən istifadə edilmişdir. Мüdafiə divarının uzunluğu 
20, eni 2,3, hündürlüyü 1,2 m-dir. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə